Məhkəmə qərarları › İş №1(056)-131/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-131/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-131/2023 02.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsə İlkin qızının və onun qanuni nümayəndəsi X3 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Sabirabad rayonu Şəhriyar kəndində anadan olmuş, orta təhsilli, subay, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respubikasının CM-nin 153.2-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, mobil telefon vasitəsi ilə tanış olduğu, xx.xx.2008-ci ildə anadan olmaqla, yaş xüsusiyyətləri, intellektual imkanları və emosional halına görə ona qarşı edilən seksual xarakterli hərəkətin mahiyyətini dərk etmək və müqavimət göstərmək qabiliyyətinə malik olan Zərərçəkmiş şəxs 2022-ci ilin aprel ayının əvvəllərində və 2022-ci ilin may ayının əvvəllərində Sabirabad rayonu Qaratəpə kəndində yerləşən çöl sahəsinə gətirərək, sonuncunun öz razılığı ilə üzündən, boynundan və döşlərindən öpüb sovurmaqla cinsi ehtiras hisslərinin yaranmasına və bununla özünün cinsi ehtirasının təmin edilməsinə nail olub, 14 yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı təkrarən zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin təxminən mart ayının əvvəllərində xatırlamadığı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng gəlmiş, telefonu açmış və bir nəfər qızın səsini eşitmişdir. Həmin qız ona adının Badam olduğunu və Qaratəpə kəndində yaşadığını demişdir. Bir-iki gün danışmışlar, lakin sonradan əlaqəsi kəsilmişdir. Bir gün sonra Badamın bacısı Aynur ona zəng etmişdir. Aynurla telefonla danışdığı müddətdə, həmkəndlisi Abbas da onun yanında olmuşdur. Ona görə Aynurun bacısı Badam da Abbasın nömrəsini istəmiş, tanış olmuş və danışmışlar. Bir-iki gün danışdıqdan sonra o, Aynurla görüşmək qərarına gəlmişdir. Ona görə də 2022-ci ilin təxminən aprel ayının əvvəllərində saat 22 radələrində Qaratəpə kəndində asfaltın kənarında Aynurla görüşmüş və birlikdə Qaratəpə kəndində çöl sahəyə getmişlər. Çöl sahədə Aynurun əynindəki koftasını, liftçiyini çıxartmış və üzündən, boynundan və döşlərindən öpmüşdür. Lakin Aynur qız uşağı olduğu üçün onunla nə arxadan, nə də qabaq nahiyədən cinsi əlaqədə olmamışdır. Bundan sonra 2022-ci ilin təxminən may ayının əvvəllərində saat 22 radələrində telefonla danışmış və Qaratəpə kəndində asfalt yolun kənarında görüşmüşlər. Yenə də Qaratəpə kəndindəki çöl sahəyə getmişlər və orada Aynurun boynundan, üzündən və döşlərindən öpmüş, Aynurla nə arxa, nə də qabaq nahiyədən cinsi əlaqədə olmamışdır. Bundan sonra Aynurla görüşməmişdir. Hazırda əməlindən peşmandır. Hadisəni törədərkən yetkinlik yaşına çatmadığı üçün törətdiyi əməlin cinayət olmasını bilməmişdir. İlk dəfədir cinayət əməli törətməkdə ittiham olunur. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Hazırda 19 yaşı vardır və bu yaşda cəzaçəkmə müəssisəsinə düşüb gəncliyinin məhv olmasını arzulamır. Artıq əməlinin mahiyyətini anlamışdır. Bir daha bu cür hərəkətlərə yol verməyəcəkdir. Göstərdiklərinə əsasən o, məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Sabirabad rayonu Qaratəpə kəndində atası X4, anası Şahid2 və bacısı Şahid1 ilə birlikdə yaşayır. Anası Məhbubənin və bacısı Badamın müxtəlif şəxslərlə cinsi əlaqədə olduqlarından məlumatı vardır. O da bir neçə nəfər şəxslə könüllü olaraq qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. 2022-ci ilin mart ayının sonlarında Şəhriyar kəndindən olan Bəxtiyar onu həmkəndlisi Məqsəd adlı şəxslə tanış etmişdir. Belə ki, əvvəlcə Bəxtiyar anası Məhbubə ilə təbii yolla, Məqsəd isə Badamla qeyri təbii yolla cinsi əlaqədə olmuşlar. 2022-ci ilin mart ayının sonlarında Bəxtiyar yaşadıqları Qaratəpə kəndinə gəlmişdir. Həmin vaxt da yanında həmkəndlisi Məqsəd olmuşdur. O da Məqsədlə tanış olmuş və onları Şəhriyar kəndinə çöl sahəyə aparmışlar. Çöl sahədə anası Məhbubə Bəxtiyarla təbii yolla, o da Məqsədlə öz razılığı ilə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra anası ilə cinsi əlaqədə olan Qarayevka kənd sakini Orxan adlı şəxs onunla həmkəndlisi Murad adlı şəxsi tanış etmişdir. O da Muradla münasibət qurduqdan sonra, 2022-ci ilin aprel ayının əvvəllərində saat 23 radələrində həyətlərində yerləşən heyvan damında öz razılığı ilə qeyri təbii yolla cinsi əlaqədə olmuşlar. Bundan başqa, yenə də Orxan adlı şəxs onu Qarayevkadan olan Qorxmaz adlı şəxslə tanış etmişdir. 2022-ci ilin aprel ayının ortalarında saat 22 radələrində Qarayevka kəndinə yaxın ərazidə yerləşən, Qaratəpə kəndindəki çöl sahəsində anası Məhbubə Orxanla təbii yolla, o da Qorxmazla öz razılığı ilə arxa nahiyədən qeyri təbii yolla cinsi əlaqədə olmuşlar. Bundan başqa, Bəxtiyarın tanış etdiyi Şəhriyar kəndindən olan Cavid adlı şəxslə də görüşmüş, lakin Cavidlə cinsi əlaqədə olmamış, sadəcə olaraq Cavid onun üzündən, boynundan və döşlərindən öpmüşdür. Bundan başqa, 2022-ci ilin aprel ayının ortalarında saat 23 radələrində əvvəlcə Şirvan şəhərindən, sonradan isə onun Şəhriyar kənd sakini olduğunu bildiyi Ceyhun Hüseynli adlı şəxslə də Şəhriyar kəndində yerləşən çöl sahəsində öz razılığı ilə görüşmüşdür, onunla da Cavid kimi cinsi əlaqədə olmamış, Ceyhun onun üzündən, boynundan və döşlərindən öpmüşdür, o da əli ilə Ceyhunun gərilmiş vəziyyətdə olan cinsiyyət orqanını ovxalamışdır. Ceyhun adlı şəxsi də onunla əvvəlcə Nicat kimi tanıdığı, sonradan adının Mirmayıl olduğunu bildiyi şəxs tanış etmişdir. Mirmayıl adlı şəxs də Şəhriyar kəndindən olmuş, Mirmayıl da anası Məhbubə ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Hal-hazırda isə onunla münasibəti olmuş şəxslərdən olan Cavidlə barışmışdır. Onun Cavid barəsində heç bir şikayəti və tələbi yoxdur. Cavid cavandır. Ona görə o, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə yetkinlik yaşına çatmamış şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Sabirabad rayonu Qaratəpə kəndində atası X4 və anası Şahid2 ilə birlikdə yaşayır. 02 iyun 2022-ci il tarixdə anası ilə birlikdə günorta saatlarında yaşadıqları Qaratəpə kəndində yerləşən Bənurə adlı qadına məxsus geyim malları satdığı mağazaya getmişlər. Belə ki, həmin mağazadan paltar aldıqları üçün 58 manat borcları qalmışdır. Ona görə də həmin günü səhər saatlarında anası Məhbubə nənəsi Badamdan 30 manat pul almışdır ki, Bənurəyə versin. Həmin gün saat 13 radələrində anası Məhbubə ilə birlikdə Bənurəyə məxsus mağazaya getmişlər, lakin mağaza bağlı olmuşdur. Orada qonşudan bir nəfər balaca uşaq onları görüb Bənurəgilin toyda olduğunu demişdir. Onlar da Bənurəgilin qapısında qıfılı görüb evə qayıtmalı olmuşlar. Evə qayıdan zaman küçədə yaşıl rəngli avtomobil yanlarında saxlamış, avtomobildə atası İlkinin bibisi oğlu Çingiz, əmisi oğlu Rahim və Rauf olmuşdur. Rahim onların haradan gəldiyini soruşmuş və avtomobilə oturmalarını, haradan gəlmələrini aydınlaşdırmaq üçün onları Sabirabad şəhərində yaşayan nənəsigilə aparacağını demiş, o da anası Məhbubə ilə birlikdə avtomobilə əyləşmişlər. O və anası avtomobilə oturduqdan sonra, Rahim qabaq oturacağa keçmiş, Rauf da arxa oturacağda onların yanlarında əyləşmiş, Çingiz də avtomobili idarə etmiş, oradan birbaşa Sabirabad şəhərində yaşayan nənəsigilə gəlmişlər. Nənəsigilə gedən yolda Rauf haradan gəldiklərini öyrənmək üçün yumruq və şillə ilə anasının baş və sifətinin müxtəlif nahiyələrindən vurmuşdur. 2022-ci ilin mart ayının əvvəllərində atası İlkinin qohumu, Qaratəpə kəndində yaşayan X2 onlara gəlmişdir. Səxavət anasına tanışlarının olduğunu və anası ilə görüşmək istədiklərini demiş, anası da əvvəlcə razılıq verməmiş, sonradan razılıq vermişdir. Ona görə də Səxavət bir dəfə onlara gəlib, öz telefonu ilə anasını Şəhriyar kəndindən olan Bəxtiyarla danışdırmışdır. Bəxtiyar da anasına cinsi əlaqədə olmaq istədiyini demiş, anası da görüşə biləcəyini demişdir. Həmin axşamı Bəxtiyar onlara gəlmiş, anası da küçəyə çıxıb Bəxtiyarın avtomobilinə əyləşmiş və onlar çıxıb getmişlər. Səhəri günü, yəni 2022-ci ilin təxminən mart ayının ortalarında saat 22 radələrində Bəxtiyarla tanışı Məqsəd onlara gəlmişlər. Bəxtiyar anası ilə cinsi əlaqədə olmaq üçün gəlmiş, Məqsəd də anasına onunla cinsi əlaqədə olmaq istədiyini demişdir. Anası da Məqsədə onunla cinsi əlaqədə olmaq istəyirsə ola biləcəyini demişdir. Anası ondan da bu barədə soruşmuş, o da Məqsədlə cinsi əlaqədə olmaq istədiyini, lakin qız uşağı olduğundan qabaq nahiyədən yox, arxa nahiyədən cinsi əlaqədə olmaq istədiyini demişdir. Daha sonra birlikdə Şəhriyar kəndində yerləşən çöl sahəsinə getmişlər. Çöl sahəsində anası Bəxtiyarla təbii yolla cinsi əlaqədə olmuş, o isə Məqsədlə öz razılığı ilə arxa nahiyədən qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Daha sonra Məqsəd anasına Badamla arxa nahiyədən cinsi əlaqədə olduğunu, amma arxadan ləzzət etmədiyindən, Məqsəd anası ilə qabaq nahiyədən təbii yolla cinsi əlaqədə olmaq istədiyini demişdir. Ona görə də səhəri günü, saat 22 radələrində Məqsədlə anası ilə kəndlərində görüşmüşlər və Şəhriyar kəndinə çöl sahəyə gedib orada təbii yolla cinsi əlaqədə olmuşlar. Bundan sonra təxminən 2022-ci ilin mart ayının sonlarında Bəxtiyar və Məqsəd yenidən anası ilə görüşmüşlər. Belə ki, həmin vaxt da, yenə də Şəhriyar kəndində çöl sahədə Bəxtiyar anası ilə təbii yolla, Məqsəd isə bacısı Zərərçəkmiş şəxs ilə qeyri təbii yolla, yəni arxa nahiyədən cinsi əlaqədə olmuşlar. Bundan sonra Bəxtiyar və Məqsədlə əlaqələri kəsilmişdir. Daha sonra Səxavət anasını Qarayevkada yaşayan Tural adlı şəxslə tanış etmişdir. Sonradan onun əsl adının Orxan olduğunu öyrənmişlər. Anası Orxanla birinci dəfə Qaratəpə kəndində çöl sahəsində cinsi əlaqədə olmuşlar. Səhəri günü, 2022-ci ilin təxminən aprel ayının əvvəllərində Orxan yenə kəndlərinə gəlmişdi, həmin vaxt Orxanın yanında həmkəndlisi Qorxmaz adında bir nəfər də olmuşdur. Orxan anasına Qorxmazın onunla əlaqədə olmasını demiş, o da buna razılıq verdikdən sonra, anası da razılaşmışdır. Daha sonra o, anası, Orxan və Qorxmazla birlikdə Qaratəpə kəndinə yaxın ərazidə yerləşən çöl sahəyə getmişlər. Çöl sahədə birbirindən kənarda anası Orxanla təbii yolla, o da Qorxmazla öz razılığı ilə qeyri təbii yolla cinsi əlaqədə olmuşlar. Bundan başqa o, Şəhriyar kəndindən olan Abbas adlı şəxslə də görüşmüşdür. Belə ki, 2022-ci ilin may ayının əvvəllərində saat 16 radələrində Nərimankənd kəndində çöl sahədə Abbasla qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa, 2022-ci ilin may ayının əvvəllərində ayrı-ayrı vaxtlarda Şəhriyar kəndindən olan Əli adlı şəxs və Şirvan şəhərindən olduğunu bildiyi Əflan adlı şəxslə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Bacısı Zərərçəkmiş şəxs Cavidlə danışmasını bilmiş, lakin onların görüşmələrini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Sabirabad rayonu Qaratəpə kəndində əri X4, qızları Şahid1 və Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. 02 iyun 2022-ci il tarixdə günorta saatlarında qızı Badamla yaşadığı Qaratəpə kəndində yerləşən Bənurə adlı qadına məxsus geyim malları satdığı mağazaya getmişdir. Həmin mağazadan paltar almış və 58 manat borcum olmuşdur. Ona görə də həmin günü səhər saatlarında qayınanası Badamdan 30 manat pul almışdır ki, Bənurəyə versin. Həmin gün saat 13 radələrində qızı Badamla birlikdə Bənurəyə məxsus mağazaya getmiş, lakin maöazanın qapısı bağlı olmuşdur. Orada qonşudan bir nəfər balaca uşaq onları görüb, Bənurəgilin toyda olduğunu demiş, onlar da Bənurəgilin qapısında qıfılı görüb evə qayıtmışlar. Evə qayıdan zaman küçədə yaşıl rəngli avtomobil yanlarında saxlamış, avtomobildə əri İlkinin bibisi oğlu Çingiz, əmisi oğlanları Rahim və Rauf olmuşdur. Avtomobili yanlarında saxladıqdan sonra Rahim onların haradan gəldiyini soruşmuş və avtomobilə oturmalarını, haradan gəlmələrini aydınlaşdırmaq üçün onları anasıgilə aparcağını demişdir. O da qızı Badamla birlikdə avtomobilə əyləşmiş, Rahim qabaq oturacağa keçmiş, Rauf da arxa oturacağa onların yanlarında əyləşmiş, Çingiz də avtomobili idarə etmiş, oradan birbaşa Sabirabad şəhərində yaşayan anasıgilə gəlmişlər. Anasıgilə gələnə qədər yolda Rauf yumruq və şillə ilə baş və sifətinin müxtəlif nahiyələrindən vurub xəsarət yetirmişdir. 2022-ci ilin mart ayının əvvəllərində əri İlkinin qohumu Qaratəpə kəndində yaşayan X2 onlara gəlmiş, Səxavət ona tanışlarının olduğunu və onunla görüşmək istədiyini demişdir. O, əvvəlcə razılıq verməmiş, lakin sonralar Səxavət bu barədə onun başını dəng etmişdir. Həmin ərəfələrdə əri İlkinlə küsülü olmuş, İlkin onu atıb işləmək üçün Rusiya Federasiyasına getmişdir. Pandemiya ilə əlaqədar əri İlkin Rusiyadan gəldikdən sonra, Bakıya işləmək üçün getmiş və evə gec-gec gəlmişdir. O da İlkinlə cinsi əlaqədə olmaq istəmiş, lakin İlkin ona istəmədiyini, başqa istədiyinin olduğunu dediyinə görə, o, Səxavətin dediyi kimi tanışları ilə cinsi əlaqədə olmaq istəmişdir. Ona görə də 2022-ci ilin mart ayının ortalarında Səxavət onlara gəlib yenə də tanışlarının olduğunu deyəndə razılaşmışdır. Səxavət öz telefonu ilə onu Şəhriyar kəndindən olan Bəxtiyar adlı şəxslə danışdırmışdır. Bəxtiyar onunla cinsi əlaqədə olmaq istədiyini demiş, o da görüşə biləcəyini demişdir. 2022-ci ilin mart ayının ortalarında saat 22 radələrində Bəxtiyar onlara gəlmiş, o da küçəyə çıxıb Bəxtiyarın avtomobilinə əyləşmişdir. Bəxtiyarla birlikdə Şəhriyar kəndində yerləşən çöl sahəyə getmiş və orada Bəxtiyarla öz razılığı ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Səhəri günü, saat 22 radələrində Bəxtiyarla tanışı Məqsəd gəlmişlər. Bəxtiyar onunla cinsi əlaqədə olmaq üçün gəlmiş, Məqsəd isə qızı Badamla cinsi əlaqədə olmaq istəmişdir. O da Məqsədə qızı ilə cinsi əlaqədə olmaq istəyirsə ola biləcəyini demiş və Badamdan bu barədə soruşduqda, Badam da əlaqədə olmaq istədiyini, lakin qız uşağı olduğundan qabaq nahiyədən yox, arxa nahiyədən əlaqədə olmaq istədiyini demişdir. Daha sonra qızı, Bəxtiyar və Məqsədlə birlikdə Sabirabad rayonu Şəhriyar kəndinə çöl sahəyə getmişlər. Orada o, Bəxtiyarla təbii yolla cinsi əlaqədə olmuş, qızı Badam isə Məqsədlə arxa nahiyədən qeyri-təbii yolla cinsi əlaqədə əlaqədə olmuşlar. Daha sonra Məqsəd ona Badamla arxa nahiyədən olduğunu, amma arxadan ləzzət etmədiyini, ona görə də onunla qabaq nahiyədən təbii yolla cinsi əlaqədə olmaq istədiyini demiş, o da razılaşmış və səhəri gün saat 22 radələrində Məqsədlə yenidən Sabirabad rayonu Şəhriyar kəndində yerləşən çöl sahəyə getmiş, orada da Məqsədlə təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra təxminən 2022-ci ilin mart ayının sonlarında Bəxtiyar və Məqsəd yenidən onunla yaşadığım kənddə görüşmüşlər. Belə ki, həmin vaxt yenə də Şəhriyar kəndində çöl sahədə Məqsəd qızı Zərərçəkmiş şəxs ilə qeyri təbii yolla, yəni arxa nahiyədən, Bəxtiyar isə onunla təbii yolla qabaq nahiyədən cinsi əlaqədə olmuşlar. Sonra Bəxtiyar və Məqsədlə əlaqələri kəsilmişdir. Daha sonra Səxavət onu Qarayevkada yaşayan Tural adlı şəxslə tanış etmiş, sonradan Turalın əsl adının Orxan olduğunu öyrənmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində saat 22 radələrində Orxanla birinci dəfə Qarayevka kəndinə yaxın çöl sahədə iki dəfə cinsi əlaqədə olmuşlar. Səhəri gün yenə də Orxanla görüşmüş, həmin vaxt Orxanın yanında həmkəndlisi Qorxmaz adında bir nəfər olmuşdur. Orxan ona Qorxmazın Badamla əlaqədə olmaq istədiyini demiş, Badam da razılaşdıqdan sonra, o da razılaşmışdır. Daha sonra saat 23 radələrində o və qızı Badam, Orxan və Qorxmazla birlikdə Qarayevka kəndinə yaxın olan, Qaratəpə kəndindəki çöl sahəyə getmişlər və bir-birilərindən kənara çəkilmişlər. Orada da o, Orxanla iki dəfə təbii yolla cinsi əlaqədə olmuş, Qorxmaz da Badamla arxa nahiyədən qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra o, müxtəlif vaxtlarda həmin yerdə Orxanla daha iki dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa, 2022-ci ilin mart ayının sonlarında Şəhriyar kəndindən olan Mosu ləqəbli Ağabba adlı şəxslə, 2022-ci ilin may ayı ərzində Şirvan şəhərindən olduğunu bildiyi Nicat kimi tanıdığı şəxslə, lakin sonradan adının Mirmayıl olduğunu bildiyi şəxslə, eləcə də Şəhriyar kəndində Əli kimi tanıdığı şəxslə Şəhriyar kəndindəki çöl sahədə müxtəlif vaxtlarda təbii yolla cinsi əlaqədə olmuşdur. Badam da Şəhriyar kəndindən olan Abbas və Əli adlı şəxslə də qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan əlavə, digər qızı Aynur da bir neçə nəfər şəxslə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Belə ki, Qarayevka kənd sakini Qorxmaz, Şəhriyar kənd sakinləri Məqsəd adlı şəxslər də Aynurla qeyri təbii yolla cinsi əlaqədə olmuşlar. Şəhriyar kənd sakinləri Cavid və Ceyhun adlı şəxslər Aynurla qeyri təbii yolla cinsi əlaqədə olmasalar da, onlar Aynurun üzündən, döşlərindən öpmüşdür. O, qızları Badam və Aynur müxtəlif şəxslərlə əlaqədə olan zaman, həmin şəxslərdən pul almamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sabirabad rayon Quruzma Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs və ailəsi müsbət xarakterizə olunur, onun və ailəsi barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikasının CM-nin 153.2ci maddəsini dispozisiyasına görə, on dörd yaşına çatmayan şəxs barəsində zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmə cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşmançılıq hissi keçirməsini, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını təyin ediləcək cəzanın yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikasının CM-nin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 2-ci bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən, “Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Qanunverici 14 yaşından 18 yaşına qədər olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən onların kifayət qədər əqli yetişkənliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Bu səbəbdən də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə məsuliyyətin həlli və cəza təyini zamanı onların həyat və tərbiyə şəraitinin, psixi inkişaf səviyyəsinin, onun şəxsiyyətinin digər xüsusiyyətlərinin və kənar şəxslərin ona təsirinin nəzərə alınmasını məcburi sayır. Qanunverici cinayətin subyekti qismində çıxış edən yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət mühakimə icraatının aparılmasının xüsusi qaydalarını, habelə bu kateqoriya şəxslərə münasibətdə tətbiq oluna biləcək məhdud sayda cəza növləri nəzərdə tutmaqla onların bu sahədə hüquq və azadlıqlarının təmin edilməsinə xüsusi diqqətlə yanaşmışdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, uşaqların müdafiəsi siyasəti Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsidir. Uşaqların hüquq və azadlıqlarının qorunması, uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, onların qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir. Bu baxımdan Cinayət və Cinayət-Prosessual Məcəllələrində, eləcə də “Uşaq hüquqları haqqında” Qanunda cinayət icraatı qaydalarının uşaqlara tətbiqinin ayrıca xüsusiyyətləri nəzərdə tutulmuşdur. Adıçəkilən Qanunun 42-ci maddəsinə görə, uşaqlar barəsində məhkəməyədək icraatın, həmçinin birinci, apellyasiya və kassasiya instansiyaları icraatının xüsusiyyətləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilir. Uşaqların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraat yalnız ibtidai istintaq şəklində aparılır. Uşaqlar barəsində həbsə alma qətimkan tədbirinin tətbiq edilməsinə yalnız onlara az ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol verilir. Uşaqların azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbirləri məhkəmələr tərəfindən yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə təyin edilməlidir. Cinayət Məcəlləsinin 85-ci maddəsi yetkinlik yaşına çatmayanlar barəsində tətbiq edilən cəza növlərini məhdudlaşdıraraq cəmi 5 cəza növü (cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən etmiş və hər bir cəza üçün qısaldılmış müddət və ya azaldılmış məbləğlər nəzərdə tutmuşdur. Qeyd olunmalıdır ki, yetkinlik yaşına çatmayanlara təyin edilə biləcək cəza növləri müəyyən edilərkən onların əqli və iradəvi xüsusiyyətlərinin, cinayətin törədilməsi hallarının, eləcə də cəmiyyətdə olan faydalı roluna uyğun olaraq yenidən inteqrasiyasına yardım etmiş olmasının nəzərə alınması tələbi beynəlxalq hüquq normalarından da irəli gəlir. Belə ki, bu kateqoriya şəxslərin törətdiyi cinayətə görə tətbiq edilən cəza növləri və tərbiyəvi xarakterli məcburi tədbirlər Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 29 noyabr 1985-ci il tarixli “Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları” (Pekin Qaydaları) və “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiyası ilə müəyyən edilir. Göstərilən beynəlxalq aktlarda məhz yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət mühakimə icraatının xüsusiyyətlərini müəyyən edən, onların hüquq və azadlıqlarına təminat verən bir sıra əsas prinsiplər və qaydalar əks etdirilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 40-cı maddəsinə müvafiq olaraq, iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan hər bir uşağın onunla elə bir rəftar hüququnu tanıyırlar ki, belə rəftar uşaqda ləyaqət və mənlik hislərinin inkişafına kömək edir, uşaqda insan hüquqlarına və başqalarının əsas azadlıqlarına hörmət hissini möhkəmləndirir və bu zaman uşağın yaşını və onun reinteqrasiyasına və cəmiyyətdə faydalı rol oynamasına kömək göstərilməsinin arzu edildiyini nəzərə alır. Beynəlxalq hüquq normalarına uyğun olaraq formalaşmış yeni yanaşmaya görə yetkinlik yaşına çatmayan şəxs cinayəti işləmiş kimi deyil, cinayəti törədəcək şəraitə düşürülmüş şəxs kimi qiymətləndirilir. Bu yanaşma uşağı bir cinayətkar olaraq görmür və cinayətə yönəldildiyini qəbul etməklə, onu da cinayətin müəyyən mənada qurbanı kimi qəbul edir. Lakin bu vəziyyət cinayət törətmiş uşağın cəzasız qalacağı mənasına gəlməməli, tətbiq ediləcək sanksiya uşağın vəziyyətinə və törətdiyi əmələ uyğun və mütənasib olmalıdır.” Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, növünü və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran hallarının olmamasını, cinayət əməlinin şəxsin yetkinlik yaşına çatmadığı zaman törədilməsini, cəzanı yüngülləşdirən digər halları, həmçinin yuxarıda sadalanmış Konstitusiya Məhkəməsinin Plenum Qərarlarında əksini tapmış mövqeləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində islah işləri növündə cəzanın təyin edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikasının CM-nin 85.4-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur. Cəza təyin edilərkən həmçinin, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəcamı ilə məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmalarını, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsini tövsiyyə etməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və hər ay qazancından 20% (iyirmi faiz) pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar