Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-12/2024 08.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Sabirabad rayonu Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Sabirabad rayonu Ulacalı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, hazırki cinayət işi üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-121/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin hökmə əsasən xx.xx.2023-cü il tarixdən həbsdə olan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 mart 2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs məxsus Sabirabad rayonu Ulacalı kəndində yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan tullanmaqla qanunsuz olaraq daxil olub, həyətdə olan əl damı kimi istifadə olunan tikilinin qapısını güc tətbiq etməklə açaraq, tikiliyə daxil olub oradan bir ədəd 80 manat dəyərində 2020-ci ildə alınmış «DWT» markalı 2200w gücündə iri ölçülü laqondanı, bir ədəd 120 manat dəyərində, 2019-cu ildə alınmış «Kvant 225M» master markalı qaynaq aparatını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Sabirabad rayonu Ulacalı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 07 mart 2023-cü il tarixdə saat 19-20 radələrində yaşadığı Ulacalı kəndində asfalt yolun kənarı ilə piyada gedərkən yol kənarında yerləşən tanımadığı evin darvazasının üzərində qıfıl olmasını, həyətdə isə işıqların yanmamasını görüb fikirləşmişdir ki, həmin evdə heç kim olmaz, ona görə də, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə darvazaya yaxınlaşmış, mişar daşlarından tikilmiş hasarın üzərindən tullanıb həyətə daxil olmuşdur. Həyətə daxil olduqdä həyətdə yaşayış evinin və bundan əlavə yardımçı tikililərin olduğunu görmüşdür. Yardımçı tikiliyə yaxınlaşan zaman plastic qapının açıq olmasını və içəridə müxtəlif əşyaların olmasını görmüşdür. İçəridə qrımızı rəngli qaynaq aparatı və göy rəngli laqonda aparatını görmüşdür. O da qaynaq aparatını və laqondanı götürmüş, ilk əvvəl oğurladığı əşyaları hasarın üzərinə qoymuş, sonra özü hasardan tullanaraq oğurladığı əşyaları götürüb piyada öz evlərinə aparmış və həyətdəki əldamında gizlətmişdir. Səhərisi gün oğurladığı əşyaları götürüb küçəyə çıxmış və tanımadığı taksi ilə Sabirabad şəhərinə gəlmişdir. İlk əvvəl əvvəllərdən tanıdığı Şahid1 yaxınlaşmış və onunla olan tanışlığından istifadə edib oğurladığı əşyaları satmaq istədiyini bildirmişdir. Elvin ondan əşyaların kimə məxsus olmasını soruşduqda demişdir ki, əşyalar özünə məxsusdur, satmaq istəyir. Elvin də onun yanında kiminləsə telefonla danışmış və taksi ilə həmin şəxsin yaşadığı evə getmişlər. Həmin şəxsi tanımasa da, Elvin laqonda aparatını alan şəxsə aparatın ona məxsus olduğunu, 55 manata satdığını demişdir. Həmin şəxs isə laqonda aparatını alaraq ona 50 manat pul vermiş, 5 manat isə səhər verəcəyini demişdir. O da 50 manat pulu almışdır. Qanyaq aparatı isə Elvinin özündə qalmışdır. Elvinə demişdir ki, qaynaq aparatını satdıqdan sonra hörmətini edəcəkdir. Həmin günün səhərisi alimentə görə axtarışda olduğuna görə ona Sabirabad rayon məhkəməsi tərəfindən 8 gün həbs cəzası verilmişdir. Sonradan eşitmişdir ki, Elvin qaynaq aparatını kiməsə satmışdır. Əlavə olaraq bildirmişdir ki, oğurluq hadisəsini tək törətmiş və ona oğurluqda köməklik edən olmamışdır. Oğurlamış olduğu 1 ədəd laqonda aparatını və 1 ədəd qaynaq aparatını Şahid1 satması üçün verərkən həmin aparatların oğurluq olması barədə Elvinin məlumatı olmamışdır. Zərərçəkmiş şəxsə vurulmuş ziyan tam olaraq ödənilmişdir, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Hazırda o, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, 07 mart 2023-cü il tarixdə saat 07 radələrində övladı xəstə olduğu üçün ailə üzvləri ilə birlikdə Bakı şəhərinə getmiş , evdə isə heç kim olmamış, küçə qapısını isə qıfılla bağlamışdır. Həmin günü axşam saatlarında evə qayıtmişdır. Səhərisi gün, yəni 08 mart 2023-cü il tarixdə həyətdə iş görmək üçün dəmir kəsən laqondanı götürmək üçün həyətdəki əldamma getmişdir. Qapını açarkən əldamında laqondanı tapa bilməmişdir. Əldamına baxarkən orada qaynaq aparatının da olmadığını görmüşdür. Fikirləşmişdir ki, evdə olmadığı zaman kimsə evdən oğurluq etmişdir. Buna görə də, dərhal hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Sabirabad rayon polis şöbəsinə müraciət etmişdir. Hesab etmişdir ki, oğurluq hadisəsi onun və ailə üzvlərinin Bakı şəhərində olmasını zamanı baş vermişdir. Ona görə dəqiqliklə deyə bilər ki, hadisə 07 mart 2023-cü il tarixdə baş vermişdir. Hadisə nəticəsində ona məxsus “DWT” markalı 2200 W gücündə iri ölçülü laqonda və 1 ədəd “Kvant 225 M” master markalı 220 V gücündə qaynaq aparatı oğurlanmışdır. Oğurluq nəticəsində ümumilikdə ona 400 manat maddi ziyan dəymişdir. Belə ki, laqondanı 2020-ci ildə 150 manata, qaynaq aparatını isə 2019-cu ildə Bakı şəhərindən 250 manata almışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yaşayır. Sabirabad şəhəri, H.Əliyev prospektində özünə məxsus metal avadanlıqların təmiri sexi vardır. 09 mart 2023- cü il tarixdə saat 11 radələrində sexdə olarkən qonşusu Şahid1 ona yaxınlaşaraq satdıq qaynaq aparatının olduğunu bildirmişdir. O, qaynaq aparatını neçəyə satdığını soruşduqda, Elvin 70 manata satdığını bildirmişdir. O isə baha satdığını və 50 manata versə ala biləcəyini demişdir. Evlində də razılaşdmışdır. Elvindən qaynaq aparatının kimə məxsus olduğunu soruşduqda, demişdir ki, özünə məxsusdur. Daha sonra 50 manat pulu Elvinə verib qaynaq aparatını almışdır. Növbəti gün isə polis əməkdaşları gəlib, onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən Elvindən aldığı qaynaq aparatının oğurluq olduğunu öyrənmişdir. Sonra polis şöbəsində izahat vermiş, qaynaq aparatını polis əməkdaşlarına sexdə təqdim etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, qaynaq aparatının oğurluq olduğunu bilməmişdir. Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, ünvan 3 ünvanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. 08 mart 2023-cü il tarixdə səhər saatlarında tanışı Təqsirləndirilən şəxs onun işlədiyi yerə gələrək özünə məxsus 1 ədəd qaynaq aparatını və 1 ədəd laqonda aparatını satmaq istədiyini, anasının xəstə olmasına görə pul lazım olduğunu demişdir. O da, Raufdan əşyaların oğurluq olub-olmamasını soruşmuşdur. Çünki əvvəllər bir neçə dəfə tutulduğu üçün oğurluq əşyalarının satılmasının cinayət məsuliyyətinə səbəb olduğunu bilmişdir. Sonra Raufla birlikdə taksi ilə bir neçə ünvana getmiş, dəqiq xatırlamadığı bir nəfər şəxsin ünvanına çatmışlar, həmin şəxsə laqonda aparıtmı 50 manata satmış, 5 manatını sonra verəcəyini demişdir. Bundan sonra, Rauf pulu götürüb getmiş, qaynaq aparatı isə özündə qalmışdır. Rauf ona demişdir ki, qaynaq aparatını saıb sonra pulunu ona verər. Səhəri gün qaynaq aparatını Sabirabad şəhəri H.Əliyev prospektində Sərxan adlı şəxs 50 manata satmışdır. Sonra isə eşitmişdir ki, Rauf aliment vermədiyi üçün tutulmuşdur. Bir gün sonra eşitmişdir ki, Sərxana satmış olduğu qaynaq aparatı oğurluq olmuş, ona görə də polis əməkdaşları tərəfindən həmin qaynaq aparatı götürülmüşdür. O da bu barədə bildikdən sonra Sərxandan aldığı 50 manatı pulu Sərxanın özünə qaytarmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin əşyaları ona gətirib göstərəkən özünə məxsus olmasını, anasının xəstə olduğuna görə pula ehtiyacı olması səbəbindən satmaq istədiyini demişdir. O, Raufdan bu barədə soruşduqda ona demişdir ki, oğurluq deyil, özünə məxsusdur. Təqsirləndirilən şəxs bazarda çayçı işlədiyi zaman tanış olmuşdur. Təqsirləndirilən şəxsla birlikdə laqonda aparatını satmamışdan əvvəl 4-5 nəfər şəxsə satmaq istəmişlər. Ona görə də kimə satdığını dəqiq olaraq xatırlamır. İş materiallarına əlavə edilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 aprel 2023-cü il tarixli 9/2986 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar intensivliyi parametirlərinə uyğun olaraq 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə “DWT” markalı 220w gücündə iri ölçülü laqodanın qiyməti 80 manat, “Kvant 225M” master markalı qaynaq aparının qiyməti isə 120 manat olmaqla, ümumi dəyəri nəzəri qaydada təxminən 200,0 manat müəyyən olunur İş materiallarında olan Sabirabad rayon Ulacalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs X2 işə əlavə edilmiş ərizəsindən görünür ki, cinayət nəticəsində ona vurulmuş ziyan tam ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs bina və yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmə cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, zərərçəkmiş və şahidlərin ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi təqsirləndirilən şəxs tərəfindən deyil, istintaq orqanı tərəfindən maddi sübutun aşkar edilib qaytarılması yolu ilə təmin edildiyindən cəzanın yüngülləşdirilməsi kimi qiymətləndirilmir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən təqsirləndirilən şəxsə hazırki cinayətə görə iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etməyi əsaslı hesab edir. İş materiallarında olan Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-121/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(010)-550/2023 saylı hökmünə əsasən AR CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 1(bir) il 11 (on bir) ay 27(iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 19 iyun 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və hökm qanuni qüvvə alanadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs bundan əvvəlki məhkumluğu ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti 07 mart 2023-cü il tarixdə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(010)-550/2023 saylı hökmündən və ondan sonra Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-121/2024 saylı hökmündən əvvəl törətdiyindən hesab edir ki, hazırki cinayətinə görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1, 66.2 və 66.5-ci maddələrinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsində qeyd edilir ki, Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsində qeyd edilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində qeyd edilir kiu, Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-121/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələri ilə ona təyin olunmuş 1(bir) il 11 (on bir) ay 27(iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırkı cinayətə görə ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə toplamaqla Təqsirləndirilən şəxs qəti cəzası təyin edilməlidir. Məhkəmə , cinayətlərin xarakterini, təqsirləndirilənin şəxsiyyətini nəzərə alaraq təyin edilmiş cəzaları qismən toplanmaqla ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etməyi əsaslı və qanuni hesab edir. Təyin edilmiş qəti cəzanın cəkilməsi müddətinin əvvəli 19 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs əvvəlki cinayətlərə görə təyin edsilmiş cəzalar cinayətlərin məcmusu qaydasında toplandığından o, azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəza çəkmə müəssisəsində müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008) - 121/2024 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzası şəkməklə 19 iyun 2023-cü il tarixdən həbsdə olması nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının 50 (əlli) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-121/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələri ilə ona təyin olunmuş 1(bir) il 11 (on bir) ay 27(iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırkı cəza ilə qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və seçilmiş “həbs” qətimkan tədbiri höküm qanuni qüvvə alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 26.01,2024-cü il tarixli 1(008) - 121/2024 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzası şəkməklə hazırda həbsdə olması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının 50 (əlli) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər Hakim : Füzuli Pənahov
Məhkəmə qərarları › İş №1(056)-12/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-12/2024
08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver