Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-118/2024 30.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabiabad Rayon Məhkəməsinin hakimi Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçisivəkil Müdafiəçi iştirakları ilə, xx xxx 1998-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 14 noyabr 2023cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sabirabad şəhəri, ünvan 2 ünvanındakı evin həyətində yerləşən ərzaq məhsulları satışı mağazasının qarşısına gəlib pəncərəni daşla sındırmaqla qanunsuz olaraq binaya, yəni mağazaya daxil olmuş, oradan 4 ədəd 16 manat dəyərində “Kent” markalı, 24 ədəd 69,60 manat dəyərində “PallMall” markalı, 11 ədəd 37,40 manat dəyərində “LD” markalı, 25 ədəd 72,50 manat dəyərində “Winchester” markalı, 2 ədəd 3 manat dəyərində “Arizona” markalı, 6 ədəd 17,40 manat dəyərində “Rothmans” markalı, 12 ədəd 28,80 manat dəyərində “Viceroy” markalı, 41 ədəd 98,40 manat dəyərində “Magna” markalı, 6 ədəd 14,40 manat dəyərində “Prima” markalı, 13 ədəd 29,90 manat dəyərində “Kinqston” markalı siqaretləri, 4 ədəd 2,80 manat dəyərində 250 ml bizon enerji içkilərini və 21 ədəd 6,30 manat dəyərində “Zavira” markalı alışqanları oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 396,50 manat məbləğində maddi ziyan vurub, özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında anası ilə birlikdə yaşayır. Sabirabad şəhəri Ordubadi küçəsi ev 22 ünvanında Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki mağazadan oğurluğu o törətmişdir. Belə ki, 14 noyabr 2023cü il tarixdə gecə saat 03 radələrində Ordubadi küçəsində piyada gəzən zaman, həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Əvvəlcə mağazanın plastik pəncərəsini itələyib açmaq istəmiş, lakin aça bilmədiyinə görə yerdən daş götürüb pəncərəni sındırsa da, həmin vaxt içəri girməyib çıxıb getmişdir. Bir qədər kənarda gözləyib sakitlik olduğunu gördükdən sonra, sındırdığı yerdən əlini içəri salıb pəncərənin cəftəsini açıb mağazaya daxil olmuşdur. Oğurluq etdiyi zaman mağazada kameranın olduğunu görüb, görünməməsi üçün kameranın çəkiliş edən hissəsini fırlatmışdır. O, mağazadan müxtəlif növ siqaretlər, 4 ədəd qırmızı 250 ml bizon içkiləri və üzərinə “zavira” sözü yazılmış 21 ədəd alışqanları özü ilə gətirdiyi torbaya yığıb mağazadan çıxıb oğurladığı əşyaları evə gətirmişdir. Səhəri günü polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər və hadisə barədə ondan soruşduqda, törətdiyi oğurluq cinayətini etiraf etmişdir. O, polis şöbəsində olan zaman oğurladığı əşyaların evdə, torbada olduğunu bildirmiş, anası da həmin əşyaları evdən gətirib istintaqa təqdim etmişdir. O, oğurluq cinayətini tək törətmiş, həmin oğurluqda ona köməklik edən olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini, yəni binaya qanunsuz daxil olmaqla oğurluq cinayəti törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadəsi, maddi sübut və cinayət işinin digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sabirabad şəhəri Ordubadi küçəsi ev 22 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin yaşadığı evin həyətində yerləşən mağazada siqaret və qida məhsulları satmaqla ailəsini dolandırır. 14 noyabr 2023-cü il tarixdə səhər saat 06 radələrində mağazaya gəlmiş və mağazada siqaret, enerji içiləri və alışqanların yerində olmadığını görmüşdür. Sonra, mağazanın pəncərəsinin sındığını və küçədə daş parçasının olduğunu görmüş və mağazadan oğurluq olduğunu başa düşmüşdür. Ona görə də oğlu Muradı çağırmış və mağazada quraşdırdıqları kameraya baxmışlar. Kameraya baxdıqdan sonra bir nəfər tanımadığı şəxsin mağazanın pəncərəsini daşla sındırdığını və mağazaya daxil olaraq mağazada olan əşyaları əlindəki torbaya yığdığını görmüşdür. Həmin şəxsi tanımadıqlarına görə Sabirabad rayon polis şöbəsinə gəlib oğurluq olması barədə ərizə ilə müraciət etmiş və görüntüləri də izahatına əlavə olaraq bir ədəd disk formasında istintaqa təqdim etmişdir. Bir qədər sonra polis şöbəsindən həmin şəxsi müəyyən etdiklərini bildirmişlər. Polis şöbəsində olan zaman həmin şəxsin Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edib izahatı alınan zaman törətdiyi cinayət əməlini etiraf etmiş və oğurladığı əşyaların evdə olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs görəndə həmin şəxsin kameradakı şəxs olduğunu bilmişdir. Ona görə də, bu barədə Təqsirləndirilən şəxs anasına məlumat verilmiş, anası da Abbasın oğurladığı əşyaları evdə gizlətdiyi yerdən götürüb polis şöbəsinə gətirib istintaqa təqdim etmişdir. Daha sonra, həmin əşyalar istintaq tərəfindən ona təqdim edilmişdir. O da siqaret, bizon və alışqanlara baxıb, həmin əşyaların mağazadan oğurlanmış əşyalar olduğunu bildirmiş, sonra həmin əşyalar ona təhvil verilmişdir. O, oğurluq baş verdikdən sonra dəqiq olaraq mağazadan hansı əşyaların oğurlanmasına baxmışdır. Belə ki, oğurluq nəticəsində ona məxsus mağazadan 4 ədəd “Kent” markalı, 24 ədəd “PallMall” markalı, 11 ədəd “LD” markalı, 25 ədəd “Winchester” markalı, 2 ədəd “Arizona” markalı, 6 ədəd “Rothmans” markalı, 12 ədəd “Viceroy” markalı, 41 ədəd “Magna” markalı, 6 ədəd “Prima” markalı, 13 ədəd “Kinqston” markalı siqaretlər, 4 ədəd 250 ml bizon enerji içiləri və 21 ədəd “Zavira” markalı alışqanlar oğurlanmışdır, həmin əşyaların oğurlanması nəticəsində ona ümumilikdə 396 manat 50 qəpik məbləğində ziyan dəymişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində, həmçinin, göstərmişdir ki, təqsirləndirilən şəxs tərəfindən oğurlanmış bütün əşyalar tam olaraq ona qaytarılmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. O, oğlu Abbasla birlikdə ünvan 3 ünvanında yaşayır. Oğlu Abbas psixi xəstədir və onu idarə etməkdə çox çətinlik çəkir. Dəfələrlə psixiatrik xəstəxanada müalicə almışdır. Sabirabad şəhəri Ordubadi küçəsi ev 22 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki mağazadan 14 noyabr 2023-cü il tarixə keçən gecə oğurluq hadisəsini oğlu Təqsirləndirilən şəxs törətmişdir. Belə ki, 14 noyabr 2023-cü il tarixdə günorta saatlarında oğlu Təqsirləndirilən şəxs Sabirabad rayon polis şöbəsinə dəvət etmişlər. Oğlunda psixi problemlər olduğuna görə yenə də nəsə səs-küy salmasını fikirləşmişdir. Bir qədər sonra, polis şöbəsindən ona məlumat verilmişdir ki, oğlu Təqsirləndirilən şəxs mağazadan oğurluq etmiş, oğurluq etdiyi anın görüntüləri kameraya düşmüş, Abbas özü də oğurluq etməsini etiraf etmişdir. Polis əməkdaşları ona Təqsirləndirilən şəxs oğurladığı əşyaları evə qoyduğunu demişlər və həmin əşyaları da götürüb polis şöbəsinə gəlməsini xahiş etmişlər. O da evi axtarmış və bir ədəd torba görmüşdür. Torbanı açanda içərisində siqaretlər, bizon içkiləri və alışqanlar olduğunu görmüşdür. Dərhal həmin əşyaları götürüb polis şöbəsinə gəlmiş və Abbasın oğurladığı əşyaları istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs oğurluq etməsindən əvvəlcədən məlumatı olmamışdır. Polis şöbəsindən ona məlumat verildikdən sonra Abbasın oğurluq etməsindən və oğurladığı əşyaları evdə gizlətməsindən məlumatı olmuşdur. Məhkəmədə yoxlanmış və işə əlavə edilmiş 14 noyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Sabirabad şəhəri ünvan 2 ünvanında yaşadığı evin həyətindəki mağazadan oğurlğu hadisəsi baş vermişdir. Məhkəmədə yoxlanmış və işə əlavə edilmiş 14 noyabr 2023-cü il tarixli baxış keçirilməsi və əşyanı götürülməsi haqqında protokoldan görünür ki, Şahid, oğlu Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus mağazadan oğurladığı əşyaları istintaqa təqdim etdiyindən götürülmüşdür. Məhkəmədə yoxlanmış və işə əlavə edilmiş 14 noyabr 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğurladığını qeyd etdiyi əşyaları tanıyaraq, özünə məxsus mağazadan həmin əşyaların oğurladığını bildirmişdir. Məhkəmədə baxış keçrilmiş audio-video disk materialından görünür ki, Təqsirləndirilən şəxs videoya baxan zaman görüntüdə mağazadan oğurluq edən şəxsin özü olduğunu, 14 noyabr 2023-cü il tarixə keçən gecə Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq etdiyi anının videogörüntüləri olduğunu bildirmişdir. Məhkəmədə yoxlanmış və işə əlavə edilmiş 08 aprel 2024-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Şükürov X1 şəhəri ünvan 2 ünvanında həyətində yerləşən mağazadan müxtəlif növ siqaretlər, bizon içkiləri və alışqanlar oğurladığını bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü iltarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mağazadan oğurladığı 4 ədəd “Kent” markalı, 24 ədəd “PallMall” markalı, 11 ədəd “LD” markalı, 25 ədəd “Winchester” markalı, 2 ədəd “Arizona” markalı, 6 ədəd “Rothmans” markalı, 12 ədəd “Viceroy” markalı, 41 ədəd “Magna” markalı, 6 ədəd “Prima” markalı, 13 ədəd “Kinqston” markalı siqaretlər, 4 ədəd 250 ml bizon enerji içkiləri və 21 ədəd “Zavira” markalı alışqanların иш цзря ящямиййятли олдуьундан 17 aprel 2024-cü il tarixli qərarla мадди сцбут кими hesab edilməsi və Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır. İşə əlavə edilmiş Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 544 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi şəxsiyyət pozuntusu, intellektin enməsi ilə formasında psixi pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarda göstərilən hallara görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkar edilən Üzvi şəxsiyyət pozuntusu, intellektin enməsi ilə diaqnozlu psixi xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəilliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-in 22.1ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Sabirabad Kooperativ Cəmiyyətindən daxil olmuş rəydən görünür ki, Zərərçəkmiş şəxs Məhəmməd oğluna məxsus mağazadan adları qeyd olunan siqaretlər, bizon içkiləri və alışqanların 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ümumilikdə 396 manat 50 qəpik təşkil etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək hesab edir ki, əqsirləndirilən şəxs Təqsirləndirilən şəxs binaya daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və işin icraatına xitam verilməsiüçün əsaslar yoxdur. Odur ki, o, həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respbulikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, həmçinin, Ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 544 nömrəli rəyini və Azərbaycan Respublikası CM-nin 22.2-ci maddəsinin tələblərini də nəzərə alır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməsini müzakirə edərək məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi məqsədəmüvafiqdir və onun islah olunmasına nail olunması üçün əsaslıdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (ay) müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan əşyaların zərərçəkmişə qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; cəzaçəkmə müddətinin əvvəli onun cəzasının icrasına nəzarət edən orqanda qeydə alındığı vaxtdan hesablansın; barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində daimi yaşadığı Sabirabad rayon ərazisini tərk etməmək, hər gün axşam saat 00:00- dan səhər saat 06:00-dək yaşadığı evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan əşyaların zərərçəkmişə qaytarılması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim:Füzuli Pənahov
Məhkəmə qərarları › İş №1(056)-118/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-118/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver