Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-14/2024 17.01.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Sabirabad şəhəri anadan olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2əsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə verilən ittihama görə, o, ərzaq və qeyri-ərzaq məhsullarının topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olan, xx.xx.2007-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınaraq, ********** nömrəli qeydiyyat şəhadətnaməsi verilmiş "xxxx" MMC-də Kürdəmir, Hacıqabul və Sabirabad rayonları üzrə satış təmsilçisi vəzifəsində işlədiyi 09 fevral 2022-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixə kimi olan dövr ərzində, öz əməlinin ictimai təhlükəli nəticələrini qabaqcadan görüb arzu etməklə, qulluq mövqeyindən tamah niyyəti ilə istifadə edərək, həmin cəmiyyətlə bağladığı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi, xx.xx.2022-ci il tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilə və xx.xx.2022-ci il tarixli tam maddi məsuliyyət haqqında əlavə müqaviləyə uyğun olaraq, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin qayğısına qalmalı olan maddi məsul şəxs olduğu halda, həmin nemətləri mənimsəmək məqsədi ilə, cəmiyyətin daimi müştəriləri olan sahibkarlıq obyektlərinin sifarişi əsasında həmin cəmiyyətin sürücüsü və təchizatçısı tərəfindən sonunculara təhvil verilmiş ərzaq məhsullarının dəyəri olan Sabirabad rayonu Məmişlər kəndində fəaliyyət göstərən Şahid32 məxsus mağazadan 100 manat, Sabirabad rayonu Ulacalı kəndində fəaliyyət göstərən Şahid11 məxsus mağazadan 34,04 manat, Sabirabad rayonu Quruzma kəndində fəaliyyət göstərən Şahid3 məxsus mağazadan 450,4 manat, Sabirabad şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən Şahid2 məxsus mağazadan 206,01 manat, Sabirabad şəhəri, İlham İsgəndərov küçəsində fəaliyyət göstərən Şahid9 məxsus mağazadan 60 manat, Sabirabad rayonu Qaratəpə kəndində fəaliyyət göstərən Şahid13 məxsus mağazadan 60 manat, Sabirabad şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən Şahid12 məxsus mağazadan 154,93 manat, Sabirabad şəhəri, Muğan prospektində fəaliyyət göstərən Şahid5 məxsus mağazadan 12 manat, Sabirabad şəhəri, İlham İsgəndərov küçəsində fəaliyyət göstərən Şahid7 məxsus mağazadan 100 manat, Sabirabad şəhəri, Muğan prospektində fəaliyyət göstərən Şahid4 məxsus mağazadan 12 manat, Sabirabad rayonu Qalaqayın kəndində fəaliyyət göstərən Şahid6 məxsus “Zaur” marketdən 21,6 manat, Sabirabad rayonu Qalaqayın kəndində fəaliyyət göstərən X4 qeyri-rəsmi istifadəsində olan “Erroil” sürtkü yağları mağazasından 100 manat, "xxxx" MMC-nin Sabirabad rayonu Qalaqayın kəndində fəaliyyət göstərən Sabirabad filialında təşkil edilmiş satış məntəqəsi üzrə cavabdeh şəxs Şahid1 11,48 manat, Sabirabad rayonu Bulaqlı kəndində fəaliyyət göstərən Şahid34 məxsus mağazadan 30 manat, Sabirabad rayonu Qalaqayın kəndində fəaliyyət göstərən Şahid10 məxsus “Toğrul” marketdən 171,6 manat, Kürdəmir rayonu Yenişıxımlı kəndində fəaliyyət göstərən Şahid37 məxsus mağazadan 181,59 manat, Kürdəmir rayonu Sığırlı kəndində fəaliyyət göstərən Şahid16 məxsus mağazadan 47,94 manat, Kürdəmir şəhəri, Babək prospektində fəaliyyət göstərən Şahid21 məxsus mağazadan 280 manat, Kürdəmir rayonu Şıxımlı kəndində fəaliyyət göstərən Şahid23 məxsus mağazadan 117,09 manat, Kürdəmir şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən Şahid22 məxsus mağazadan 147,16 manat, Kürdəmir şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən Şahid18 məxsus mağazadan 99,6 manat, “Bakı-Qazax” magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində, yol kənarında fəaliyyət göstərən Şahid19 məxsus mağazadan 290,6 manat, Kürdəmir rayonu Sığırlı kəndində fəaliyyət göstərən Şahid24 məxsus mağazadan 209,18 manat, Kürdəmir rayonu Sığırlı kəndində fəaliyyət göstərən Şahid38 məxsus mağazadan 290,46 manat, “Bakı-Qazax” magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində, yol kənarında fəaliyyət göstərən Şahid36 Fizuli oğluna məxsus mağazadan 82,64 manat, Kürdəmir şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən X3 məxsus “Teksun” marketdən 155,46 manat, Kürdəmir rayonu Sığırlı kəndində fəaliyyət göstərən X10 məxsus “Anar” marketdən 104,05 manat, Kürdəmir rayonu Xırdapay kəndində fəaliyyət göstərən X1 məxsus “Qardaşlar” marketdən 98,71 manat, Hacıqabul rayonu Muğan qəsəbəsində fəaliyyət göstərən Şahid25 məxsus mağazadan 102,4 manat, Hacıqabul rayonu Qarasu kəndində fəaliyyət göstərən Şahid28 məxsus mağazadan 174,8 manat, Hacıqabul rayonu Atbulaq kəndində fəaliyyət göstərən Şahid27 məxsus mağazadan 203,06 manat, Hacıqabul şəhəri, Məmməd Əsədov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində fəaliyyət göstərən Şahid30 məxsus mağazadan 73,03 manat, Hacıqabul rayonu Pirsaat qəsəbəsində fəaliyyət göstərən Şahid14 məxsus mağazadan 300 manat, Hacıqabul rayonu Nəvai kəndində fəaliyyət göstərən X2 məxsus “Tural” marketdən 100 manat, Hacıqabul rayonu Talış kəndində fəaliyyət göstərən X11 məxsus “Talış” ticarət mərkəzindən 89.26 manat, Hacıqabul rayonu Qarasu kəndində fəaliyyət göstərən X5 məxsus “Ovçular” marketdən 100 manat məbləğində pul vəsaitlərini şəxsən özü tərəfindən əlbəəl nağd qaydada və şəxsi istifadəsində olan "xxxx" ASC-yə məxsus 510307******7812 nömrəli maaş tipli kart hesabına terminal vasitəsilə mədaxil etmək yolu ilə əldə etməklə, ümumilikdə 4771,09 manat məbləğdə pul vəsaitlərini cəmiyyətin xəzinəsinə təhvil verməyərək şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə talamaqla mənimsəmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə əmək müqaviləsi, eyni tarixdə də tam maddi məsuliyyət daşımağı barədə yazılı müqavilə bağlamışdır. Həmin tarixdən etibarən Cəmiyyətin Sabirabad filialında 1 il müddətinə olaraq satış təmsilçisi vəzifəsinə təyin edilmiş və vəzifə öhdəliklərinə təyin edilmiş rut üzrə hərəkət edərək anbarın əhatə dairəsində olan mağazalardan sifarişlərin alınması, aylıq qoyulan satış hədəflərini vaxtında icra etmək, rəflərdə məhsulların düzgün sərgilənməsinə nəzarət etmək daxil olmuşdur. Bundan əlavə, tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən o, etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı və idarəyə heç bir səbəb üzündən ziyan vurmamalı, etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib, tələb olunan yerlərə təqdim etməli və ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməli imiş. Sığorta ödənişləri çıxıldıqdan sonra əmək haqqı fix 489 manat təşkil etmişdir. Bundan əlavə ərazi üzrə hər satılan məhsula görə aylıq pul yığımına görə əmək haqqına əlavələr edilmişdir. Belə ki, “hell” enerji içkisinin satışı ilə bağlı aylıq yığılan məbləğin 2%-i, “nutella”, “kinder”, “raffaello” və məhsulların satışı ilə bağlı aylıq yığılan məbləğin isə 3%-i miqdarında əmək haqqına əlavə verilmişdir. Orta hesabla o, ümumilikdə aylıq 650-700 manat miqdarında əmək haqqı almışdır. Xidmət ərazisinə Sabirabad, Kürdəmir və Hacıqabul rayonlarındakı mağazalar daxil olmuşdur. Həmin ərazilərdəki mağazalarda yuxarıda adını qeyd etdiyi məhsulların satışını həyata keçirmişdir. Satış təmsilçisi kimi vəzifəsi xidmət ərazisində olan rayonlardakı mağazalardan sifarişləri qəbul etmək və mütəmadi şəkildə həmin mağazalardan ödənişləri qəbul edərək şirkətə təhvil vermək olmuşdur. Belə ki, satış təmsilçisi kimi o, portativ terminal vasitəsilə sifarişləri qəbul edir və elektron qaydada anbara göndərir, operator tərəfindən qaimə-faktura çap edilib anbardara təhvil verilmişdir. Anbar müdiri tərəfindən isə mallar təchizatçıya təhvil verildikdən sonra, sürücü və təchizatçı tərəfindən həmin sifarişlər mağaza sahiblərinə çatdırılmışdır. Satış təmsilçisi kimi malların müştəriyə çatdırılması onun səlahiyyətlərinə aid olmamışdır. Təchizatçı tərəfindən mallar mağazalara təhvil verilərkən, 3 nüsxədə satış qaiməsi tərtib edilir, təchizatçı tərəfindən mallar mağaza sahiblərinə təhvil verildikdən sonra həmin malların təhvil alınması ilə bağlı qaimədə qol çəkildikdən sonra qaimələrin bir nüsxəsi mağaza sahibində, digər nüsxələr isə onda və operatorda qalmışdır. Həmçinin geri qaytarılan mallarla da bağlı müvafiq qaydada, eyni prosedur aparılmışdır. MMC-də iki kateqoriya üzrə satış təmsilçiləri fəaliyyət göstərirmiş, birinci kateqoriya üzrə satış təmsilçiləri orta və iri sahibkarlıq subyektləri ilə, ikinci kateqoriya üzrə satış təmsilçiləri isə mikro və kiçik sahibkarlıq subyektləri ilə işləmişlər. O, ikinci kateqoriya üzrə fəaliyyət göstərmiş, yəni satış təmsilçisi kimi işlədiyi mağazalar sadələşdirilmiş vergi ödəyiciləri olduğundan mağaza sahiblərindən ödənişləri ancaq nağd şəkildə almışdır. Ödənişi qəbul etdikdən sonra, o, portativ terminalda mağaza sahibinin yanında ondan aldığı pul məbləğinin qeydiyyatını aparmış, əksər hallarda isə qeydiyyatı mağaza sahibinin yanında deyil gün sonunda aparmışdır. Portativ terminalda qeydiyyat apardıqdan sonra daxil etdiyi məlumatlar elektron qaydada operatora göndərilir, gün ərzində aldığı pul məbləğlərini növbəti gün səhər təhvil vermişdir. Belə ki, ilk öncə operator ona bir gün öncə portativ terminalda qeydiyyatını apardığı ödənişlər üzrə 3 nüsxədə qəbz vermiş, həmin qəbzdə yazılan məbləği isə özü şəxsən Sabirabad filialının müdiri Şahid1-kassaya təhvil verirmiş. Operator tərəfindən verilən qəbz 3 nüsxədə tərtib edilmiş, qəbzə özü və Şahid1 qol çəkmişdir. Qəbzin bir nüsxəsi onda, bir nüsxəsi Şahid1, bir nüsxəsi isə operatorda qalmışdır. O, 2022-ci ilin yay aylarından başlayaraq bəzi hallarda mağaza sahiblərindən aldığı ödənişlərin bir hissəsini portativ terminalda qeydiyyatını aparmamışdır. Bəzi hallarda mağaza sahibləri tərəfindən mağazalara satılan malların müqabilində ödənişlər "xxxx" ASC-yə məxsus əmək haqqı kartına da ödənilmişdir. Belə ki, bəzi hallarda o, mağazalara gedə bilmədiyi üçün mağaza sahiblərinə pulu əmək haqqı kartına göndərməklərini bildirmişdir. O, əmək haqqı kartına mağaza sahibləri tərəfindən köçürülən pul vəsaitlərinin də bir hissəsini öz şəxsi ehtiyacları ilə bağlı xərcləmişdir. Lakin dəqiq olaraq onun əmək haqqı kartına hansı miqdarda pul vəsaitinin köçürüldüyü, köçürülən pul vəsaitlərinin hansı miqdarda özü üçün götürməyi yadından çıxmışdır. Ona nağd şəkildə əlbəəl verilmiş və kartına köçürülən pullarını bir hissəsini şəxsi ehtiyacları olduğu üçün gələcəkdə yerinə qoyacağını fikirləşərək özünə götürmüşdür. O, mağaza sahibləri tərəfindən ödənilən pul vəsaitlərinin hamısını deyil, müəyyən bir hissəsini portativ terminalda rəsmiləşdirməmişdir. O, Cəmiyyətə ödəməkdən yayındırdığı pulları sonradan yerinə qoya biləcəyini fikirləşərək bu yola əl atmışdır. Lakin sonradan özünə götürdüyü pul məbləğlərini geri qaytarmaqda çətinlikləri yaranmış, artıq iş o yerə çatmışdır ki, o, hesabını itirmiş, hansı mağaza sahibindən hansı miqdarda pul aldığını, mağaza sahibinin borcu olub-olmadığını bilməmişdir. O, işə yeni başlayanda şirkət tərəfindən mütəmadi olaraq mağazalar üzrə yoxlamalar həyata keçirilmiş, keçirilən yoxlamalarda isə heç vaxt problem, çatışmazlıq aşkar edilməmişdir. Buna görə də 2022-ci ilin sentyabr ayının axırlarında MMC-nin auditi Şahid8 xidmət ərazisi üzrə mağazalarda yoxlama keçirilməsini xahiş etmiş, 2022-ci ilin oktyabr ayında audit Şahid8, satış müdiri Rəfail Abışov və onun iştirakı ilə xidməti ərazisinə aid Sabirabad, Kürdəmir, Hacıqabul rayonları üzrə mağazalarda yoxlama keçirilmiş, hər mağaza üzrə üzləşdirmə aktları tərtib edilmiş və yoxlama nəticəsində Sabirabad, Kürdəmir və Hacıqabul rayonları üzrə MMC-yə məxsus malların satışını həyata keçirdiyi mağazalarda onun ümumilikdə 5635,16 manat kəsr məbləği çıxmışdır. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində "xxxx" MMC-nin inzibati binasında izahat vermiş və izahatında yoxlama nəticəsində aşkar edilmiş 5635,16 manat kəsr məbləğinin tərəfindən mənimsənildiyini etiraf etmiş və yaxın müddət ərzində borcunu ödəyəciyini qeyd etmişdir. Lakin maddi imkansızlıq ucbatından o, 5635,16 manat miqdarında mənimsədiyi pul məbləğindən heç bir ödəniş edə bilməmiş, 24 noyabr 2022-ci il tarixdə cəmiyyət ilə aralarında olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. 2023-cü ilin mart ayının 10-da "xxxx" MMC-yə vurduğu ziyandan 2000 manat, 2023-cü ilin iyun ayının 6da isə 3630,72 manat ödəniş edərək MMC-yə vurduğu ziyanı tam şəkildə ödəmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyi üçün zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Ona görə də o, məhkəmədən cinayət məsuliyyətindən azad olunması haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru X9 tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs onlara qarşı vurmuş olduğu ziyanı tam şəkildə ödəmiş və onların ondan şikayət və tələbləri yoxdur. İstintaq zamanı dindirilmiş və məhkəmə iclası zamanı ifadəsi elan edilmiş "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, "xxxx" MMC xx.xx.2007-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınmış və MMC-yə ********** nömrəli VÖEN şəhadətnaməsi verilmişdir. Cəmiyyətin nizamnamə kapitalı 400.00 manat həcmindədir və nizamnaməyə əsasən "xxxx" MMC-nin qanuni təmsilçisi X6r. "xxxx" MMC-nin fəaliyyəti ərzaq və qeyri-ərzaq məhsullarının Azərbaycan Respublikası ərazisində topdan və pərakəndə satışını həyata keçirməkdən ibarətdir. Cəmiyyətin hüquqi ünvanı AZ1029, ünvan 4 ünvanı ilə faktiki ünvanı eynidir. Cəmiyyətin Bakı və Gəncə şəhərlərində, eyni zamanda Şəki, Xaçmaz Lənkəran, Sabirabad rayonlarında anbarları vardır və həmin anbarlar vasitəsilə ətrafdakı rayonlara tabeçiliyində olan işçilər vasitəsilə satışlar həyata keçirir. Cəmiyyətin sabiq əməkdaşı Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs ilə cəmiyyət arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, eyni tarixdə də tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlanılmışdır. Təqsirləndirilən şəxs həmin tarixdən etibarən Cəmiyyətin Sabirabad rayonu ərazisindəki anbar üzrə 1 il müddətinə satış təmsilçisi vəzifəsinə qəbul edilmiş və əmək funksiyasına təyin edilmiş rut üzrə hərəkət edərək anbarın əhatə dairəsində olan mağazalardan sifarişlərin alınması, aylıq qoyulan satış hədəflərini vaxtında icra etmək, rəflərdə məhsulların düzgün sərgilənməsinə nəzarət etmək daxildir. Bundan əlavə tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Təqsirləndirilən şəxs ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı və idarəyə heç bir səbəb üzündən ziyan vurmamalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib, tələb olunan yerlərə təqdim etməli və ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməli idi. Təqsirləndirilən şəxs xidmət ərazisinə Sabirabad, Kürdəmir və Hacıqabul rayonları daxil olmuşdur. Satış təmsilçisi kimi Təqsirləndirilən şəxs vəzifəsi xidmət ərazisində olan rayonlardakı mağazalardan sifarişləri qəbul etmək, bir müddət sonra isə həmin mağazalardan ödənişləri qəbul edərək kassaya təhvil vermək olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən 2022-ci ilin yay aylarından başlayaraq satılan malların müqabilində xəzinəyə mədaxil etməli olduğu ödənişlər azaldığı üçün Təqsirləndirilən şəxs xidmət göstərdiyi ərazi üzrə ticarət nöqtələrində MMC tərəfindən daxili audit yoxlaması aparılmış və yoxlama nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə Sabirabad, Kürdəmir və Hacıqabul rayonları üzrə ticarət nöqtələrində malların dəyəri olaraq təsdiqlənməli olan 6813,19 AZN pul vəsaitinin yalnız 1178,03 AZN məbləğinin Təqsirləndirilən şəxs tərəfindən digər satış təmsilçisinə təhvil verdiyi, yerdə qalan 5635,16 AZN pul məbləğinin isə sonuncu mağazalarda qalıq borc kimi qalmasını bildirməyinə baxmayaraq həmin mağazalar üzrə göstərilən borclar öz təsdiqini tapmamışdır. Belə ki, Sabirabad, Kürdəmir və Hacıqabul rayonları üzrə satış həyata keçirilən ticarət nöqtələrində yerində yoxlama həyata keçirilmiş, yoxlama zamanı mağaza müdirləri pos-terminal çıxarışında borc göstərildiyi halda mağazaların MMC-yə borcu olmadığını bildirmiş, bununla bağlı hər bir mağaza üzrə təhsil-təslim aktı tərtib edilmişdir. Bu yoxlamaların hər biri Təqsirləndirilən şəxs iştirakı ilə aparılmışdır. Keçirilmiş yoxlamalar nəticəsində Sabirabad, Kürdəmir və Hacıqabul rayonları üzrə ümumilikdə 5635,16 AZN məbləğində çatışmazlıq aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin mağazalardan qəbul etdiyi sifarişlərin ödənişlərini sonrakı tarixlərdə qəbul etməsinə baxmayaraq, kassaya təhvil verməyərək şəxsi ehtiyacları üçün sərf etmişdir. Təqsirləndirilən şəxs keçirilmiş audit yoxlamasının nəticələri ilə razılaşaraq, cəmiyyətə verdiyi izahatında 5635,16 manat məbləğində kəsir ilə razı olduğunu qeyd edərək, həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini könüllü şəkildə etiraf etmiş, bununla bağlı da 2022-ci ilin noyabr ayının sonuna kimi 2000 manat olmaqla ödəniş edəcəyini, qalan məbləği isə hər ay 300 manat olmaqla ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin, qeyd edilən öhdəliyini də icra etməyərək, cəmiyyətə vurduğu 5635,16 manat vəsaitdən heç bir ödəniş etməmişdir.. Daha sonra Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən icazə əsasında fəaliyyət göstərən sərbəst auditor X8 və "xxxx" MMC-nin baş mühasibi Təranə Hüseynovanın və daxili auditor İlkin Səmədovun iştirakları ilə, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində maddi zərər vurulubvurulmaması ilə bağlı audit yoxlaması aparılmışdır. 21 noyabr 2022-ci il tarixdə başlayan audit 24 noyabr 2022-ci il tarixində başa çatmış və tərtib edilmiş üzləşdirmə aktlarına əsasən Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi müddət ərazində əsasən aşkar edilən kənarlaşmalar, ümumilikdə 5630,72 manat təşkil etmişdir. Aşkar edilmiş çatışmazlıq üzrə bütün cavabdehliyi, bağlanılmış maddi öhdəlik tam maddi məsuliyyət daşıması barədə yazılı müqaviləyə əsasən, Təqsirləndirilən şəxs daşıdığından bu barədə MMC tərəfindən Sabirabad rayon prokurorluğuna müraciət olunmuşdur. Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında Cəmiyyətə vurmuş olduğu ziyanının bir hissəsini, yəni 2000 manat pul vəsaitini Cəmiyyətə geri ödəmişdir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin ərizəsindən görünür ki, təqsirləndirilən şəxs ona vurmuş olduğu zərəri ödəmiş və ondan şikayət tələbi yoxdur. İş materiallarında olan 17 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 1193 manat dövlət nəfinə ödəmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189- 1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CM-nin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının 2-ci bəndinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlini barəsində cinayət məsuliyyətindən azad edilməsinə dair qəbul edilmiş məhkəmə qərarının qəbul edilməsindən əvvəl törətdiyindən, hazırki cinayət işi üzrə də vurulmuş ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən və dövlət nəfinə vurulmuş ziyanın 25%-ni ödədiyindən hazırki cinayət işi üzrə də cinayət məsuliyyətindən azad edilməli, barəsində olan cinayət təqibinə xitam verilməli, həmçinin iş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsindəki cinayət işinin icraatına xitam verilməli, həmçinin iş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-14/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-14/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver