Məhkəmə qərarları › İş №1(056)-12/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-12/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-12/2025 11.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X13 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamı üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olumayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan edilmiş ittihama görə o, tək halda və qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Sabirabad rayonu Ulacalı kənd sakini Zərərçəkmiş şəxs1 əlaqələrindən istifadə etməklə arvadı X5 pensiya düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2022-ci il tarixdə Ulacalı kəndində əlbəəl 900 manat məbləğində pulunu ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 900 manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Sabirabad rayonu Güdəcühür kənd sakini Zərərçəkmiş şəxs3 əlaqələrindən istifadə etməklə ona pensiya düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin dekabr ayının ortalarında Sabirabad rayonu Ulacalı kəndində əlbəəl 1500 manat, həmin ilin dekabr ayının axırlarında isə rayonun Güdəcühür kəndində Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 verdiyi 1300 manat olmaqla, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs3 2800 (iki min səkkiz yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Zərərçəkmiş şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Sabirabad rayonu Qruzma kənd sakini Zərərçəkmiş şəxs4 qayınanası X1 pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2023-cü il tarixdə Sabirbad rayonu Quruzma kəndində yaşadığı evdə Zərərçəkmiş şəxs1 əlbəl verdiyi 700 manat, 2023-cü ilin fevral ayında isə Zərərçəkmiş şəxs1 kart hesabına göndərdiyi 200 manat olmaqla, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs4 900 (doqquz yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Zərərçəkmiş şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Sabirabad rayonu Qəfərli kənd sakini Zərərçəkmiş şəxs2 övladı Sadiq Gülaliyevə kəsilmiş pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2023-cü il tarixdə Sabirabad rayon Güdəcühür kəndində Zərərçəkmiş şəxs1 verdiyi 500 manat, xx.xx.2023-cü tarixdə isə ona məxsus Kapital Banka aid kart hesabına 500 manat olmaqla, ümumilikdə zərərçəkmiş İlkin Güləliyevin 1000 (bir min) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, dələduzluq etmişdir. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu Ulacalı kənd sakini Zərərçəkmiş şəxs1 ilə Sabirabad rayonunda tanış olmuşdur. Onları Sabirabad şəhər sakini oboy və boya satan Mirsaleh adlı şəxs tanış etmişdir. Mirsaleh ona Elvinin həyat yoldaşı X7 üçün pensiya düzəltdirmək istədiyini və onun pensiya düzəldə bilən tanışının olub-olmadığını soruşmuşdur. O da cavabında Mirsalehə X9 işləyən Bakı şəhər sakini Zahid adlı tanıdığı bir nəfər şəxsin bu cür işlərlə məşğul olduğunu bildirmişdir. Həmin zaman onların yanında Elvin də olmuşdur. Bir müddət sonra o, Sabirabad rayonu Ulacalı kəndində yerləşən Elvinin yaşadığı evə getmiş və orada isifadəsində olan mobil nömrə ilə Zahidin istifadəsində olan və xatırlamadığı mobil nömrəsinə zəng etmiş və Elvinin həyat yoldaşının pensiya işi barədə danışmışdır. Bu zaman Zahid ona bildirmişdir ki, həmin pensiya işi düzələ bilər. O da Zahidin ona dediklərini Elvinə bildirmişdir. Zahid ona demişdir ki, həmin pensiya işi maksimum 06 ay ərzində düzələcəkdir. Həmin pensiyanın düzəldilməsi üçün isə Zahid ondan 1300 manat pul istəmişdir. O da Zahidin sözünü Elvinə çatdırmışdır. Onlar razılaşmış və xx.xx.2022-ci il tarixdə Sabirabad rayonu Ulacalı kəndində Elvinin yaşadığı evdə ortaq tanışları Mirsalehin yanında Elvin ona 900 manat pul vermişdir. O pulu həmin tarixdə Zahidin ona “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə göndərdiyi “Beynəlxalq bank”a məxsus bank kartına Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “Asan Xidmət”in yanında yerləşən milli ön aparatı vasitəsilə göndərmişdir. Həmin vaxt Zahid ona bildirmişdir ki, 03-06 ay ərzində pensiya işi düzələcəkdir. Bundan sonra Elvin istifadəsində olan (070) ***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan (050) ***-**-** saylı nömrəyə zəng edərək, qohumlar və tanışlardan bir neçə şəxsin özünə və yaxınlarına pensiya düzəltdirmək istədiklərini bildirmişdir. Eyni zamanda Elvin ondan xahiş etmişdir ki, həmçinin qohumlarının pensiya işi üçün Zahidlə danışsın. O, Elvinlə razılaşmış və Elvinin qohumlarının pensiya işinin düzəldilməsi üçün Zahidlə əlaqə saxlamışdır. Zahid ona həmin pensiya işlərinin də düzələcəyini bildirmişdir. 2022-ci ilin dekabr ayının əvvəlində Elvin ona zəng edərək, bacanağı Zərərçəkmiş şəxs3 onunla görüşmək istədiyini və özünə pensiya düzəltdirmək istədiyini bildirmişdir. O da Elvinlə razlaşmış və Zahidə zəng edərək bu barədə bildirmişdir. Zahid də cavabında ona pensiyanın işinin düzəldilməsinə görə 1300 manat pul lazım olduğunu bildirmiş, o da 1300 manat pul lazım olduğunu Elvinə demişdir. Bundan sonra onlar həmin gün axşam Sabirabad rayonu Ulacalı kəndində yerləşən çayxanaya getmişlər. O, Səxavət və Elvin çayxanada oturub biraz söhbət etmiş, söhbət əsnasında Elvin Səxavətə arvadına pensiya düzəltməsi üçün ona 900 manat pul verdiyini bildirmişdir. Həmin vaxt Səxavət özünə pensiya düzəltdirmək istədiyini bildirmiş və Elvin Səxavətə pensiyanın düzəlməsi üçün 1500 manat pul verməli olduğunu demişdir. Bu məqsədlə Səxavət ona 1500 manat pul vermişdir. Səxavət Elvinə bir nəfər şəxs üçün də pensiya düzəltdirmək istədiyini bildirmişdir. Elvin ona zəng edərək, Səxavətin bir nəfər şəxsə pensiya düzəltdirmək istədiyini bildirmiş, o da bu barədə Zahidə zəng edərək demiş və Zahid ona həmin pensiya işinin düzəldilməsi üçün 800 manat pul lazım olduğunu bildirmişdir. O da Zahidin sözünü Elvinə demiş, Elvin də Səxavətdən ümumilikdə 1000 manat pul almış və həmin pulun 200 manatını özü xərcləmiş, qalan 800 manat pulu isə Sabirabad şəhəri Muğan prospektində yerləşən “Çinar kafe”də ona vermişdir. Bundan sonra Elvin mütəmadi olaraq, yaxın qohumları və tanışları üçün pensiya düzəltdirmək məqsədilə ona zənglər etmişdir. Belə ki, müxtəlif tarixlərdə ona müxtəlif məbləğlərdə pul vəsaitləri göndərərək, xahiş etdiyi şəxslərin pensiya işini düzəltdirməyi bildirmişdir. O, həmin şəxslər barəsində Zahidə demiş və alınmalı olan pulun məbləğlərini Zahid ona demişdir. Beləliklə, Elvin ona ümumilikdə 9400 manat pul göndərmişdir. O da həmin pulları Zahidə göndərmişdir. Lakin Zahid həmin şəxslərin pensiya işlərini düzəltdirə bilmədiyi üçün iş alınmamış və Zahid pulları yenidən ona göndərmişdir. O da həmin pulları zərərçəkən şəxslərin özlərinə qaytarmışdır. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək bildirmişdir ki, Elvin həqiqətən də ona 900 manat pul vermişdir. Elvin Mirsalehin mağazasında ona 400 manat pul verməmiş və onun dediyi kart hesabına 1000 manat pul köçürməmişdir. O Elvinə Zahid adlı şəxsin kart hesabını deməmişdir. O Səxavətdən 1500 manat pul almış, həmin puldan 100 manat Elvinə vermişdir. Elvin ona əlavə pul verməmişdir. Səxavətin Elvinə verdiyi 1300 manatdan Elvin ona pul göndərməmişdir. Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 manat pul almışdır. Həmin pulun 500 manatını İlkin onun kart hesabına göndərmiş, qalan 500 manatı da Elvin ona vermişdir. O Şərafət Quliyevanı tanımır. Elvin yalan danışır Şərafət adlı qadının pensiya işini həll etmək üçün ona pul verilməmişdir. Ona 50 manat göndərilməmişdir. Elvinin Şərafətdən 2500 manat pul alması barədə onun heç bir məlumatı olmamışdır. O həmçinin Elçin Əliyevi tanımıram. Elçinlə heç vaxt görüşməmiş, Elçinə pensiyasının bərpa edilməsi barədə heç vaxt vəd verməmişdir. Zərərçəkmiş şəxs1 Elçindən pul alması barədə ona heç bir söz deməmiş, ona hər hansı məbləğdə pul verməmiş, kart hesabına göndərməmişdir. O Zərərçəkmiş şəxs4 tanımır. Tariel ilə pensiya işi ilə bağlı Elvin danışmış, Elvin Tarielin işinə görə evlərində ona cəmi 250 manat pul vermişdir. Elvinin Tarieldən nə qədər pul almasını dəqiq bilməmişdir. O Pənah Əliyevi tanımır. Elvin Pənah adlı şəxsin işini həll etmək üçün ona heç bir məbləğ verməmişdir. O X8 ilə danışıb övladına pensiya düzəldəcəyini demişdir. Bunun müqabilində Bəxtiyardan 500 manat pul istəmişdir. Bəxtiyar da həmin pulu ona verməsi üçün Elvinə vermişdir. Elvin də 500 manat puldan 300 manatını onun kart hesabına köçürüb 200 manatını özünə götürmüşdür. Həmçinin o, Zahid adlı şəxsin olması barədə yalan məlumat verdiyini, aldığı pulları özü xərclədiyini və hazırda da həmin pulları qaytardığını bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanın əvəzinin tam həcmdə ödəməsini və bununla da onlar arasında barışıq əldə edildiyini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, həmçinin ailəli olaraq himayəsində azyaşlı övladlarının olduğunu nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs tanıyır. O, Sabirabad rayonunda olan zaman tanışı Sabirabad şəhər sakini X6 ilə görüşmüş və söhbət əsnasında həyat yoldaşı X3 başından travma aldığı üçün ona pensiya düzəltdirmək istədiyini Mirsalehə bildirmişdir. Mirsaleh bunu eşitdikdən sonra ona tanıdığı bir nəfər şəxsin olduğunu və həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O, Mirsalehdən bunu eşitdikdən sonra Əli ilə söhbət etmək istədiyini bildirmişdir. Mirsaleh də Əliyə zəng etmiş və Əli onun yanına gəlmişdir. O, Əli ilə ilk dəfə xx.xx.2022-ci il tarixdə tanış olmuşdur. O, Əliyə həyat yoldaşının başından travma aldığı üçün yoldaşına pensiya düzəltdirmək istədiyini bildirmişdir. Əli də onun yanında istifadəsində olan mobil nömrə ilə Zahid adlı şəxsə zəng etmiş və onun yoldaşına pensiya düzəltdirmək istədiyini Zahidə demişdir. Biraz danışdıqdan sonra, ona yaxınlaşaraq pensiya işini düzəldə biləcəyini bildirmişdir. Əli ona Zahid adlı şəxsin 03 ay ərzində onun yoldaşının pensiya işini düzələcəyini dediyini bildirmişdir. Həmin pensiyanın düzəldilməsi üçün isə Əli ondan 3000 manat pul istəmişdir. O Əli ilə razılaşmış və xx.xx.2022-ci il tarixdə Sabirabad rayonu Ulacalı kəndində yaşadığı evdə tanışı Mirsalehin yanında Təqsirləndirilən şəxs 900 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə isə Sabirabad şəhəri bazar yolunda Mirsalehin oboy mağazasının qarşısında Mirsalehin iştirakı ilə Təqsirləndirilən şəxs 400 manat pul vermişdir. Bundan sonra 1000 manat pulu Əlinin ona dediyi və Zahidə məxsus olduğunu bildirdiyi karta göndərmişdir. Beləliklə, o Əliyə ümumilikdə 2300 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə Əli istifadəsində olan mobil nömrəsi ilə ona zəng edərək, qohumlardan, tanışlardan kimə pensiya düzəltmək lazımdırsa, deyə biləcəyini və köməklik edə biləcəyini bildirmişdir. O da cavabında Əliyə istəyən olsa deyəcəyini demişdir. Bundan sonra O 2022-ci ilin dekabr ayının əvvəlində bacanağı Zərərçəkmiş şəxs3 zəng etmiş və Səxavətə ürəyindən əməliyyat olunduğuna və ürəyinə 4 ədəd stend qoyulduğuna görə ona pensiya düzəltdirilə biləcəyini bildirmişdir. Daha sonra Səxavətə pensiya düzəldən şəxsin Təqsirləndirilən şəxs olduğunu demişdir. Səxavət də ona Əli ilə tanış olmaq istədiyini və Əliyə zəng etməsini xahiş etmişdir. O da Əliyə zəng etmiş və həmin gün axşam Əli Sabirabad rayonu Ulacalı kəndində yerləşən çayxanaya gəlmiş və onlar yəni o, Səxavət və Əli çayxanada oturub biraz söhbətləşmişdirlər. O Səxavətə arvadı xəstə olduğuna görə pensiya düzəltməsi üçün Əliyə 2300 manat pul verdiyini demişdir. Əli də bunu təsdiqləmişdir. Səxavət də özünə pensiya düzəltdirmək məqsədilə onun yanında 1500 manat pulu Əliyə vermişdir. Bundan sonra Əli Səxavətə qalan 1300 manatı da çatdırmasını bildirmişdir. Sonra onlar uzaqlaşmış və Əli həmin 1500 manat puldan 100 manatı ona vermişdir. Daha sonra Səxavət qalan 1300 manat pulun 800 manatını Sabirabad şəhərində Kapital Bankın qarşısında ona vermişdir. O da həmin 800 manat pulu Mirsalehin aboy dükanında Əliyə əlbəəl vermişdir. Səxavət qalan 500 manatı da 03 gün sonra ona vermişdir. O da 500 manatı Əlinin ona dediyi kart hesabına köçürmüşdür. Bundan başqa bildirir ki, bacanağı Səxavət ona zəng edərək, həmkəndlisi X4 qızı Mələkxanım Məmmədovanın kəsilmiş pensiyasını bərpa etdirməyin mümkün olub-olmadığını ondan soruşmuşdur. O da Səxavətə bu məsələləri Əli ilə danışmasını demişdir. Beləliklə, bildirir ki, X14 pensiya işini, Zərərçəkmiş şəxs2 pensiya işini, X15 pensiya işini bacanağım Səxavət danışmışdır. O heç kəsdən pul almamışam və heç kəsin pensiya işini düzəldəcəyimə dair yalan vədlər verməmişdir. Zərərçəkmiş şəxs1 ifadəsini davam etdirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs yoldaşına pensiya düzəltmək üçün Ulacalı kəndində yaşadığı evdə 900, Mirsalehin mağazasında 400 manat olmaqla ümumilikdə 1300 manat pul əlbəəl vermiş, bundan başqa 1000 manat pulu da Əlinin ona dediyi və Zahid adlı şəxsə məxsus olduğunu bildirdiyi karta köçürmüşdür. Beləliklə ona 2300 manat ziyan dəymişdir. Həmçinin o Əli ilə Səxavəti tanış etmiş, Ulacalı kəndində olan çayxanada Əli ilə birlikdə olan zaman Səxavət 1500 manat pulu əlbəəl onun yanında Əliyə vermiş, sonra Əli həmin 1500 manat puldan 100 manatı zəhmət haqqı kimi ona vermişdir. Sonra Səxavət qalan 1300 manat pulun 800 manatını Sabirabad şəhərində Kapital Bankın qarşısında ona vermiş, o da həmin 800 manat pulu Mirsalehin aboy dükanında Əliyə əlbəəl vermişdir. Səxavət qalan 500 manatı da 03 gün sonra ona vermişdir. O da 500 manatı Əlinin ona dediyi kart hesabına köçürmüşdür. İlkin Güləliyev əlbəəl ona 500 manat pul vermiş, o, həmin pulu Əlinin adına olan xatırlamadığı kart hesabına köçürmüş, qalan 500 manat pulu da İlkin özü Əlinin kart hesabına göndərmişdir. O Şərafət Quliyevadan nəvələrinin pensiya işini düzəltmək məqsədi ilə 2300 manat pul almışdır. Əlavə 200 manat pulu isə borc kimi almışdır. Əli ona 2300 manat puldan 2200 manatını Zahid adlı şəxsə məxsus olduğunu dediyi bank kart hesabına göndərməsini, qalan 100 manatdan 50 manatını özünə götürməklə 50 manatını isə ona məxsus kart hesabına köçürməsini demişdir. O da Əlinin dediyi kimi etmişdir.O X2 pensiyasının bərpa olunması üçün xx.xx.2022-ci il tarixdə günorta saat 12 radələrində Sabirabad şəhərində Bazarstorenin qarşısında əlbəəl 800 manat pul aldığını və Elçinin xx.xx.2022-ci il tarixdə onun kart hesabına 300 manat göndərdiyini bildirmiş və həmin pulları xatırlamadığı tarixdə Mirsalehin oboy mağazasında Əliyə verdiyini demişdir. O Zərərçəkmiş şəxs4 qayınanası Şəfəq Babayevanın pensiyasının bərpa edilməsi üçün yaşadığım evdə əlbəəl 700 manat pul almış, həmçinin Tariel 200 manat pulu da onun kart hesabına göndərmişdir. O da həmin pulu Əliyə vermişdir. Əli ona zəng edərək Səxavətlə görüşüb X8gilə getməsini demişdir. O da Səxavətlə Güdəcühür kəndində görüşüb Həşimxanlı kəndinə Bəxtiyargilin evinə getmişdir. Orada Bəxtiyarla danışmış və 500 manata işini həll edə biləcəyini demişdir. Bəxtiyar 500 manat pulu Səxavətə vermiş, Səxavət də pulu sayıb ona vermişdir. O da həmin gün Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən “Bol marketin”in içərisindəki milli ön aparatı vasitəsilə Təqsirləndirilən şəxs məxsus kart hesabına 300 manat göndərmiş, qalan 200 manatı isə özünə götürmüşdür. O X12 Güdəcühür kəndində qəbristanlığın yanında əlillik dərəcəsinin dəyişilməsi üçün 200 manat pul almışdır. Həmin pulu Əliyə verib vermədiyini xatırlamadığını bildirmişdir. İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs1 dəymiş zərərin əvəzinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona tam həcmdə ödənilməsini və bununla da onlar arasında barışıq olmasını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki o, Zərərçəkmiş şəxs1 tanıyır. Onun oğlu Sadiq Gülaliyev anadan gəlmə zəif görür və bu səbəbdən oğluna dövlət tərəfindən 2009-cu ildən xx.xx.2022-ci il tarixədək 280 manat pensiya verilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə oğlunun pensiyası kəsilmişdir. O, Elvini yeznəsi X4 vasitəsilə tanımışdır. Belə ki, Bəxtiyar şəkər xəstəsi olan övladı Mələkxanım Məmmədovaya pensiya düzəltmək məqsədilə Elvinə 500 manat pul vermişdir. Bundan başqa, Səxavət də özünə pensiya düzəltmək üçün Elvinə 2800 manat pul vermişdir. O, Səxavətlə telefonda danışarkən Səxavət özünün pensiya işinə görə Elvinə 2800 manat pul verdiyini bildirmişdir. Səxavətin deməsinə görə Elvin onun oğlunun kəsilmiş pensiyasını bərpa etdirməyə görə əvvəlcə 500 manat, pensiya işi düzəldikdən sonra isə ümumilikdə 6 ay olmaqla, hər ay kart balansına köçən pensiyanı Elvinə verməli olduğuna dair ona şərt qoyduğunu demişdir. Beləliklə, 6 ay ərzində karta 280 manat köçəcək pula görə Elvinə əlavə olaraq 1680 manat pul verməli idi. O, Elvinin bu şərti ilə razılaşmış və xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu Güdəcühür kəndində yerləşən yeznəsi Bəxtiyar Məmmədovun evin həyətyanı sahəsində yeznəsi Bəxtiyar, yeznəsinin qudası Səxavət, atası Güloğlanın iştirakları ilə Elvinə 500 manat pul vermişdir. Elvin də həmin pulu sayaraq götürmüş və ona guya ki, özünün X9 işlədiyini və pensiyaları düzəldirdiyini bildirmişdir. Bundan sonra Elvin 500 manatdan əlavə X9 işləyən Təqsirləndirilən şəxs kart hesabına da 500 manat pul göndərməli olduğunu ona bildirmişdir. O, Elvinlə razılaşmış və xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu Əsədli kəndində yerləşən marketin içərisində olan milli ön aparatından Əlinin istifadəsində olan +99450 ***-**-** saylı mobil nömrənin Whatsapp ani mesajlaşma tətbiqi vasitəsilə onun istifadəsində olan +99450 ***-**-** saylı mobil nömrənin Whatsapp ani mesajlaşma tətbiqinə şəkil formasında 4169 7385 0323 2724 saylı “Kapital Bank”a məxsus kart hesabını göndərmişdir. O həmin karta 500 manat pul göndərmişdir. O, Elvinə ümumilikdə 1000 manat pul vermişdir. İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs2 dəymiş zərərin əvəzinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona tam həcmdə ödənilməsini və bununla da onlar arasında barışıq olmasını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki o, Zərərçəkmiş şəxs1 tanıyır. Elvin onun bacanağıdır. O, təxminən 16-17 il əvvəl belindəki və boynundakı qrijadan əməliyyat olunmuşdur. Eyni zamanda 2020-ci ilin əvvəlində ürəyinə 2 ədəd stend, 2022-ci ilin əvvəlində isə əlavə 2 ədəd stend olmaqla, ümumilikdə ürəyinə 4 ədəd stend qoyulmuşdur. Elvin 2022-ci ilin dekabr ayının əvvəlində ona yaxınlaşaraq əməliyyat olunduğuna və ürəyində 4 ədəd stend olduğuna görə ona pensiya düzəltdirə biləcəyini bildirmişdir. Eyni zamanda Elvin ona pensiya düzələndən sonra istifadəsində olan mobil nömrəyə mesaj gələcəyini bildirmişdir. O da bacanağı Elvinlə razılaşmış və ona pensiya düzəltməsini bildirmişdir. Elvin bunun qarşılığında onun xəstəxanada əməliyyat olunmağına dair sənədləri, şəxsiyyət vəsiqəsini, əməliyyatın görüntü diskini ondan istəmiş və ona həmin pensiyanın düzəldilməsi üçün təxminən 3000- 3500 manat xərcinin olduğunu bildirmişdir. O, Elvindən pensiyanı necə düzəltdirəcəyini soruşduqda, Elvin cavabında ona əvvəlcə sənədləri verməyi və pulu düzəltməyi bildirərək, qalan məsələlərdən narahat olmamağı demişdir. Onlar razılaşmışlar. 2022-ci ilin dekabr ayının ortalarında Elvinlə Sabirabad rayonu Ulacalı kəndində görüşmüşlər. Elvinin yanında adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs olmuş və birlikdə görüşmüşlər. Həmin zaman Elvin ona yanında olan Əlinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə rəisi vəzifəsində işlədiyini bildirmiş, Əli də bunu təsdiqləmişdir. Daha sonra namaz vaxtı olduğu üçün yaxınlıqda olan məscidə gedib namaz qılacağını bildirmişdir. Elvin Əli ilə birlikdə Ulacalı məscidində namaz qılmağa getmiş, həmin vaxt o, Elvinlə Əlini gözləmişdir. Bundan sonra Əli və Elvin məsciddən çıxaraq ona yaxınlaşmış və birlikdə Ulacalı kəndində yerləşən çayxanaya getmişlər. Həmin çayxanada oturmuş və bu zaman Elvin ona pulu verməyini bildirmiş, o da cibindən 1500 manat pul vəsaitini çıxarmış və Elvinə vermişdir. Elvin də həmin pulu saymış və 1500 manat pulu Əliyə vermişdir. Əli həmin pulu saymış və cibinə qoymuşdur. Əli ona qalan pulu tez bir zamanda düzəltdikdən sonra onun pensiya işinin həll olacağını bildirmişdir. Onlar razılaşmış və çayxanadan durmuşlar. Bundan sonra 2022-ci ilin dekabr ayının axırında o, 1300 manat pul götürüb Elvinlə Sabirabad rayonu Güdəcühür kəndində yerləşən “Halal market”in yaxınlığında görüşmüş və həmin pulu orada qardaşı oğlu X14 yanında Elvinə vermişdir. Elvin də pulu saymış və 1300 manatı cibinə qoymuşdur. O, pulu Elvinə verdikdən sonra Elvin ona arxayın olmağını bildirmiş və onun pensiya işini düzəldəcəyinə dair ona vəd vermişdir. Elvin eyni zamanda onun pensiya işinin düzələcəyinə dair nömrəsinə mesaj gələcəyini ona bildirmişdir. Elvin həmçinin onun kimi qardaşı oğlu Elçin Əliyevə də pensiya düzəldəcəyinə dair vəd verdiyi üçün həmin vaxt Elçin də Elvinə 800 manat pul vermişdir. Bundan sonra isə Elçin Elvinlə aralarında olan razılığa görə verməli olduğu 1100 manat pulun qalan hissəsini, yəni 300 manatını da ondan bir müddət sonra Elvinin kart hesabına göndərmişdir. Bundan sonra gecə onun nömrəsinə mesaj gəlmiş və mesajın mətnində “Sizin sorğunuz yerinə yetirildi” yazılmışdır. O, Elvinə ümumilikdə 2800 manat pul verməyinə baxmayaraq, bu günə qədər onun pensiya işi düzəlməmişdir. İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs3 dəymiş zərərin əvəzinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona tam həcmdə ödənilməsini və bununla da onlar arasında barışıq olmasını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki o, o, Zərərçəkmiş şəxs1 tanıyır. Onun qayınanası X17 3-cü dərəcəli ankoloji xəstədir və bu səbəbdən ona 2016-cı ildən 2021-ci ilədək 130 manat pensiya verilmişdir. Lakin xx.xx.2021-ci il tarixdə qayınanasının pensiyası kəsilmişdir. Bundan sonra 2022-ci ilin dekabr ayının axırı Elvin istifadəsində olan (070) ***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəyə zəng edərək tanıdığı və pensiyası kəsilmiş şəxslərin olub-olmadığını soruşmuşdur. O, Elvindən bunu nə üçün öyrənmək istədiyini soruşduqda, Elvin cavabında ona pensiya düzəldə bildiyini bildirmişdir. O da cavabında Elvinə qayınanasının pensiyasının kəsildiyini bildirmişdir. Elvin ona qayınanasının pensiyasını bərpa etdirə biləcəyini demiş və buna görə də 1500 manat pul istəmişdir. O, Elvinlə razılaşmışdır. 2023-cü ilin yanvar ayının əvvəlində Sabirabad rayonu Ulacalı kəndində yerləşən Elvinin yaşadığı evə getmiş və həmin evdə Elvinə əvvəlcə 700 manat pul vermişdir. Bundan sonra 2023-cü ilin yanvar ayının ortalarında Sabirabad rayonu Qruzma kəndində yerləşən “Kür market” mağazasının içərisindəki milli ön aparatı vasitəsilə Elvinin ona dediyi bank kartına 200 manat pul göndərmişdir. Qalan 600 manat pulu isə pensiya işi düzələndən sonra verəcəyinə dair Elvinlə razılaşmışdır. Həmin vaxt Elvin ona qayınanasının pensiyasının 2023-cü ilin mart ayında bərpa olacağını bildirmişdir. O, Elvinə 900 manat pul verməyinə baxmayaraq, bu günə qədər onun qayınanasının pensiyası düzəlməmiş və Elvin ona pulu geri qaytaracağına dair vəd versə də, hələ də pulu geri qaytarmamışdır. Zərərçəkmiş şəxs4 ifadəsini davam etdirərək bildirmişdir ki, həmin 900 manat puldan 250 manat pulu Elvinin tanışı olan Təqsirləndirilən şəxs ona məxsus bank kartına göndərmişdir. İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs4 dəymiş zərərin əvəzinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona tam həcmdə ödənilməsini və bununla da onlar arasında barışıq olmasını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən tək və qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin və təqsirləndirilən şəxsin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nın 178.2.1 və 178.2.2-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-nın ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşmançılıq hissi keçirməsini, məhkumluğunun olmamasını, ailəli olaraq himayəsində üç nəfər azyaşlı uşaqlarının olduğunu, həmçinin cinayət nəticəsində dəymiş zərərin əvəzinin tam həcmdə zərərçəkmiş şəxslərə ödənilməsini və onların şikayətçi olmadıqlarını ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nın 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və təhlükəlilik dərəcəsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək “həbs” qətimkan tədbiri qaydasında 3 ay müddətində həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək “həbs” qətimkan tədbiri qaydasında 3 ay həbsdə saxlanmasının bir həbs gününün iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən olunmuş 6 ay, ona təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 06 (altı) ay müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, cəzaçəkmə müddətinin başlanğıcının cəzanın icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını və hökmün icrasının təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək “həbs” qətimkan tədbiri qaydasında 3 ay həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 6 ay, ona təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 06 (altı) ay müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar