Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-119/2024 25.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1970-cı il tarixdə Sabirabad rayonu Yastıqobu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu Yastıqobu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə «Azəriqaz» X2 X6 İdarəsinin Sabirabad Qaz Xidmətinin balansında olan boruları oğurlamaq qərarına gələrək, 09 mart 2023-cü il tarixdə saat 09 radələrində Sabirabad Qaz Xidmətinin balansında olan Sabirabad rayonu Suqovuşan kəndi ərazisindən keçən hər metri 29 manat dəyərində olan dövlət əhəmiyyətli D219 mm-lik təbii qaz borusunun 12 p/m hisəssini kəsərək, həmin boruları hadisə yerindən aparıb gizli talayaraq, zərərçəkmiş şəxs «Azəriqaz» İstehsalat Birliyinə ümumilikdə 348 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu Suqovuşan kəndi ərazisində yerləşən “Azəriqaz” İstehsalat Birliyinin balansında olan 12 metr qaz borularını kəsib oğurlamışdır. Yaşadığı Sabirabad rayonu Qalaqayın kəndində yerləşən həyatyanı sahəsinə su çətin gəldiyindən əkin əkmək mümkün olmamışdır. Onun evinin yaxınlığında, Suqovuşan kəndi ərazisindən köhnə qaz xətti keçdiyindən qərara almışdır ki, həmin borudan bir neçə metr kəsib aparıb həyətində su çəkmək üçün istifadə etsin. Belə ki, onun yaşadığı Qalaqayın kəndindəki həyətyanı sahəsini, Suqovuşan kəndindən kollektor ayırır. Ona görə də 09 mart 2023cü il tarixdə saat 09 radələrində özündə olan cərayanla işləyən laqondanı götürüb Suqovuşan kəndi ərazisində yerləşən qaz xəttinin yanına gəlmiş, orada naqili dirəkdə olan xətdə qoşmuş və laqonda ilə borunun çöldə olan 12 metr hissəsini kəsmişdir. Borunu kəsərkən yanımda İzzət adlı şəxs gəlib dayanmış və borunu nə üçün kəsdiyini soruşmuşdur. O da İzzətə ehtiyacı olduğundan kəsdiyimi demiş, İzzət də çıxıb getmişdir. O, 12 metr borunu 4 yerə, yəni hər birini 3 metr hissələrə bölmüşdür. Bir qədər sonra yanından keçən tanımadığı at arabasını sürən şəxsdən boruları kənara yığıb aparmağa köməklik etməsini xahiş etmişdir. At arabasının sürücüsü də razılaşmış, o, boruları at arabasına yığmış və aparıb həyətinin yaxınlığına boşaltmışdır. At arabasını sürən şəxsə də iki manat pul vermişdir. Lakin at arabasının sürücüsünün onun həmin boruları qanunsuz gətirdiyindəm məlumatı olmamışdır. 11 mart 2023-cü il tarixdə rayon polis şöbəsinə dəvət olunmuş və sözügedən boru ilə bağlı ondan soruşulduqda, polislərə boruları kəsdiyini, hazırda da evinin yaxınlığında olduğunu bildirmişdir və həmin boruları təqdim etmişdir. O, boruların Qaz İdarəsinin balansında olmasını sonradan bilmiş, həmin boruları tək doğramış və at araba ilə aparıb yaşadığı evin həyətinin yaxınlığında yol kənarına boşaltmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşmançılıq hissi keçirdiyini, hazırda zərərçəkmiş təşkilata dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş təşkilatın ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, “Azəriqaz” X2 X6 İdarəsinin hüquq şöbəsinin hüquqşünası vəzifəsində işləyir. İlkin adlı şəxsi əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Həmin şəxs “Azəriqaz” X2 X6 İdarəsinin Sabirabad Qaz Xidmətinin balansında olan, 219 mm diametrli 12 metr hissəsinin üstünü texnika vasitəsi ilə açaraq oğurlamışdır. Həmin faktla bağlı Sabirabad rayon X4 Bölməsində cinayət işi başlanılaraq istintaq aparılması barədə onlara məlumat verilmişdir. Ona görə də “Azəriqaz” X2 X6 İdarəsi tərəfindən həmin cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində iştirak etmək ona həvalə olunmuşdur. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsinin sonunda təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin əvəzi tam həcmdə ödənildiyi, yəni 219 diametrli 12 pm qaz borularının qaytarıldığı səbəbindən, təmsil etdiyi zərərçəkmiş təşkilatın təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını qeyd edərək ifadəsini tamamlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, “Azəriqaz” X2 X6 İdarəsinin əməkdaşıdır. Sabirabad rayonu Qalaqayın kənd sakini Təqsirləndirilən şəxs rayonun Suqavuşan kəndi ərazisində “Azəriqaz” İstehsalat Birliyinin balansında olan qaz xəttinin 219 diametrli 12 pm hissəsini kəsib oğurlamasından məlumatı vardır. 09 mart 2023-cü il tarixdə saat 14 radələrində Sabirabad Qİİ-nin əməkdaşı Ələmdar Abbasov nahardan qayıdan zaman, Suqovuşan kəndi ərazisindən keçən D219 mm-lik qaz xəttinin kəsilməsini və yerində olmadığını görmüşdür. Ələmdar zəng edib bu barədə ona dedikdən sonra o, İdarənin rəhbərini məlumatlandırmış və hadisə yerinə getmişdir. Hadisə yerinə getdikdən sonra borunun 12 pm hissəsinin oğurlanmasını görmüşdür. Ona görə də Sabirabad rayon Polis Şöbəsinə gəlib 12 pm qaz borularının oğurlanması barədə ərizə yazmışdır. Araşdırma gedişatında D219 qaz borusunun 12 pm hissəsinin Qalaqayın kənd sakini Təqsirləndirilən şəxs oğurladığı məlum olmuşdur. Təqsirləndirilən şəxs qaz borularını kəsib evinin yaxınlığına apardığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin qaz borularını təqdim etdikdən sonra, boruların tam hissəsi, yəni 12 pm hissəsi ona təhvil verildi. İş materiallarında olan DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs «Azəriqaz» X2 X6 İdarəsinin Sabirabad Qaz Xidmətinin balansında olan dövlət əhəmiyyətli təbii qaz borusunun 12 p/m hisəssini kəsib, hadisə yerindən aparıb gizli talamaqla oğurluq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmişin və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən CM-nın 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın əvəzini tam həcmdə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin ediləcək cəzanı ağırlaşdıran hallarının olmamasını, həmçinin cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş 02 (iki) il 06 (altı) müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Həmçinin məhkəmə Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasının, cəzaçəkmə müddətinin başlanğıcını cəzanın icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasının, iş üzrə maddi sübutların qiymətləndirilməsinin, mülki iddianın və məhkəmə xərclərinin olmamasının nəzərə alınmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanın icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 219 diametrli 12 pm qaz borularının zərərçəkmiş təşkilata verilməsi, həmçinin iş üzrə mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxsnın qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-119/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-119/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver