Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-14/2025 02.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1977-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Sabirabad şəhəri, H.Həmidov küçəsi ev 18-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdən 02 aprel 2024-cu il tarixədək Sabirabad rayonu Əli Qurbanov adına Qalaqayın kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Sabirabad sakini Zərərçəkmiş şəxs1 Qalaqayın kənd tam orta məktəbində müqavilədən kənar işçi vəziləsinə işə düzəltmək kimi imkanına malik olmasına inandırıb, verdiyi vədə əməl etmədən aldatmaqla 2023-cü ilin oktyabr ayında Sabirabad şəhərində yerləşən Şahmat Klubunun yaxınlığında 1000 manat məbləğində pulunu əlbəəl alaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 1000 manat məbləğində maddi ziyan vurub dələduzluq etmişdir. Bundan basqa, o, təkrarən, 13 dekabr 2021-ci il tarixdən 02 aprel 2024-cü il tarixədək Sabirabad rayonu Əli Qurbanov adına Qalaqayın kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə va aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Zərərçəkmiş şəxs2 Qalaqayın kənd tam orta məktəbində texniki işçi vəzifəsinə işə düzəltmək kimi imkana malik olmasına inandırıb, verdiyi vədə əməl etmədən aldatmaqla 26 dekabr 2023-cü il tarixdə sonuncunun yaşadığı Sabirabad rayonu Qalaqayın kəndindəki evinin qarşısında 1000 manat məbləğində, 15 yanvar 2024-cü il tarixdə isə Zərərçəkmiş şəxs2 yaşadığı evdə 2000 manat məbləğində pulunu əlbəəl alaraq, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, 13 dekabr 2021-ci il tarixdan 02 aprel 2024-cü il tarixədak Sabirabad rayonu Əli Qurbanov adına Qalaqayın kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Sabirabad rayonu Qalaqayın kənd sakini Zərərçəkmiş şəxs3, gəlini X2 Qalaqayın kənd tam orta məktəbində xadimə işinə düzəltmək kimi imkana malik olmasına inandırıb, verdiyi vədə əməl etmədən aldatmaqla 2023cü ilin dekabr ayının sonlarında Sabirabad rayonu Əli Qurbanov adına Qalaqayın kənd tam orta məktəbinin inzibati binasının yaxınlığında 800 manat məbləğində, 2024-cü ilin yanvar ayının sonlarında isə həmin yerdə 200 manat məbləğində puluna əlbəəl alaraq, vahid niyyətlə əhatə olanın qəsdlə zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurub dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, hazırda o, əməlindən peşmandır və dəymi ziyanları ödəmişdir. Buna görə də zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin o, vurulmuş ziyanın iyirmi beş faiz məbləğində pul vəsaiti dövlət büdcəsinə ödəmiş və ödəniş qəbzini məhkəməyə təqdim etmişdir. Ona görə də o, məhkəmədən cinayət məsuliyyətindən azad olunması haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hazırda təqsirləndirilən şəxs ona vurduğu ziyanın əvəzini tam ödəmişdir. Ona görə də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim edir. Odur ki, qeyd olunanları nəzərə alaraq Elvin barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs2 Sabirabad rayon Məhkəməsinə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmiş, aralarında barışıq əldə olunmuş, ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə göndərdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmiş, aralarında barışıq əldə olunmuş, ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmiş, aralarında barışıq əldə olunmuş, ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbləri yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 26207 saylı qəbzdən görünür ki, təqsirləndirilən şəxs vurulmuş ziyanın iyirmi beş faizini, yəni 1250 manat pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən maddi hüquq normasına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsindəki cinayət işinin icraatına xitam verilməli, həmçinin iş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 321, 344-347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin Qərardan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-14/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-14/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver