Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-13/2024 25.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Ziyadxan oğlunun, Zərərçəkmiş şəxs2, "xxxx" MMC-nin nümayəndəsi Şahid6 təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 304.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə və 2700 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə azadlıqdan məhrumetmə cəzasının sonu ilə azad edilmiş, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 2700 manat cərimə cəzası 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və hazırki günədək həmin cəza çəkilməmiş qalan, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə xx.xx.2023-cü il tarixdən həbsdə olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1ci maddələri ilə və xx xxx 1985-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Sabirabad şəhəri H.Əliyev prospekti döngə 4, ev 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ittiham verilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, onunla bir evdə yaşayan qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə gecə saat 03 radələrində iki dəfə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olub, oradan birinin dəyəri 150 manat olmaqla 450 manat dəyərində 3 ədəd böyük ölçülü xalça və birinin dəyəri 50 manat olmaqla 100 manat dəyərində 2 ədəd kiçik ölçülü xalçaları, 50 manat dəyərində 1 ədəd təzə ədyalı, 250 manat dəyərində 1 ədəd ətçəkən maşını, 200 manat dəyərində 1 ədəd şirəçəkən maşını, 300 manat dəyərində 1 ədəd blenderi, 70 manat dəyərində 1 ədəd ütünü, 80 manat dəyərində 1 ədəd böyük ölçülü laqondanı və 40 manat dəyərində 1 ədəd kiçik ölçülü laqondanı, 60 manat dəyərində 1 ədəd böyük ölçülü direli və 35 manat dəyərində 1 ədəd kiçik ölçülü direli, 130 manat dəyərində 1 ədəd elektrik mişarını, 150 manat dəyərində 1 ədəd elektrofruqanı, birinin dəyəri 40 manat olmaqla 80 manat dəyərində 2 ədəd kiçik su matorunu, 60 manat dəyərində 200 metr işlənmiş mis kabeli, 100 manat dəyərində 200 metr təzə mis kabeli, birinin dəyəri 3 manat olmaqla 81 manat dəyərində 27 ədəd aliminium qapı bəzəyini, birinin dəyəri 20 manat olmaqla 100 manat dəyərində 5 ədəd BK- 2500 markalı kondisionerin kiçik matorunu, birinin dəyəri 2 manat olmaqla 60 manat dəyərində 30 ədəd köhnə təkəraçan açarı, 10 manat dəyərində 1 ədəd baltanı, 5 manat dəyərində 1 ədəd çəkici, 10 manat dəyərində 1 ədəd mişarı və 20 manat dəyərində 1 ədəd köhnə ev telefonunu vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talamaqla, Zərərçəkmiş şəxs3, ümumilikdə 2441 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 iyul 2023-cü il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs2 Sabirabad şəhəri H.Əliyev prospektində müqavilə əsasında işlətdiyi “dokta Vitamin” adlı aptekə, plastik materialdan olan giriş qapısını əvvəlcədən özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb açmaqla qanunsuz daxil olaraq, oradan kassa aparatında saxlanılan 130 manat məbləğində nağd pulu oğurlayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 130 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 iyul 2023-cü il tarixdə saat 04 radələrində Sabirabad şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “Ümid” market ərzaq mağazasının arxa hissəsində olan pəncərəsinin dəmir barmaqlığını əvvəlcədən özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb içəri qanunsuz daxil olaraq, orada olan saxlanc yeri hesab edilən kassadan 399 manat 24 qəpik nağd pulu, ümumi dəyəri 605 manat olan 58 ədəd “Azercell”ə məxsus danışıq kartını, 150 ədəd “Bakcell”ə məxsus danışıq kartını, 27 ədəd “Narmobile”a məxsus danışıq kartını və mağazada olan vitrindən 1370 manat 14 qəpik dəyərində 507 qutu müxtəlif markalı siqaretləri gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 2374 manat 38 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 iyul 2023-cü il tarixdə saat 03 radələrində "xxxx" MMC-nin Sabirabad şəhəri 20 Yanvar küçəsində yerləşən 21 saylı filialının taxta materialdan olan giriş qapısını yaxınlıqda olan dəmir parçası armaturla sındırıb içəri qanunsuz daxil olaraq, mağazada olan kassa aparatının 120 manat dəyərində olan çəkməcəsini və 38 manat 50 qəpik dəyərində 7 qutu “Want Qara” markalı, 2 qutu “Pallmall boz nazik” markalı, 5 qutu “Viceroy boz nazik” markalı, 2 qutu “Winchester boz nazik” markalı və 2 qutu “Argo” markalı siqaretləri gizli yolla talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 158 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi – 15,67 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində daşımaqla 01 ədəd siqaret qutusu içərisində saxlamış, 11 iyul 2023-cü il tarixdə saat 23:00 dəqiqədə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri M.Xəlilov küçəsində piyada hərəkətdə olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Polis Şöbəsinə gətirilib, şöbənin inzibati binasında saat 23:25 dəqiqədə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunda təmiz çəkisi – 15,67 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə ittiham verilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, onunla bir evdə yaşayan qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə gecə saat 03 radələrində iki dəfə olmaqla Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 ünvanında yerləşən evin qarşısına gəlmiş, aralarında olan rol bölgüsünə əsasən o, evin darvazasının qarşısında dayanıb ətrafı müşahidə etmiş, qardaşı Təqsirləndirilən şəxs1 isə yaşayış sahəsinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olub oradan birinin dəyəri 150 manat olmaqla 450 manat dəyərində 3 ədəd böyük ölçülü xalça və birinin dəyəri 50 manat olmaqla 100 manat dəyərində 2 ədəd kiçik ölçülü xalçaları, 50 manat dəyərində 1 ədəd təzə ədyalı, 250 manat dəyərində 1 ədəd ət çəkən maşını, 200 manat dəyərində 1 ədəd şirə çəkən maşını, 300 manat dəyərində 1 ədəd blenderi, 70 manat dəyərində 1 ədəd ütünü, 80 manat dəyərində 1 ədəd böyük ölçülü laqondanı və 40 manat dəyərində 1 ədəd kiçik ölçülü laqondanı, 60 manat dəyərində 1 ədəd böyük ölçülü direli və 35 manat dəyərində 1 ədəd kiçik ölçülü direli, 130 manat dəyərində 1 ədəd elektrik mişarını, 150 manat dəyərində 1 ədəd elektrofruqanı, birinin dəyəri 40 manat olmaqla 80 manat dəyərində 2 ədəd kiçik su matorunu, 60 manat dəyərində 200 metr işlənmiş mis kabeli, 100 manat dəyərində 200 metr təzə mis kabeli, birinin dəyəri 3 manat olmaqla 81 manat dəyərində 27 ədəd aliminium qapı bəzəyini, birinin dəyəri 20 manat olmaqla 100 manat dəyərində 5 ədəd BK-2500 markalı kondisionerin kiçik matorunu, birinin dəyəri 2 manat olmaqla 60 manat dəyərində 30 ədəd köhnə təkəraçan açarı, 10 manat dəyərində 1 ədəd baltanı, 5 manat dəyərində 1 ədəd çəkici, 10 manat dəyərində 1 ədəd mişarı və 20 manat dəyərində 1 ədəd köhnə ev telefonunu çıxarıb onunla birlikdə oradan daşıyıb apardığından o, vahid niyyətlə əhatə olunan qəsdlə özgə əmlakını gizli yolla talamaqla, Zərərçəkmiş şəxs3 ümumilikdə 2441 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə, ümumi çəkisi – 0,834 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində daşımaqla saxlamış, 05 iyul 2023-cü il tarixdə saat 12:00 dəqiqədə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri S.Vurğun küçəsində piyada hərəkətdə olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Polis Şöbəsinə gətirilib, şöbənin inzibati binasında saat 12:35 dəqiqədə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi - 0,834 qram olan maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Sabirabad şəhəri H.Əliyev prospekti döngə 4 ev 3-də valideynləri ilə yaşayır. 2019-cu ildə Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə, yəni oğurluqla məhkum olunmuş və xx.xx.2022-ci il tarixdə azadlığa çıxmışdır. Hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs3 tanımır. Onunla arasında heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə gecə saat 03 radələrində yaşadıqları evdən çıxaraq Sabirabad şəhərində gəzməyə başlamışdır. Biraz gəzdikdən sonra o, bir ev görmüş və evin işıqlarının yanmadığını , evdə heç kimin olmadığına əmin olub həmin evə oğurluq niyyətilə girmək qərarına gəlmişdir. O, evin darvazasının üstündən tullanaraq həyətə daxil olmuşdur. Həyətyanı sahəyə daxil olduqdan sonra həyətdə 02 mərtəbəli yaşayış evinin olduğunu görmüşdür. Evin işıqları sönülü vəziyyətdə olmuş və evdə həmin vaxt heç kəs olmamışdır. O, evin birinci mərtəbəsinin pəncərəsinə yaxınlaşmış və əvvəlcədən özü ilə gətirdiyi kəlbətinlə evin birinci mərtəbəsinin pəncərəsini çıxararaq yerə qoymuş və evə daxil olmuşdur. O, evə daxil olduqda evi axtarmağa başlamışdır. Bu zaman evin mətbəxindən 01 ədəd ətçəkən maşını, evin qonaq otağından 01 ədəd ütünü və evin zirzəmisindən təxminən 60 metr uzunluğunda mis şunurları oğurlamış və özü ilə götürərək, evdən çıxmışdır. O, həmin əmlakları çöldə qardaşına vermiş və birlikdə evə getmişdirlər. Ertəsi gün oğurladıqları həmin əmlakları özü ilə götürərək, Sabirabad şəhərində yerləşən bazara getmiş və bazarda tanımadığı şəxsə 01 ədəd ütünü 25 manata, 01 ədəd ətçəkən maşını isə 30 manat satmışdır. Bundan sonra Sabirabad şəhəri Vidadi küçəsinin solunda yerləşən metal qəbulu məntəqəsinə 60 metr uzunluğunda şunurları 25 manata satmışdır. Bundan sonra həmin pulları qardaşı ilə birlikdə evə xərcləmişdir. Bundan başqa bildirmişdir ki, o, oğurluq edən zaman evdə olan əşyaların hamısını özü ilə götürə bilməmiş və qardaşı Tariyellə qərara gəlmişdirlər ki, bir neçə gün sonra yenidən gəlib evdə qalan digər əşyaları da oğurlasınlar. Bu səbəblə də evdə qalan digər əşyaları oğurlamaq məqsədilə xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində qardaşı Tariyellə birlikdə yaşadıqları evdən çıxaraq həmin oğurluq etdikləri evə tərəf getmişdirlər. Onlar evə çatdıqda, qardaşı yenidən həmin qaydada evin darvazasının qarşısında gözləmiş və o, evin darvazasının üzərindən tullanaraq evin həyətyanı sahəsinə daxil olmuşdur. Bundan sonra evin pəncərələrinin hələ də çıxarılmış və kənara qoyulmuş formada olduğunu görmüş və evə daxil olmuşdur. Bu zaman evin zirzəmisindən 01 ədəd mis qazan və 02 ədəd aliminium qazanları oğurlayaraq evdən çıxmışdır. O, oğurladığı həmin əmlakları qardaşına vermiş və birlikdə yaşadıqları evə getmişdirlər. Ertəsi gün o, oğurladığı həmin qazanları əzərək, Sabirabad şəhəri Vidadi küçəsinin solunda yerləşən metal qəbulu məntəqəsinə ümumilikdə 25 manata satmışdır. Bundan sonra həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bununla yanaşı bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 tanımır. xx.xx.2023-cü il tarixdə gecə saat 04 radələrində Sabirabad şəhəri H.Əliyev prospekti ilə piyada hərəkət edən zaman pulu olmadığı üçün “Dokta Vitamin” adlı aptekə daxil olaraq oradan oğurluq etmək qərarına gəlmişdir. Gecə olduğu üçün və ətrafda heç kim olmadığına görə aptekin giriş qapısına yaxınlaşaraq qapını içəriyə doğru möhkəm itələyərək sındırmış və içəri daxil olmuşdur. Aptekə daxil olan zaman kameranın olmasından xəbəri olmamışdır. İçəri girdikdən sonra kassanın yerləşdiyi yerə gəlmişdir. Orada yerləşən rəfdə olan qutunun içindən ümumilikdə 130 manat pul vəsaitini götürmüşdür. Həmin pullar 1 manatlıq, 5 manatlıq kağız pul əskinazları və qəpik formasında olmuşdur. 130 manat puldan əlavə aptekdən heç bir oğurluq etməmişdir. Pulları götürdükdən dərhal sonra aptekdən çıxaraq oradan uzaqlaşmışdır. Həmin pulları ertəsi gün Bakı şəhərində xərcləmişdir. Sonradan ona məlum olmuşdur ki, etdiyi oğurluq kamera görüntülərinə düşmüşdür və aptekin sahibi Zərərçəkmiş şəxs2 rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan başqa bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 tanımır. Onunla arasında hər hansı ədavət və ya düşmənçilik yoxdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 04:00 radələrində Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “Ümid” market ərzaq mağazasının yanından keçərkən pula ehtiyacı olduğuna görə oğurluq etmək fikrinə düşmüşdür. Marketin yanına gələrək içəri daxil olmanın yollarını axtarmışdır. Daha sonra marketin arxa hissəsində pəncərə olduğunu görmüş və həmin pəncərədən içəri daxil olmağa qərar vermişdir. Bunun üçün özü ilə gətirdiyi dəmir parçası mantrofka ilə pəncərənin dəmir reşotkasını sındıraraq mağazaya daxil olmuşdur. Mağazada kassanın yanında yerləşən rəfdən təxminən 40 qutu “Argo” markalı siqaret, 50 qutu “Pallmall” markalı siqaret, kassanın içindən dəqiq sayını bilmədiyi “Narmobile”, “Azercell” və “Bakcell”ə məxsus 1 manatlıq, 2 manatlıq və 5 manatlıq olan, ümumilikdə 95 manat dəyərində danışıq kartlarını, kassanın yanında olan 50 ədəd manatlıq pul əskinazı və 10 ədəd 5 manatlıq pul əskinazlarını, ümumilikdə 100 manat pul oğurlayaraq mağazadan daxil olduğu pəncərədən çıxıb uzaqlaşmışdır. Səhər tezdən həmin oğurladığı danışıq kartlarını və siqaretləri satmaq məqsədilə Bakı şəhərinə getmişdir. Bakı şəhəri Əhmədli qəsəbəsində danışıq kartlarını və siqaretləri tanımadığı şəxslərə sataraq ümumilikdə 185 manat pul əldə etmişdir. Əldə etdiyi pulları Bakı şəhərində xərcləmişdir. xx.xx.2023-cü il tarixdə isə Sabirabad rayonuna geri qayıtmışdır. Bundan başqa bildirmişdir ki, o, Şahid6 tanımır. xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində Sabirabad şəhəri 20 Yanvar küçəsi ilə piyada hərəkət edən zaman pulu olmadığı üçün yolun kənarında olan "xxxx" ərzaq mağazasından oğurluq etmək qərarına gəlmişdir. İçəri pəncərədən daxil olmaq istəmişdir. Bu səbəblə də yerdən dəmir armatur götürərək mağazanın pəncərəsinin dəmir barmaqlığını sındırmışdır. Lakin pəncərədən içəri daxil ola bilməmişdir. Həmin zaman o, mağazanın giriş qapısına gəlmiş və dəmir armaturu qapının arasına salaraq geriyə burmuşdur. Qapını açaraq içəri daxil olmuşdur. Həmin zaman siqnalizasiya işə düşmüşdür. O, heç kimin eşitməməsi və onu görməməsi üçün tez kassaya tərəf getmişdir. Orada olan vitrindən ümumilikdə 5 qutu olmaqla 2 qutu “Pallmall” siqareti, 2 qutu “Want” siqareti və 1 qutu “Argo” siqareti götürmüşdür. Daha sonra kassanın yerləşdiyi stolun çəkməcəsini özünə tərəf dartaraq çıxartmış və özü ilə götürərək mağazadan çıxıb oradan uzaqlaşmışdır. Mağazadan başqa heçnə oğurlamamışdır. Oğurladığı siqaretlərdən 2 qutu siqareti özü çəkib istifadə etmişdir. Çəkməcə və 3 qutu siqareti yaşadığı evin yaxınlığında yerləşən Rayponun idarəsi adlanan yerdə olan tikilinin damında gizlətmişdir. Sonradan ona məlum olmuşdur ki, etdiyi oğurluq əməli kamera görüntülərində əks olunmuşdur. Polis əməkdaşları ilə birlikdə Rayponun İdarəsi adlanan yerə gedərək oğurladığı çəkməcə və 3 qutu siqareti təqdim etmişdir. Bundan başqa bildirmişdir ki, o, 05 ildir ki, narkotik vasitə istifadə edir. Təxminən 3-4 gün əvvəl axşam saatlarında yaşadığı evin yaxınlığında gəzərkən yerdə siqaret qutusuna təpik vuran zaman siqaret qutusunun dolu olduğunu hiss etmişdir. Həmin siqaret qutusunu götürüb içinə baxdıqda onun içində 01 ədəd sellofan bükümün olduğunu görmüşdür. Həmin bükümü əlinə götürüb baxdıqda içindəkinin qurudulmuş marixuana olduğunu bilmişdir. Həmin kütlənin az bir hissəsini özü istifadə etmiş, qalan hissəsini isə daha sonra istifadə etmək məqsədilə həmin siqaret qutusunda saxlayaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. O, 11 iyul 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişdirlər. O da bununla razılaşmış və polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞ-nə gəlmişdir. Polis şöbəsində o, təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş, hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı bildiriş təqdim edilmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Təhqiqatçı ona təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim edərək masanın üzərinə qoysun. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd siqaret qutusunun içərisində qurudulmuş marixuana olduğunu bildirib, həmin kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı ona üzərində olan digər əşyaları da təqdim etməsini bildirən zaman o, üzərində heç bir əşyanın olmadığını bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə əşya aşkar edilməmişdir. Təhqiqatçı onun təqdim etdiyi 01 ədəd siqaret qutusunun içərisində qurudulmuş marixuananı açaraq içinə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda o, həmin kütlələri təxminən 3-4 gün əvvəl axşam saatlarında yaşadığı evin yaxınlığında gəzərkən yerdən tapdığını bildirmişdir. Təhqiqatçı həmin kütləni nə üçün üzərində saxladığını soruşduqda isə öz istifadəsi üçün götürdüyünü və satış məqsədinin olmadığını demişdir. Şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Etdiyi əməllərinə görə səmimi peşmançılıq hissləri keçirir. Bununla yanaşı, o, məhkəmədə verdiyi ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs3 evindən yuxarıda qeyd etdiyi əşyalardan başqa heç bir əşya oğurlamadığını və polis əməkdaşları tərəfində tutularkən onun üzərindən narkotik vasitə aşkar olmamasını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs3 tanımır. Onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə o, yaşadığı evdə olan zaman qardaşı Təqsirləndirilən şəxs1 ilə söhbət edərkən qardaşı ona pulunun olmadığını bildirərək, oğurluq etmək qərarına gəldiyini bildirmişdir. O da qardaşı ilə razılaşmış və beləliklə, onlar paltarlarını geyinib gecə saat 03 radələrində yaşadıqları evdən çıxaraq Sabirabad şəhərində gəzməyə başlamışdırlar. Biraz gəzdikdən sonra, Bəbək bir ev görmüş və ona həmin evə oğurluq niyyəti ilə girməli olduqlarını bildirmişdir. O, Bəbəklə razılaşmış və həmin evin darvazasının qarşısında dayanaraq, ətrafda kiminsə olub-olmadığına nəzarət etmişdir. Həmin zaman qardaşı Bəbək evin darvazasının üstündən tullanaraq həyətə daxil olmuşdur. Bəbək evin həyətyanı sahəsinə daxil olduqdan sonra evə daxil olmuş və bir müddət sonra evdən çıxaraq onun yanına gəlmişdir. Qardaşı Bəbək onun yanına gəldikdə, evdən 01 ədəd ətçəkən maşını, 01 ədəd ütünü və təxminən 60 metr uzunluğunda mis şunurları oğurladığını görmüşdür. O, həmin əmlakları qardaşından götürmüş və birlikdə evə getmişdirlər. Ertəsi gün oğurladıqları həmin əmlakları qardaşı Bəbək götürərək, Sabirabad şəhərində satmış və həmin pulla evə bir sıra ərzaq malları almışdırlar. Bundan başqa bildirmişdir ki, qardaşı Bəbəklə oğurluq edən zaman evdə olan əşyaların hamısını özləri ilə götürə bilmədikləri üçün qərara gəlmişdirlər ki, bir neçə gün sonra yenidən gəlib evdə qalan digər əşyaları da oğurlasınlar. Bu səbəblə də evdə qalan digər əşyaları oğurlamaq məqsədilə xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində qardaşı Bəbəklə birlikdə yaşadıqları evdən çıxaraq həmin oğurluq etdikləri evə tərəf getmişdirlər. Onlar evə çatdıqda, o, yenidən həmin qaydada evin darvazasının qarşısında gözləmiş və qardaşı Bəbək evin darvazasının üzərindən tullanaraq evin həyətyanı sahəsinə daxil olmuşdur. Bir müddət sonra Bəbək 01 ədəd mis qazan və 02 ədəd aliminium qazanları oğurlayaraq evdən çıxmışdır. O, qardaşına kömək edərək həmin əmlakları götürmüş və onlar birlikdə yaşadıqları evə getmişdirlər. Ertəsi gün qardaşı Bəbək oğurladığı həmin qazanları əzərək, Sabirabad şəhəri Vidadi küçəsinin solunda yerləşən metal qəbulu məntəqəsinə ümumilikdə 25 manata satmışdır. Bundan sonra həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdirlər. Bununla yanaşı bildirmişdir ki, o, narkotik vasitə istifadəçisidir. O, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş və 2 il olar ki, həbsdən azad olunmuşdur. O, azadlığa çıxdıqdan sonra narkotik aludəçisinə çevrilmişdir. O, metamfetamin adlanan narkotiki siqaret kimi çəkmək yolu ilə qəbul edir. Sonuncu dəfə isə tutulmamışdan əvvəl Sabirabad şəhəri RTS adlanan ərazidə piyada gəzən zaman kağız bükümdə psixotrop maddə metamfetamin tapmışdır. İstifadə etmək üçün də üzərində saxlamışdır. 05 iyul 2023-cü il tarixdə saat 12 radələrində Sabirabad şəhəri S.Vurğun küçəsində piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək onu Sabirabad rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişdirlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf bükümdə psixotrop maddə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmış, DİNin 139 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Etdiyi əməllərinə görə səmimi peşmançılıq hissləri keçirir. O, həmçinin ifadəsində zərərçəkmiş E. Qədirovun evindən yuxarıda qeyd edilən əşyalardan başqa heç bir əşya oğurlamadıqlarını və oğurluq edən zaman özünün həyətə daxil olmayaraq küçədə gözlədiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxs E. Qədirova məxsus yaşayış evindən 01 ədəd ətçəkən maşın, 01 ədəd ütü və evin 60 metr uzunluğunda mis şunurdan əlavə başqa heç bir əşya oğurlamamaları, həmçinin, Təqsirləndirilən şəxs1 onun üzərində narkotik vasitə olmaması barədə məhkəmədə verdikləri ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadələri düzgün deyil, özünümüdafiə xarakteri daşıyır. Odur ki, məhkəmə tərəfindən qəbul edilmir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri onların özlərinin qismən etirafedici ifadələri, zərərçəkmiş ifadələri, şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri, maddi sübut və cinayət işinin digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun Sabirabad şəhəri H.Əliyev prospektində özünə məxsus “Ümid” market adlı ərzaq mağazası vardır. Həmin mağaza təxminən 5 ilə yaxın müddətdir ki, fəaliyyət göstərir. O, hər səhər mağazaya gələrək saat 07:30 radələrində mağazanı açır. Hər gün axşam saat 24:00 radələrində isə mağazanı bağlayıb evə gedir. Ondan əlavə mağazada 5 nəfər işçi fəaliyyət göstərir. Həmin işçilərin hər biri əmək müqaviləsi ilə işləyirlər. xx.xx.2023-cü il tarixdə gecə saat 24 radələrində o, mağazanın arxa dəmir qapısını bağlayaraq mağazadan çıxmış və evə getmişdir. Ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində mağazaya gələrək arxa dəmir qapını açıb əvvəlcə kompüter otağına daxil olmuşdur. Oradan isə mağazanın içinə keçən zaman məhsulların yığıldığı rəflərin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Onunla birlikdə mağazada kassir işləyən İsmət də gəlmişdir. Onlar mağazaya baxış keçirən zaman vitrindən 507 qutu müxtəlif markalı siqaretlərin, kassadan 399 manat 24 qəpik pulun və 235 ədəd danışıq kartlarının oğurlandığını aşkar etmişdirlər. Oğurlanmış siqaretlər 2 qutu biri 1.80 manat dəyərində olan “Fine Compact”, 20 qutu biri 2.36 manat dəyərində olan “X5”, 14 qutu biri 2.36 manat dəyərində “X9”, 3 qutu biri 2.10 manat dəyərində “X10”, 3 qutu biri 2.10 manat dəyərində “X7”, 8 qutu biri 2.10 manat dəyərində “X6”, 10 qutu biri 2.19 manat dəyərində “Kingston compac red”, 19 qutu biri 2.10 manat dəyərində “Kingston nazik qırmızı”, 29 qutu biri 2.19 manat dəyərində olan “Kingston nazik göy”, 1 qutu 2.10 manat dəyərində “Magna nazik qara”, 2 qutu biri 2.19 manat dəyərində olan “Want ağ nazik”, 8 qutu biri 1.92 manat dəyərində olan “Argo qırmızı qalın”, 6 qutu biri 2.10 manat dəyərində “Argo compact qırmızı”, 20 qutu biri 1.80 manat dəyərində “Senate qalın gold”, 17 qutu biri 2 manat dəyərində olan “Argo qırmızı nazik”, 1 qutu 2.10 manat dəyərində “Magna nazik ağ”, 2 qutu biri 2.55 manat dəyərində “Rothmans kompas göy”, 2 qutu biri 2.55 manat dəyərində “Rothmans kompas boz”, 1 qutu 2.10 manat dəyərində “Pallmall qalın boz”, 3 qutu biri 3.54 manat dəyərində olan “Kent8 qalin”, 5 qutu biri 3.54 manat dəyərində “Kent1 nazik”, 7 qutu biri 2.55 manat dəyərində “Rothmans kompas demi clici”, 3 qutu biri 2.55 manat dəyərində “Pall mall nazik”, 10 qutu biri 2 manat dəyərində “Keno compact red”, 10 qutu biri 2.28 manat dəyərində “Line x compac göy”, 10 qutu biri 2.28 manat dəyərində “Line x compac qirmizi”, 3 qutu biri 3.25 manat dəyərində “Neo demi”, 3 qutu biri 2.10 manat dəyərində “Viceroy nazik boz”, 10 qutu biri 2.28 manat dəyərində olan “Want line compact blueber”, 10 qutu biri 2.28 manat dəyərində “Want line compact apple”, 10 qutu biri 2.28 manat dəyərində “Want line x blueberry nazik”, 10 qutu biri 2.28 manat dəyərində “Want line x capsule nazik”, 2 qutu biri 3.73 manat dəyərində “Dun hill golden”, 16 qutu biri 2.71 manat dəyərində “Kent sticks”, 38 qutu biri 3.72 manat dəyərində “Dun hill golden nazik”, 10 qutu biri 3.72 manat dəyərində “Dun hill blue nazik”, 11 qutu biri 3.81 manat dəyərində “Neo compack”, 1 qutu 3.80 manat dəyərində “Neo compack”, 5 qutu biri 1.99 manat dəyərində “Classic qara fisiyon”, 3 qutu biri 3.50 manat dəyərində “davidov ağ”, 1 qutu 2.55 manat dəyərində “Winchester compact blu”, 40 qutu biri 2.19 manat dəyərində “classic kompakt blue”, 2 qutu biri 1.99 manat dəyərində “classic imperial blue”, 1 qutu 2.28 manat dəyərində “classic compact silver”, 1 qutu 1.99 manat dəyərində “classic imperial silver”, 1 qutu 2.55 manat dəyərində “Winchester nazik göy”, 2 qutu biri 3.72 manat dəyərində “sobraniya compakt ağ”, 1 qutu 3.44 manat dəyərində “davidoff silver”, 5 qutu biri 2.82 manat dəyərində “ld compact göy”, 2 qutu biri 3 manat dəyərində “ld nazik göy”, 5 qutu biri 3.36 manat dəyərində “winston compact boz”, 1 qutu 3.36 manat dəyərində “winston compact dual”, 1 qutu 3.36 manat dəyərində “winston kompack caster”, 42 qutu biri 3.81 manat dəyərində “sobraniya nazik caster”, 1 qutu 3.81 manat dəyərində “sobraniya nazik qara”, 7 qutu biri 6.32 manat dəyərində “sobranie kitab ağ”, 4 qutu biri 3.25 manat dəyərində “neo rich”, 7 qutu biri 3.81 manat dəyərində “sobranie qara qalın”, 4 qutu biri 3.44 manat dəyərində “neo boost”, 1 qutu 3.81 manat dəyərində “sobranie göy qalın”, 1 qutu 3.81 manat dəyərində “sobranie ağ qalın”, 1 qutu 3.36 manat dəyərində “Winiston caster”, 2 qutu biri 3.36 manat dəyərində “Winiston qara ağ”, 2 qutu biri 2.55 manat dəyərində Winchester nazik silver”, 23 qutu biri 2.19 manat dəyərində “X8 White” siqaretlərindən ibarətdir. Oğurlanmış siqaretlərin qiyməti ümumilikdə 1369 manat 52 qəpik təşkil edir. Oğurlanmış simkartlar 26 ədəd 2 AZN-lik Sim kart, 4 ədəd 3 AZN-lik Sim kart, 26 ədəd 5 AZN-lik Sim kart, 65 ədəd 1 AZN-lik Cin kart, 28 ədəd 2 AZN-lik Cin kart, 8 ədəd 5 AZN-lik Cin kart, 9 ədəd 2 AZN-lik Nar kartı, 7 ədəd 5 AZN-lik Nar kartı, 3 ədəd 10 AZN-lik nar kartı, 2 ədəd 10 AZN-lik Sim kart, 17 ədəd 1 AZN-lik Cin kart, 28 ədəd 2 AZN-lik Cin kart, 1 ədəd 10 AZN-lik Cin kart, 5 ədəd 5 AZN-lik Nar kartı, 3 ədəd 10 AZN-lik Nar kart və 3 ədəd 3 AZN-lik Cin kartdan ibarətdir. Oğurlanmış simkartların dəyəri ümumilikdə 605 manat təşkil edir. Baş verən oğurluq nəticəsində ona ümumilikdə 2373 manat 76 qəpik ziyan dəymişdir. O, həmin gün oğurluqla bağlı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polislər tərəfindən mağazanın kamera görüntülərinə baxılan zaman oğurluq edən şəxsin Sabirabad rayon sakini Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 tanımır. Aralarında hər hansı ədavət və ya düşmənçilik, həmçinin qərəzli münasibət yoxdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ona vurulmuş ziyanı ödəmədiyini, lakin maddi imkanının olmamasını nəzərə alaraq ona qarşı şikayət və tələbi olmadığını bildirdi. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun Sabirabad şəhəri H.Əliyev prospektində “Dokta Vitamin” adlı apteki vardır. Həmin apeki o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilə əsasında işlədir. Aptekdə şirkət tərəfindən təyin edilmiş bir nəfər əczaçı fəaliyyət göstərir və satışla məşğul olur. O özü tez-tez işlə bağlı olaraq Bakı şəhərinə gedir. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olan zaman işçi ona zəng edərək aptekdə olan kassadan 130 manat pulun oğurlanması barədə məlumat vermişdir. O, işçiyə Bakı şəhərindən gəldikdən sonra həmin məsələ ilə məşğul olacağını və heç kimə məlumat verməməsini bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, Bakı şəhərindən rayona qayıtdıqdan sonra aptekin qarşısını göstərən kamera görüntülərinə baxmış və xx.xx.2023-cü il tarixdə gecə saat 04:30 radələrində aptekə girərək kassadan 130 manat pulu oğurlayan şəxsin rayon sakini Təqsirləndirilən şəxs1 olduğunu görmüşdür. Bəbək aptekin giriş qapısını dəmir parçası ilə sındıraraq içəri daxil olmuşdur. Sol tərəfdə yerləşən kassanın yanına gələrək oradan 130 manat pulu götürmüşdür. Həmin pullar 1 manatlıq və 5 manatlıq əskinazlar və qəpik formasında olmuşdur. Kassada həmin pullardan əlavə pul olmamışdır. Bəbək aptekdən sadəcə 130 manat pulu götürərək çıxmışdır. Əlavə heç bir oğurluq etməmişdir. Oğurluq edən zaman gecə saatları olduğu üçün aptek bağlı olmuş və işçi olmamışdır. O, Bəbək barəsində qanuni tədbir görülməsi məqsədilə xx.xx.2023-cü il tarixdə rayona gəldiyi gün polis şöbəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ona vurulmuş ziyanı ödəmədiyini, lakin maddi imkanının olmamasını nəzərə alaraq ona qarşı şikayət və tələbi olmadığını bildirdi. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Sabirabad şəhəri 20 Yanvar küçəsində yerləşən "xxxx" MMC-nin Sabirabad 21 filialının administratoru vəzifəsində işləyir. Mağazanı hər səhər saat 07 radələrində açır. Axşam saat 23 radələrində isə mağaza bağlanır. Mağazanın hər hansı oğurluq hadisəsinə qarşı siqnalizasiya sistemi mövcuddur. xx.xx.2023-cü il tarixdə gecə saat 04 radələrində mağaza bağlı olmuşdur və o, yaşadığı evdə olmuşdur. Həmin zaman Bəbək adlı rayon sakini mağazanın plastik materialdan olan giriş qapısını əvvəlcədən özü ilə gətirdiyi dəmir parçası ilə açaraq mağazanın içinə daxil olmuşdur. Həmin zaman mağazada olan siqnalizasiya işə düşmüşdür. Siqnalizasiyanın işə düşməsi ilə əlaqədar onun mobil telefonuna xəbərdarlıq mesajı gəlmişdir. Lakin o, mağazada siçan olduğunu, bu səbəblə də siqnalizasiyanın işə düşdüyünü düşünmüşdür. Lakin bir qədər müddət keçdikdən sonra polis əməkdaşları ona mağazadan oğurluq baş verməsi barədə məlumat vermişlər. O, mağazaya getdikdən sonra dəyəri 400 manat olan girişdən sol tərəfdə yerləşən kassa aparatının qoyulduğu stolun çəkməcəsinin oğurlandığını aşkar etmişdir. Həmin çəkməcənin qiyməti 160 manat təşkil edir. Daha sonra mağazaya baxış keçirən zaman kassa aparatının arxasında yerləşən vitrindən 18 qutu ümumi dəyəri 38.50 manat olan müxtəlif markalı siqaretlərin oğurlandığını görmüşdür. Həmin siqaretlər 7 qutu birinin dəyəri 2 manat olan “Want Qara”, 2 qutu birinin dəyəri 2.50 manat olan “Pallmall boz nazik”, 5 qutu birinin dəyəri 2.10 manat olan “Viceroy boz nazik”, 2 qutu birinin dəyəri 2.50 manat olan “Winchester boz nazik”, 2 qutu birinin dəyəri 2 manat olan “Argo” siqaretlərindən ibarətdir. Ümumilikdə oğurluq nəticəsində "xxxx" MMC-yə 198 manat 50 qəpik maddi ziyan dəymişdir. Bundan başqa oğurluq edən şəxs mağazaya daxil olmaq istəyən zaman əvvəlcə pəncərədən içəri daxil olmağa cəhd etmişdir. Bu səbəblə mağazanın pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə sındırmışdır. Lakin pəncərədən içəri daxil ola bilmədiyi üçün qapıdan daxil olmuşdur. Pəncərənin dəmir barmaqlığının sınması nəticəsində ona 50 manat ziyan dəymişdir. Lakin dəymiş həmin 50 manat ziyanla bağlı heç bir şikayət və tələbi yoxdur. O, mağazanın kamera görüntülərinə baxan zaman oğurluq edən şəxsin Sabirabad rayon sakini Təqsirləndirilən şəxs1 olduğunu aşkar etmişdir. Həmin şəxslə arasında hər hansı ədavət və ya düşmənçilik yoxdur. O, oğurluqla bağlı videogörüntüləri polis əməkdaşlarına təqdim etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ona vurulmuş ziyanı ödəmədiyini, lakin maddi imkanının olmamasını nəzərə alaraq ona qarşı şikayət və tələbi olmadığını bildirdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-nin sabiq baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 11 iyul 2023-cü il tarixdə Sabirabad şəhəri H.Əliyev prospekti döngə 4, ev 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 Sabirabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürmüşdür. Həmin gün Təqsirləndirilən şəxs1 Sabirabad şəhəri M.Xəlilov küçəsində müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək, birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 da razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs1 təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs1 özü könüllü şəkildə bildirmişdir ki, cibində narkotik maddə vardır. Daha sonra, əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Bakı” markalı siqaret qutusunda olan kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusu təhqiqatçı tərəfindən açılmış və içərisində olan kütləyə baxış keçirilən zaman, narkotik maddə olan marixuanaya oxşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik maddəni yaşadığı küçədə piyada gəzərkən yerdən tapdığını, öz istifadəsi üçün götürdüyünü və satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş kütləyə iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb “Zərflər üçün № 139” möhürü ilə möhürlənib, təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən bundan başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, 05 iyul 2023-cü il tarixdə Sabirabad şəhəri H.Əliyev prospekti döngə 4, ev 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Sabirabad RPŞ-nin CAB-nin sabiq baş əməliyyat müvəkkili Şahid4 əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq Şahid4 raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra, raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Şahid4 həvalə olunmuşdur. Sonuncu tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Sabirabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Sabirabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşdürlər. Həmin gün Təqsirləndirilən şəxs2 Sabirabad şəhəri S.Vurğun küçəsində müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Sabirabad rayon Polis Şöbəsinə gəlməyi təklif etmişdirlər. Təqsirləndirilən şəxs2 da razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs2 təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs2 özü könüllü şəkildə bildirmişdir ki, cibində psixotrop maddə metamfetamin vardır və əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açılmış və baxış keçirilən zaman, içərisindəki maddənin ağ rəngli, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə oxşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 həmin psixotrop maddəni Sabirabad rayonu “RTS” adlanan ərazidə piyada gəzərkən yerdən tapdığını, öz istifadəsi üçün götürdüyünü və satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar kütləyə iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb “Zərflər üçün № 139” möhürü ilə möhürlənib, təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərindən bundan başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş Sabirabad rayon Kooperativ Cəmiyyətinin 10 sentyabr 2023-cü il tarixli rəyində göstərilmişdir ki, Sabirabad RPŞ-nin 10 sentyabr 2023-cü il tarixli məktubunda adları göstərilən əmtəə müasir bazar qiymətlərinə uyğun təqribən aşağıdakı kimi qiymətləndirilir: -“Fine Compact” siqareti - 2x1.80=3.60 manat; -“X5” siqareti - 20x2.36=47.2 manat; -“X9” siqareti - 14x2.36=33.04 manat; -“X10” siqareti - 3x2.10=6.3 manat; -“X7” siqareti - 3x2.10=6.3 manat; -“X6” siqareti - 8x2.10=16.8 manat; -“Kingston compac red” siqareti - 10x2.19=21.9 manat; -“Kingston nazik qırmızı” siqareti - 19x2.10=39.9 manat; -“Kingston nazik göy” siqareti - 29x2.19=63.51 manat; -“Magna nazik qara” siqareti - 1x2.10=2.10 manat; -“Want ağ nazik” siqareti - 2x2.19=4.38 manat; -“Argo qırmızı qalın” siqareti - 8x1.92=15.36 manat; -“Argo compact qirmizi” siqareti - 6x2.10=12.6 manat; -“Senate qalin gold” siqareti - 20x1.80=36 manat; -“Argo qırmızı nazik” siqareti - 17x2=34 manat; -“Magna nazik ağ” siqareti - 1x2.10=2.10 manat; -“Rothmans kompas göy” siqareti - 2x2.55=5.1 manat; -“Rothmans kompas boz” siqareti - 2x2.55=5.1 manat; -“Pallmall qalin boz” siqareti - 1x2.10=2.10 manat; -“Kent8 qalin” siqareti - 3x3.54=10.62 manat; -“Kent1 nazik” siqareti - 5x3.54=17.7 manat; -“Rothmans kompas demi clici” siqareti - 7x2.55=17.85 manat; -“Pallmall nazik” siqareti - 3x2.55=7.65 manat; -“Keno compact red” siqareti - 10x2=20 manat; -“Line x compac göy” siqareti - 10x2.28=22.8 manat; -“Line x compac qirmizi” siqareti - 10x2.28=22.8 manat; -“Neo demi” siqareti - 3x3.25=9.75 manat; -“Viceroy nazik boz” siqareti - 3x2.10=6.3 manat; -“Want line compact blueber” siqareti - 10x2.28=22.8 manat; -“Want line compact apple” siqareti - 10x2.28=22.8 manat; -“Want line x blueberry nazik” siqareti - 10x2.28=22.8 manat; -“Want line x capsule nazik” siqareti - 10x2.28=22.8 manat; -“Dun hill golden” siqareti - 2x3.73=7.46 manat; -“Kent sticks” siqareti - 16x2.71=43.36 manat; -“Dun hill golden nazik” siqareti - 38x3.72=141.36 manat; -“Dun hill blue nazik” siqareti - 10x3.72=37.2 manat; -“Neo compack” siqareti - 11x3.81=41.91 manat; -“Neo compack” siqareti - 1x3.80=3.80 manat; -“Classic qara fisiyon” siqareti - 5x1.99=9.95 manat; -“Davidov ağ” siqareti - 3x3.50=10.5 manat; -“Winchester compact blu” siqareti - 1x2.55=2.55 manat; -“Classic kompakt blue” siqareti - 40x2.19=87.6 manat; -“Classic imperial blue” siqareti - 2x1.99=3.98 manat; -“Classic compact silver” siqareti - 1x2.28=2.28 manat; -“Classic imperial silver” siqareti - 1x1.99=1.99 manat; -“Winchester nazik göy” siqareti - 1x2.55=2.55 manat; -“Sobraniya compakt ağ” siqareti - 2x3.72=7.44 manat; -“Davidoff silver” siqareti - 1x3.44=3.44 manat; -“Ld compact göy” siqareti - 5x2.82=14.1 manat; -“Ld nazik göy” siqareti - 2x3=6 manat; -“Winston compact boz” siqareti - 5x3.36=16.8 manat; -“Winston compact dual” siqareti - 1x3.36=3.36 manat; -“Winston kompack caster” siqareti - 1x3.36=3.36 manat; -“Sobraniya nazik caster” siqareti - 42x3.81=160.44 manat; -“Sobraniya nazik qara” siqareti - 1x3.81=3.81 manat; -“Sobranie kitab ağ” siqareti - 7x6.32=44.24 manat; -“Neo rich” siqareti - 4x3.25=13 manat; -“Sobranie qara qalın” siqareti - 7x3.81=26.67 manat; -“Neo boost” siqareti - 4x3.44=13.76 manat; -“Sobranie göy qalın” siqareti - 1x3.81=3.81 manat; -“Sobranie ağ qalın” siqareti - 1x3.81=3.81 manat; -“Winiston caster” siqareti - 1x3.36=3.36 manat; -“Winiston qara ağ” siqareti - 2x3.36=6.72 manat; -“Winchester nazik silver” siqareti - 2x2.55=5.1 manat; -“X8 White” siqareti - 23x2.19=50.37 manat; -“Azercell” danışıq kartı - 26x2=52 manat; -“Azercell” danışıq kartı - 4x3=12 manat; -“Azercell” danışıq kartı - 26x5=130 manat; -“Bakcell” danışıq kartı - 65x1=65 manat; -“Bakcell” danışıq kartı - 28x2=56 manat; -“Bakcell” danışıq kartı - 8x5=40 manat; -“Narmobile” danışıq kartı - 9x2=18 manat; -“Narmobile” danışıq kartı - 7x5=35 manat; -“Narmobile” danışıq kartı - 6x10=60 manat; -“Azercell” danışıq kartı - 2x10=20 manat; -“Bakcell” danışıq kartı - 17x1=17 manat; -“Bakcell” danışıq kartı - 28x2=56 manat; -“Bakcell” danışıq kartı - 1x10=10 manat; -“Narmobile” danışıq kartı - 5x5=25 manat; -“Bakcell” danışıq kartı - 3x3=9 manat -“Want Qara” siqareti - 7x2=14 manat; -“Pallmall boz nazik” siqareti - 2x2.50=5 manat; -“Viceroy boz nazik” siqareti - 5x2.10=10.5 manat; -“Winchester boz nazik” siqareti - 2x2.50=5 manat; -“Argo” siqareti - 2x2=4 manat; - Çəkməcə - 1x120=120 manat; - Böyük ölçülü xalça - 3x150=450 manat; - Kiçik ölçülü xalça - 2x50=100 manat; - Təzə ədyal - 1x50=50 manat; - Ət çəkən maşın - 1x250=250 manat; - Şirə çəkən maşın - 1x200=200 manat; - Blender - 1x300=300 manat; - Ütü - 1x70=70 manat; - Böyük ölçülü laqonda - 1x80=80 manat; - Kiçik ölçülü laqonda - 1x40=40 manat; - Böyük ölçülü direl - 1x60=60 manat; - Kiçik ölçülü direl - 1x35=35 manat; - Elektrik mişarı - 1x130=130 manat; - Elektrofruqan - 1x150=150 manat; -Kiçik su matoru - 2x40=80 manat; -200 metr işlənmiş mis kabel - 200x0.30=60 manat; -200 metr təzə mis kabel - 200x0.50=100 manat; -Aliminium qapı bəzəyi - 27x3=81 manat; -BK-2500 markalı kondisionerin kiçik matoru - 5x20=100 manat; -Köhnə təkəraçan açar - 30x2=60 manat; -Balta - 1x10=10 manat; -Çəkic - 1x5=5 manat; -Mişar - 1x10=10 manat; -Köhnə ev telefonu - 1x20=20 manat Cinayət işinə əlavə edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 06 iyul 2023-cü il tarixli, 18/705 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,834 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-bioloji ekspertizasının 12 iyul 2023-cü il tarixli, 18/720 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd siqaret qutusunda təmiz çəkisi 15,67 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinə əlavə edilmiş Məhkəmə-narkoloji ekspertizasının 07 sentyabr 2023-cü il tarixli, 5754 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Məhkəmə-narkoloji ekspertizasının 15 sentyabr 2023-cü il tarixli, 5925 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 304.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə və 2700 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, xx.xx.2023cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu ödənilməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu ödənilmişdir. Cinayət işinə əlavə edilmiş Sabirabad Rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 şəxsiyyəti yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Sabirabad Rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 şəxsiyyəti yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmə və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşımaqla saxlama, həmçinin Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib, daşımaqla saxlama cinayət əməlini törətmələri məhkəmə iclasında tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə, həmçinin Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinə tövsüf edilmişdir. Odur ki, onlar həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdırlar. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyəti müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 177.2.1, -ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə görə; Azərbaycan Respublikası CM-nin 177.2.2 -ci maddəsi təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə görə; Azərbaycan Respublikası CM-nin 177.2.3 -cü maddəsi yaşayış sahəsinə,habelə binaya,anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların əvvəllər törədilmış cinayətlərinin xarakterini, həmçinin, Azərbaycan Respbulikası CM-nin 58-3-cü maddəsinə əsasən hazırda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bu əsasla məhkəmə təqsirləndirilən şəxslərin əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən etməmişdir. İş materiallarından müəyyən olur ki, təqsirləndirilən şəxs Bəşirov X3 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 304.1-ci maddələri ilə təqsirli bilinərək və Azərbaycan Respublikası CM-nin 66-cı maddəsi tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə və 2700 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə azadlıqdan məhrumetmə cəzasının sonu ilə azad edilmiş, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə 2700 manat cərimə cəzası 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və hazırki günədək həmin cəza çəkilməmiş qalır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 həmin hökümlə ona təyin olunmuş cəzasını çəkmədən yenidən hazırkı hökümlə müəyyən edilmış yeni cinayətləri törətmişdir. Məhkəmə eyni zamanda, Təqsirləndirilən şəxs1 məhkumluğu ilə bağlı qeyd edir ki, hazırkı cinayət törədilən zaman o, Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə və 2700 manat məbləğində cərimə cəzalarını cəkdiyi gündən gündən 2 (iki) il müddət keçmədiyinə görə həmin hökmə əsasən yaranmış məhkumluq CM-nın 83.3.4-cü maddəsinə əsasən ödənilməmişdir. Azərbaycan Respublikası CM-nın 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum olma cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nın 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası CM-nın 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nın xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Ona görə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın müddəti həmin maddələrdə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. İş materiallarına əlavə edilmiş Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 174303/2023 saylı məktubundan görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəzanın təyin olunmasını müzakirə edərək hesab edir ki, ona hazırki hökümlə müəyyən edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ayrı ayrılıqda cəza təyin olunmalı, təyin olunmuş həmin cəzalar Azərbaycan Respublikası CM-nin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında tamamilə və ya qismən toplanmaqla qəti cəza təyin edilməli, daha sonra, həmin cəza Azərbaycan Respublikası CM-nın 67-ci, 68.1.1-1 maddəsinə əsasən hökmlərin məcmusu üzrə Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 304.1-ci maddələri ilə təqsirli bilinərək və Azərbaycan Respublikası CM-nin 66-cı maddəsi tətbiq edilməklə təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrum etmə və 2700 manat məbləğində cərimə cəzasınin (Təqsirləndirilən şəxs1 2700 manat cərimə cəzasını icra etməkdən boyun qaçırdığına görə Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvə olunmuşdur) hazırki günədək çəkilməmiş qalan 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hissəsi ilə tam və ya qismən birləşdirilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə və Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ayrılıqda cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66-cı maddəsinə əsasən təyin olunmuş cəzaları tam və ya qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 66-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayıtə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza illə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nın 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan mərhum etmə ilə toplandıqda, azadlığın məhdudlaşdırılmasının 02 gününə azadlıqdan məhrum etmənin 01 günü hesablıanır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırkı hökümlə müəyyən edilmiş cinayətlərə görə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin etməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin etməli, Azərbaycan Respublikası CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən təyin ediləcək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ona Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş və hazırki günədək çəkilməmiş qalan 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək, qəti olaraq 04 (dörd) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəza təyin olunmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 təyin olunmuş həmin cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materialında olan cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən şübhəli şəxs qismində tutularaq qətimkan tədbiri qismində hal-hazıradək həbsdə saxlanılmışdır. Odur ki, onun cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 66.1 və 66.2-ci maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasıtəyin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində 2 gün tutulmuş, daha sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldığı 2 gün, 1 həbs günü 1 gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, təqsirləndirilən şəxs T.F.Bəşşirov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə ekspertiza xərclərini təşkil edən 63,90 manat pul vəsaiti təqsirləndirilən şəxslərdən müştərək qaydada alınıb Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonrakı qalığı 0,784 qram olan psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalığı 15,65 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X2 narkomaniyadan məcburi müalicə təyin olunmalı, həmçinin onlar, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67 və 68.1.1-1-ci maddələrinə əsasən ona Sabirabad rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmü təyin olunmuş 2700 (iki min yeddi yüz) manat məbləğində cərimə cəzasıni qərəzli olaraq icra etmədiyinə görə Sabirabad rayon Məhkəməsinin 08 iyun.2023-cü il tarixli qərarı ilə dəyişdirilməklə təyin edilmiş və hazırki günədək çəkilməmiş qalan 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılmasının 2(iki) günü 1 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 4 (dörd) il 2(iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin; cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlansın və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsiundə çəksin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşadığı yer üzrə ərazi narkoloji dispanserində qeydə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası CM-nin 66.2-ci maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 05-07 iyul 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 2(iki) gün həbsdə saxlanmasının bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan 2(iki) gün çıxılsın və onun üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın; barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın; cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşadığı yer üzrə ərazi narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut olan, Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalığı 15,65 qram olan narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonrakı qalığı 0,784 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 31,95 manat Təqsirləndirilən şəxs1 və 31,95 manat Təqsirləndirilən şəxs2 tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Füzuli Pənahov
Məhkəmə qərarları › İş №1(056)-13/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-13/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver