Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-141/2024 09.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Sabriabad rayonu Cavad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nın 188.1-ci maddəsi ilə irəli sürülən ittihama görə, o, Sabirabad rayonu Həsənli kəndi ərazisində yerləşməklə rayonun Cavad bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqları kateqoriyalı torpaq sahəsindən X=285058, Y=4437639 koordinatlar daxilində yerləşən 0,95 ha. torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan 1998-ci ilin təxminən yanvar ayından etibarən hüdudlarını müəyyən etmək üçün kənarlarını qazdırmaqla və həmin torpaq sahəsində hazırkı vaxtadək əkin işləri aparıb özbaşına tutmaqla becərmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Sabirabad rayonu, Həsənli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, barəsində Əmlak Məsələləri dövlət xidmətindən Sabirabad rayon Polis Şöbəsinə daxil olmuş məktubla tanış olmuşdur. O, rəsmi olaraq heç yerdə işləmir, əkinçiliklə məşğul olmaqla ailəsini dolandırır. Mahiyyəti üzrə qeyd etmişdir ki, yaşadığı kənd ərazisində keçmiş kolxozun torpaq sahələri olmuş, həmin torpaq sahəsindən ona aqrar islahat komissiyası yaranmamışdan qabaq, yəni 1998-ci ilin yanvar ayında 0,95 ha. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ona mərhum icra nümayəndəsi Fazil Qasımov tərəfindən verilmişdir. Həmin torpaq sahəsindən uzun illərdir istifadə etmiş, hazırkı vaxtadək həmin torpağa aid heç bir sənədləşmə aparmamışdır. Uzun illərdir ki, həmin torpaq sahəsində taxıl və yonca əkmiş, hazırda da həmin torpaq sahəsində yonca əkmişdir. Qeyd olunan torpaq sahəsinin ətrafını ağaclardan hasar kimi düşəltmişdir. 11 oktyabr 2023-cü il tarixdə əmlak məsələləri dövlət xidmətindən həmin torpaq sahəsinin zəbt edilməsi faktı müəyyən edildikdən sonra, o, Cavad Bələdiyyəsinə şifahi olaraq müraciət etmiş, lakin maddi imkanı olmadığından hazırkı müddətədək qeyd olunan torpaq sahəsini sənədləşdirə bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda ona zəbt olunması istinad edilən torpaq sahəsini boşaldaraq, mülkiyyətçisi olduğu Cavad Bələdiyyəsinə qaytarmasını nəzərə alaraq, barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş təşkilat Sabirabad rayon Cavad Bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə göstərmişdir ki, 2020-ci ilin mart ayından Cavad Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Sabirabad rayonu Həsənli kənd sakinləri Şahid1 Əzizulla oğlunu, Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Şahid1 Zərərçəkmiş şəxs mülkiyyətində olan 1,00 ha. torpaq sahəsini, Şahid3 0,95 ha. torpaq sahəsini, Şahid2 0,82 ha torpaq sahəsini, Təqsirləndirilən şəxs isə 0,95 ha. torpaq sahəsini uzun illərdir ki, özbaşına zəbt edərək qeyri-qanuni istifadə edirlər. Bələdiyyə sədri seçiləndən sonra o, dəfələrlə torpaq sahələrinin zəbt olunmaları ilə əlaqədar sənədləşməsi üçün adları qeyd olunan şəxslərə şifahi müraciət etsə də heç bir nəticəsi olmamış, həmin şəxslər torpaq sahəsini boşaltmamışlar. 2022-ci ilin oktyabr ayında ƏMDX-nin əməkdaşlarının iştirakı ilə ərazidə monitorinq keçirilmiş, həmin şəxslərə torpaq sahələrini zəbt etmələri ilə bağlı xəbərdarlıq edilsə də nəticəsi olmamışdır. Bu barədə müvafiq akt tərtib edilmişdir. Nümayəndə əlavə ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Həsənli kənd sakinləri Şahid1 Əzizulla oğlunu, Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs zəbt etdikləri torpaq sahələri kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələridir, buna görə də qeyd olunan torpaq sahələrindən qanunvericiliyə əsasən hər bir vətəndaşın adına 0,12 hektardan artıq torpaq sahəsi sənədləşdirilə bilməz. Həmin şəxslər də hər biri ayrı-ayrılıqda 0,12 ha torpaq sahəsi üçün müraciətlər etmişlər. Belə ki, Şahid2 0,12 ha torpaq sahəsinin adına sənədləşməsi üçün bələdiyyənin hesabına ümumilikdə 1351 manat, Şahid1 Əzizulla oğlu 200 manat, Təqsirləndirilən şəxs 300 manat, Şahid3 isə 280 manat pul köçürməsi etmişlər. Lakin hər dörd vətəndaş 0,12 ha. torpaq sahəsinin adlarına sənədləşməsi üçün nəzərdə tutulmuş rüsumları tam ödəmədiklərindən, həmin torpaq sahələri də hal-hazırda adlarına sənədləşdirilməmişdir. Zərərçəkmiş təşkilatın nümayəndəsi Nümayəndə ifadəsinin sonunda zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq, Cavad Bələdiyyəsinə qaytarmasını və zərərçəkmiş təşkilatın təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində yüngül cəza növünün təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Əzizulla oğlu ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Həsənli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, barəsində Əmlak Məsələləri Dövlət Xidmətindən Sabirabad rayon Polis Şöbəsinə daxil olmuş məktubla tanış olmuşdur. O, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. Mahiyyəti üzrə qeyd etmişdir ki, yaşadığı kənd ərazisində Cavad bələdiyyəsinə məxsus 1 hektar torpaq sahəsindən 2015-ci ildən bugünə kimi istifadə etmiş, həmin torpaq sahəsini həmkəndlisi X2 2000 manata almışdır. Bu günədək də həmin torpaq sahəsinə aid heç bir sənədləşmə aparmamışdır. O, həmin torpaq sahəsini alanda nar bağı olmuş, aldıqdan sonra isə nar ağaclarını çıxarıb yerində taxıl əkmişdir. 2021-ci il tarixdən isə həmin torpaq sahəsində yonca əkmişdir. 11 oktyabr 2023-cü il tarixdə əmlak məsələləri dövlət xidmətindən həmin torpaq sahəsinin zəbt edilməsi faktı müəyyən edildikdən sonra, o, Cavad bələdiyyəsinə şifahi olaraq müraciət etmiş, lakin maddi imkanı olmadığından hal-hazırki müddətədək qeyd olunan torpaq sahəsini sənədləşdirə bilməmişdir. Onun zəbt etdiyi torpaq sahəsi Şahid2 zəbt etdiyi bələdiyyə torpaqlarına yaxın olduğundan, sonuncunun da bələdiyyə torpağını zəbt etməsindən məlumatlı olmuşdur, belə ki, məlumatına görə Şahid2 da həmin torpağı aqrar islahat komissiyası yaranmamışdan qabaq təxminən 1998-ci il tarixdən əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 Əzizulla oğlunun göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan 20 aprel 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Ədilov X3 rayon Cavad Bələdiyyəsinin mülkiyyətində olan 0,95 ha. torpaq sahəsində yonca bitkiləri əkdiyi sahəni göstərmişdir. Cinayət işi materiallarında olan Sabirabad Rayon İcra Hakimiyyətindən daxil olmuş 30 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Sabirabad rayonu Həsənli kənd sakinləri Şahid2, Şahid1 Əzizulla oğlu, Şahid3 və Ədilov X3 rayon Cavad bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrini zəbt etmişlər. Cinayət işi materiallarında olan Sabirabad Rayon Cavad bələdiyyəsindən daxil olmuş 12 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Cavad bələdiyyəsinin Həsənli kənd sakini Təqsirləndirilən şəxs 0.95 ha zəbt olunmuş torpaq sahəsindən 0.12 ha sənədləşməsi üçün müraciət etmiş hal-hazırda proses davam edir. Eyni zamanda Şahid1 Əzizulla oğlu və qeyriləri tərəfindən də torpaq sahələri zəbt edilmişdir. Məktubun qeyd hissəsində göstərilmişdir ki, həyətyanı torpaq sahəsi ayrılması ilə bağlı vətəndaşlar tərəfindən rəsmi müraciət olunduqda həmin torpaq sahələri bələdiyyənin mülkiyyətində olan həyətyanı üçün nəzərdə tutulan torpaq sahələrindən ayrılır və bu proses hərrac və müsabiqədən kənar vətəndaşa torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına tam ödədikdən sonra həyata keçirilir. Hazırki vəziyyətdə yuxarıda qeyd olunun torpaq sahələri vətəndaşlar tərəfindən zəbt olunaraq istifadə edilir, həmin şəxslər torpaq sahəsini boşaltmalı ya da onun üçün nəzərdə tutulan 0.12 ha hissəsinin dəyərini tam ödəməklə sənədləşmə prosesi başa çatmalı, vətəndaşla alqı-satqı müqaviləsi bağlanmalıdır, amma yuxarıda adı göstərilən vətəndaşlar həmin torpaq sahəsinin dəyərini tam ödəmək imkanında olmadıqlarını bildirir və prosesin uzun illər davam etməsini bəhanə gətirirlər. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CMnın 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət əməli törətməsini, zəbt etmiş torpaq sahəsini boşaldaraq mülkiyyətçi Cavad Bələdiyyəsinə qaytarılmasını və ailəli olaraq himayəsində iki nəfər azyaşlı övladlarının olmasını ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona təyin ediləcək cəzanın ağırlaşdıran hallarını müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nın 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını və yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin . İş üzrə maddi sübutun, mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-141/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-141/2024
09.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver