Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-128/2025 14.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1975-cı il tarixdə Sabirabad rayonu Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Suqovuşan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv edilməsi və şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasına gələrək, yaşadığı Sabirabad rayonu Suqovuşan kəndində yerləşən evinə qaz xəttinin çəkilməməsini bəhanə edib evinə taxta və odun yığıb aparmaq üçün nümayəndənin müavini vəzifəsində işləyən Nümayəndə dizel yanacağı alması məqsədilə pul və yük maşını verməsini tələb etmiş, sonuncu onun tələblərinin nümayəndəliyin səlahiyyətinə aid olmadığını bildirib sosial vəziyyətini nəzərə alaraq öz şəxsi vəsaitindən 16 manat pul verməsinə baxmayaraq o, məbləğin az olmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan davranışı ilə ictimai qaydalara açıq şəkildə hörmətsizlik edən, əxlaq normalarını kobud surətdə pozan və qarşılıqlı davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozub binanın gözləmə otağına çıxmış, bu vaxt orada qəbul növbəsini gözləyən Zərərçəkmiş şəxs ondan sakitləşməsini tələb etdikdə o, sonuncunu da haqlı iradlarına əhəmiyyət verməyərək nalayiq ifadələrlə söyüb təhqir etmiş, üzərinə gələrək vuracağını bildirib zor tətbiq etmə hədəsi ilə hədələmiş, səs-küyünə iş otaqlarından çıxmış nümayəndəliyin işçilərinin gözləri qarşısında əməllərini davam etdirərək inzibati binanın pəncərə şüşəsini yumruq zərbəsi ilə vuraraq özgə əmlakını zədələyib Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə 12 manat məbləğində maddi ziyan vurmaqla, eyni zamanda nümayəndəliyin iş fəaliyyətini 15 dəqiqə müddətində pozmaqla, eləcə də vətəndaş Zərərçəkmiş şəxs zor tətbiq etmə hədəsi ilə hədələməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 221.1ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Suqovuşan kəndində yaşayır, İİ qrup əlil olduğu üçün təqaüd alır, lakin həmin təqaüdü onun ehtiyaclarını ödəmir. 2023-cü ilin oktyabr ayının əvvəllərində yaşadığı evdə qaz xətti olmadığı üçün odun yandırmaq məcburiyyətində qalmış, bunun üçün də yük maşını ilə evə taxta və odun gətirmək istəmişdir. Lakin yük maşını olmadığı üçün Sabirabad şəhər nümayəndəliyinə müraciət etmiş, 02 oktyabr 2023-cü il tarixdə, saat 12 radədələrində Sabirabad şəhər icra nümayəndəliyinin çağırışı ilə Sabirabad şəhərində yerləşən həmin nümayəndəliyin inzibati binasına getmiş, nümayəndəliyin işçisi Ayaz müəllim adlı şəxs ona dizel yanacağı üçün 13 manat pul təklif etmişdir. Həmin vaxt o, pulu qəbul etməmiş və odun daşımağa yük maşını istədiyi bildirdiyi üçün aralarında mübahisəli söhbət yaranmış, bu zaman gözləmə yerində oturan Mirqalib adlı şəxs yanına gələrək ona “özünü yekə aparırsan, nə binaya girib çıxırsan, bir yerdə dur” demişdir. Mirqalib adlı şəxsin ona dediyi ifadəəri özünə sataşma kimi qəbul etmiş və bu hal onun əsəblərinə pis təsir etdiyindən sonuncu ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Mirqalib adlı şəxs onu itələmiş və onun qolunun dirsəyi pəncərə şüşəsinə dəymişdir. Bundan sonra o nümayəndəliyin binasında çıxıb getmiş, orada olduğu müddətdə kimisə söyməmiş, təhqir etməmiş, səs-küy salmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda məhkəməyə ərizə təqdim edib, onun cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyi halına əsaslanaraq, onun cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində CM-nın 221.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində şəxsi işləri ilə əlaqədar Sabirabad şəhər nümayəndəliyinə getmiş, binanın içərisində gözləmə yerində oturarkən bir nəfər, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs səsküylə nümayəndəliyin binasına gəlmiş və nümayəndəliyin işçisi Ayaz adlı şəxsdən yanacaq pulu istəmişdir. Həmin vaxt gördüyü və eşitdiyi qədərilə Ayaz adlı şəxs Təqsirləndirilən şəxs pul vermiş, lakin sonuncu həmin pulun miqdarından qane olmayaraq yenidən səs küy salmışdır. O, Təqsirləndirilən şəxs yaşına görə ağsaqqal sayılan Ayaz adlı şəxslə kobud danışığını eşitdikdən sonra Təqsirləndirilən şəxs yaxınlaşıb sakit və səbirli olub növbəyə riayət etməyini bildirmiş, hətta Təqsirləndirilən şəxs maddi yaardım etmək istədiyini demişdir. Lakin sonuncu həmin sözləri eşitdikdən sonra heç bir səbəb olmadan nalayiq söyüşlər söyəmə başlamış, nümayəndəliyin işçilərinin onu sakitləşdirmə cəhdlərinə məhəl qoymamışdır. Daha sonra Təqsirləndirilən şəxs əsəbi şəkildə yumruqla nümayəndəliyin inzibati binasının pəncərə şüşəsini vurub sındırmış və şüşə sınığı qolunu kəsmişdir. Sonra Təqsirləndirilən şəxs nümayəndəliyin binasından uzaqlaşdırılmış və o, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, eyni zamanda nümayəndəliyin işçiləri də həmin məsələ barədə onun iştirakı ilə akt tərtib etmişlər. Hazırda təqsirləndirilən Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığı bildirərək ifadəsini yekunlaşdırmışdır. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Nümayəndə oğlu ifadəsində göstərmişdir ki, Sabirabad RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir, Təqsirləndirilən şəxs tanımış, sonuncunun ruhiəsəb dispanserində qeydiyyatda olması barədə əvvəlcədən məlumatlı olmuşdur. Təqsirləndirilən şəxs dəfələrlə nümayəndəliyə və icra hakimiyyətinə yardım almaq üçün müraciətlər etmiş və hər dəfə sonuncuya mümkün qədər yardım olunmuşdur. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Təqsirləndirilən şəxs nümayəndəliyə gəlib başqa rayon ərazisindən istilik üçün odun gətirəcəyini, bunun əslində Sabirabad rayon icra hakimiyyətinin vəzfiəsi olduğunu bildirmiş və həmin səbəbdən də odunları gətirmək üçün ondan yanacaq pulu istəmişdir. O, imkanı daxilində Təqsirləndirilən şəxs pul verib yola salmış, lakin sonuncu həmin gün saat 12 radələrində yenidən nümayəndəliyə gələrək yük maşını və 20 litr dizel yanacağının onun tərəfindən verilməli olduğunu demişdir. O, həmin zaman Təqsirləndirilən şəxs 20 litr dizel yanacağını alması üçün 16 manat pul versə də, sonuncu yenə də narazılıq edərək heç bir səbəb göstərmədən nümayəndəliyin əməkdaşlarını nalayiq söyüşlərlə söymüşdür. O və digər əməkdaşlar Təqsirləndirilən şəxs nizam-intizamlı olmağa dəvət etsələr də, sonuncu kobud şəkildə binanın içərisinə girib söyüşlər söymüş, həmin vaxt inzibati binanın içərisində, gözləmədə oturan vətəndaş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunu sakitləşdirmək üçün maddi yardım edəcəyini bildirmiş və sakit olaraq növbəyə keçməsini qeyd etmişdir. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin sözlərini eşitdikdən sonra daha da aqressiv hərəkətlər edərək nalayiq söyüşlər söymüş, o və digərləri Təqsirləndirilən şəxs icra nümayəndəliyinin inzibati binasından uzaqlaşdırmaq istədikdə isə sonuncu yumruqla inzibati binanın pəncərə şüşəsini vurub sındırmış və şüşə Təqsirləndirilən şəxs qolunu kəsib xəsarət yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenidən binanın qapısına yumruq vuraraq söyüşlərini davam etdirib nümayəndəliyin iş fəaliyyətini 15 dəqiqə müddətinə pozmuş, daha sonra isə binanı tərk etmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs özündən başqa heç kim xəsarət almamışdır. Təqsirləndirilən şəxs Sabirabad şəhər icra nümayəndəliyinin inzibati binasının pənəcərə şüşəsini sındırmaqla nümayəndəliyə ümumilikdə 12 manat məbləğində maddi ziyan vurmuşdur. Hazırda təqsirləndirilən Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığı bildirərək ifadəsini yekunlaşdırmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Sabirabad RİHB-nin şəhər İƏD üzrə nümayəndəliyinin əməkdaşlarının tərtib etdikləri xx.xx.2023-cü il tarixli aktdan görünür ki, rayonun Suqovuşan kəndində yaşayan və ruhi-əsəb dispanserində qeydiyyatda olan Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12 radələrində İƏD üzrə nümayəndəliyin inzibati binasına gələrək iş şəraitini pozmuş, nümayəndəliyin əməkdaşları və vətəndaş Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə təhqir etmiş, sonuncunu zor tətbiq etməklə hədələmiş, inzibati binanın pənəcərə şüşəsini yumruqla sındırmış və binanın giriş qapısına yumruqla vuraraq oradan uzaqlaşmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 02 oktyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Sabirabad RİHB-nin şəhər inzibati dairəsi ürə nümayəndəliyinin inzibati binasına baxış keçirilmiş, baxış zamanı inzibati binanın pəncərələrindən birinin şüşəsinin sındırıldığı və giriş qapının üzərində qan ləkələri olması müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in Sabirabad rayon X2 Poliklinika şöbəsinin xx.xx.2023cü il tarixli 978 nömrəli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdən “F20-8-Şizofreniyaya bənzər psixoz” diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-psixiatrik ekspertizasının 22 aprel 2024-cü il tarixli, 1102 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs “şəxsiyyətin paranoid tip pozuntusu (F60.0)” aşkar edilir. Bunu anamnestik məlumatlar, tibbi sənədlər (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Sabirabad rayon Mərkəzi Xəstəxanasının “Şəxsiyyətin Paranoyal tipli diaqnozu”ilə həmin xəstəxanada qeydiyyatda olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən bir qədər gərgin olması, əhvali ruhiyyəsinin dəyişkən olması, emosional sferasının qeyri-stabil olması, öz vəziyyətinə dair tənqidi münasibətinin olmaması və sair əlamətlər) sübut edir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman və ona qədər şəxsiyyətin paranoid tip pozuntusu müəyyən edilsə də, həmin pozuntu o dərəcədə ifadə olunmamışdır ki, o, cinayət hadisəsini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan, o, ittiham edildiyi cinayət əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur, onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işi materiallarına əlavə edilmiş Sabirabad rayon Kooperativ Cəmiyyətinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, eni 35 sm, uzunluğu 40 sm olan, təktaylı və xrustal materialdan hazırlanmış pəncərə şüşəsinin 2023-cü ilin oktyabr ayının əvvəllərinə olan qiyməti 12 manat təşkil etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nın 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən və zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün) yarandığından, Təqsirləndirilən şəxs CM-nın 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini göstərərək, ərizə ilə məhkəməyə müraciət edib ona Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar barəsində olan cinayət iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Dövlət ittihamçısı Azərbaycan Respublikası CM-nın 221.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün həmin hissədə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 39.1.3-cü maddəsinə müvafiq olaraq cinayət təqibini istisna edən hallar mövcud olduqda, o cümlədən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması istisna edilməklə) cinayət təqibi və ya cinayət işi başlana bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət-Prosessual Məcələsinin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Göründüyü kimi, CPM-nin 39.1.3-cü madəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverci əsaslarla cinayət təqibinə xitam verilməsi hallarına aid edilməmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə cinayət işinin başlanması rədd edilərkən və ya başlanmış cinayət işinin icraatına xitam verilərkən CPM-nın 41.2-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Həmin maddəyə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Bu halda cinayət təqibi üzrə icraat Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsi ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CM-nın 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-nın 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini xx.xx.2023-cü il tarixdə törətmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə CM-nın 221.1-ci maddəsi əsasında elan edilmiş ittiham üzrə cinayət əməlini törətdiyi gündən hazırkı günədək 02 (iki) ildən artıq müddət keçmişdir. Beləliklə CM-nın 15.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi CM-nın 221.1-ci maddəsi ilə olan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, həmin Məcəllənin 75.1.1-ci maddəsinə müvafiq olaraq hazırkı cinayət işi üzrə CM-nin 221.1-ci maddəsinə əsasən cinayət əməlini törətdiyi gündən iki il keçdiyindən, belə olan halda isə Azərbaycan Respublikası CPM-nın 39.1.3-cü maddəsinin tələbləri cinayət təqibini istisna etdiyindən, məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs CM-nın 221.1-ci maddəsi ilə təqsirli bilinsə də, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cinayət işinə xitam verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs CM-nın 221.1-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ona elan olunmuş CM-nın 221.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar özünün ərizə və ifadəsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə onun barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Göstərilənvə lərə əsasən və Azərbaycan Respublikası CPM-nın 39, 41-44, 347-349, 351-354, 357-358, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün) cinayət məsuliyyətindən azad edilsin və həmin maddə ilə onun barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan 20 gün müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-128/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-128/2025
14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver