Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-121/2023 27.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, zərərçəkmiş Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, təqsirləndirilən şəxs X3 iştirakları ilə,
09. 06. 1967-ci ildə Sabirabad rayonu Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Qəzli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində“polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - X3
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci madəsilə təqsirləndilməsinə dair cinayət işinə xx.xx.2023-cü il tarixdə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq
MÜƏYYƏN ETDİ:
X8 20 mart 2023-cü il tarixdə saat 15 radələrində, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsininin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq alkoqol sərxoşluğu vəziyyətində və sürücülük hüququ olmadan özünə məxsus “VAZ-2106” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili Sabirabad rayonu Qəzli kəndi ərazisində, kənddaxili yolda idarə edərkən, həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayrımamalı, qarşıda piyadanın sağ ehtiyat hissədə piyadaların dayanmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobillə piyadalar arasında təhlükəsiz yan məsafəsini təmin etməli, avtomobili ehtiyat hissəyə çıxartmamalı, dayanmış piyadaların yanından təhlükəsiz yan məsafə saxlamaqla keçib getməli və hərəkət təhlükəsizliyini təmin etməli olduğu halda, həmin tələbləri pozduğu üçün idarəetməni itirərək avtomobili ehtiyat hissəyə çıxarıb, avtomobilin ön hissəsi ilə orada dayanan piyadalar Zərərçəkmiş şəxs1 və X4 vurmuş, nəticədə o, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağ qamış və incik sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişən sınıqları, qapalı kəllə beyin travması, başın təpə nahiyəsinin çapılmış yarası ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olub sağlamlığına az ağır, Zərərçəkmiş şəxs2 isə qapalı kəllə beyin travması, subaraxnoidal qansızma, subdural hematoma, sağ mil bilək oynağında sınıq, dalağın laserasiyası, ənsə, alın nahiyələrində, sol əlin üst səthində 2-ci əldarağı sümüyü proyeksiyasında çapıqlar-sağalmış yaraların izləri ilə müşayiət olunan həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. X6 istinad olunan cinayət əməli məhkəmə iclasında tədqiq olunmuş aşağıda qeyd olunan sübutlarla tam sübuta yetrilmişdir. Belə ki, iş üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayon Qəzli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi təsərrüfatla məşğul olmaqla ailəsini dolandırır. Onun özünə məxsus VAZ-2106 markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Novruz bayramı münasibəti ilə əlaqədar yaşadığı evdə təxminən 250-300 qram araq içmişdir. Yeməyini yedikdən sonra siqareti qurtardığına görə, özünə məxsus avtomobillə yaşadığı kəndə siqaret almağa çıxmışdır. Həmin gün saat 15 radələrində kəndlərində Atabəyə məxsus mağazaya çatmağa az qalmış avtomobilinin yolun sağ tərəfində velosipedlərini düzəldən iki nəfər uşağa dəydiyini bilmişdir. O, avtomobili saxlamış, avtomobildən enib həmin uşaqların yıxılmış vəziyyətdə olduqlarını görmüş və uşaqları yerdən qaldırmağa çalışmışdır. O, içkili olduğundan möhkəm səslə ətrafdakıları köməyə çağırmışdır. Həmin vaxt da yaxınlıqda olan İmran Muradovun atası Qanuni nümayəndə2 hadisə yerinə gəlib ondan nə baş verməsini soruşmuş, o da bilmədən avtomobillə uşaqları vurduğunu demişdir. Qanuni nümayəndə2 gəldikdən sonra hadisə yerinə kim olduqlarını xatırlamadığı bir neçə kənd sakinləri də gəlmişlər və köməkləşib uşaqları xəstəxanaya aparmışlar. O, içkili olduğu üçün xəstəxanaya getməyə halı olmamış, ona görə də həyəcanlandığından evlərinə getmiş, daha sonra polis şöbəsinə gəlib hadisə barədə məlumat vermişdir. İş üzrə Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi – anası Qanuni nümayəndə1 iştirakı ilə dindirilərkən ifadəsində göstərmişdir ki, Sabirabad rayon Qəzli kəndində valideynləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə kənd ərazisində hərəkət edən zaman, onu və həmkəndlisi Zərərçəkmiş şəxs2 vuraraq xəsarət yetirmişdir.Belə ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində dostu Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşadıqları Qəzli kəndində yolun kənarında, ehtiyat hissədə velosipedin hissələri ilə oynadıqları zaman, VAZ-2106 markalı avtomobil yoldan çıxaraq onların üstünə gəlmiş və ikisini də vurmuşdur. Hadisədən sonra onları vuran avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobildən düşüb onlara yaxınlaşmış və ikisinin də xəsarət aldıqlarını görüb qışqıraraq ətrafdan adam çağırmışdır. Həmin vaxt o, sağ ayağından, Zərərçəkmiş şəxs2 isə baş nahiyəsindən xəsarət almaqla huşu özündə olmamışdır. Təqsirləndirilən şəxs harayçılıq etdikdən sonra, Zərərçəkmiş şəxs2 atası Kamil hadisə yerinə gəlib onlara yaxınlaşmışdır. Qanuni nümayəndə2 gəldikdən sonra onları xəstəxanaya aparmışlar. Əvvəlcə Sabirabad rayon mərkəzi xəstəxanasına, oradan isə Bakı şəhərinə aparmışlar. İş üzrə Zərərçəkmiş şəxs2 qanunu nümayəndəsi – atası Qanuni nümayəndə2 iştirakı ilə dindirilərkən ifadəsində göstərmişdir ki, Sabirabad rayon Qəzli kəndində valideynləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə kənd ərazisində hərəkət edən zaman, onu və həmkəndlisi Zərərçəkmiş şəxs1 vuraraq xəsarət yetirmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində dostu Zərərçəkmiş şəxs1la yaşadıqları Qəzli kəndində yolun kənarında, ehtiyat hissədə velosipedin hissələri ilə oynadıqları zaman, VAZ-2106 markalı avtomobil yoldan çıxaraq onların üstünə gəlmiş və ikisini də vurmuşdur. Hadisədən sonra huşunu itirdiyindən hadisədən sonra olanlar barədə heçnə bilməmişdir. O, gözünü açanda xəstəxanada olduğunu görmüşdür. Xəstəxanada bilmişdir ki, Zərərçəkmiş şəxs1 sağ ayağından xəsarət almışdır. Sonradan onu avtomobili ilə vuran şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olmasını bilmişdir. Xəstəxanada ayıldıqdan sonra valideynlərindən hadisədən sonra nə baş verdiyini soruşmuşdur. Atası Qanuni nümayəndə2 ona həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə içkili halda onu və Özalı vurduğunu, sonra Təqsirləndirilən şəxs avtomobildən düşərək harayçılıq etdiyini demiş, bu zaman atası Kamil hadisə yerinə yaxın olduğundan, onları xəstəxanaya aparmışlar. İş üzrə şahid qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, Sabirabad rayon Qəzli kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə kənd ərazisində hərəkət edən zaman, oğlu İmran Muradovu və həmkəndlisi Zərərçəkmiş şəxs1 vuraraq xəsarət yetirmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində oğlu İmran Muradov həmişə münasibətdə olduğu həmyaşıdı Zərərçəkmiş şəxs1la yaşadıqları Qəzli kəndində küçədə oyun oynamışlar. Həmin ərəfələrdə həmkəndlisi Təqsirləndirilən şəxs Novruz bayramı ilə əlaqədar evdə araq içmiş və siqaret almaq üçün özünə məxsus VAZ-2106 markalı avtomobilinə əyləşib hərəkət etmişdir. Həmin vaxt da İmran və Özal yolun kənarında ehtiyat hissədə dayanıb velosipedlə oynamışlar. Təqsirləndirilən şəxs də mağazaya gedən zaman idarəetməni itirərək avtomobili ehtiyat hissəyə çıxarmış, nəticədə ehtiyat hissədə dayanan İmran və Özalı vurmuşdur. Həmin vaxt o, hadisə baş verən yerə yaxın olmuşdur. Birdən Paşanın möhkəm qışqırmaqla kömək istədiyini eşitmiş, ona görə də dərhal səs gələn tərəfə gəlmiş və Paşanı görmüşdür. Paşa uşaqların ayağa durmaları üçün köməklik etmişdir. O, gəldikdən sonra Paşadan nə baş verdiyini soruşmuş, Paşa da bilmədən avtomobillə uşaqları vurduğunu demişdir. Həmin vaxt Özal sağ ayağından xəsarət almış, oğlu İmranın isə huşu özündə olmamışdır. O, gəldikdən sonra kənd sakinlərindən də hadisə baş verən yerə toplaşanlar olmuşdur. Orada olan şəxslərlə birlikdə uşaqları avtomobilə əyləşdirib əvvəlcə Sabirabad rayon mərkəzi xəstəxanasına, sonra isə vəziyyətlərinin ağır olduğuna görə Bakı şəhərinə xəstəxanaya aparmışlar. Qanuni nümayəndə2 ifadəsinində , həmçinin, qeyd etmişdir ki, hadisədən sonra Təqsirləndirilən şəxs oğlunun müalicəsi üçün tələb olunan bütün xərcləri çəkmiş, onlara həm maddi , həm də mənəvi dəstək göstərmişdir. Odur ki, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin, zərərçəkmiş Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi- anası Qanuni nümayəndə1 məhkəmədə dindirilərkən qeyd etmişdir ki, hadisədən sonra Təqsirləndirilən şəxs oğlunun müalicəsi üçün tələb olunan bütün xərcləri çəkmiş, onlara həm maddi , həm də mənəvi dəstək göstərmişdir. Odur ki, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yolnəqliyyat hadisəsi Sabirabad rayonunun Qəzli kəndi ərazisində əsas yolun ehtiyat hissəsində baş vermişdir. Sabirabad rayon MTE və PA birliyinin xx.xx.2023-cü il tarixli, 432 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər sağ qamış və incik sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişən sınıqları, qapalı kəllə beyin travması, başın təpə nahiyəsinin çapılmış yarası küt əşyanın /əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərd Sabirabad rayon MTE və PA birliyinin xx.xx.2023cü il tarixli, 433 nömrəli rəyindən görünür ki, müayinə zamanı X2 aşkar edilmiş xəsarətlər qapalı kəllə beyin travması, subaraxnoidal qansızma, subdural hematoma, sağ mil bilək oynağında sınıq, dalağın laserasiyası, ənsə, alın nahiyələrində, sol əlin üst səthində 2-ci əldarağı sümüyü proyeksiyasında çapıqlar-sağalmış yaraların izləri küt əşyanın /əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 8/1520 nömrəli rəyindən görünür ki: İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, VAZ-2106 markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 20 mart 2023-cü il tarixli aktdan görünür ki, X8 hadisədən sonra müayinə olunan zaman orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, X9 əvəllər məhkum olunmamışdır. Cinayət işinin 97 və 98-ci vərəqlərində olan Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 ərizələrindən görünür ki onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, X5 yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfər şəxsin sağlamlığına ağır zərər, bir nəfər şəxsin isə sağlamlığına az ağır zərər vurulmasına səbəb olma yol-nəqliyyat hadisəsi cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidin ifadələri, İ.Quliyevin məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin İ.Quliyevin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq yol hərəkəti qaydalarını pozaraq sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə olmqla ehtiyatsızlıqdan bir nəfər şəxsin sağlamlığına ağır zərər vurulmasına və bir nəfər şəxsin isə sağlamlıöğına az ağır zərər vurmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 -ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxs X9 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs İ.Quliyevə cəza təyin edərkən onun zərərçəkmişlərlə barışıq əldə etməsini ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs İ.Quliyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cinayətin eyni vaxtda 2 nəfər şəxsə qarşı və azyaşlı uşaqlara qarşı törədilməsini nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulsa da təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəza təyin lunmasını əsaslı hesab etmir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları və cəzanın ağırlaşdıran hallarının olmamasını nəzərə alıb hesab edir ki, təqsirləndirilən X6 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsilə 02 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda X3 21-23 mart 2023-cü il tarixində şübhəli şəxs qismində saxlandığı 2 həbs günü 1 gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla, ona təyin olunacaq cəzadan 2 gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən təqsirləndirilən X8 cəzasını Məntəqə Tipli CCM- də çəkməlidir. Cəzanın çəkilməsi müddətinin əvvəli X7 qeydiyyata alındığı vaxtdan hesablanmalıdır Məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını əsaslı hesab edir. İşüzrə aparılmış məhkəmə ekspertizasının dəyərini təşkil edən 85(səksən beş) manat təqsirləndirilən İ. Quliyevdən tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********. Müxbir hesab: AZ 41NABZ********************SFİFT BİK: CTREAZ22 Az. MEM VÖEN **********. Hesab AZ 34CTR AZ34CTRE********************) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 02 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun 21-23 mart 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 2 gün, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2( iki) il 06( altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etməklə 2(iki) il 05(beş) ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlansın, cəzasının çəkilməsi müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 85( səksən beş) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər
Sədrlik edən: Füzuli Pənahov