Məhkəmə qərarları › İş №1(056)-137/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-137/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-137/2023 20.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1991-ci ildə Saatlı rayonu Kamallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Saatlı rayonu Kamallı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə irəli sürülmüş ittihama görə, o, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi, istintaqa məlum olmayan sayda narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin mart ayının ortalarında sellofandan düzəldiyi 9 ədəd dibçəkdəki torpağa qanunsuz olaraq əkmiş və onları yaşadığı Saatlı rayonu Kamallı kəndindəki evinin həyətyanı sahəsində yarımtikili otağında gizlətmiş, 6 ədəd dibçəyin hər birində 2 ədəd olmaqla 12 ədəd və 3 ədəd dibçəyin hər birində 1 ədəd olmaqla 3 ədəd çətənə (kannabis) şitilini mütəmadi olaraq suvarıb, qulluq göstərərək, ümumilikdə 15 ədəd tərkibində narkotik maddələr olan bitkiləri qanunsuz yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, 05 aprel 2023-cü il tarixdə dibçəklərdə yetişdirdiyi çətənə bitkilərinin daha yaxşı inkişaf etməsi üçün 2 ədəd dibçəkdən, hər birindən bir şitil olmaqla, ümumilikdə iki ədədini çıxarıb dibçəkləri saxladığı otaqda torpağa əkmiş, 08 aprel 2023-cü il tarixdə Saatlı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axarış tədbirləri nəticəsində həmin ünvana baxış keçirilən zaman yaşadığı evin həyətyanı sahəsində yarımtikili otağından 4 ədəd sellofan dibçəyin hər birində 2 ədəd, 5 ədəd sellofan dibçəyin hər birində 1 ədəd və torpağa əkilmiş 2 ədəd, ümumi çəkisi 7,18 qram olan cəmi 15 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Bundan əlavə, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 15,032 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək həmin marixuananı bir ədəd polietilen bükümdə əynindəki şalvarının sol yan cibində qanunsuz olaraq saxlamış, 16 may 2023-cü il tarixdə yaşadığı Sаatlı rayon Kamallı kəndi yaxınlığında bir ədəd bükümdə olan həmin narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq üzərində daşıyarkən 16 may 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri zamanı Saatlı rayon Kamallı kəndində saxlanılaraq Sabirabad rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarının sağ yan cibindən bir ədəd polietilen bükümdə təmiz çəksi 15,032 qram olan həmin narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, qurudulmuş marixuanadan istifadə edərkən təsadüfən çıxan toxumları yığıb saxlamışdır ki, əkib öz istifadəsi üçün narkotik əldə etsin. 2023-cü ilin mart ayının ortalarında topladığı hazırda yadında qalmayan sayda narkotik toxumlarını əkib-becərmək qərarına gəlmişdir. Bunun üçün sellofan parçalardan 9 ədəd dibçək düzəldib, içərisinə torpaq yığıb, toxumları bir-bir, iki-iki olmaqla həmin dibçəklərin içərsisinə əkmiş və həmin dibçəkləri yaşadığı evin həyətində yarımçıq tikilmiş evin otağında gizlətmişdir. Əkdiyi toxumlardan 6 sellofan dibçəklərdə 2 ədəd, 3 sellofan dibçəkdə isə 1 ədəd toxumlar cücərdikdə, onları suvararaq qulluq etmişdir. 05 aprel 2023-cü il tarixdə cücərtilər təxminən 10 sm hündürlükdə boy atmışlar, həmin gün 6 ədəd dibçəkdə yetişdirdiyi bitkilərin daha yaxşı inkişaf etməsi üçün 2 ədəd dibçəkdən, hər birindən bir şitil olmaqla, ümumilikdə iki ədədini çıxarıb, dibçəkləri gizlətdiyi otaqda torpağa əkmişdir. 08 aprel 2023-cü il tarixdə saat 13:30 radələrində polis əməkdaşları yaşadığı evin qarşısına gəlib səsləyərək onu küçəyə çağırmışlar və özlərini təqdim edərək yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkməsi barədə məlumatları olduğunu bildirmişlər. O, artıq yalan danışmağın faydası olmadığını görmüş, polis əməkdaşları onun narkotik bitkilər əkməsini bildiyindən polislər tərəfindən baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun, hal şahidlərinin və aqronomun iştirakı ilə yaşadığı fərdi yaşayış evinin həyətindəki yarımçıq tikilmiş evin otağında 9 ədəd özünün sellofandan düzəltdiyi dibçəklərdə və həmin otaqda torpağa əkdiyi 2 ədəd çətənə bitkilərini aşkar etmişlər. Sonra polis əməkdaşları tərəfindən 9 ədəd sellofan dibçəklərdə əkdiyi bitkilər çıxarılarkən, 4 ədəd dibçəyin hər birində 2 ədəd, 5 ədəd dibçəyin hər birində 1 ədəd, torpağa əkdiyi 2 ədəd, cəmi 15 ədəd çətənə bitkisi əkib-becərdiyini bilmişlər. Həmin 13 ədəd sellofan dibçəklərdə və 2 ədəd torpağa əkdiyi bitkilər polis əməkdaşları tərəfindən əkildikləri yerdən çıxarılaraq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan əlavə 16 may 2023-cü il tarixdə, saat 13:20 dəqiqədə Saatlı rayonu, Kamallı kəndində yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini ona polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və barəsində əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Sabirabad RPŞ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd sellofanda açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin kütləni yaşadığı evin ətrafından 15 may 2023-cü il tarixdə tapmışdır. Hazırda o, əməlindən peşmandır. Ailəsinə yeganə qazanc gətirən şəxs odur. Bacısının ailəsi o, həbsdə olduğu müddətdə avtoqəza keçirmiş, bacısı əri qəza nəticəsində vəfat etmiş, bacısı övladları ilə başsız qalmışdır. Hazırda bacısının yanında ola bilmədiyi, ona dəstək ola bilmədiyi üçün özünü narahat hiss edir. Söz verir ki, bir daha narkotik vasitədən nə istifadə edəcək, nə də onun kultivasiyası ilə məşğul olacaqdır. Göstərdiyi xüsusatların nəzərə alınaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 may 2023-cü il tarixdə Saatlı rayon Kamallı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən həmin tarixdə təxirə salınmadan əməliyyat axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmiş, Baş idarə rəisi tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar təsdiq olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 və özündən ibarət olması təsdiqlənmişdir. Bundan sonra 16 may 2023-cü il tarixdə saat 13:20 dəqiqədə Təqsirləndirilən şəxs Saatlı rayonu Kamallı kəndində yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Sabirabad RPŞ-nin inzibati binasına gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs izah edilmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Sonra müdafiəçi, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs izah olunmuşdur ki, üzərində dövriyyəsi qadağan edilmiş əşya və sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd polietilen bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim edib, stolun üzərinə qoymuşdur. Həmin bir ədəd büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, o, Saatlı RPŞ-nin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 aprel 2023-cü il tarixdə Saatlı rayonu Kamallı kəndində qeydiyyatda olmaqla, orada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar raportla Saatlı RPŞ-nin rəisinə məruzə etdikdən sonra, həmin tarixdə tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar rəis tərəfindən təsdiq olunmuş, həmin qərarın icrası ilə əlaqədar keçirilən tədbirlə bağlı o, Saatlı RPŞ-nin CAB-nın rəisi Şahid4, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5, əvvəlcədən dəvət edilərək hüquq və vəzifələri izah edilmiş mütəxəssis-aqranom Azad Kazımov, hal şahidləri qismində dəvət edilmiş Saatlı RİHB-nın Hacıqasımlı kənd İƏD-si üzrə icra nümayəndəsinin müavini işləyən Şahid7 və Saatlı rayonu Kamallı kənd sakini Şahid6 iştirakları ilə həmin gün saat 13:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına küçəyə gedib, Təqsirləndirilən şəxs küçəyə səsləyib yanlarına çağıraraq həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumat daxil olduğunu, bununla əlaqədar həyətyanı sahəyə baxış keçiriləcəyini bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün də iştirakı ilə baxış keçirilməyə başlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində yarmçıq tikililmiş evin otağının birində 9 ədəd sellofana yığılmış dibçək formasında düzəldilmiş torpaqda və otağın yerindəki torpağa əklimiş orta hesabla 10-12 santımetr hündürlükdə boy atmış narkotik tərkibli çətənə (kannabis) bitkilərinə oxşar bitkilər aşkar etmişlər. Baxış zamanı sellofandan olan 9 ədəd dibçəklərin 4 ədədində 2 ədəd, 5 ədədində isə 1 ədəd, yəni ümumilikdə 9 ədəd dibçəklərdə 13 ədəd və otaqdakı torpağa əkilmiş 2 ədəd, cəmi 15 ədəd çətənə bitkisinə oxşar bitkinin olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən mütəxəssis-X9 tərəfindən həmin 15 ədəd bitkiyə baxış keçirilmiş və Azad Kazımov bildirmişdir ki, həmin 15 ədəd bitki çətənə bitkiləridir və həmin bitkilərə aqrotexniki qaydada qulluq və becərilmə işləri aparılmışdır. Həmin 15 ədəd bitkilər əkildiyi torpaqdan çıxarılaraq bir ədəd sellofan torbada qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid3 göstərdiklərini təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 bildirdi ki, 08 aprel 2023-cü il tarixdə saat 13:30 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığından keçən vaxt Saatlı RPŞ-nin əməkdaşları ona yaxınlaşıb kəndin ərazisində keçiriləcək tədbirdə hal şahidi qismində iştirak etmək üçün dəvət etmişlər. O, razılıq verdikdən sonra polis əməkdaşları ona və digər hal şahidi yerli icra nümayəndəliyində müavin işləyən Şahid7 qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirəcəklərini izah etmişlər. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs evinin qarşısına küçəyə çağırıb, ona evinin həyətində baxış keçirəcəklərini dedikdə Təqsirləndirilən şəxs etiraz etmədiyini demişdir. Bundan sonra polis əməkdaşları tərəfindən aqranom Azad Kazımovun, Təqsirləndirilən şəxs özünün, digər hal şahidinin və onun iştirakı ilə baxış keçirilməyə başlamışlar. Baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində yarmçıq tikililmiş evin otağının birində 9 ədəd sellofan dibçəkdə və otağın yerindəki torpağa əklimiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmiş, sellofandan olan 9 ədəd dibçəklərin 4 ədədində 2 ədəd, 5 ədədində isə 1 ədəd, otaqdakı torpağa əkilmiş 2 ədəd, ümumilikdə 15 ədəd çətənə bitkisinə oxşar bitki polislər tərəfindən aşkar edilmişdir. X9 tərəfindən həmin 15 ədəd bitkiyə baxıb həmin bitkilərin aqrotexniki qaydada qulluq və becərilmə işləri aparılaraq yetişdirilmiş çətənə bitkiləri olduğunu demişdir. Təqsirləndirilən şəxs da həmin 15 ədəd bitkilərin narkotik bitkisi olduğunu, özünün əkib becərdiyini demişdir. Həmin 15 ədəd bitkilər torpaqdan çıxarılaraq bir ədəd sellofan torbada qablaşdırılıb möhürlənmişdir. İş üzrə keçirilmiş Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 09 aprel 2023-cü il tarixli 18/401 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs həyətində olan yarımtikilidən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 15 ədəd yaş vəziyyətdə ümumi çəkisi 7,18 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli, eyni tərkibli çətənə (kannabis) bitkiləridir. Çətənə bitkilərinin ümumi çəkisi 7,18 qram, cəmi tədqiqata 0,03 qram sərf edilmiş, 6,88 qram qram qalıq qalmışdır. İş üzrə keçirilmiş Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin17 may 2023-cü il tarixli 7/709 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” yazılar və imzalar olan 1 ədəd polietilen paketdə təmiz çəkisi 15,032 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin narkotik vasitə marixuanadan 0,02 qram tədqiqata sərf olunmuş, 15,012 qram qalıq qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 Ekspert Komissiyasının 19 may 2023-cü il tarixli 3064 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirməsini, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını və hazırki ailə vəziyyətini (bacısının ailəsində baş vermiş bədbəxt hadisəni) CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yuxarıda sadalnmış cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında daxilində və CM-nin 237.1-ci maddəsinin sanksiyasında daxilində azadlıqdan məhrumetmə növündə cəzası təyin etməyi məqsədəuyğun hesab edir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4 (056)-69/2023 saylı qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan dəyişdirilməməsini, cəzanın əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanmasını, onun narkomaniyadan məcburi müalicə edilməsini, ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonra qalıq qalmış 15,012 qram narkotik vasitə qurudulmuş marixuana, eləcə də tədqiqatdan sonrakı çəkisi 6,88 qram olan 15 ədəd çətənə (kannabis) bitkilərinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, ekspertiza xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 121,74 (yüz iyirmi bir manat yetmiş dörd qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 15,012 qram narkotik vasitə qurudulmuş marixuana, eləcə də tədqiqatdan sonrakı çəkisi 6,88 qram olan 15 ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar