Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-136/2025 13.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə elan edilən ittihama görə, o, gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə və fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs fahişəliklə məşğul olmaq üçün istifadə etmək məqsədi ilə Sabirabad rayonu Şəhriyar kəndi ərazisində yerləşən, 2023-cü ilin təxminən avqust ayında həmin kənd sakini X2 şifahi razılıq əsasında aldığı, kafe kimi istifadə etdiyi vaqon tipli 2 otaqdan ibarət obyektdəki otaqlardan birini 2024-cü ilin dekabr ayından başlamaqla çarpayı və yataq dəsti ilə təchiz etməklə, eləcə də fahişəliklə məşğul olmaq üçün Zərərçəkmiş şəxs kişi cinsli müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmasını təmin etməklə əxlaqsızlıq yuvası təşkil etmişdir. Bundan başqa o, fahişəliklə məşğul olmaq üçün istifadə etmək məqsədi ilə Sabirabad rayonu Şəhriyar kəndi ərazisində yerləşən, 2023-cü ilin təxminən avqust ayında həmin kənd sakini X2 şifahi razılıq əsasında aldığı, kafe kimi istifadə etdiyi vaqon tipli 2 otaqdan ibarət obyektdəki otaqlardan birini 2024-cü ilin dekabr ayından başlamaqla çarpayı və yataq dəsti ilə təchiz etməklə əxlaqsızlıq yuvası təşkil etdikdən sonra, 2024-cü ilin dekabr ayından Zərərçəkmiş şəxs gəlir əldə etmək məqsədi ilə pul qarşılığında istintaqla şəxsiyyəti araşdırılan ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olmasını dəfələrlə təmin etmək üçün fahişəliyə cəlb etmiş, sonuncu dəfə 05 fevral 2025-ci il tarixdə saat 19:10 radələrində həmin ünvanda Şahid3 aldığı 40 manat məbləğində pul qarşılığında fahişəliyə cəlb etdiyi Zərərçəkmiş şəxs ilə Şahid3 cinsi əlaqədə olmasını təşkil etmiş, həmin gün Azərbaycan Respublikası DİN-in X9 Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs, Şahid3 ilə pul qarşılığında cinsi əlaqədə olarkən qeyd olunan ünvanda aşkar edilməklə ondan cinayət yolu ilə əldə etdiyi, hər biri 20 manat əskinasdan ibarət 40 manat məbləğində pul aşkar edilərək götürülmüşdür. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında Sabirabad rayonunun Şəhriyar kəndində yaşayan Əbilfət adlı şəxsdən bir il olar ki, aldığı adsız və müqaviləsi olmayan kafe işlətmiş, həmin kafeni əvvəlcə həm yeməkxana, həm də pivəxana olaraq istifadə etmişdir. Həmin kafeyə təxminən 2024-cü ilin dekabr ayında gələn, həmin vaxt tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs ona işsiz olduğunu və münasib iş varsa ofisiant olaraq işləmək istədiyini bildirmiş, o da bu söhbətdən 1-2 gün keçdikdən sonra Güllüyə zəng edərək ofisiant kimi işləyə biləcəyini bildirmişdir. Həmin ərəfələrdə o, kafeni həm də əxlaqsız yuva kimi işlətmək məqsədilə istifadə etmək qərarına gəlmiş, Güllü işə başladıqdan sonra o, Güllüyə kafeyə gələn kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olaraq yaxşı pul qazanacağını demiş, Zərərçəkmiş şəxs də onunla razılaşmışdır. Bunun üçün də kafenin arxa otağını çarpayı və yataq dəsti ilə təchiz etmiş, nəticədə kafe zaldan və arxada yataq dəsti ilə təchiz olunmuş otaqdan ibarət olmuşdur. Bundan sonra həmin kafeyə gələn kişi müştərilərlə özü razılaşmış, Güllünü həmin müştəriyə təqdim etmiş, Güllü də həmin müştəri ilə kafenin yataq dəsti ilə təchiz edilmiş otağında cinsi əlaqədə olmuşdur. O, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmağa görə hər müştəridən 20 (iyirmi) manat almış, həmin pulun 10(on) manatını Güllüyə vermiş, qalan 10(on) manatı isə müştəri tapdığına və kafedə şərait yaratdığına görə özünə götürmüşdür. xx.xx.2025-ci il tarixdə saat 17:10 radələrində o, Güllüyə zəng edib müştəri gəlməsini deyərək kafeyə gəlməsini tapşırmış, Güllü də kafeyə gəlmişdir. Təxminən saat 18:15 radələrində işlətdiyi kafedə olan zaman Mülkədar adlı şəxs kafeyə gəlmiş və kafenin zalında əyləşmiş, bir qədər sonra ona yaxınlaşıb cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini xahiş etmişdir. O da bu barədə Güllüyə bildirmiş, Güllü də bununla razılaşmışdır. O, Güllü ilə cinsi əlaqədə olmasına görə Mülkədardan 40 manat pul almış, bundan sonra Güllü ilə Mülkədar kafenin yataq dəsti ilə təchiz olunmuş otağına keçmişlər. İşin sonunda o, 20 manatı Güllüyə verməyi, qalan 20 manatı isə özünə götürməyi nəzərdə tutmuş, bir qədər sonra təxminən saat 19:10 radələrində kafenin zal hissəsində olarkən bir neçə nəfər şəxs həmin kafeyə gəlmişdir. Onlar xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş, bundan sonra o, polis əməkdaşları və hal șahidləri ilə birlikdə Güllü va Mülkədarın cinsi alaqədə olduqları otağa keçmişlər. Burada Güllü va Mülkədar yarı çılpaq vəziyyətdə aşkar olunmuş, polis əməkdaşlanı xidməti vəsiqələrini göstərib orada da polis əməkdaşları olduqlarını bildirmiş, otağın və Güllü ilə Mülkədarın bir neçə fotoşəklini çəkmişlər. Həmin vaxt polis əməkdaşları dəvət olunmuş hal şahidlərinin iştirakı ilə sorğu-sual etməyə başlamış, ondan və Güllüdən bu şəraitin kim tərəfindən yaradıldığını soruşduqda o, hər șeyi səmimi olaraq etiraf etmişdir. Polis əməkdaşları ona Mülkədardan aldığı pulları təqdim etəmsini təklif etmiş, o da Mülkədardan aldığı iki ədəd 20 manatlıq pul əskinasını təqdim etmişdir. Onlar həmin pul əskinaslarını zərfə qoyaraq qablaşdırmış, bundan sonra Bakı şəhərində yerləşən Baş idarəyə, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X9 Mübarizə Baş İdarəsinə getmişlər. Baș İdarədə baş verənlərlə bağlı protokol tərtib olunmuş, həmin protokol onun özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşmançılıq hissi keçirdiyini, ilk dəfə cinayət törətdiyini və yaşını nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ilin dekabr ayında Sabirabad rayonu, Şəhriyar kəndi ərazisində yolun kənarında yerləşən kafenin sahibi Təqsirləndirilən şəxs həmin kafedə ofisiant kimi işləmək istədiyini bildirmiş, Leyli onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini götürüb ona xəbər edəcəyini bildirmiş, bir neçə gün keçdikdən sonra Leyli onu ofisiant kimi işləmək üçün dəvət etmişdir. Təxminən, bir ay həmin kafedə ofisiant kimi işlədikdən sonra Təqsirləndirilən şəxs ona həmin kafeyə gələn kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmağı təklif etmiş, o, tərəddüd etdikdə isə ofisiant kimi qazandığından daha çox gəlir əldə edə biləcəyini demişdir. Onun da həmin vaxt maddi ehtiyacları çox olduğu üçün Leyli ilə razılaşmış, 2025-ci ilin yanvar ayından həmin kafeyə gələn kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmağa başlamışdır. Belə ki, həmin kafeyə gələn kişi müştərilərlə Təqsirləndirilən şəxs özü razılaşıb, onu həmin müştəriyə təqdim etmiş, o da həmin müştəri ilə kafenin yataq dəsti ilə təchiz edilmiş otaqda cinsi əlaqədə olmuşdur. Leyli ona görə hər müştəridən 20 manat pul almış, həmin pulun 10 manatını isə ona vermiş, qalan 10 manatı isə müştəri tapdığına və kafedə şərait yaratdığına görə özünə götürmüşdür. xx.xx.2025-ci il tarixdə saat 17:10 radələrində Leyli ona zəng edərək kafeyə müştəri gəlməsini bildirmiş və ona kafeyə gəlməyini tapşırmışdır. O, Leylinin işlətdiyi kafeyə getmiş, təxminən saat 18:15 radələrində qeyd etdiyi kafedə olan zaman əvvəllər tanımadığı, sonradan adının Şahid3 olduğunu bildiyi şəxsin kafenin zalında əyləşdiyini görmüşdür. Leylinin tanışlığı ilə həmin masada əyləşmiş, bir qədər sonra isə o, Leyliyə yaxınlaşıb cinsi əlaqədə olmaq üçün qadın təşkil etməyini xahiş etmişdir. Leyli də bu barədə ona bildirmiş, o da Leyli ilə razılaşmış, Leyli Mülkədardan 40 manat pul alıb ona 20 manat pul verəcəyini demişdir. O da razılaşıb Mülkədarla kafenin yataq dəsti ilə təchiz olunmuş otağa keçmişlər. Bir qədər sonra təxminən saat 19:10 radələrində Leyli ilə birlikdə bir neçə nəfər şəxs otağa daxil olaraq onu və Mülkədarı yarı çılpaq vəziyyətdə aşkar etmiş və xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmiş, otağın və onların bir neçə şəklini çəkmişlər. Leyli və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə sorğu sual etmişlər. Polis əməkdaşları onlardən bu şəraitin kim tərəfindən yaradıldığını soruşduqda Leyli hər şeyi səmimi olaraq etiraf etmişdir. Polis əməkdaşlarının təklifi əsasında Leyli Hüseynova, Mülkədardan aldığı iki ədəd 20 manatlıq pul əskinasını təqdim etmiş, polislər həmin pul əskinaslarını zərfə qoyaraq qablaşdırmışlar. Bundan sonra onlar Bakı şəhərində yerləşən Baş İdarəyə getmiş, orada baş verənlərlə bağlı protokol tərtib olunmuş, həmin protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, X9 Mübarizə Baş İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 fevral 2025-ci iİ tarixdə Baş İdarəyə Azərbaycan Respublikası vətəndaşları olan qadınları zor tətbiq etməklə, hədə-qorxu və digər məcbur etmə vasitələri ilə nəzarətdə saxlanılan qadınların Sabirabad rayonu Şəhriyar kəndində yerləşən adsız kafede cinsi istismara məruz qalması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun tərəfindən raportla Baş İdarə rəhbərliyinə məruzə edilmiş, əməliyyat tədbirinin keçirilmasi baradə tərəfindən çıxarılmış qərar əsasında Baş İdarənin rəhbərliyi terəfindan İAQMBİ-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat tədbirinin keçirilməsində iştirak etmək üçün iki nəfər hal șahidi qismində va bir nəfər mütəxəssis qismində Baș İdareyə dəvət edilmiş və onlara müvafiq olaraq Azərbaycan Respublikası CPM-nın 94, 99 və 96-cı maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Daha sonra əməliyyat qrupunun üzvləri mütəxəssis və hal şahidləri ilə birlikdə qeyd olunan ünvana yollanmış, 05 fevral 2025-ci il tarixdə saat 19:15 radələrində qeyd edilən ünvanda yerləşən kafenin həyətinə daxil olmuşlar. Kafenin həyətinə daxil olarkən onları qarşılayaraq özünü oranın müdiri kimi təqdim edən Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərərək DİN-in İAQMBİ-in əməkdaşları olduqlarını bildirmiş və daxil olmuş məlumatı yoxlamaq məqsədilə çıxarılmış qərar əsasında kafeyə baxış keçirmək üçün icazə istəmişlər. Təqsirləndirilən şəxs onların təklifinə etiraz etməmiş, baxış zamanı kafenin həyətyanı sahədən, bir mərtəbəli tikilidən, bir zaldan, bir ləvazimatları ilə təchiz edilmiş otaqdan və mətbəxdən ibarət olduğu məlum olmuş, baxış zamanı kafenin sol hissəsində yerləşən yataq otağında yarıçılpaq vəziyyətdə bir kişi və bir qadın aşkar olunmuş, həmin şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi və kafeyə gəlmək məqsədlərini öyrənmək üçün onlara suallar verilmiş, həmin şəxslərin Şahid3 və X6 olmaları müəyyən edilmiş, baxış zamanı kafedə bir neçə fotoşəkil çəkilmişdir. Otaqda aşkar olunmuş Şahid3 həmin kafedə cinsi əlaqədə olmaq üçün qadın və şəraitli otaq təşkil edilməsindən xəbərdar olduğu üçün xx.xx.2025-ci il tarixdə saat 18:10 radələrində həmin kafeyə gəldiyini bildirmiş, bu məqsədlə kafenin zalında əyləşdiyini, Təqsirləndirilən şəxs ilə 40 manat pul müqabilində Gülü Hüseynova ilə cinsi əlaqədə olması üçün razılaşdığını, Təqsirləndirilən şəxs onu aşkar olunduqları otağa gətirdiyini və orada Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğunu, buna görə Təqsirləndirilən şəxs 40 manat pul verdiyini etiraf etmişdir. Otaqda aşkar olunmuş Zərərçəkmiş şəxs bir müddətdir ki, pul müqabilində müxtəlif kişilərlə cinsi əlaqədə olmaq məqsədilə görüşdüyünü, kafeye gələn müştərilərlə 20 manat pul müqabilində cinsi əlaqədə olduğunu, Təqsirləndirilən şəxs kafeyə galən müştərilərlə razılaşdığını, müștərilərdən pul aldıqdan sonra həmin șəxslərlə onun kafenin yataq şaraiti ilə təchiz edilmis otağında cinsi əlaqədə olmalarına şərait yaratdığını bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs adətən müştərilərdən 40 manat pul aldığını, həmin məbləğdən 20 manatının ona çatdığını, yerdə qalan 20 manatının isə onu fahişəliyə cəlb etdiyinə və müștəri ilə cinsi əlaqadə olması üçün şərait təşkil etdiyinə görə Təqsirləndirilən şəxs çatdığını, xx.xx.2025-ci il tarixdə saat 18:10 radələrində kafedə olarkən adını sonradan bildiyi Mülkədar adlı şəxsin gəldiyini, onun kafeyə istirahət edərək cinsi əlaqədə olması üçün gəlməsini Təqsirləndirilən şəxs ona dediyini, Mülkədar ilə Təqsirləndirilən şəxs arasında razılaşma olduqdan sonra Mülkədarın Təqsirləndirilən şəxs 40 manat pul verdiyini, X4 təqdim etdiyini, Leylinin onları așkar olunduqları otağa gətirdiyini, otaqda Mülkədar ilə cinsi əlaqədə olduğunu, işin sonunda Leylinin Mülkədardan aldığı 40 manat pulun 20 manatını ona verəcəyini, 20 manatını isə onu fahişəliyə cəlb etdiyinə və onlarin cinsi əlaqədə olmaları üçün şərait yaratdığına görə özünə götürəcəyini etiraf etmişdir. Kafenin sahibi Təqsirləndirilən şəxs sorğu zamanı bir müddətdir həmin kafeni işlətdiyini, kafeyə fahişəliklə məşğul olan qadınların toplașmasına və oraya gələn kişilərin həmin qadınlarla müəyyən pul müqabilində razılașaraq cinsi əlaqədə olmaları üçün şərait yaratdığını, müştərilərin verdiyi 40 manat puldan həmin qadınlara buna görə 20 manat pul verdiyini etiraf etmiş, bu gün, yəni xx.xx.2025-ci il tarixdə saat 18:10 radələrində kafeyə Mülkədar adlı șəxsin gəlib cinsi əlaqədə olmaq istədiyini deməsini, bu məqsədlə qadın və cinsi əlaqədə olmaq üçün şərait yaratmasını ondan xahiş etdiyini, 40 manat pul müqabilində qadın və şərait yaradacağını Mülkədara dediyini, aralarında razılaşma olduqdan sonra Mülkədarın 40 manat pul verdiyini, bundan sonra Mülkədar və Zərərçəkmiş şəxs kafenin çarpayı və yataq dəsti ilə təchiz edilmiş otağına apardığını, Mülkədarla Zərərçəkmiş şəxs həmin otaqda cinsi əlaqədə olduqlarını, işin sonunda Mülkədardan aldığı 40 manat pulun 20 manatını Güllüyə verəcəyini, qalan 20 manatını isə özünə götürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Mülkədardan aldığı pulları təqdim etmək təklif edilmiş, iştirakçıların və hal şahidlərinin iştirakı ilə Leylinin təqdim etdiyi 40 manat pul, yəni iki ədəd 20 manatlıq pul əskinasları zərfə qoyularaq qablaşdırılmış, qeyd olunan ünvanda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmadığını nəzərə alaraq qeyd olunan şəxsləri Baş İdarəyə dəvət etmişlər. Baş İdaradə şahidlərinin iştirakı ilə onun tərəfindən protokol tərtib olunmuş, baxış zamanı evdə çəkilmiş fotoşəkillər protokola əlavə edilmiş, tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, hər hansı bir şikayət və irad daxil olmadığı üçün protokolun doğruluğu iştirakçilar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra isə iştirakçılar izahat verərək Baş İdarəni tərk etmişlər. Şahid1 həmçinin ifadəsində baş idarəyə 05 fevral 2025-ci tarixdə daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs qeyd olunan evdə zor tətbiq etməklə və hədə-qorxu gəlməklə qadınları insan alverinə məruz qoyması göstərildiyi üçün raportda, əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarda və əməliyyat-axtarış tədbirinin yekunu barədə tərtib olunmuş protokolda Təqsirləndirilən şəxs qadınları zor tətbiq etməklə və hədə-qorxu gəlməklə insan alverinə məruz qoymasını göstərdiyini, lakin onun tərəfindən protokol tərtib olunarkən və baş idarəyə dəvət olunmuş şəxslərin izahatları alınarkən həmin kafedə aşkar olunmuş qadınların öz razılıqları ilə fahişəliyə cəlb edildiklərini, onlara qarşı hər hansı zor tetbiq edilmədiyini, hədə-qorxu gəlinmədiyinin müəyyən edilməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 05 fevral 2025-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Azadlıq prospektində küçədə dayanaçaqda dayanarkən bir nəfər mülki geyimli şəxsin ona yaxınlaşaraq xidməti vəsiqəsini göstərib X9 Mübarizə Baş İdarəsinin əməkdaşı olduğunu bildirmiş, onu keçiriləcək əməliyyat tədbirində iştirak etməyi üçün hal şahidi qismində dəvət etmişdir. O, razılıq verdikdən sonra Baș İdarəyə dəvət edilmiş, ondan başqa bir nəfər də, adını sonradan bildiyi Rəşad adlı şəxs hal şahidi kimi dəvət edilmişdir. Polis əməkdaşları onlara qadınların insan alverinə məruz qalmaları barədə məlumat əldə etmələri və həmin məlumatın yoxlanılması ilə bağlı əməliyyat tədbiri keçirəcəklərini izah etmişlər. Onlardan başqa baş idarəyə orada mütəxəssis olduğunu öyrəndiyi iki nəfər də dəvət olunmuşdur. Polis əməkdaşları onlara hüquq və vəzifələrini izah etdikdən sonra onlar polis əməkdaşları ilə birlikdə Sabirabad rayonu Şəhriyar kəndinə yollanmışlar. 05 fevral 2025-ci il tarixdə saat 19 radələrində digər hal şahidinin, mütəxəssis və onun iştirakı ilə əməliyyat qrupu qeyd olunan kənddə yerləşən kafeyə daxil olmuşdur. Kafenin həyətinə daxil olarkən onları qarşılayaraq özünü oranın sahibi kimi təqdim edən Təqsirləndirilən şəxs polis əməkdaşları xidməti vəsiqələrini göstərərək DİN-in İAQMBİ-in əməkdaşları olduqlarını bildirmiş və daxil olmuş məlumatı yoxlamaq məqsədilə çıxarılmıș qərar əsasında kafeyə baxış keçirmək üçün icazə istəmişlər. Leyli onların təklifinə etiraz etməmiş, baxış zamanı kafenin həyətyanı sahədən, bir mərtəbəli tikilidən bir zaldan, kiçik otaqdan, bir yataq lavazimatları ilə təchiz edilmiş otaqdan və mətbəxdən ibarət olduğu məlum olmuşdur. Baxış zamanı kafenin sol hissəsində yerləşən yataq otağında yarıçılpaq vəziyyətdə bir kiși və bir qadın aşkar olunmuşdur. Həmin șəxslərin șəxsiyyətlərinin müəyyən olunması və kafeyə gəlmək məqsədlərini öyrənmək üçün onlara suallar verilmişdir. Onların Şahid3 və Zərərçəkmiş şəxs olmaları müəyyən edilmişdir. Baxış zamanı kafede bir neçə fotoșəkil çəkilmiş, otaqda aşkar olunmuş Şahid3 həmin kafedə cinsi əlaqadə olmaq üçün qadın və șəraitli otaq təșkil edilməsindən xəbərdar olduğu üçün xx.xx.2025-ci i tarixdə saat 18:10 radələrində həmin kafeyə gəldiyini, bu məqsədlə kafenin zalında əyləşmiş Təqsirləndirilən şəxs ilə 40 manat pul müqabilində Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması üçün razılaşdığını, Təqsirləndirilən şəxs onu aşkar olunduqları otağa gətirdiyini və orada Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğunu, buna görə Təqsirləndirilən şəxs 40 manat pul verdiyini etiraf etmişdir. Otaqda aşkar olunmuș Zərərçəkmiş şəxs bir müddətdir ki, pul müqabilində müxtəlif kişilərlə cinsi olaqədə olmaq məqsədilə görüşdüyünü, kafeyə gələn müştərilərlə 20 manat pul müqabilində cinsi alaqədə olduğunu, Təqsirləndirilən şəxs kafeyə gələn müştərilərlə razılaşdığını, müștərilərdən pul aldıqdan sonra həmin şəxslərlə onun kafenin yataq șəraiti ilə təchiz edilmiș otağında cinsi əlaqədə olmalarına şərait yaratdığını bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs adətən müştərilərdən 40 manat pul aldığını, həmin məbləğdən 20 manatının ona çatdığını, yerdə qalan 20 manatının isə onu fahişəliyə cəlb etdiyinə və müștəri ilə cinsi əlaqədə olması üçün şərait təșkil etdiyinə görə Təqsirləndirilən şəxs çatdığını bildirmişdir. Gullü Hüseynova xx.xx.2025-ci il tarixdə saat 18:10 radələrində kafedə olarkən adını sonradan bildiyi Mülkədar adlı șəxsin gəldiyini, onun kafeyə istirahət edərək cinsi əlaqədə olması üçün gəldiyini Təqsirləndirilən şəxs deməsini, Mülkədar ilə Təqsirləndirilən şəxs arasında razılaşma olduqdan sonra Mülkədarın Təqsirləndirilən şəxs 40 manat pul verdiyini, X4 təqdim etdiyini, Leylinin onları aşkar olunduqları otağa gətirdiyini, otaqda Mülkədar ilə cinsi əlaqədə olduğunu, işin sonunda Leylinin Mülkədardan aldığı 40 manat pulun 20 manatını ona verəcəyini, onların cinsi əlaqədə olmaları üçün şərait yaratdığına göra 20 manatını özünə götürəcəyini etiraf etmişdir. Kafenin sahibi Təqsirləndirilən şəxs sorğu zamanı bir müddətdir həmin kafeni işlətdiyini, kafeyə fahişəliklə məşğul olan qadınların toplașmasına və oraya gələn kişilərin həmin qadınlarla müəyyən pul müqabilində razılașaraq cinsi əlaqədə olmaları üçün şərait yaratdığını, müştərilərin verdiyi 40 manat puldan həmin qadınlara buna görə 20 manat pul verdiyini etiraf etmiş, xx.xx.2025ci il tarixdə saat 18:10 radələrində kafeyə Mülkədar adlı șəxsin gəlib cinsi əlaqədə olmaq istədiyini deməsini, bu məqsədlə qadın və cinsi əlaqədə olmaq üçün şərait yaratmasını ondan xahiş etdiyini, 40 manat pul müqabilində qadın və şərait yaradacağını Mülkədara dediyini, aralarında razılaşma olduqdan sonra Mülkədarın 40 manat pul verdiyini, bundan sonra Mülkədar və Zərərçəkmiş şəxs kafenin çarpayı və yataq dəsti ilə təchiz edilmiş otağına apardığını, Mülkədarla Zərərçəkmiş şəxs həmin otaqda cinsi əlaqədə olduqlarını, işin sonunda Mülkədardan aldığı 40 manat pulun 20 manatını Güllüyə verəcəyini, qalan 20 manatını isə özünə götürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Mülkədardan aldığı pulları təqdim etmək təklif edilmiş, iştirakçıların və hal şahidlərinin iştirakı ilə Leylinin təqdim etdiyi 40 manat pul, yəni iki ədəd 20 manatlıq pul əskinasları zərfə qoyularaq qablaşdırılmış, qeyd olunan ünvanda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmadığını nəzərə alaraq qeyd olunan şəxsləri Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə onun, Rəfalin va digər iştirakçıların iștirakı ilə polis əməkdașı Şahid1 tərəfindən protokol tərtib olunmuş, baxış zamanı evdə çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, hər hansı bir şikayət və irad daxil olmadığı üçün protokolun doğruluğu o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Beləliklə Təqsirləndirilən şəxs CM-nın 243.1 və 244.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, maddi sübut, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməlləri düzgün olaraq CM-nın 243.1 və 244.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, törətdiyi cinayəti etiraf edib əməllərindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət törətdiyini, həmçinin onun yaşını CM-nın 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində CM-nın 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 243.1-ci maddəsinin sanksiyası həddində gün ərzində dörd saatdan çox olmamaq şərti ilə 400 (dörd yüz) saat ictimai işlər cəzasının təyin edilməsi, CM-nın 244.1-ci maddəsi ilə gün ərzində dörd saatdan çox olmamaq şərti ilə 400 (dörd yüz) saat ictimai işlər cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq gün ərzində dörd saatdan çox olmamaq şərti ilə 480 (dörd yüz səksən) saat ictimai işlər cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Məhkəmə həmçini CM-nın 69.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq 02 gün həbsdə saxlanılmasının 01 həbs günü 08 saat ictimai işlər cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 16 saat ictimai işlər təyin olunmuş 480 (dörd yüz səksən) saat ictimai işlər cəzasından çıxılaraq Təqsirləndirilən şəxs üzərində gün ərzində dörd saatdan çox olmamaq şərti ilə 464 (dörd yüz altmış dörd) saat ictimai işlər cəzası saxlanılmalıdır. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəlinin cəzanın çəkilməyə başlandığı vaxtdan hesablanmasını, təyin edilmiş cəza müddəti ərzində onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulmasını, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını, iş üzrə xx.xx.2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış seriya nömrəsi A16331793 və A00689213 olan 2 ədəd 20 manatlıq pul əskinaslarının hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə tutulmasını və hökmün icrasının Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona gün ərzində dörd saatdan çox olmamaq şərti ilə 400 (dörd yüz) saat ictimai işlər cəzası təyin edilsin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona gün ərzində dörd saatdan çox olmamaq şərti ilə 400 (dörd yüz) saat ictimai işlər cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq gün ərzində dörd saatdan çox olmamaq şərti ilə 480 (dörd yüz səksən) saat ictimai işlər cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq 02 gün həbsdə saxlanılmasının 01 həbs günü 08 saat ictimai işlər cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 16 saat ictimai işlər təyin olunmuş 480 (dörd yüz səksən) saat ictimai işlər cəzasından çıxılaraq Təqsirləndirilən şəxs üzərində gün ərzində dörd saatdan çox olmamaq şərti ilə 464 (dörd yüz altmış dörd) saat ictimai işlər cəzası saxlanılsın. Təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli cəzanın çəkilməyə başlandığı vaxtdan hesablansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə xx.xx.2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış seriya nömrəsi A16331793 və A00689213 olan 2 ədəd 20 manatlıq pul əskinası hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə tutulsun. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-136/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-136/2025
13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver