Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-134/2023 13.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və X3 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Sabirabad rayonu Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olan, Sabirabad rayonu Suqovuşan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilən ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,08 qram çəkidə narkotik vasitə metadonu qanunsuz əldə edib üzərində qanunsuz daşımaqla bir ədəd konvalyut kəsiyində qanunsuz saxlamış, 28 may 2023-cü il tarixdə saat 17 radələrində Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Sabirabad şəhəri İ.İsgəndərov küçəsində saxlanılaraq Sabirabad rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən qeyd olunan narkotik vasitə metadon 02 ədəd həb formasında aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 28 may 2023-cü il tarixdə, saat 17 radələrində Sabirabad rayonu mərkəzi bazarında piyada hərəkət edən zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş, sonra üzərində narkotik vasitə olması şübhəsinə görə onu Sabirabad rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasına dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra əynində olan qara rəngli şalvarının sağ yan cibindən 02 ədəd üzərində metadon yazılmış həbləri təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı telefon vasitəsi ilə videoçəkiliş aparılmış və bu barədə özünə də məlumat verilmişdir. O, müxtəlif növ narkotik vasitə qəbul edir. Heç vaxt narkotik vasitə satmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək məqsədi ilə saxlamış, kiməsə satmaq fikri olmamışdır. Həmin narkotik vasitəni bir neçə gün əvvəl Sabirabad rayon mərkəzi bazarın yaxınlığında tapmışdır. Hazırda əməlindən peşmandır. Ailəli olmaqla himayəsində bir azyaşlı uşağı vardır. Göstərdiklərinə əsasən məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Sabirabad RPŞnin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 28 may 2023-cü il tarixdə saat 17 radələrində Sabirabad şəhəri mərkəzi bazarında PPXB-nin polis nəfəri, polis serjantı Şahid2la birlikdə xidmətdə olarkən Suqovuşan kənd sakini Təqsirləndirilən şəxs Abbas oğlu hərəkətləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair şübhələr yaratdığından yaxınlaşıb özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 2 ədəd üzərində metadon həblərini çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra aşkar edilmiş 2 ədəd metadon həbləri təhqiqatçı tərəfindən kağız zərfdə qoyularaq qablaşdırılıb götürülmüşdür. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə X2 regional Bölməsinin xx.xx.2023-cü il tarixli 6/3075 №-li rəyində göstərilmişdir ki, “Cabbarov M” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində “Methadone-40” göstəricisi olan bir ədəd konvalyut kəsiyində ümumilikdə iki ədəd qəhvəyi rəngi, dairəvi formalı dərman həbində metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir. Metadon həbi-2 ədəd, tədqiqata sərf edildi-1 ədəd, qalıq-1 ədəd İşdə olan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 28 iyul 2023-cü il tarixli 4811 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı Opiodlərin və Kannabinoidlərindən birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkamaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Cabbarov X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş edilmiş, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs əməlini dərk etməklə birbaşa qəsdlə törətmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 143922/2023 saylı məktubda qeyd edilmişdir ki, Cabbarov X1 rayon məhkəməsinin xx.xx.2022ci il tarixli 1(056)-192/2022 saylı hökmü təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş hisssəsi 1 il 11 ay 26 gün təşkil edir. Beləliklə Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadəsi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nın 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər də eyni xarakterli cinayət törətməsi və buna görə məhkum olunması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olar. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilməklə cəza təyin edir. Eyni zamanda məhkəmə CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsaslanaraq, hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(056)-192/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsinin 2 günü 1 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla hazırki cəza ilə qismən birləşdirilməsini və ona qəti olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını əsaslı və məqsədəmüvafiq hesab edir. Belə ki, Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan mərhum etmə ilə toplandıqda, azadlığın məhdudlaşdırılmasının iki gününə azadlıqdan məhrum etmənin 01 günü hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən həbsdə saxlanılmışdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkamaniyadan müalicə edilərək ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan 1 ədəd metadon məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəaisən əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-192/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə 1 gün azadlıqdan məhrumetmə cəzası bərabər tutulub hesablanmaqla hazırki cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məcburi müalicə edilərək ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 65 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan və Sabirabad rayon Polis Şöbəsində saxlanılan 1 ədəd metadon həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-134/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-134/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver