Məhkəmə qərarları › İş №1(056)-135/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-135/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-135/2024 31.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ İHakim Nurəddin Abuzər oğlu Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Sabirabad rayonu Qaratəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Qaratəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X2, mühafizə polisinə işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, etibarından sui-istifadə etməklə Sabirabad rayonu Nərimankənd kəndində yaşadığı küçədə 2023-cü ilin avqust ayında 2000 manat, həmin ilin oktyabr ayının 23-də qeyd edilən ünvanda 2000 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə zərərçəkmiş şəxs Aslan Şahəliyevin 4000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bu hərəkətlərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş Aslan Şahəliyev onun tələbə yoldaşı olmuş və onlar arasında münasibətləri normal olmuşdur. 2017-ci il tarixdə Aslan bankdan 6000 manat kredit götürüb ona vermişdir. O da anasının maaş kartını Aslana vermişdir. Aslan həmin kartdan pulun bir hissəsini çıxartmışdır. Həmin puldan Aslana 2000 manat borcu qalmışdır. 2023-cü ilin oktyabr ayında onun barəsində Saatlı RPŞ-də araşdırma aparılmışdır. O zərərçəkən şəxsə 5000 manat pul verməli olduğu halda atası 3000 manat pulu Saatlı rayon Polis Şöbəsinə aparmışdır. Lakin zərərçəkən şəxs razı olmadığı üçün o, Aslana ona 2000 manat pul borc verməsini bildirmişdir. Aslan da ona inanmadığını, əgər həmin pulu Aslanı mühafizə polisinə işə düzəltmək adı ilə video çəkib göndərsə verəcəyini bildirmişdir. O da məcbur olduğu üçün belə bir videonu çəkib digər dostu Anara göndərmişdir. Anarla Aslan həmin vaxt Saatlı RPŞ-nin qarşısında olmuşdurlar. Anar videonu Aslana göndərdikdən sonra Aslan 2000 manat pulu Anara vermişdir. O həmin pulu tam şəkildə Aslana geri qaytarmışdır. O Aslandan onu işə düzəltmək məqsədi ilə heç bir məbləğ almamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın tam həcmdə ödəməsini və bununla da onunla barışıq əldə etdiyini, zərərçəkmişin ona qarşı heç bir şikayət, tələb və iddiasının olmamasını nəzərə alaraq onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki o, Nərimankənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Qismət onun tələbə yoldaşı olmuş və onlar arasında münasibətləri normal olmuşdur. Qismət əvvəllər Sabirabad RPŞ-də polis nəfəri vəzifəsində işləmiş, sonradan xaric edilmişdir. 2023-cü ilin avqust ayında Qismətlə söhbət edərkən Qismət onu mühafizə polisinə işə düzəldə biləcəyini demişdir. O da Qismətdən işə düzəlmək üçün nə qədər pul lazım olduğunu soruşmuşdur. Qismət də ona ümumilikdə 6000 manat pul verməli olduğunu demişdir. Qismət ona X7 rayonlarda səfərdə olan zaman onu da cənab nazirin qəbuluna yazdıracağını bundan sonra mühafizə polisinə işə düzəldəcəyini demişdir. O da Qismətlə razılaşmış həmin pulun 2000 manatını həmin ilin avqust ayında yaşadığı kənd ərazisində digər tələbə yoldaşı Şahid yanında Qismətə vermişdir. Qismət də ona sənədləri hazırlamağa başladığını demişdir. 2023-cü ilin oktyabr ayının 23-də Qismət ona vhatsap sosial şəbəkəsi vasitəsi ilə zəng edərək, sənədlərin tam hazır olduğunu pulun 2000 manatını da verməsini demişdir. O da Qismətə inanmadığı üçün Qismətdən ondan polisə işə düzəltmək üçün pul alması barədə video çəkib ona göndərməsini demişdir. Qismət də ondan polisə işə düzəltmək üçün 4000 manat pul alması barədə video çəkərək ona göndərmişdir. O da bundan sonra yenə yaşadığı kənd ərazisində Şahid yanında 2000 manat pulu Qismətə vermişdir. Lakin Qismətin onu aldadaraq pulunu mənimsədiyini başa düşdükdən sonra Qismətə pulunu qaytarmasını bildirmişdir. İfadəsinin sonunda zərərçəkmiş A.S.Şahəliyev əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin əvəzi tam həcmdə ödənilmiş və bununla da onunla barışıq əldə etnişdir. Hazırda ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Qismət və Aslan onun tələbə yoldaşıdır. Onlarla münasibəti normal olmuşdur. Qismət və o əvvəllər Sabirabad RPŞ-də PPXB-də polis nəfəri vəzifəsində işləmişdirlər. Sonradan Qismət DİOdan xaric edilmiş o, öz istəyi ilə işdən çıxmışdır. Lakin onların tələbə yoldaşı kimi münasibətləri davam etmişdir. Dəfələrlə o, Qismət və Aslan birlikdə çörək yemişdirlər. O Qismətin Aslanı mühafizə polisinə işə düzəldəcəyini eşitmişdir. Təxminən 2023-cü ilin avqust ayında Qismətlə birlikdə Aslangilin küçəsinə getmişdirlər. X6 görüşmüşdür. Qismətdə Aslana sənədləri toplamağa başladığını buna görə də pul lazım olduğunu və 2000 manat verməsini demişdir. Aslan da Qismətə 2000 manat nağd pul vermişdir. Təxminən bir ay sonra yenə Qismətlə birlikdə Aslanla görüşmüşlər və Sabirabad rayonu Nərimankənd kəndində yerləşən çayxanaya getmişdirlər. Qismət Aslana artıq sənədlərin hazır olduğunu onu DİN-nin seçiminə çıxaracağını seçilib-seçilməsə də mühafizə polisinə işə düzələcəyini pulun qalanını da verməsini demişdir. Aslanda Qismətə inanmadığını ondan pulu işə düzəltmək məqsədi ilə alması barədə video çəkərək təqdim etməsini bildirmişdir. Qismət də digər kabnetə keçərək bizə “siz gəlməyin, sizi görsəm güləcəm və video çəkə bilməyəcəm” demişdir. Onlar kafedə gözləmişlər Qismət Aslandan pulu işə düzəltmək məqsədi ilə alması barədə video çəkmiş və onların yanlarına gəlmişdir. Aslanın interneti olmadığı üçün əvvəl videonu onun mobil telefonuna göndərmişdir. O da sonra həmin görüntünü Aslana göndərmişdir. Qismət Aslana işə başladıqdan sonrada 2000 manat verəcəyini bildirmişdir. Həmin hadisədən bir müddət keçdikdən sonra Aslan ona Qismətin “onu aldatdığını pulunu mənimsəyərək, onu işə düzəltmədiyini buna görədə Sabirabad RPŞ-yə şikayət etdiyini və məni də şahid kimi göstərdiyini” demişdir. Beləliklə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CMnın 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yarandığından, Təqsirləndirilən şəxs CM-nın 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikası CPM-nın 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin istinad olunan “Qeyd” hissənin 1-ci bəndi ilə müəyyən olunmuş “şəxsin cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi” qaydasına dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Saatlı rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs barəsində CM-nın 178.1-ci maddəsi ilə əvvəllər başlanmış ********* nömrəli cinayət işi üzrə cinayət təqibinə xx.xx.2023-cü il tarixli qərarla CPM-nın 40.3-cü və CM-nın 73-1.1-ci maddəsi əsasında xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “şəxsin cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi” ilə bağlı müddəasının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72-73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Yuxarıda qeyd olunan tələbnamədən aydın olur ki, Saatlı rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs barəsində digər cinayət əməlinə görə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə əvvəllər başlanmış cinayət təqibinə xx.xx.2023-cü il tarixli qərarla CM-nın 73- 1.1-ci maddəsi əsasında xitam verilmişdir. Göründüyü kimi hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə o, dələduzluq cinayətini 2023-cü ilin avqust və oktyabr aylarında, yəni Saatlı rayon Polis Şöbəsində CM-nın 178.1-ci maddəsi ilə onun barəsində digər cinayət əməlinə görə əvvəllər başlanmış cinayət təqibinə xx.xx.2023-cü il tarixdə xitam verilənədək törətmişdir. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsaslanaraq məhkəmə hesab edir ki, CM-nın 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş “şəxsin cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi” qaydası hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs 2023-cü ilin avqust və oktyabr aylarında vahid niyyətlə törətdiyi dələduzluq əməlinə görə onun Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi əsasında cinayət məsuliyyətindən azad olunması üçün məhdudiyyət yaratmır. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün, CM-nın 73-1.1-ci maddəsi əsasında onun barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyi halda, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri də ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş X3 dəymiş ziyanın əvəzi tamamilə ödənildiyi üçün və onlar arasında barışıq olduğu səbəbindən, CM-nın 73-1.1-ci maddəsi əsasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar