Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-129/2024 18.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X10 Novruzəli oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi,Sabirabad rayonnunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs1 Şahlar qızının və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-ci il tarixdə Sabirabad rayonu Qarağac kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Əsədli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 09 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan “QAZ- 32213 mikroavtobus” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı ümumi istifadədə olan nəqliyyat vasitəsini - mikroavtobusu Sabirabad rayonu Qarağac kəndindən rayonun Çöl- beşdəli kəndi istiqamətində ikinci dərəcəli yolla 10 km/saat sürətlə idarə edərkən, avtomobili ikinci dərəcəli yoldan baş yol hərəkət zolağına çıxarmış, bu vaxt onunla əks hərəkət istiqamətində baş yolla 40 km/saat sürətlə hərəkətdə olan Şahid1 İmaməti oğlunun idarə etdiyi "Ford Deal mikroavtobus” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili gördükdə, həmin Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət yolunda “Yol verin” üstünlük yol nişanı olmasını nəzərə alaraq nəqliyyat vasitəsini yol ayrıcına daxil etməməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı, hərəkət üstünlüyünə malik olan Şahid1 idarə etdiyi Ford Deal mikroavtobusuna yol verməli və sonuncunun idarə etdiyi mikroavtobusa yol verdikdən sonra o, idarə etdiyi QAZ-32213 mikroavtobusu yolayrıcına daxil edərək hərəkətini davam etdirməli olduğu halda, bunlara riayət etmədiyindən idarə etdiyi mikroavtobusun qabaq sağ hissəsi ilə Ford Deal mikroavtobusun ön hissəsi toqquşmuş, nəticədə o, ehtiyyatsızlıqdan Şahid1 idarə etdiyi Ford Deal mikroavtobusda əyləşmiş səmişlər Zərərçəkmiş şəxs1 sol almacıq qövsünün, sol almacıq sümüyünün, sol haymor boşluğunun bayır divarının sınıqları, sol yanaq nahiyəsinin hematoması, sol ağız bucağı proyeksiyasında çapıq - sağalmış yaranın izi, sağ bazu, sağ said, hər iki aşağı ətrafda termiki yanıqlar və Zərərçəkmiş şəxs2 sol qamış sümüyünün qapalı, qəlpəli, az yerdəyişən sınığı, sağ baldırın və döş qəfəsinin əzilməsi ilə müşayiət olunan, sağlamlıqlarının uzun müddətə pozulmasına səbəb olub, sağlamlıqlarına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sabirabad rayonunda sürücü kimi fəaliyyət göstərir. O, hər gün səhər tezdən idarə etdiyi “QAZ-32213 mikroavtobus” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Qarağac kəndindən bir sıra fəhlələri işlədikləri əraziyə, yəni rayonun Çölbeşdəli kəndinə aparır. Onun sürücülük vəsiqəsi var, lakin mikroavtobus sürmək üçün tələb olunan sürücülük kateqoriyası yoxdur. X1 adınadır və həmin avtomobil ona 01 illik etibarnamə ilə verilmişdir. Lakin həmin etibarnamənin müddəti bitmişdir. Həmin mikroavtobusun sahibi hazırda Rusiya Federasiyasında olduğu üçün etibarnaməni yeniləyə bilmir. O, xx.xx.2022-ci il tarixdə saat 08 radələrində idarə etdiyi mikroavtobusla həmin kənddə yaşayan fəhlələri avtomobilə mindirib, Sabirabad rayonu Çölbeşdəli kəndinə, yəni onların işlədiyi pambıq sahəsinə işə aparan zaman Sabirabad rayonu Zalqarağac kəndindən Sabirabad rayonu Çölbeşdəli kəndi istiqamətində 10 km/saat sürətlə ikinci dərəcəli yolla hərəkət edərək, Sabirabad rayonu Zalqarağac kəndinə baş yola daxil olmuşdur. Həmin zaman onun avtomobilində yük olmamış, lakin 15 nəfər sərnişin olmuşdur. O, baş yola daxil olan zaman hava dumanlı olduğu üçün qarşı hərəkət yolunu görə bilməmiş və qarşıdan baş yolla hərəkətdə olan "Ford” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə onun idarə etdiyi mikroavtobusun qabaq sağ hissəsi ilə “Ford” markalı mikroavtobusun qabaq ön hissəsi toqquşmuş, “Ford” markalı mikroavtobusda olan sərnişinlərin bir qismi xəsarət almışlar. Lakin onun idarə etdiyi avtomobildəki sərnişinlər salamat qalmış və xəsarət almamışlar. Bundan sonra o, avtomobildən düşmüş və “Ford” markalı mikroavtobusun yanına tərəf qaçmışdır. Həmin vaxt “Ford" markalı avtomobildəki sərnişinlərin səs-küyünü eşitmişdir. Daha sonra, təcili tibbi yardıma zəng edərək hadisə barədə məlumat vermişdir. Bu zaman hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və xəsarət alan həmin sərnişinləri Şirvan ŞMX-na aparmışlar.Hava dumanlı olduğu üçün o, baş yoldan ikinci dərəcəli yola doğru hərəkət edən “Ford” markalı avtomobilin dönməsini görməmişdir.Hadisə zamanı o və onun idarə etdiyi mikroavtobusda olan sərnişinlər xəsarət almamışlar. Hadisə ani baş verdiyi üçün o, hadisənin qarşısını almaq üçün heç bir qabaqlayıcı tədbirlərdən istifadə edə bilməmişdir. Avtomobili idarə edən zaman spirtli içki və narkotik vasitə qəbul etməmişdir. “QAZ-32213 mikroavtobus” markalı avtomobili sərnişin daşınması üçün idarə etmiş və mütəmadi idarə etdiyi həmin mikroavtobusla sərnişin daşımış, idarə etdiyi mikroavtobusla müəyyən edilmiş marşrut üzrə hərəkət etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda ilk dəfə cinayət əməli törətməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək, məhkəmədən bu halları nəzərə alıb ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin özünü dolandırmaq üçün Zalqarağac kəndində yerləşən pambıq sahəsində pambıq yığmaqla pul qazanır. O, hər gün səhər saat 08 radələrində yaşadığı evdən çıxaraq rayon sakini kimi tanıdığı Şahid1 idarə etdiyi “Ford Deal mikroavtobus” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib kənd ərazisində olan pambıq əkilmiş sahəyə gedir. Onunla yanaşı kənddən digər qadınlar da hər gün onunla birlikdə həmin avtobusla pambıq sahəsinə işləməyə gedirlər. O, xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində həmişəki kimi Şahid1 idarə etdiyi mikroavtobusa əyləşərək pambıq sahəsinə doğru hərəkət etmişdir. Təxminən 20 dəqiqə hərəkətdə olduqdan sonra, toqquşma baş vermişdir. Toqquşma baş verən zaman özü ilə apardığı içərisində qaynar su olan termoslar sıxıldığı üçün partlamış və həmin qaynar su onun sağ qolunu, sağ və sol ayaq nahiyələrini yandırmışdır. Eyni zamanda başı avtobusun oturacağının dəmirinə dəydiyi üçün sifətinin sol almacıq sümüyü sınmış və ağzı sol tərəfdən cırılmışdır. Bundan sonra o, özünü itirmiş və avtobusdan düşmüşdür. Hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş və onu avtomobilə əyləşdirmişlər. Sonra onu Şirvan ŞMX-na aparmışlar və ona ilkin tibbi yardım göstərilmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinin sonunda təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və bu barədə notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, idarə etdiyi “Ford Deal mikroavtobus” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Zalqarağac kəndindən həmin kənddə yerləşən çöl sahəyə doğru pambıq yığmaları üçün qadın işçiləri aparmışdır. Onun sürücülük vəsiqəsi var və mikroavtobus sürmək üçün tələb olunan “D” kateqoriyası mövcuddur. X2 adınadır və həmin avtomobil ona 05 illik etibarnamə ilə verilmişdir. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində idarə etdiyi mikroavtobusla həmin kənddə yaşayan qadın işçiləri avtomobilə mindirib, Sabirabad rayonu Zalqarağac kəndinə, onların işlədikləri pambıq sahəsinə işə aparmışdır. Sabirabad rayonu Zalqarağac kəndindən, həmin kənddə yerləşən çöl sahəsi istiqamətində 40 km/saat sürətlə baş yolla hərəkət edərək, ikinci dərəcəli yola doğru avtomobili düzünə hərəkət etdirmişdir. Həmin zaman onun idarə etdiyi avtomobildə yük olmamış, lakin 08 nəfər sərnişin olmuşdur. O, Sabirabad rayonu Zalqarağac kənd yolunda düzünə hərəkət edərək ikinci dərəcəli yola keçmək məqsədilə avtomobili idarə edən zaman qarşıdan “QAZ-32213 mikroavtobus” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşı hərəkət yolundakı ikinci dərəcəli yoldan onun hərəkətdə olduğu baş yola doğru düzünə hərəkət etmişdir. Həmin vaxt o, ikinci dərəcəli yola doğru avtomobili hərəkət etdirərkən, “QAZ-32213 mikroavtobus” markalı **-HG- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilin sükanını onun hərəkət yoluna tərəf döndərərək idarə etdiyi avtomobillə toqquşmuşdur. Nəticədə onun idarə etdiyi avtomobilin qabaq ön hissəsi “QAZ-32213 mikroavtobus” markalı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuşdur. Nəticədə onun idarə etdiyi avtomobildə olan sərnişinlərin bir qismi xəsarət almışlar. Lakin “QAZ- 32213 mikroavtobus” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobildəki sərnişinlər salamat qalmış və xəsarət almamışlar. Bundan sonra o, avtomobildən düşmüş, hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş və xəsarət alan şəxsləri Şirvan ŞMX-na aparmışlar. Zərərçəkmiş şəxs2 inotarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak etməmiş lakin, elan edilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin özünü dolandırmaq üçün Zalqarağac kəndində yerləşən pambıq sahəsində pambıq yığmaqla pul qazanır. O, hər gün səhər saat 08 radələrində yaşadığı evdən çıxaraq rayon sakini kimi tanıdığı Şahid1 idarə etdiyi “Ford Deal mikroavtobus” markalı **- DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib kənd ərazisində olan pambıq əkilmiş sahəyə gedir. Onunla yanaşı kənddən digər qadınlar da hər gün onunla birlikdə həmin avtobusla pambıq sahəsinə işləməyə gedirlər. O, xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində həmişəki kimi Şahid1 idarə etdiyi mikroavtobusa əyləşərək pambıq sahəsinə doğru hərəkət etmişdir. Təxminən 20 dəqiqə hərəkətdə olduqdan sonra, toqquşma baş vermişdir. Toqquşma baş verən zaman onun sol ayağı sınmış və xəsarət almışdır. O, avtobusdan düşmüş və bu zaman ayağında ağrı hiss etmişdir. Hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş və onu avtomobilə əyləşdirmişlər. Sonra onu Şirvan ŞMX-na aparmışlar və ona ilkin tibbi yardım göstərilmişdir. Cinayət işində olan: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 783 saylı rəyindən görünür ki Zərərçəkmiş şəxs1 müayinəsi zamanı aşağıdakılar aşkar edilmişdir: • Aşkar edilmiş xəsarətlər - sol almacıq qövsünün, sol almacıq sümüyünün, sol haymor boşluğunun bayır divarının sınıqları, sol yanaq nahiyəsinin hematoması, sol ağız bucağı proyeksiyasında çapıq - sağalmış yaranın izi küt əşyanın/əşyaların təsirindən, sağ bazu, sağ said, hər iki aşağı ətrafda termiki yanıqlar isə yüksək hərarətli mayenin yerli təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 123 saylı rəyindən görünür ki Zərərçəkmiş şəxs2 müayinəsi zamanı aşağıdakılar aşkar edilmişdir: Aşkar edilmiş xəsarətlər - sol qamış sümüyünün qapalı, qəlpəli, az yerdəyişən sınığı, sağ baldırın və döş qəfəsinin əzilməsi küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/1655 saylı rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “QAZ-32213 mikroavtobus” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. istintaq tərəfindən göstərilən şəraitdə "Ford Deal mikroavtobus” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almaqla əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tələbnaməyə verilmiş xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, təqsirləndirilən şəxsin əməlində həmin cinayətin tərkibi vardır, həmin əməlininin onun tərəfindən törədilməsi tam sübuta yetirilir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsln cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin ediləcək cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini də nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 oktyabr 2004-cü il tarixli, 2 saylı qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan təqsirləndirilən şəxslərə cəza təyin edilərkən işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərər çəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərək hesab eir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya daxilində 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul məhkum olunmuş şəxsin üzərinə qoyulmaqla Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübutun, mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınmalı, zərəçəkmiş şəxsə hadisə həticəsində vurulmuş ziyan tələbi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «Həbs» qətimkan tədbiri ilə seçilsin və və o məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu gündən, yəni 18 iyul 2024cü ildən hesablansın. Hökmün icrası Bakı 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və maddi ziyanın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkuma isə hökmün surətinin ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelliyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN HAKİM: FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №1(056)-129/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-129/2024
18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver