Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-13/2025 12.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X14 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Nümayəndə iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Sabirabad rayonu Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olumayan, Sabirabad rayonu Ulacalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə irəli sürülmüş ittihama görə, o, tək və qabaqcadan əlbir olan bir qurp şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, tanışı X15 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Sabirabad rayonu Güdəcühür kənd sakini Zərərçəkmiş şəxs4 əlaqələrindən istifadə etməklə pensiya düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin dekabr ayının ortalarında Sabirabad rayonu Ulacalı kəndində Zərərçəkmiş şəxs4 Əli Əsədullayevə verdiyi 1500 manat, həmin ilin dekabr ayının axırlarında isə rayonun Güdəcühür kəndində Zərərçəkmiş şəxs4 ona verdiyi 1300 manat olmaqla, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs4 2800 (iki min səkkiz yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Sabirabad rayonu Güdəcühür kənd sakini Zərərçəkmiş şəxs1 onun kəsilmiş pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2022-ci il tarixdə Sabirabad şəhəri, H.Əliyev prospektində “Bazar Store” marketin qarşısında əlbəəl 800 manat, xx.xx.2023-cü il tarixdə isə ona məxsus kart hesabına göndərdiyi 300 manat olmaqla, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 1100 (bir min yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tanışı X15 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Sabirabad rayonu Qruzma kənd sakini Zərərçəkmiş şəxs5 qayınanası X1 pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2023-cü il tarixdə Sabirbad rayonu Quruzma kəndində yaşadığı evdə ona əlbəl verdiyi 700 manat, 2023cü ilin fevral ayında isə ona məxsus kart hesabına göndərdiyi 200 manat olmaqla, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs5 900 (doqquz yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı X15 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Sabirabad rayonu Qəfərli kənd sakini Zərərçəkmiş şəxs2 övladı Sadiq Gülaliyevə kəsilmiş pensiyasını bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2023-cü il tarixdə Sabirabad rayon Güdəcühür kəndində ona verdiyi 500 manat, xx.xx.2023-cü tarixdə isə Əli Əsədullayevə məxsus Kapital Banka aid kart hesabına göndərdiyi 500 manat olmaqla, ümumilikdə zərərçəkmiş İlkin Güləliyevin 1000 (bir min) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Sabirabad rayonu Ulacalı kənd sakini Zərərçəkmiş şəxs3 övladı X4, nəvələri X12 və X5 pensiya düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2023-cü il tarixdə Ulacalı kəndində əlbəl 2300 manat, 2023-cü ilin iyun ayının əvvəlində isə eyni ünvanda əlbəəl 200 manat olmaqla, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs3 2500 (iki min beş yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, dələduzluq etmişdir. Bu hərəkətlərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sabirabad şəhər sakini X10 tanıyır. O, Sabirabad rayonunda olan zaman tanışı Sabirabad şəhər sakini X6 ilə görüşmüş və söhbət əsnasında həyat yoldaşı X2 başından travma aldığı üçün ona pensiya düzəltdirmək istədiyini Mirsalehə bildirmişdir. Mirsaleh bunu eşitdikdən sonra ona tanıdığı bir nəfər şəxsin olduğunu və həmin şəxsin adının X15 olduğunu bildirmişdir. O, Mirsalehdən bunu eşitdikdən sonra Əli ilə söhbət etmək istədiyini bildirmişdir. Mirsaleh də Əliyə zəng etmiş və Əli onun yanına gəlmişdir. O, Əli ilə ilk dəfə xx.xx.2022-ci il tarixdə tanış olmuşdur. O, Əliyə həyat yoldaşının başından travma aldığı üçün yoldaşına pensiya düzəltdirmək istədiyini bildirmişdir. Əli də onun yanında istifadəsində olan mobil nömrə ilə Zahid adlı şəxsə zəng etmiş və onun yoldaşına pensiya düzəltdirmək istədiyini Zahidə demişdir. Biraz danışdıqdan sonra, ona yaxınlaşaraq pensiya işini düzəldə biləcəyini bildirmişdir. Əli ona Zahid adlı şəxsin 03 ay ərzində onun yoldaşının pensiya işini düzələcəyini dediyini bildirmişdir. Həmin pensiyanın düzəldilməsi üçün isə Əli ondan 3000 manat pul istəmişdir. O Əli ilə razılaşmış və xx.xx.2022ci il tarixdə Sabirabad rayonu Ulacalı kəndində yaşadığı evdə tanışı Mirsalehin yanında Əli Əsədullayevə 900 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə isə Sabirabad şəhəri bazar yolunda Mirsalehin oboy mağazasının qarşısında Mirsalehin iştirakı ilə Əli Əsədullayevə 400 manat pul vermişdir. Bundan sonra 1000 manat pulu Əlinin ona dediyi və Zahidə məxsus olduğunu bildirdiyi karta göndərmişdir. Beləliklə, o Əliyə ümumilikdə 2300 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə Əli istifadəsində olan mobil nömrəsi ilə ona zəng edərək, qohumlardan, tanışlardan kimə pensiya düzəltmək lazımdırsa, deyə biləcəyini və köməklik edə biləcəyini bildirmişdir. O da cavabında Əliyə istəyən olsa deyəcəyini demişdir. Bundan sonra O 2022-ci ilin dekabr ayının əvvəlində bacanağı Zərərçəkmiş şəxs4 zəng etmiş və Səxavətə ürəyindən əməliyyat olunduğuna və ürəyinə 4 ədəd stend qoyulduğuna görə ona pensiya düzəltdirilə biləcəyini bildirmişdir. Daha sonra Səxavətə pensiya düzəldən şəxsin X15 olduğunu demişdir. Səxavət də ona Əli ilə tanış olmaq istədiyini və Əliyə zəng etməsini xahiş etmişdir. O da Əliyə zəng etmiş və həmin gün axşam Əli Sabirabad rayonu Ulacalı kəndində yerləşən çayxanaya gəlmiş və onlar yəni o, Səxavət və Əli çayxanada oturub biraz söhbətləşmişdirlər. O Səxavətə arvadı xəstə olduğuna görə pensiya düzəltməsi üçün Əliyə 2300 manat pul verdiyini demişdir. Əli də bunu təsdiqləmişdir. Səxavət də özünə pensiya düzəltdirmək məqsədilə onun yanında 1500 manat pulu Əliyə vermişdir. Bundan sonra Əli Səxavətə qalan 1300 manatı da çatdırmasını bildirmişdir. Sonra onlar uzaqlaşmış və Əli həmin 1500 manat puldan 100 manatı ona vermişdir. Daha sonra Səxavət qalan 1300 manat pulun 800 manatını Sabirabad şəhərində Kapital Bankın qarşısında ona vermişdir. O da həmin 800 manat pulu Mirsalehin aboy dükanında Əliyə əlbəəl vermişdir. Səxavət qalan 500 manatı da 03 gün sonra ona vermişdir. O da 500 manatı Əlinin ona dediyi kart hesabına köçürmüşdür. Bundan başqa bildirir ki, bacanağı Səxavət ona zəng edərək, həmkəndlisi X3 qızı Mələkxanım Məmmədovanın kəsilmiş pensiyasını bərpa etdirməyin mümkün olub-olmadığını ondan soruşmuşdur. O da Səxavətə bu məsələləri Əli ilə danışmasını demişdir. Beləliklə, bildirir ki, Zərərçəkmiş şəxs1 pensiya işini, Zərərçəkmiş şəxs2 pensiya işini, X16 pensiya işini bacanağım Səxavət danışmışdır. O heç kəsdən pul almamışam və heç kəsin pensiya işini düzəldəcəyimə dair yalan vədlər verməmişdir. Həmçinin qeyd edir ki, Əli Əsədullayevə yoldaşına pensiya düzəltmək üçün Ulacalı kəndində yaşadığı evdə 900, Mirsalehin mağazasında 400 manat olmaqla ümumilikdə 1300 manat pul əlbəəl vermiş, bundan başqa 1000 manat pulu da Əlinin ona dediyi və Zahid adlı şəxsə məxsus olduğunu bildirdiyi karta köçürmüşdür. Beləliklə ona 2300 manat ziyan dəymişdir. O, Əli ilə Səxavəti tanış etmiş, Ulacalı kəndində olan çayxanada Əli ilə birlikdə olan zaman Səxavət 1500 manat pulu əlbəəl onun yanında Əliyə vermiş, sonra Əli həmin 1500 manat puldan 100 manatı zəhmət haqqı kimi ona vermişdir. Sonra Səxavət qalan 1300 manat pulun 800 manatını Sabirabad şəhərində Kapital Bankın qarşısında ona vermiş, o da həmin 800 manat pulu Mirsalehin aboy dükanında Əliyə əlbəəl vermişdir. Səxavət qalan 500 manatı da 03 gün sonra ona vermişdir. O da 500 manatı Əlinin ona dediyi kart hesabına köçürmüşdür. İlkin Güləliyev əlbəəl ona 500 manat pul vermiş, o, həmin pulu Əlinin adına olan xatırlamadığı kart hesabına köçürmüş, qalan 500 manat pulu da İlkin özü Əlinin kart hesabına göndərmişdir. O Zərərçəkmiş şəxs3 nəvələrinin pensiya işini düzəltmək məqsədi ilə 2300 manat pul almışdır. Əlavə 200 manat pulu isə borc kimi almışdır. Əli ona 2300 manat puldan 2200 manatını Zahid adlı şəxsə məxsus olduğunu dediyi bank kart hesabına göndərməsini, qalan 100 manatdan 50 manatını özünə götürməklə 50 manatını isə ona məxsus kart hesabına köçürməsini demişdir. O da Əlinin dediyi kimi etmişdir. O, Zərərçəkmiş şəxs1 kəşilmiş pensiyasının bərpa olunması üçün xx.xx.2022-ci il tarixdə günorta saat 12 radələrində Sabirabad şəhərində “BazarStore” mağazasının qarşısında əlbəəl 800 manat pul aldığını və Elçinin xx.xx.2022-ci il tarixdə onun kart hesabına 300 manat göndərdiyini bildirmiş və həmin pulları xatırlamadığı tarixdə Mirsalehin oboy mağazasında Əliyə verdiyini demişdir. O Zərərçəkmiş şəxs5 qayınanası Şəfəq Babayevanın pensiyasının bərpa edilməsi üçün yaşadığım evdə əlbəəl 700 manat pul almış, həmçinin Tariel 200 manat pulu da onun kart hesabına göndərmişdir. O da həmin pulu Əliyə vermişdir. Əli ona zəng edərək Səxavətlə görüşüb X7gilə getməsini demişdir. O da Səxavətlə Güdəcühür kəndində görüşüb Həşimxanlı kəndinə Bəxtiyargilin evinə getmişdir. Orada Bəxtiyarla danışmış və 500 manata işini həll edə biləcəyini demişdir. Bəxtiyar 500 manat pulu Səxavətə vermiş, Səxavət də pulu sayıb ona vermişdir. O da həmin gün Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən “Bol Market” mağazasının içərisindəki “Milli Ön” aparatı vasitəsilə Əli Əsədullayevə məxsus kart hesabına 300 manat göndərmiş, qalan 200 manatı isə özünə götürmüşdür. O X13 Güdəcühür kəndində qəbiristanlığın yanında əlillik dərəcəsinin dəyişilməsi üçün 200 manat pul almışdır. Həmin pulu Əliyə verib vermədiyini xatırlamadığını bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam həcmdə ödəməsini və bununla da onlar arasında barışıq əldə edildiyini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın 25% (iyirmi beş faiz) miqdarında pul vəsaitinin dövlət büdcəsinə ödədiyini nəzərə alaraq onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki o, Təqsirləndirilən şəxs tanıyır. Elvin onun əmisi Zərərçəkmiş şəxs4 bacanağıdır. O, 2012-ci ildən 2021-ci ilədək dəri-zövrəvi xəstəliyilə bağlı 110 manat pensiya almışdır. Lakin 2021-ci ildə onun pensiyası kəsilmişdir. Bundan sonra o, pensiya ala bilməmişdir. xx.xx.2022-ci il tarixdə əmisi Səxavət Elvinlə bir yerdə rayonun Güdəcühür kəndində yerləşən “Halal market”in qarşısında söhbətləşmişlər. O, həmin vaxt əmisi Səxavətə yaxınlaşmış və Elvinlə orada tanış olmuşdur. Söhbət əsnasında Səxavət ona bacanağı Elvinin pensiya işini düzəldə bildiyini və Səxavət həmçinin özünə pensiya düzəltdirmək üçün Elvinə 2800 manat pul verdiyini bildirmişdir. O, Elvinə pensiya kəsilmiş pensiyasını bərpa etdirmək istədiyini bildirmiş, Elvin də ondan şəxsiyyət vəsiqəsini istəmiş və həmin vəsiqənin şəklini çəkib kiməsə göndərmişdir. Təxminən 5 dəqiqə sonra kimsə Elvinə zəng etmiş və həmin şəxslə Elvin danışmışdır. Elvin bu zaman ona kəsilmiş pensiyanı bərpa edə biləcəyini bildirmiş və bunun müqabilində ondan 1100 manat pul istəmişdir. O da Elvinlə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə günorta saat 12 radələrində Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “Bazar Store” mağazasının qarşısında Elvinlə görüşmüş, cibindən 800 manat pul çıxarıb Elvinə vermişdir. xx.xx.2023-cü il tarixdə qalan 300 manatı Elvinin kart hesabına göndərmişdir. O, Elvinə ümumilikdə 1100 manat pul vermişdir. Həmçinin 2022-ci ilin dekabr ayının axırında əmisi Səxavət öz pensiya işi üçün 1300 manat pul götürüb Elvinlə Sabirabad rayonu Güdəcühür kəndində yerləşən “Halal Market” mağazasının yaxınlığında görüşüb həmin pulu orada Elvinə vermişdir. İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs1 dəymiş zərərin əvəzinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona tam həcmdə ödənilməsi və bununla da onlar arasında barışıq olması hallarına əsaslanıb, bu barədə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki o, Təqsirləndirilən şəxs tanıyır. Onun oğlu Sadiq Gülaliyev anadan gəlmə zəif görür və bu səbəbdən oğluna dövlət tərəfindən 2009-cu ildən xx.xx.2022-ci il tarixədək 280 manat pensiya verilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə oğlunun pensiyası kəsilmişdir. O, Elvini yeznəsi X3 vasitəsilə tanımışdır. Belə ki, Bəxtiyar şəkər xəstəsi olan övladı Mələkxanım Məmmədovaya pensiya düzəltmək məqsədilə Elvinə 500 manat pul vermişdir. Bundan başqa, Səxavət də özünə pensiya düzəltmək üçün Elvinə 2800 manat pul vermişdir. O, Səxavətlə telefonda danışarkən Səxavət özünün pensiya işinə görə Elvinə 2800 manat pul verdiyini bildirmişdir. Səxavətin deməsinə görə Elvin onun oğlunun kəsilmiş pensiyasını bərpa etdirməyə görə əvvəlcə 500 manat, pensiya işi düzəldikdən sonra isə ümumilikdə 6 ay olmaqla, hər ay kart balansına köçən pensiyanı Elvinə verməli olduğuna dair ona şərt qoyduğunu demişdir. Beləliklə, 6 ay ərzində karta 280 manat köçəcək pula görə Elvinə əlavə olaraq 1680 manat pul verməli idi. O, Elvinin bu şərti ilə razılaşmış və xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu Güdəcühür kəndində yerləşən yeznəsi Bəxtiyar Məmmədovun evin həyətyanı sahəsində yeznəsi Bəxtiyar, yeznəsinin qudası Səxavət, atası Güloğlanın iştirakları ilə Elvinə 500 manat pul vermişdir. Elvin də həmin pulu sayaraq götürmüş və ona guya ki, özünün X8 işlədiyini və pensiyaları düzəldirdiyini bildirmişdir. Bundan sonra Elvin 500 manatdan əlavə X8 işləyən Təqsirləndirilən şəxs kart hesabına da 500 manat pul göndərməli olduğunu ona bildirmişdir. O, Elvinlə razılaşmış və xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu Əsədli kəndində yerləşən marketin içərisində olan milli ön aparatından Əlinin istifadəsində olan +99450 ***-**-** saylı mobil nömrənin Whatsapp ani mesajlaşma tətbiqi vasitəsilə onun istifadəsində olan +99450 ***-**-** saylı mobil nömrənin Whatsapp ani mesajlaşma tətbiqinə şəkil formasında 4169 7385 0323 2724 saylı “Kapital Bank”a məxsus kart hesabını göndərmişdir. O həmin karta 500 manat pul göndərmişdir. O, Elvinə ümumilikdə 1000 manat pul vermişdir. İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs2 dəymiş zərərin əvəzinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona tam həcmdə ödənilməsi və bununla da onlar arasında barışıq olması hallarına əsaslanıb, bu barədə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki o, Təqsirləndirilən şəxs tanıyır. Elvin onun bibisi nəvəsidir. Onun oğlu X11 və nəvələri Abbas Quliyev və Rüqayyə Quliyeva uzun müddətdir ki, epilepsiya xəstəliyindən əziyyət çəkirlər. Elvinin böyük oğlu 2023-cü ilin aprel ayında hərbi xidmətdən gəlmişdir. Bu səbəbdən o, qohumu Elvinin yaşadığı evə gedərək, Elvinin övladının əsgərlikdən gəlməsi münasibətilə təşkil etdirdiyi qonaqlıq məclisinə kömək etmişdir. Həmin zaman orada söhbət əsnasında o, nəvələrinə və oğlu Ağamirə pensiya düzəltdirmək istədiyini bildirmişdir. Bu zaman bunu Elvin eşitmiş və ona kömək edə biləcəyini demişdir. O, Elvindən oğlu Ağamirə və nəvələri Abbasla Rüqəyyaya necə pensiya düzəltdirəcəyini soruşduqda, Elvin həmin şəxslərin pensiya işlərinə görə ona 2000 manat pul tapmağını bildirmişdir. O, Elvinə o qədər pulunun olmadığını, lakin kredit götürüb pul verə biləcəyini demişdir. xx.xx.2023-cü il tarixdə Elvinlə birlikdə Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “Kapital Bank”a gedərək oradan 3500 manat pul krediti götürmüşdür. Daha sonra Elvinlə birlikdə Sabirabad rayonu Ulacalı kəndində Elvinin yaşadığı evə gedərək orada Elvinə 2000 manat pul vermişdir. Elvin həmin vaxt əlavə olaraq ondan 300 manat da pul istəmişdir. O, Elvindən 300 manat pulu nə üçün istədiyini soruşduqda, Elvin əlavə olaraq pula ehtiyac olacağını bildirərək, həmin pulu almışdır. Beləliklə, o, Elvinə 2300 manat pul vermişdir. Bundan sonra təxminən 2023-cü ilin iyun ayının əvvəlində Elvin onun istifadəsində olan mobil nömrəyə zəng edərək, pensiya üçün əlavə olaraq 200 manat pula da ehtiyac olduğunu bildirərək, ondan həmin pulu istəmişdir. O da məcbur qalaraq Elvinlə razılaşmış və Elvinlə Sabirabad rayonu Ulacalı kəndində yerləşən “Rəşidin mağazası” adlanan yerdə görüşmüşlər. Həmin mağazanın qarşısında Elvinə 200 manat pul vermişdir. Elvin də həmin pulu “Milli ön” aparatı vasitəsilə kiməsə göndərmiş və pulun qəbzini ona vermişdir. Elvin ona söz vermişdir ki, oğlu Ağamirin və nəvələrim Abbasla Rüqəyyanın pensiya kartları 2023-cü ilin avqust ayında düzələcəkdir. O, Elvinə ümumilikdə 2500 manat pul verməyinə baxmayaraq, bu günə qədər oğlu Ağamirin və nəvələrim Abbasla Rüqəyyanın pensiya işi düzəlməmiş, Elvin ona pulu geri qaytaracağına dair vəd versə də, hələ də pulu geri qaytarmamışdır. İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs3 dəymiş zərərin əvəzinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona tam həcmdə ödənilməsi və bununla da onlar arasında barışıq olması hallarına əsaslanıb, bu barədə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki o, Təqsirləndirilən şəxs tanıyır. Elvin onun bacanağıdır. O, təxminən 16-17 il əvvəl belindəki və boynundakı qrijadan əməliyyat olunmuşdur. Eyni zamanda 2020-ci ilin əvvəlində ürəyinə 2 ədəd stend, 2022-ci ilin əvvəlində isə əlavə 2 ədəd stend olmaqla, ümumilikdə ürəyinə 4 ədəd stend qoyulmuşdur. Elvin 2022-ci ilin dekabr ayının əvvəlində ona yaxınlaşaraq əməliyyat olunduğuna və ürəyində 4 ədəd stend olduğuna görə ona pensiya düzəltdirə biləcəyini bildirmişdir. Eyni zamanda Elvin ona pensiya düzələndən sonra istifadəsində olan mobil nömrəyə mesaj gələcəyini bildirmişdir. O da bacanağı Elvinlə razılaşmış və ona pensiya düzəltməsini bildirmişdir. Elvin bunun qarşılığında onun xəstəxanada əməliyyat olunmağına dair sənədləri, şəxsiyyət vəsiqəsini, əməliyyatın görüntü diskini ondan istəmiş və ona həmin pensiyanın düzəldilməsi üçün təxminən 3000-3500 manat xərcinin olduğunu bildirmişdir. O, Elvindən pensiyanı necə düzəltdirəcəyini soruşduqda, Elvin cavabında ona əvvəlcə sənədləri verməyi və pulu düzəltməyi bildirərək, qalan məsələlərdən narahat olmamağı demişdir. Onlar razılaşmışlar. 2022-ci ilin dekabr ayının ortalarında Elvinlə Sabirabad rayonu Ulacalı kəndində görüşmüşlər. Elvinin yanında adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs olmuş və birlikdə görüşmüşlər. Həmin zaman Elvin ona yanında olan Əlinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə rəisi vəzifəsində işlədiyini bildirmiş, Əli də bunu təsdiqləmişdir. Daha sonra namaz vaxtı olduğu üçün yaxınlıqda olan məscidə gedib namaz qılacağını bildirmişdir. Elvin Əli ilə birlikdə Ulacalı məscidində namaz qılmağa getmiş, həmin vaxt o, Elvinlə Əlini gözləmişdir. Bundan sonra Əli və Elvin məsciddən çıxaraq ona yaxınlaşmış və birlikdə Ulacalı kəndində yerləşən çayxanaya getmişlər. Həmin çayxanada oturmuş və bu zaman Elvin ona pulu verməyini bildirmiş, o da cibindən 1500 manat pul vəsaitini çıxarmış və Elvinə vermişdir. Elvin də həmin pulu saymış və 1500 manat pulu Əliyə vermişdir. Əli həmin pulu saymış və cibinə qoymuşdur. Əli ona qalan pulu tez bir zamanda düzəltdikdən sonra onun pensiya işinin həll olacağını bildirmişdir. Onlar razılaşmış və çayxanadan durmuşlar. Bundan sonra 2022-ci ilin dekabr ayının axırında o, 1300 manat pul götürüb Elvinlə Sabirabad rayonu Güdəcühür kəndində yerləşən “Halal market”in yaxınlığında görüşmüş və həmin pulu orada qardaşı oğlu Zərərçəkmiş şəxs1 yanında Elvinə vermişdir. Elvin də pulu saymış və 1300 manatı cibinə qoymuşdur. O, pulu Elvinə verdikdən sonra Elvin ona arxayın olmağını bildirmiş və onun pensiya işini düzəldəcəyinə dair ona vəd vermişdir. Elvin eyni zamanda onun pensiya işinin düzələcəyinə dair nömrəsinə mesaj gələcəyini ona bildirmişdir. Elvin həmçinin onun kimi qardaşı oğlu Zərərçəkmiş şəxs1 də pensiya düzəldəcəyinə dair vəd verdiyi üçün həmin vaxt Elçin də Elvinə 800 manat pul vermişdir. Bundan sonra isə Elçin Elvinlə aralarında olan razılığa görə verməli olduğu 1100 manat pulun qalan hissəsini, yəni 300 manatını da ondan bir müddət sonra Elvinin kart hesabına göndərmişdir. Bundan sonra gecə onun nömrəsinə mesaj gəlmiş və mesajın mətnində “Sizin sorğunuz yerinə yetirildi” yazılmışdır. O, Elvinə ümumilikdə 2800 manat pul verməyinə baxmayaraq, bu günə qədər onun pensiya işi düzəlməmiş və Elvin ona pulu geri qaytaracağına dair vəd versə də, pulu geri qaytarmamışdır. İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs4, dəymiş zərərin əvəzinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona tam həcmdə ödənilməsi və bununla da onlar arasında barışıq olması hallarına əsaslanıb, bu barədə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki o, Təqsirləndirilən şəxs tanıyır. Onun qayınanası X18 3-cü dərəcəli ankoloji xəstədir və bu səbəbdən ona 2016-cı ildən 2021-ci ilədək 130 manat pensiya verilmişdir. Lakin xx.xx.2021-ci il tarixdə qayınanasının pensiyası kəsilmişdir. Bundan sonra 2022-ci ilin dekabr ayının axırı Elvin istifadəsində olan (070) ***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəyə zəng edərək tanıdığı və pensiyası kəsilmiş şəxslərin olub-olmadığını soruşmuşdur. O, Elvindən bunu nə üçün öyrənmək istədiyini soruşduqda, Elvin cavabında ona pensiya düzəldə bildiyini bildirmişdir. O da cavabında Elvinə qayınanasının pensiyasının kəsildiyini bildirmişdir. Elvin ona qayınanasının pensiyasını bərpa etdirə biləcəyini demiş və buna görə də 1500 manat pul istəmişdir. O, Elvinlə razılaşmışdır. 2023-cü ilin yanvar ayının əvvəlində Sabirabad rayonu Ulacalı kəndində yerləşən Elvinin yaşadığı evə getmiş və həmin evdə Elvinə əvvəlcə 700 manat pul vermişdir. Bundan sonra 2023-cü ilin yanvar ayının ortalarında Sabirabad rayonu Qruzma kəndində yerləşən “Kür Market” mağazasının içərisindəki milli ön aparatı vasitəsilə Elvinin ona dediyi bank kartına 200 manat pul göndərmişdir. Qalan 600 manat pulu isə pensiya işi düzələndən sonra verəcəyinə dair Elvinlə razılaşmışdır. Həmin vaxt Elvin ona qayınanasının pensiyasının 2023-cü ilin mart ayında bərpa olacağını bildirmişdir. O, Elvinə 900 manat pul verməyinə baxmayaraq, bu günə qədər onun qayınanasının pensiyası düzəlməmiş və Elvin ona pulu geri qaytaracağına dair vəd versə də, hələ də pulu geri qaytarmamışdır. Həmin 900 manat puldan 250 manat pulu Elvinin tanışı olan Təqsirləndirilən şəxs ona məxsus bank kartına göndərmişdir. Lakin qalan 650 manat pulu o, hələ də ala bilməmişdir. İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs5, dəymiş zərərin əvəzinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona tam həcmdə ödənilməsi və bununla da onlar arasında barışıq olması hallarına əsaslanıb, bu barədə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən tək və qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla CM-nın 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş təkrarən dələduzluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin və təqsirləndirilən şəxsin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yarandığından, Təqsirləndirilən şəxsnin CM-nın 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikası CPM-nın 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın 25% (iyirmi beş faizi) miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin istinad olunan “Qeyd” hissənin 1-ci bəndi ilə müəyyən olunmuş “şəxsin cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi” qaydasına dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyanın əvəzi tamamilə ödənildiyi üçün və onlar arasında barışıq olduğu səbəbindən, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın 25% (iyirmi beş faizi) miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, CMnın 73-1.2-ci maddəsi əsasında onun barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyi halda, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri də ləğv edilməlidir. Həmçinin iş materiallarından görünür ki Təqsirləndirilən şəxs məhkəmə prosesində hüquqlarının müdafiəsi üçün Şirvan Regional Vəkil Bürosunun vəkili Nümayəndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb olunmuşdur. Müdafiəçı Nümayəndə məhkəməyə təqdim etdiyi huquqi yardım barədə hesabatında təqsirləndirilən Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına göstərdiyi hüquqi yardıma görə 33 saat vaxt (işin öyrənilməsi də daxil edilməklə) sərf etdiyini qeyd etmışdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinın 03 may 2018-ci il tarixli 202 saylı Qərarında müdafiəçiyə hüquqi yardımın hər saatı uçun 6 manat ödənilməsi müəyyən edilmişdir. Məhkəmə müdafiəçı Nümayəndə təqdim etdiyi dövlət hesabına müdafiəçi qismində məhkəmədə iştirakı ilə əlaqədar hesablama arayışına əsaslanaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsində göstərdiyi 33 saat hüquqi yardımla bağlı (işin öyrənilməsi də daxil edilməklə) hər saatı üçün 06 (altı) manat hesablanmaqla müəyyən edilmiş 198 (bir yüz doxsan səkkiz) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şirvan Regional Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyanın əvəzi tamamilə ödənildiyi üçün və onlar arasında barışıq olduğu səbəbindən, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın 25% (iyirmi beş faizi) miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, CM-nın 73-1.2-ci maddəsi əsasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsində göstərdiyi 33 saat hüquqi yardımla bağlı (işin öyrənilməsi də daxil edilməklə) hər saatı üçün 06 (altı) manat hesablanmaqla müəyyən edilmiş 198 (bir yüz doxsan səkkiz) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şirvan Regional Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-13/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-13/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver