Məhkəmə qərarları › İş №1(056)-122/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-122/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-122/2024 29.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxx 1990-cı il tarixdə Sabirabad rayonu Yaxa-Dəllək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Yaxa-Dəllək kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda - 6,14 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla bir ədəd polietilen kəsiyi bükümündə saxlamış, 10 fevral 2024-cü il tarixdə Sabirabad RPŞ-nin Qaragüney PB-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat - axtarış tədbirləri nəticəsində Sabirabad rayonu Yaxa-Dəllək kəndində yerləşən “Aran” kafesində saat 01:05-də saxlanılaraq, Sabirabad rayonu Qaragüney kəndində yerləşən Polis Bölməsinə gətirilmiş, həmin tarixdə saat 03:40-da üzərinə Polis Bölməsinin inzibati binasında şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-6,14 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak etmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan təxminən 3-4 gün əvvəl Sabirabad rayonu Yaxa- Dəllək kəndində yol kənarında 01 ədəd sellofan bükümün olduğunu görüb yaxınlaşmış və bükümü açıb içərisinə baxmışdır. Narkotik istifadəçisi olduğuna görə həmin kütlənin nəşə olduğunu dərhal bilmiş və həmin narkotikdən biraz siqaretə doldurub çəkmiş və kütlənin nəşə olduğuna əmin olmuşdur. Bundan sonra həmin kütləni istifadə etmək məqsədilə əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlayaraq üzərində daşımışdır. Hər gün həmin kütlədən biraz siqaretə doldurub çəkmiş və daim üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində Sabirabad rayonu Yaxadəllək kəndində yerləşən “Aran” çay evində həmkəndlisi X3 ilə birlikdə oturub çay içən zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra onun və Vasifin narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, Sabirabad RPŞ-nin Qaragüney PB-yə dəvət etmişlər. Polis əməkdaşları birlikdə Sabirabad RPŞ-nin Qaragüney PB-yə gəlmişlər. Müstəntiq tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra vəkil təqdim edilərək, hüquq və vəzifələri izah olunmuş, bununla bağlı bildiriş təqdim edilmişdir. Müstəntiq üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməyisini bildirmişdir. O da üzərində narkoktik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və həmin kütləni təqdim etmişdir. Müstəntiq ona üzərində olan digər əşyaları da təqdim etməsini istədikdə üzərində heç bir əşyanın olmadığını bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən 01 ədəd “Bakı” markalı siqaret qutusu, 10 manat pul vəsaiti, 01 ədəd alışqan və 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Müstəntiq onun təqdim etdiyi 01 ədəd sellofan bükümü açaraq içinə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda həmin kütləni Yaxa- Dəllək kəndində yol kənarından tapdığını bildirmişdir. Müstəntiq həmin kütləni nə üçün üzərində saxladığını soruşduqda isə gələcəkdə istifadə etmək məqsədilə üzərində saxladığını və satış məqsədinin olmadığını demişdir. Şəxsi axtarışın sonunda üzərindən aşkar edilmiş həmin kütlələr müstəntiq tərəfindən qablaşdırılmış, “Zərflər üçün №139” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, ilk dəfə cinayət əməli törətməsini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPİ-nin Qaragüney PB-nin sahə rəisi vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. 09 fevral 2024-cü il tarixdə Sabirabad rayonu Yaxa-Dəllək kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, eyni zamanda istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq Sabirabad RPŞ-nin Qaragüney PB-nin Cinayət Axtarış Üzrə baş əməliyyat müvəkkili Şahid1 raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmiş və raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Şahid1 həvalə olunmuş və Şahid1 tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Əməliyyat tədbirində iştirak edəcək şəxslərin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Nurlan Mirzəyev, Sabirabad RPŞ-nin Qaragüney PB-nin Cinayət Axtarış Üzrə baş əməliyyat müvəkkili Şahid1, Qaragüney PB-nin sahə nəfəri, polis serjantı X7 və özündən ibarət olması təsdiqlənmişdir. 10 fevral 2024-cü il tarixdə saat 01 radələrində keçirilmiş müvafiq əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sabirabad rayonu Yaxa-Dəllək kəndində yerləşən “Aran” kafesində saxlanılıb, X6 gətirilmişdir. Polis bölməsində dəvət edilmiş vəkilin, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs özünün iştirakı ilə üzərinə şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs izah edilmişdir ki, şəxsi axtarış aparılan zaman telefon vasitəsi ilə video çəkiliş aparılacaq, eyni zamanda təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya digər dövriyyəsi qadağan edilmiş əşya və predmet varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkçənin sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və üzərində başqa qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman pul, mobil telefon və başqa özünə məxsus əşyalar aşkar edilmiş, zərurət olmadığı üçün həmin pul vəsaiti və digər əmlaklar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etmiş olduğu 01 ədəd sellofon bükümdə narkotik vasitə qurudulmuş marixuana elektron tərəzi çəkilmiş və kağız zərfə qoyularaq qablaşdırılmışdır. Polis şöbəsinin 139 saylı möhürü ilə möhürlənmiş, üzərində o, digər polis əməkdaşı, Təqsirləndirilən şəxs və müdafiəçisi imza etmiş və müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Cinayət işi materiallarında olan 10 fevral 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Sabirabad RPİ-nin X4 şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-6,14 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin məhkəmə-bioloji ekspertizasının 10 fevral 2024-cü il tarixli 3-16-16/2-18/160 saylı rəyindən görünür k, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-6,14 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanadan 0,02 qr tədqiqata sərf edilmiş, 6,12 qr qalıq qalmışdır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07 mart 2024-cü il tarixli 1550 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı xeyli miqdarda əldə edib üzərində daşımaqla saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadəsi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, ilk dəfə cinayət əməli törətməsini və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmalı və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı qalıq çəkisi 6.12 qram olan narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 04 gün, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazı narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49.74 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı qalıq çəkisi 6.12 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin . Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar