Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-134/2025 23.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Sabirabad rayonu Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Axtaçı-Muğan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” gətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(071)-296/13 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 50,00 (əlli) manat olmaqla cəmi 100,00 (bir yüz) manat sabit pul məbləğində alimentin və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(071)-349/2020 nömrəli qətnaməsinə əsasən Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(071)-296/13 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Təqsirləndirilən şəxs əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 80,00 (səksən) manat olmaqla cəmi 160,00 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair qanuni qüvvəyə minmiş qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddət ərzində icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sabirabad rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 3(056)-1027/2022 saylı, 10 avqust 2022-ci il tarixli qərarı ilə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə, 3(056)-848/2024 saylı, 27 may 2024-cü il tarixli qərarı ilə 500 (beş yüz) manat miqdarında cərimə edilməsinə və icra sənədlərindəki tələbi icra etmədiyi üçün ona 12 mart 2024-cü il və 14 iyun 2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 05 mart 2025-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə qətnamələri üzrə ümumilikdə 9325 (doqquz min üç yüz iyirmi beş) manat məbləğində aliment borcunu ödəməməklə sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2009-cu il tarixdə rəsmi ailə qurmuşlar, münasibətlərindən xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 adında iki övladları dünyaya gəlmiş, bir müddət münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulduğundan Zərərçəkmiş şəxs ilə ayrılmış, uşaqlar Zərərçəkmiş şəxs yanında qalmış, daha sonra Zərərçəkmiş şəxs onun uşaqlarla maraqlanmadığını və heç bir maddi köməklik göstərmədiyini əsas gətirərək boşanmaq və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən, ondan əvvəli xx.xx.2013-cü il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 50 (əlli) manat olmaqla cəmi 100 (yüz) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə onun ünvanına göndərilmiş, maddi imkanı kifayət qədər olmadığından qeyd edilən qətnamə üzrə ödəməli olduğu aylıq aliment pulunu tam ödəyə bilməmiş, nəticədə icra məmurunun qanuni tələbini icra etmədiyi üçün İXM-nın həmin dövr üçün qüvvədə olan 313-1.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Sabirabad Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 3 (üç) gün, həmin məhkəmənin xx.xx.2014-cü il tarixli qərarı ilə 10 (on) gün, İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra Zərərçəkmiş şəxs aliment məbləğinin artırılması üçün yenidən məhkəməyə müraciət etmiş, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla yuxarıda qeyd edilən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 80 (səksən) manat olmaqla cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin ondan tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi də Sabirabad rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə onun ünvanına göndərilmiş, maddi imkanı kifayət qədər olmadığından qeyd edilən qətnamələr üzrə ödəməli olduğu aylıq aliment pulunu tam ödəyə bilməmiş, nəticədə yenidən İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilmiş, həmçinin cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq edilmişdir. Sabirabad rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli təqdimata əsasən Hacıqabul Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə cəmi 845 (səkkiz yüz qırx beş) manat, həmin məhkəmənin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə cəmi 8480,00 (səkkiz min dörd yüz səksən) manat olmaqla cəmi 9325,00 (doqquz min üç yüz iyirimi beş) manat məbləğində aliment borcu yaranmışdır. O, yenidən evlənmiş, 5 övladı dünyaya gəlmiş, əvvəllər məşğulluq mərkəzinə müraciət etmiş, işsiz şəxs kimi qeydiyyata götürülmüş, sonradan Pambıq zavodunun MKT Sabirabad filialındə işə düzəlmiş, qeydiyyatdan çıxarılmış, Pambıq zavodunda aylıq əmək haqqı kimi 270-280 (iki yüz yetmiş-iki yüz səksən) manat almış, iş sezonla olduğuna görə pambıq sezonu bitən kimi işdən azad edilmiş, sonra fəhlə kimi işləmiş, qardaşı ev tikintilərində usta olaraq çalışır, o da qardaşının yanında fəhlə kimi işləyir, gündəlik 20-25 (iyirmi-iyirmi beş) manat qazanc əldə edir. Aliment ödəməməyinin səbəblərindən biri Zərərçəkmiş şəxs onunla boşandıqdan sonra azyaşlı övladları ilə görüşməyinə, ünsiyyətdə olmağına mane olması, şərait yaratmaması səbəb olmuş, icra məmurunun xx.xx.2025-ci il tarixli təqdimatından sonra cəmi 860 (səkkiz yüz altmış) manat məbləğində aliment ödəmiş, 8465 (səkkiz min dörd yüz altmış beş) manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsə olan aliment borcunu hissə-hissə ödəyəcəyi niyyətində olduğunu nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Hacıqabul rayonu, Talış kəndində övladları ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs keçmiş əridir. Təqsirləndirilən şəxsla faktiki ailə qurmuşlar, nikahlarının rəsmiləşdirilməsi sonradan, yəni 12 fevral 2009-cu ildə olmuşdur, münasibətlərindən 13 mart 2009-cu il təvəllüdlü X6 və 19 aprel 2010-cu il təvəllüdlü X7 adında iki övladları dünyaya gəlmişdir, bir müddət münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulduğundan Təqsirləndirilən şəxs ayrılmışdır, ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqlarla məşğul olmamış və heç bir maddi köməklik göstərməmişdir, bu səbəbdən o, boşanma və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 31 iyul 2013-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli 10 iyul 2013-cü il tarixdən hesablanmaqla 13 mart 2009-cu il təvəllüdlü X3 və 19 aprel 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 50 (əlli) manat olmaqla cəmi 100 (yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qərara alınmışdır. Qeyd olunan məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra qərara əsasən verilmiş icra vərəqəsi Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs ünvanına göndərilmiş, borclu Təqsirləndirilən şəxs bildirişi qəbul etsə də aliment pulunu maddi imkanı olduğu halda ödəyə biləcəyini bildirmişdir. İcra məmurunun qanuni tələblərini icra etmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin dövr üçün qüvvədə olan 313-1.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Sabirabad Rayon Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli qərarı ilə 3 (üç) gün, həmin məhkəmənin 26 noyabr 2014-cü il tarixli qərarı ilə 10 (on) gün, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Sabirabad Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, daha sonra Təqsirləndirilən şəxs icra üçün yeni müddətlər təyin edilərək, icra sənədini könüllü icra etməsi tələb olunsa da Təqsirləndirilən şəxs qeyri-müntəzəm ödənişlər etmiş, yəni aylarla heç bir ödəniş etməmiş, icra məmurlarının təşviqi nəticəsində bir neçə ay az miqdarda ödəniş etmiş, sonra yenə uzun müddət heç bir ödəniş etməmişdir. Uşaqların tələbatlarını ödəyə bilmədiyi üçün o, aliment məbləğinin artırılması üçün məhkəməyə müraciət etmiş və Hacıqabul Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli qərarın qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla yuxarıda qeyd edilən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 80 (səksən) manat olmaqla cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qərara alınmışdır. Qeyd olunan məhkəmə qərarı da qanuni qüvvəyə mindikdən sonra qərara əsasən verilmiş icra vərəqəsi Sabirabad rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs ünvanına göndərilmişdir. İcra məmurunun qanuni tələbini icra etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Sabirabad Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs, həmin məhkəmənin 27 may 2024-cü il tarixli qərarı ilə 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir, həmçinin cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq edilsə də işləməsinə və gəlir əldə etməsinə baxmayaraq alimenti ödəməmiş və Sabirabad rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş 05 mart 2025-ci il tarixli təqdimata əsasən Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 31 iyul 2013-cü il tarixli qətnaməsi üzrə cəmi 845 (səkkiz yüz qırx beş) manat, həmin məhkəmənin qanuni qüvvəyə minmiş 11 avqust 2020-ci il tarixli qətnaməsi üzrə cəmi 8480 (səkkiz min dörd yüz səksən) manat olmaqla cəmi 9325 (doqquz min üç yüz iyirmi beş) manat məbləğində aliment borcu yaranmışdır. Zərərçəkmiş şəxs ifadəsinin sonunda ona dəymiş zərərin əvəzi, yəni aliment borcu ödənilmədiyi səbəbindən, təqsirləndirilən Təqsirləndirilən şəxs şikayətçi olaraq, onun barəsində həbslə bağlı cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Hacıqabul rayon məhkəməsinin 31 iyul 2013-cü il tarixli, 2(071)-296/2013 saylı qətnaməsinə əsasən, 13 mart 2009-cu il təvəllüdlü X3 və 19 aprel 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Təqsirləndirilən şəxs 10 iyul 2013-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə əsasında icra vərəqəsi 02 oktyabr 2013-cü il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və müvafiq qaydada icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs icraata başlamaq haqqında qərar və bildirişi qəbul etmiş, lakin icra sənədi üzrə tələbi icra etməmiş, borclu Təqsirləndirilən şəxs tələbin ödənilməsinə yönəldiləsi əmlak və gəlir müəyyən edilməmiş, borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən aliment ödənilməmişdir. Sabirabad rayon məhkəməsinin 12 dekabr 2013-cü il tarixli, 3(056)-524/2013 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmurunun çağırışına gəlmədiyindən Sabirabad rayon məhkəməsinin 19 avqust 2014-cü il tarixli, 8(056)-106/2014 saylı qərardadı ilə borclunun məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilmiş və icra olunması üçün Sabirabad rayon Polis şöbəsinə göndərilmiş, 26 noyabr 2014-cü il tarixdə borclu Təqsirləndirilən şəxs İcra şöbəsinə gətirilmiş, onun izahatı alınmış, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, Sabirabad rayon məhkəməsinin 26 noyabr 2014-cü il tarixli, 3(056)-434/2014 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyəti elan olunmaqla xəbərdarlıq təqdim olunmuş, Sabirabad rayon məhkəməsinin 03 mart 2017-ci il tarixli, 8(056)-06/2017 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, icra sənədi üzrə boclu tərəfindən tələb ödənilmədiyindən və qeydiyyatda olduğu ünvanda yaşamadığından 27 avqust 2019-cu il tarixdə barəsində axtarış qərarı qəbul edilmiş, 25 sentyabr 2019-cu il tarixdə borclu Təqsirləndirilən şəxs tapılaraq icra şöbəsinə təhvil verilmiş, onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, Sabirabad rayon məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 3(056)-677/2019 saylı qərarı ilə borclu tərəfindən 300 (üç yüz) manat məbləğində aliment ödənildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İcra qurumu tərəfindən qərardan apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 3(106)- 372/2019 saylı qərarına əsasən Sabirabad rayon məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 3(056)-677/2019 saylı qərarının ləğv edilməsi və materiala yenidən baxılması üçün Sabirabad rayon məhkəməsinə qaytarılması qərara alınmışdır. Sabirabad rayon məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 3(056)-874/2019 saylı qərarı ilə borclu Təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hacıqabul rayon məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(071)-349/2020 saylı qətnaməsinə əsasən, Hacıqabul rayon məhkəməsinin 31 iyul 2013-cü il tarixli, 2(071)-296/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 13 mart 2009-cu il təvəllüdlü X3 və 19 aprel 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Təqsirləndirilən şəxs hər ay bir uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi 05 oktyabr 2020-ci il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və müvafiq qaydada icraata başlanılmış, icra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, borclu Təqsirləndirilən şəxs iş yeri müəyyən edildiyindən 27 noyabr 2020-ci il tarixdə icra sənədi üzrə tələb onun əmək haqqısına yönəldilmiş, Sabirabad rayon məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 8(056)-198/2022 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, borclu Təqsirləndirilən şəxs işdən çıxdığından və alimenti ödəmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs Sabirabad rayon məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 3(056)-1027/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmiş, borclu Təqsirləndirilən şəxs yığılmış aliment borcunu ödəmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və Sabirabad rayon məhkəməsinin 27 may 2024-cü il tarixli 3(056)-848/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilmişdir. İnzibati tənbehlərdən sonra borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə alimenti ödəməkdən müxtəlif bəhanələrlə qərəzli olaraq yayınmış, ona cinayət məsuliyyəti elan olunmaqla xəbərdarlıq təqdim olunmuş, tələbkar Zərərçəkmiş şəxs ərizə ilə Sabirabad rayon İcra və Probasiya şöbəsinə müraciət edərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirlər görülməsini xahiş etmişdir. Hacıqabul rayon məhkəməsinin 31 iyul 2013-cü il tarixli, 2(071)-296/2013 saylı icra vərəqəsi üzrə Təqsirləndirilən şəxs tərəfindən tələbkara 7655 (yeddi min altı yüz əlli beş) manat məbləğində aliment ödənilmiş, 845 (səkkiz yüz qırx beş) manat məbləğində aliment borcu qalmış, 11 avqust 2020-ci il tarixli, 2(071)-349/2020 saylı icra vərəqəsi üzrə aliment ödənilməmiş, 8480 (səkkiz min dörd yüz səksən) manat məbləğində aliment borcu yaranmış, ümumilikdə Təqsirləndirilən şəxs tələbkara aliment borcu 9325 (doqquz min üç yüz iyirmi beş) manat təşkil etmişdir. Görülmüş bütün icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnamələri ilə müəyyən edilmiş alimenti tam şəkildə ödəməmiş, məhkəmə qərarlarının icrasından yayınmış və müxtəlif bəhanələr gətirməklə qərəzli olaraq Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnamələrini icra etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə qətnamələrinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcun könüllü ödənilməsinə dair bildirişlərdən, Sabirabad rayon Məhkəməsinin 3(056)-524/2013 saylı, 12 dekabr 2013-cü il tarixli, 3(056)- 434/2014 saylı, 26 noyabr 2014-cü il tarixli, 3(056)-874/2019 saylı, 28 dekabr 2019-cu il tarixli, 3(056)-1027/2022 saylı, 10 avqust 2022-ci il tarixli və 3(056)-848/2024 saylı, 27 may 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarlarından və digər sənədlərdən görünür ki, icra sənədi üzrə borclu Baxışov X2 rayon Məhkəməsinin 2(071)-296/2013 saylı, 31 iyul 2013-cü il tarixli və 2(071)-349/2020 saylı, 11 avqust 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnamələrinin icrasından qərəzli olaraq yayınmışdır. Beləliklə məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmə cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə təyin ediləcək cəzanın yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları, eyni zamanda dəymiş zərərin əvəzini ödəməməklə zərərçəkmiş şəxslə hər hansı qarşılıqlı razılaşmanın əldə edilmədiyini və zərərçəkmiş şəxsin şikayətçi olduğunu nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin etməklə, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə “həbs” qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Cinayət işi materiallarına əlavə edilmiş Sabirabad RPŞ tərəfindən Məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli 3-13-103/233619/2025 nömrəli məktubdan və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli 3-16-17/42/2-6633/2025 nömrəli məktubdan görünür ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı əsasında barəsində “həbs” qətimkan tədbiri seçilmiş və CM-nın 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından yerləşdirilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı isə “həbs” qətimkan tədbirinin seçilməsi barədə Sabirabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının icra edildiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək, dəyişdirilmədən saxlanılmasını, maddi sübut və mülki iddianın olmamasının nəzərə alınmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək, dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-134/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-134/2025
23.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver