Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-118/2025 29.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Allahverdiyevin sədrliyi, Mirkazım Zülfəli oğlu Zülfüqarovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Saatlı rayonu, Mollvazili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, Təqsirləndirilən şəxs metal qırıntıları toplayıb onun işlətdiyi metal qəbulu məntəqəsinə təhvil verməsi üçün təxminən 2024-cü ilin may ayında 9100 manat məbləğində pul verdiyi Zərərçəkmiş şəxs razılaşdıqları qaydada metal qırıntılarını ala bilmədiyi və sonuncunun ona verdiyi pulu isə qaytarmadığını görüb Sabirabad Rayon Məhkəməsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-156-cı maddələrinə əsasən pul tələbinə dair müvafiq qaydada iddia ərizəsi ilə müraciət etməsinə, eləcə də Bakı şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi verməsinə baxmayaraq, müraciətlərinin nəticəsini gözləmədən qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilməklə 12 may 2025-ci il tarixdə saat 13 radələrində Sabirabad şəhəri S.Vurğun küçəsində yerləşən əvvəllər “RTS” adlanan idarənin həyətində quraşdırılmış, "xxxx" MMC-nin mülkiyyətində olmaqla cəmiyyətlə Zərərçəkmiş şəxs arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli “öhdəlik sazişi” müqaviləsi əsasında sonuncunun istifadəsinə verilmiş 7000 manat dəyərində 1 (bir) ədəd maklatura presləyən dəzgahı Zərərçəkmiş şəxs ona verməli olduğunu iddia etdiyi 9100 manat borcun əvəzində dəzgahın mülkiyyətçisinin, eləcə də həmin dəzgahdan istifadə hüququna malik Zərərçəkmiş şəxs razılığı olmadan qoyulduğu yerdən götürüb aparmaqla qanunsuz ələ keçirərək zərərçəkmişlərə 7000 manat məbləğində mühüm maddi ziyan vurmaqla özbaşınalıq etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamla təqsirli bilməyərək bildirdi ki, o, dolanışığını təmin etmək üçün metal qırıntıları toplayıb BakuSteel metal zavoduna təhvil verir. Dövlətin vergisini vaxtında ödəyir. Zərərçəkmiş şəxs Hümmmət oğlunu bir neçə ildir ki, tanıyır. Zərərçəkmiş şəxs ona metal qırıntıları satır. Təxminən bir il əvvəl Zərərçəkmiş şəxs ona metal qırıntıları verəcəyini vəd edərək ondan Bakı şəhəri ərazisində 9100 manat məbləğində pul almış, lakin sonradan Zərərçəkmiş şəxs özü topladığı metal qırıntılarını başqa şəxsə sataraq onun borcunu qaytaracağını demiş, lakin bir neçə ay keçməsinə baxmayaraq borcunu qaytarmamışdır. Borcunu qaytarmasını tələb etdikdə isə əvvəllər tanıdığı Şəmsi Abdullayev və Zərərçəkmiş şəxs birlikdə onun yanına gəlmiş, söhbət zamanı Şəmsi Abdullayev borcu özünün qaytaracağını demiş, lakin bunun da üstündən bir neçə ay keçdikdən sonra Şəmsi Abdullayev də 9100 manat borcu qaytarmayacağını dedikdə bu barədə rəsmi olaraq Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Zərərçəkmiş şəxs isə xx.xx.2025-ci il tarixdə onun yanına gələrək özündə olan metal qırıntılarını ona verməyi, həmin metalın dəyərindəki pulu isə 9100 manat olan borcundan çıxılmasını təklif etmiş, o da 9100 manat borcunu Bakı şəhər Baş polis İdarəsində ondan alacağını, Rəhmana aid metal qəbul yerindən götürəcəyi metalların qarşılığında pulunu verəcəyini demiş, Rəhman da onunla razılaşmışdır. Həmin vaxt yanında olan Ağa və Seymur adlı şəxslərlə birlikdə özünə məxsus olan “Kamaz” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Rəhmanın işlədiyi yerə getmiş, oradan 980 kq metal qırıntılarını toplayaraq öz işlədiyi yerə gətirmiş, bundan sonra Zərərçəkmiş şəxs onun barəsində DİN-in 102 xidmətinə zəng edərək şikayət etmişdir. O, Zərərçəkmiş şəxs işlətdiyi metal qəbulu məntəqəsindən presləyən dəzgah aparmamış, Rəhmandan ona olan borcunu verməsini tələb etdikdən sonra Rəhman özünün, arvadının və bacısının onun barəsində şər və böhtan atacaqları ilə onu hədələmişdir. Hazırda da Rəhman onu şərləyir. O, heç bir cinayət əməli törətmədiyindən məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, o, Sabirabad şəhəri S.Vurğun küçəsində yerləşən əvvəllər “RTS” adlanan idarənin həyətində metal, plastik, sellofan və şüşə tullantıların toplanması ilə məşğul olmuşdur. 15 yanvar 2024-cü il tarixdən "xxxx" MMC ilə aralarında bağlanmış öhdəlik sazişinin şərtlərinə əsasən həmin şirkət ona maklatura presləyən dəzgahı istifadə üçün vermiş, o da Sabirabad şəhəri ərazisində fəaliyyət göstərdiyi tullantıların qəbulu yerində əldə etdiyi seloffan və plastik materiallarını həmin şirkətə satmaq barədə öhdəlik götürmüşdür. X2 da metal materiallarının qəbulu və satışı ilə məşğul olmuşdur. Aralarında olan şifahi razılığa əsasən o, qəbul etdiyi metal tullantılarını Təqsirləndirilən şəxs, Qabil də topladığı plastik və selofan materiallı tullantılarını ona satmışdır. Bəzən aldıqları malların qiymətini satdıqları mallarla əvəzləşdirmişlər. Bu alver prosesində onun Təqsirləndirilən şəxs 4500 manat borcu yaranmışdır. Təqsirləndirilən şəxs isə borcun 9100 manat olduğunu iddia edərək mülki qaydada Sabirabad rayon məhkəməsinə müraciət etmişdir. Aralarında mülki qaydada məhkəmə prosesləri davam etdiyi vaxtda isə Təqsirləndirilən şəxs onun barəsində Bakı Şəhər Baş Polis İdarəsinə əsassız olaraq şikayət edərək onun Binəqədi rayonu ərazisində 9100 manat pul alaraq əvəzində Təqsirləndirilən şəxs metal tullantılar satmaq barədə vəd verməyi haqqında məlumat vermişdir. Bakı Şəhər Baş Polis İdarəsində aparılan araşdırmada iştirak etməsi üçün çağırılmış və o, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri BPİ-nə getmişdir. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində qardaşı oğlu Şahid4 ona zəng edərək maklatura presləyən dəzgahını kiminsə evakuatorla aparmasını bildirmişdir. O, əvvəlcə, "xxxx" MMC-nin əməkdaşı Rüfət adlı şəxsə zəng edib aparatı götürüb-götürmədiklərini soruşmuş, Rüfət də sözügedən dəzgahı götürmədiklərini demişdir. O, Sabirabad şəhəri S.Vurğun küçəsində yerləşən əvvəllər “RTS” adlanan idarənin həyətinə gəlib maklatura presləyən dəzgahın yerində olmadığını, dəzgahın elektrik şəbəkəsinə birləşdirildiyi naqildən kəsilərək aparıldığını müəyyən etmiş, bundan sonra həmin dəzgahın oğurlanması barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Araşdırma müddətində isə maklatura presləyən dəzgahın X2 tərəfindən ona 4500 manat pul borclu olduğuna görə aparıldığını bilmişdir. Sabirabad şəhəri S.Vurğun küçəsində yerləşən əvvəllər “RTS” adlanan idarənin həyətində quraşdırılmış və onun istifadəsində olan bir ədəd maklatura presləyən dəzgahın xx.xx.2025-ci il tarixdə saat 13 radələrində aparılması nəticəsində "xxxx" MMC-nə 7.000 (yeddi min) manat məbləğində maddi ziyan dəymiş, əlavə olaraq həmin vaxtdan öz işində fasilə yaranmış, aldığı plastik və sellofan materialları presləyib qablaşdıra bilməmiş, həmin dəzgahı götürməsi üçün Təqsirləndirilən şəxs icazə verməmiş, Təqsirləndirilən şəxs maklatura presləyən dəzgahı özbaşına götürmüşdür. Hazırda o, dəymiş ziyanının ödənilməsini tələb edir. Təqsirləndirilən şəxsə təyin edəcək cəza məsələsinin həllini isə məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC şirkətinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə bildirdi ki, o, “MET- AK" MMC-də SƏTƏM və Nəzarət Departamentinin aparıcı mütəxəssisi vəzifəsində işləyir. Həmin şirkət plastik və dəmir boru, inşaat və kənd təsərrüfatı əşyalarının istehsalı fəlaiyyəti göstərir. İstehsal prosesində xammal kimi istifadə etmək məqsədi ilə müxtəlif şəxslərdən plastik materiallı əşyaları alıb, təkrar emal edərək istehsalda istifadə edir. O cümlədən Sabirabad şəhəri S.Vurğun küçəsində yerləşən əvvəllər “RTS” adlanan idarənin həyətində metal, plastik, sellofan və şüşə tullantıların toplanması ilə məşğul olan Zərərçəkmiş şəxs ilə “MET-AK" MMC arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli öhdəlik sazişinə əsasən Zərərçəkmiş şəxs bir ədəd maklatura presləyən dəzgahı verilmiş, Zərərçəkmiş şəxs da həmin dəzgahı istifadə etməsi qarşılığında topladığı plastik materialları təmsil etdiyi şirkətə satmışdır. 12 may 2025-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs “MET-AK" MMCnin təchizat şöbəsində mütəxəssis vəzifəsində işləyən Şahid2 zəng edərək həmin presləyən dəzgahın yerində olmadığını deməklə, dəzgahın şirkət tərəfindən götürülüb-götürülmədiyini soruşmuş, həmin vaxt müyyən edilmişdir ki, sözügedən dəzgah quraşdırıldığı yerdən icazəsiz olaraq aparılmışdır. Sonradan Zərərçəkmiş şəxs həmin dəzgahın pul borclu olduğu Təqsirləndirilən şəxs tərəfindən borcunun əvəzində qanunsuz olaraq aparılmasını demişdir. Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə məxsus Zərərçəkmiş şəxs istifadəsinə verilmiş maklatura presləyən dəzgahın özbaşına aparılıb sonrada cəmiyyətə geri qaytarılmaması nəticəsində həm cəmiyyətə ziyan dəymiş, dəzgahın qiyməti 7000 manat olmuşdur. Hazırda o, dəymiş ziyanının ödənilməsini tələb edir. Təqsirləndirilən şəxsə təyin edəcək cəza məsələsinin həllini isə məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dayanat Bagırov bildirmişdir ki, Zərərçəkmiş şəxs onun doğma əmisidir. Təqsirləndirilən şəxs isə metal, plastik və selofan materiallarının qəbulu və satışı ilə məşğul olan şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxsla aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində əmisi Zərərçəkmiş şəxs metal qəbulu məntəqəsi kimi işlətdiyi Sabirabad şəhəri S.Vurğun küçəsində yerləşən əvvəllər “RTS” adlanan idarənin həyətindən bir ədəd dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı evakuator tipli nəqliyyat vasitəsinin çıxdığını, həmin nəqliyyat vasitəsinin yük yerində isə əmisinin işlətdiyi obyektdə quraşdırılmış maklatura presləyən dəzgahın olduğunu görmüşdür. Dərhal istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən əmisi Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib məlumat vermək istəmiş, lakin, sonuncunun istifadəsində olan telefon nömrəsinə zəng çatmadıqda əmisi arvadı Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib məlumat vermişdir. Həmin vaxt əmisi Zərərçəkmiş şəxs Bakı şəhərində olmuş, bir neçə saat sonra Sabirabad şəhərinə gəlib işlətdiyi obyektə getmiş, bundan sonra maklatura presləyən dəzgahın yerində olmadığını, dəzgahın elektrik şəbəkəsinə birləşdirildiyi naqildən kəsilərək aparıldığını müəyyən etmişdir. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində əmisi Zərərçəkmiş şəxs metal qəbulu məntəqəsi kimi işlətdiyi Sabirabad şəhəri S.Vurğun küçəsində yerləşən əvvəllər “RTS” adlanan idarənin həyətindən bir ədəd maklatura presləyən dəzgahın aparıldığını uzaqdan görmüş, həmin evakuatorun içərisində kimin olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qaynatası, Təqsirləndirilən şəxs isə qohumu, yəni atasının dayısı oğludur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hər ikisi metal, plastik və selofan materiallarının qəbulu və satışı ilə məşğul olmuşlar. Hər ikisi ilə münasibəti normal olmuşdur. 2024-cü ilin avqust-sentyabr aylarında qaynatası Zərərçəkmiş şəxs qohumu Təqsirləndirilən şəxs 9700 manat borcu olduğuna görə münasibətləri pis olmuşdur. O, Təqsirləndirilən şəxsla danışıb qaynatası Zərərçəkmiş şəxs üçün 2000 manat borca pul almışdır ki, Zərərçəkmiş şəxs işlərini qaydaya salıb qalan borcunu da ödəyə bilsin. Ümumilikdə həmin vaxt yaranmış 11700 manat borcun ödənilməsi ilə əlaqaqdar aralarında razılığa gəlmişlər ki, qaynatası Zərərçəkmiş şəxs 3 ay 300 manatdan, sonrakı aylar isə 500 manatdan olmaqla 24 ay ərzində borcu ödəyəcək. İlk 2 ay ardıcıl olaraq o, 300 manat olmaqla ümumilikdə Təqsirləndirilən şəxs 600 manat pul vermişdir. Həmin vaxtlarda qaynatası Zərərçəkmiş şəxs işləri yolunda getmədiyinə görə borcunu ödəyə bilməmişdir. O da sonuncu dəfə Qabildən borc olaraq aldığı 2000 manat pulu Qabilə qaytarıb qalan borc məsələsini Zərərçəkmiş şəxsla öz aralarında həll etmələrini, daha onların məsələsinə qarışmayacağını demişdir. Təqsirləndirilən şəxs onunla razılaşsa da, bundan 3-4 ay sonra ona zəng edib qaynatası Zərərçəkmiş şəxs ona olan borcunu qaytarmadığını, buna görə də hər ikisindən şikayət edəcəyini demişdir. O, əvvəlcə Təqsirləndirilən şəxs zarafat etdiyini düşünsə də, bir qədər söhbət etdikdən sonra Qabilin həqiqətən də ondan pul tələb etdiyini başa düşmüş və həmin vaxt da ona onun qarşısında heç bir öhdəliyinin olmadığını demişdir. Sonradan qayanatası Zərərçəkmiş şəxs eşitmişdir ki, xx.xx.2025ci il tarixdə Bakı şəhərində olduğu vaxt, həmin gün saat 13 radələrində Zərərçəkmiş şəxs metal və plastik tullantılar qəbul etdiyi Sabirabad şəhəri S.Vurğun küçəsində yerləşən, əvvəllər “köhnə RTS idarəsi” adlanan obyektin həyətindən bir ədəd maklatura presləyən dəzgah oğurlanmışdır. Dəzgahın kimin tərəfindən oğrulanmasını bilməmiş, sadəcə qaynatasında eşitmişdir ki, dəzgah borc pulun qarşılığında Təqsirləndirilən şəxs tərəfindən aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Zərərçəkmiş şəxs tanımır. Təqsirləndirilən şəxs isə metal, plastik və selofan materiallarının qəbulu və satışı ilə məşğul olan şəxs kimi tanıyır və münasibətləri normal olmuşdur. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək özünə məxsus olan metal və plastik materiallar qəbulu məntəqəsinə Sabirabad şəhəri S.Vurğun küçəsində yerləşən başqa bir məntəqədən dəzgah aparmaq lazım olduğunu demiş, o da işlədiyi evakuator xidmətini məlumatlandırıb rəsmi qaydada sifarişi qəbul etmişdir. Sabirabad şəhər peşə məktəbinin yaxınlığında yerləşən və Təqsirləndirilən şəxs məxsus olduğunu bildiyi metal və plastik materiallar qəbulu məntəqəsinə gedib oradan Təqsirləndirilən şəxs və onun adını bilmədiyi iki nəfər işçisi ilə birlikdə Sabirabad şəhəri S.Vurğun küçəsində yerləşən “Köhnə RTS-in binası" adlanan yerə gəlmişlər. Həyətə daxil olduqdan sonra orada olan ikimərtəbəli, təmirsiz və köhnə binanın qarşısında dayanmışlar. Qabil həmin binanın birinci mərtəbəsində olan yaşıl rəngli, presləyən dəzgahı göstərib həmin dəzgahın onun işlədiyi mənətəqəyə aparılmalı olduğunu demişdir. Bundan sonra Qabil və onun adını bilmədiyi iki nəfər işçiləri həmin dəzgahı birləşdirildiyi elektrik şəbəkəsindən naqili kəsməklə ayırmış, ona trosla həmin dəzgahı çəkib evakuatora yükləməyi tapşırmışlar. O da yol vərəqəsi ilə idarə etdiyi **-JB-*** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı, evakutor tipli nəqliyyat vasitəsi ilə həmin presləyən dəzgahı yükləyərək Sabirabad şəhəri ərazisində yerləşən peşə məktəbinin yaxınlığında olan və Təqsirləndirilən şəxs məxsus olduğunu bildiyi metal və plastik materiallar qəbulu məntqəsinə aparıb təhvil vermiş, Təqsirləndirilən şəxs da 20 manat ödəniş haqqı almışdır. Təqdim etdiyi “04” ədəd vərəqdən ibarət GPS mövqe təyin etmə məlumatlarını əks etdirən xəritəni o, istintaq orqanına təhvil vermişdi. Həmin xəritələr xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs sifarişi əsasında onun idarə etdiyi **- JB-*** dövlət qeydiyyat nişanlı “Hundai" markalı, evakutor tipli nəqliyyat vasitəsinin hərəkət trayektoriyasını əks etdirdirirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, "xxxx" MMC-nin təchizat şöbəsində mütəxəssis vəzifəsində işləyir. Həmin şirkət plastik və dəmir boru, inşaat və kənd təsərrüfatı əşyalarının istehsalı fəaliyyəti göstərir. İstehsal prosesində xammal kimi istifadə etmək məqsədi ilə müxtəlif şəxslərdən plastik materiallı əşyaları alıb təkrar emal edərək istehsalda istifadə edir. O cümlədən Sabirabad şəhəri S.Vurğun küçəsində yerləşən əvvəllər “RTS” adlanan idarənin həyətində metal, plastik, sellofan və şüşə tullantıların toplanması ilə məşğul olan Zərərçəkmiş şəxs ilə "xxxx" MMC arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli öhdəlik sazişinə əsasən ona bir ədəd maklatura presləyən dəzgahı verilmiş, Zərərçəkmiş şəxs da həmin dəzgahı istifadə etməsi qarşılığında topladığı plastik materialları təmsil etdiyi şirkətə satmışdır. Dəzgahın işlək vəziyyətdə qalmasına o, nəzarət etmişdir. Xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs ona zəng edərək həmin presləyən dəzgahın yerində olmadığını deməklə, dəzgahın şirkət tərəfindən götürülüb-götürülmədiyini soruşmuş, o da dəzgahı götürmədiklərini bildirmişdir. Həmin vaxt Rəhman ona özünün Bakı şəhərində olduğunu da bildirmişdi. Rəhmanın dəzgahın onları tərəfindən götürülüb-götürülməsinin maraqlanmasının səbəbi o idi ki, o, Rəhmana əvvəlki kimi lom material vermədiyinə görə işlərinin alınmadığını, buna görə dəzgahı götürəcəklərini bildirmişdi. Rəhman da ondan xahiş etmişdi ki, dəzgaha dəyməsinlər, o, işləri nizama salacaqdır. Buna görə də dəzgaha müvəqqəti olaraq dəyməmişlər. Sonradan Rəhmanın sözlərindən ona məlum olmuşdur ki, dəzgahı Qabil adlı şəxs götürmüşdür. Buna görə də o, Qabilin nömrəsini ədl əedib onunla telefon əlaqəsi saxlamış, Qabil ona məlumat vermişdir ki, avadanlığı 300 manat müqabilində Rəhmandan lom kimi satın almışdır. O, bunu Rəhmana bildirmiş, lakin Rəhman bu faktı danmışdır. Bundan sonra o, şirkət rəhbərliyinə məlumat verib səhəri günü Sabirabad rayonuna gəlmişdir ki. bəlkə bu məsələni öz aralarında həll edə bilərlər. O, Sabirabad rayonunda şirkətin iki nəfər dileri ilə birgə avadanlığın quraşdırıldığı əraziyə gəlmiş, Rəhman da orada olmuş, baxış nəticəsində avandanlığın yerində olmadığını görmüşlər. Bundan sonra Rəhman onları Qabilin işlədiyi yerə aparmış, özü iştirak etməsə də, həmin iki nəfər dilerlə birgə o, Qabilin yerinə getmiş, onlar orada Qabillə birgə ay içib avadanlıq barədə söhbət etmişlər. Həmin vaxt o, avadanlığın şəklini də Qabilə göstərmiş, Qabil orada da avadanlığın şəkildəki avadanlıqdan olduğunu, lakin şəkildəki vəziyyətdə olmadığını, Rəhmanın avadanlığı ona 300 manata satdığını bildirmişdir. Bu zaman o, Qabilə təklif etmişdir ki, əgər məsələ 300 manatdırsa, o, həmin pulu ona verməyə hazırdır, pulu versin və o da avadanlığı versin ki, aparsınlar. Lakin Qabil həmin avadanlığı metalloma verdiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs işçisidir. Zərərçəkmiş şəxs dəmir məlumatları olanda Qabilə znəg edərək gəlib götürmələrini bildirmiş, onlar da gedib həmin dəmir qırıntılarını götürürdülər. Sonuncu dəfədə dəmir qırıntılarını götürmək üçün o, Qabil və Seymurla birlikdə təxinən 3-4 ay bundan əvvəl Rəhmanın obyektinə getmişlər. Rəhman orada olmasa da, adını bilmədiyi işçisi orda olmuş, Rəhmanla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb dəmir üçün gəldiklərini bildirmişlər. Rəhman etiraz etməyərək dəmirləri yığmaqlarına icazə vermişdir. Sonradan Rəhman obyektə gəlib tərəzidə dəmirləri çəkərək pulunu alıb getmişdir. Oradan dəzgah götürməmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid7 Şahid6 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sabirabad RİH Sabirabad Rayon İHB-nın Şəhriyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xəsiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin və şahidlərin (xüsusən Şahid1 və Şahid2 ifadəsi), həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 322.1-ci maddəsinə əsasən, özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, ilk dəfə cinayət əməli törətməsini və himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsini özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür. Bu zaman məhkəmə təqsirləndirilən şəxsin ittiham edildiyi maddələrin sanskiyasında alternativ cəza olaraq cərimə, islah işləri və ictimai işlər cəzasının nəzərdə tutulmasını nəzərə alaraq heab edir ki, rəsmi gəlirə malik olmayan və gəliri barədə məlumat olmayan təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilməsi onun maddi vəziyyətini daha da ağırlaşdıra biləcəyindən, islah işləri cəzasının isə icrası qeyri-mümkün olacağından ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ictimai işlər növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin məhkəmə ictimai işlər növündə cəz təyin edərkən Azərbaycan Respublikası CMnin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi iki gün həbsdə saxlandığı müddətin bir gününə ictimai işlər növündə cəzanın səkkiz saatı bərabər tutulub hesablanmaqla, cəmi 16 (on altı) saatlıq müddət ona təyin olunan cəzadan çıxılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nın 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 02 (iki) gün həbsdə saxlandığı müddətin bir gününə 8 (səkkiz) saat, iki gününə isə cəmi 16 (on altı) saat ictimai işlər cəzası bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 400 (dörd yüz) saat ictimai işlər cəzasından 16 (on altı) saat çıxılmaqla, onun üzərində qəti olaraq 384 (üç yüz səksən dörd) saat ictimai işlər cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edildiyi saatdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-118/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-118/2025
29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver