Məhkəmə qərarları › İş №1(056)-121/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-121/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-121/2024 04.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, evli, İİ qrup əlil, işsiz, məhkumluğu olmayan, Hacıqabul şəhəri, X9 küçəsi ev 11 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə elan edilən ittihama görə, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla satmışdır. Belə ki, o, 03 fevral 2024-cü il tarixdə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində yaşayan tanışı X1, sonuncunun yaşadığı küçədə satış məqsədi ilə bir ədəd kibrit qutusunda 2,98 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixunanı 40 manata alıb üzərində qanunsuz daşımaqla Sabirabad rayonu Nizami kəndinə gəlmiş, həmin tarixdə saat 20 radələrində qeyd olunan çəkidə qurudulmuş marixuananı bir ədəd kibrit qutusunda qablaşdırılmış halda kənd sakini Şahid3 80 manat pul müqabilində qanunsuz olaraq satmışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak etmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3-4 ildir ki, narkotik vasitə istifadə edir. Etibarnamə əsasında “VAZ- 21099” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonunda taksi fəaliyyəti ilə məşğul olur. “VAZ-21099” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışı Şahid3 ilə Sabirabad rayonu Nizamikənd kəndində olan zaman Nicat ona nəşə çəkmək istədiyini demiş, o da Nicata pul müqabilində nəşə tapa biləcəyini demişdir. Nicat nə qədər pul lazım olduğunu soruşmuş, o da Nicata 1 ədəd kibrit qutusunda nəşəni 80 manata ala biləcəyini demişdir. O, Nicatdan 80 manat pul almış və tanışı Şirvan şəhər sakini X3 ilə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində görüşüb 40 manata ondan 1 ədəd kibrit qutusunda nəşə almış və yenidən Nicatın yanına gəlmişdir. O, nəşəni 40 manata almış və Nicatdan da 80 manat aldığı üçün onun 40 manat qazancı olmuşdur. xx.xx.2024-cü il tarixdə axşam saat 21 radələrində Sabirabad rayonu Nizamikənd kəndində idarə etdiyi avtomobillə Nicatla birlikdə dayanan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, onu Sabirabad RPŞ-nin Qaragüney PB-yə dəvət etmişlər. O da idarə etdiyi avtomobillə polislərlə birlikdə Sabirabad RPŞ-nin Qaragüney PB-yə gəlmişdir. Daha sonra ona müstəntiq yaxınlaşmış və müstəntiq tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilərək, hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmişdir. Müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsini bildirmişdir. O da üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış və üzərindən 01 ədəd “İphone” markalı mobil telefon, 65 manat pul vəsaiti, “Keno” markalı siqaret qutusu aşkar olunmuş, sonra zərurət olmadığı üçün həmin siqaret qutusu onun özünə qaytarılmışdır. Müstəntiq ondan narkotik vasitə satıb-satmadığını soruşduqda, o, Nicat adlı tanışına 80 manat müqabilində narkotik aldığını və həmin narkotikə 40 manat verərək, özü üçün də 40 manat qazanc əldə etdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən heç bir təsir və təzyiq göstərilməmişdir. Şahid3 başqa şəxsə və ya şəxslərə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Hazırda ailəsində yeganə qazanc gətirən şəxs olmasını, İİ qrup əlil olmasını, ona istinad edilən cinayət əməlini etiraf etməsini və əməlindən peşmançılıq hissi keçirməsini nəzərə alıb, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad RPŞ-nin X4 sahə polis nəfəri vəzifəsində işləyir. 03 fevral 2024-cü il tarixdə daxil olmuş məlumat əsasında Sabirabad rayonu Nizami kənd sakini Şahid3 üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuş və bu məlumat əməliyyat marağı doğurduğu üçün rayonun Nizami kəndi ərazisində keçiriləçək tədbirdə iştirak edərək Şahid3 onun və X4 sahə polis nəfəri Şahid2 tərəfindən saxlanılıb Sabirabad rayon X6 Polis Bölməsinə gətirilmişdir. Həmin vaxt Şahid3 yanında Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs da olduğundan, sonuncunun da üzərində şəxsi axtarış keçirilməsi üçün polis bölməsinə gətirilmişdir. Polis bölməsində Şahid3 üzərində şəxsi axtarış aparılan zaman, üzərindən bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Bundan başqa, Şahid3 üzərindən bir ədəd kibrit qutusu, bir ədəd “Redmi” markalı mobil telefon, 5 manat pul, 01 ədəd siqaret qutusu, 3 ədəd qəbz və kağız hissəsi aşkar edilmişdir. Şahid3 üzərində şəxsi axtarış aparılan zaman, bir ədəd kibrit qutusu içərisində qurudulmuş marixuanaya oxşar kütlə qablaşdırılmaqla götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuş, protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o da şəxsi axtarış iştirakçıları kimi protokola imza etmişdir. Araşdırma zamanı Şahid3 üzərində aşkar edilərək götürülmüş kütləni tanışı Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs aldığını bildirdiyindən, sonuncunun da üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Keno” markalı siqaret, 01 ədəd alışqan, 01 ədəd “İphone” markalı mobil telefon və iki ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq, 5 ədəd 1 manatlıq olmaqla ümumilikdə 65 manat məbləğində pul aşkar edilmişdir. Şifahi sorğu əsasənda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd 20 manatlıq, ümumilikdə 40 manat pulun Şahid3 ona verdiyi puldan qalan qazanc pulu olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iki ədəd 20 manatlıq olmaqla ümumilikdə 40 manat pul və bir ədəd “İphone” markalı mobil telefon götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmaqla protokol tərtib olunmuş, protokol ucadan oxunmaqla o da şəxsi axtarış iştirakçıları kimi protokola imza etmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs da Şahid3 80 manata satdığı narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni, tanışı Şirvan şəhər sakini X1 40 manata aldığını bildirdiyindən, sonuncunun da ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Həmdul Abdullazadə yaşadığı evin küçəsində saxlanılaraq polis bölməsinə gətirilmişdir. Həmdul Abdullazadənin üzərində şəxsi axtarış aparılan zaman, üzərindən bir ədəd kibrit qutusu içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Bundan başqa Həmdul Abdullazadənin üzərindən bir ədəd kibrit qutusu, 01 ədəd siqaret qutusu və bir ədəd əlcək aşkar edilmiş, zərurət olmadığı üçün özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Həmdul Abdullazadə üzərindən aşkar edilmiş kütləni yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını, həmin kütlədən də bir ədəd kibrit qutusunda qablaşdırılmış halda tanışı Təqsirləndirilən şəxs 40 manata satdığını bildirmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmaqla protokol tərtib olunmuş, protokol ucadan oxunmaqla o da şəxsi axtarış iştirakçıları kimi protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 göstərdiyinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 04 fevral 2024-cü il tarixli 3-16-16/2-18/149№-li rəyindən görünür ki, “...Şahid3 üzərindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 2,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. X2 üzərindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş cəmi 02 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir. Cinayət işi materiallarında olan iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 09 mart 2024-cü il tarixli 1596 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsinin qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 02 mart 2024cü il tarixli 605 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi emosional-labil pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi emosional-labil pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs qərarda göstərilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiliyyətlidir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib, daşımaqla satması cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun ailəsində yeganə qazanc gətirən şəxs olmasını, İİ qrup əlil olmasını, ona istinad edilən cinayət əməlini etiraf etməsini və əməlindən peşmançılıq hissi keçirməsini CM-nın 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixdən hesablamaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə CPM-nın 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə üəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını, onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini və iş üzrə maddi sübutların qiymətləndirilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - tədqiqatdan sonrakı qalıq çəkisi 2,96 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - iki ədəd iyirmi manat əskinaz olmaqla, ümumilikdə 40 manat məbləğində pul vəsaiti dövlət nəfinə köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar