Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-133/2025 23.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış,Sabirabad şəhəri, E.Qasımov küçəsi ev 69 -da qeydiyyatda olan, ünvan 1-də yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində yaşadığı ünvan 1 ünvanındakı evdə anası Şahid ona xərclik üçün pul verməsini tələb edərkən, onun bu hərəkətlərinə iradını bildirən babası Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş vermiş, ailə-məişət münasibətləri zəminində baş vermiş həmin mübahisə zamanı o, babası Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə əlləri ilə vuraraq sonuncuya postravmatik laringitlə müşayiət olunan, konyuktivada qansızmalar, boynun sağ və sol yan səthində qançırlar, boynunun ön səthində, sağ dirsək büküşündə, sağ saidin yuxarı 1/3-də iç səthdə, sol baldırın aşağı 1/3-də bayır səthdə sıyrıqlarla müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, nənəsi X2, anası Şahid və babası Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 1-də yaşayır. Təxminən 12 il əvvəl atası ilə anası boşandıqları üçün anası ilə birlikdə babası Mirhüseynin evinə köçmüşdür. O, hərbi xidmətdə olarkən psixi problemlər yaşamışdır. Psixi fəaliyyətində pozulmalar səbəbi ilə o, hərbi hospitala yerləşdirilmiş və orada müvafiq qeydiyyata düşmüşdür. Yəni, o, hərbi xidmətdən qayıtdıqdan sonra evdə ailə üzvləri ilə münaqişələr etmişdir. Onun ən çox münaqişələri babası ilə olmuşdur, çünki əsəbləşəndə babası ona anlayış göstərməmişdir. Son münaqişə xx.xx.2025-ci il tarixdə, saat 09 radələrində baş vermişdir. Belə ki, yaşadıqları evdə olarkən o, nənəsindən siqaret almaq üçün pul istəmişdir. Nənəsi ona pul verəcəyini desə də, həmin vaxt nənəsi babası Mirhüseyn ilə birlikdə evdın çıxaraq bazara getmiş və ona pul verməyi unutmuşdur. O, anası Aygündən nənəsinin evə pul qoyub-qoymadığını soruşmuş, lakin anası ona cavab verməmişdir. Buna görə də, o əsəbləşərək anası Aygünlə mübahisə etmişdir. Mübahisə zamanı, saat təxminən 10 radələrində babası evə qayıtmışdır. O, həmin vaxt evdən çıxmaq istəyəndə babası onun qarşısını kəsmiş və anası ilə mübahisə etdiyinə görə onu sözlü şəkildə öldürməklə hədələmişdir. Sonra aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı babası qışqıraraq ona kobud sözlər demişdir və o, əsəbləşərək babasının boğaz nahiyəsindən tutub sıxmışdır. Həmin çəkişmə zamanı babası ayaq nahiyələrindən də xəsarətlər almışdır. Bundan sonra o, DİN-in 102 Xidməti - Zəng Mərkəzinə zəng edərək babasının onu öldürməklə hədələməsi barədə məlumat vermişdir.Hazırda o, əməlindən peşmandır. İş üzrə zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmişin ona qarşı şikayət və tələbi yoxdur, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğl istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, arvadı X2, qızı Şahid və nəvəsi, yəni qızı Şahid oğlu X4 ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Təxminən 12 ilə yaxın müddətdir, qızı Aygün həyat yoldaşından boşandıqdan sonra onun himayəsində oğlu Rəhmanla birgə yaşayır. X7 təxminən 4 ildir ki, daim evdə münaqişə salır, heç bir əsaslı səbəb olmadan onu və digər ailə üzvlərini nalayiq ifadələrlə təhqir edir və bu da artıq evdə dözülməz vəziyyət yaratmışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 09 radələrində yaşadığı evdə olarkən yataq otağında dava-dalaş səsi eşitmiş və bilmişdir ki, Rəhman anası Aygünlə mübahisə edir. Həyat yoldaşı ilə birlikdə alış-veriş etmək üçün Sabirabad şəhər bazarına getmişdir. həyat yoldaşını bazara düşürdükdən sonra ona evə gedib qayıdacağını demişdir. Saat 10 radələrində evə daxil olduqda isə görmüşdür ki, evdəki əşyalar dağılıb və Rəhman anası Aygünün başından tutaraq onu yerə yıxmışdır. O, həmin vaxt Rəhmandan evi nəyə görə bu hala saldığını soruşmuşdur. Rəhman isə cavabında evi onun dağıtmadığını bildirmişdir. O, təbii ki, buna inanmamış və nəyə görə, hansı səbəbdən evdə münaqişə etdiyini soruşmuşdur. Qızı Aygün ona Rəhmanın ondan israrla pul tələb etdiyini, lakin pul olmadığı üçün Rəhmanın evdə münaqişə yaratdığını bildirmişdir. Bu zaman Rəhman onun üzərinə hücum çəkmiş və əlləri ilə boğazından tutaraq sıxmışdır. Həmin münaqişə zamanı o, hər iki qol və sol baldır nahiyələrindən müxtəlif dərəcəli xəsarətlər almışdır. Rəhman onun xəsarət aldığını gördükdən sonra onu buraxmış və evdən getmişdir. Bundan sonra o, Sabirabad Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Münaqişə zamanı qızı Aygün orada olmuş və səs-küyə kimsə gəlməmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarındakı münaqişə 5-10 dəqiqə davam etmişdir. Həmçinin, münaqişə zamanı o, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət yetirməmiş, sonuncunu öldürməklə hədələməmiş, şikayət etdiyi üçün acığa düşərək onu şərləmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbinin olmadığını, bu halın nəzərə alınaraq barəsində olan cinayət işinə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 291 nömrəli rəyində görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-postravmatik laringitlə müşayiət olunan, konyuktivada qansızmalar, boynun sağ və sol yan səthində qançırlar, boynun ön səthində, sağ dirsək büküşündə, sağ saidin yuxarı 1/3-də iç səthdə, sol baldırın aşağı 1/3-də bayır səthdə sıyrıqlar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası DlN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs barışdığına görə cinayət təqibinə, yəni barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmişin ona qarşı şikayət və tələbi yoxdur. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alıb, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən 04 (dörd) saat iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə olunmuş, 29 aprel 2025ci il tarixli son dəyişikliyə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 44 (qırx dörd) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə" qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarını Sabirabad Rayon Məhkəməsində dövlət vəsaiti hesabına 04 saat müddətində müdafiə etdiyi üçün, Vəkillər Kollegiyasına ayrılan vəsaitdən 44 (qırx dörd) manat Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(056)-133/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-133/2025
23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver