Məhkəmə qərarları › İş №1(056)-144/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-144/2024

26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-144/2024 26.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabiabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Sabirabad rayonu Qaratuğay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Qaratuğay kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1992-ci il tarixdə Sabirabad rayonu Qaratuğay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Qaratuğay kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama görə, o, qabaqcadan əlbir olub qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 05 mart 2024-cü il tarixdə saat 15 radələrində Sabirabad rayonu Qaratuğay kəndi ərazisində yol kənarındakı otlaq sahəsinə gəlmiş, həmin vaxt orada otlayan kənd sakini Zərərçəkmiş şəxs2 məxsus hər başının qiyməti 350 manat olmaqla, iki baş və qiyməti 300 manat olmaqla bir baş, ümumilikdə 1000 manat dəyərində olan 3 baş qoyunlarını idarə etdiyi “QAZ-3129” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub aparmaqla oğurlamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 27 mart 2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Sabirabad rayonu, Qaratuğay kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığına gəlib, küçə qapısının üstündən həyətə keçməklə, orada iribuynuzlu heyvanlar saxladığı tövləyə qanunsuz daxil olub 1800 manat dəyərində erkək cinsli bir baş dananı tövlədən çıxarıb, idarə etdiyi “QAZ-3129” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub aparmaqla oğurlamışdır. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama görə, o, təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olub qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 05 mart 2024-cü il tarixdə saat 15 radələrində Sabirabad rayonu Qaratuğay kəndi ərazisində yol kənarındakı otlaq sahəsinə gəlmiş, həmin vaxt orada otlayan kənd sakini Zərərçəkmiş şəxs2 məxsus hər başının qiyməti 350 manat olmaqla iki baş və qiyməti 300 manat olmaqla bir baş, ümumilikdə 1000 manat dəyərində olan 3 baş qoyunlarını Təqsirləndirilən şəxs1 idarə etdiyi “QAZ-3129” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub aparmaqla oğurlamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 27 mart 2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Sabirabad rayonu, Qaratuğay kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığına gələrək, küçə qapısının üstündən həyətə keçməklə orada iribuynuzlu heyvanlar saxladığı tövləyə qanunsuz daxil olmaqla 1800 manat dəyərində erkək cinsli bir baş dananı tövlədən çıxarıb, Təqsirləndirilən şəxs1 idarə etdiyi “QAZ-3129” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub aparmaqla oğurlamışdır. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Qaratuğay kəndində valideynləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, anası X2 məxsus olan Qaz-31 markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə heyvan satmaqla çörək pulu qazanır. Təqsirləndirilən şəxs2 tanıyır, həmkəndlisidir, Elnurla birlikdə iki oğurluq törətmişdir. Belə ki, 05 mart 2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları Qaratuğay kəndində olan zaman, yolun kənarında qoyunların otladığını görmüşlər. Hər ikisinin imkanı zəif olduğundan, o, Elnura həmin qoyunlardan bir neçəsini oğurlayıb satmağı təklif etmiş, Elnur da onunla razılaşmışdır. Ona görə də həmin gün saat 15 radələrində Elnurla birlikdə qoyunlardan 3 başını oğurlayıb idarə etdiyi avtomobilə yükləmişlər. Bundan sonra həmin qoyunları tanınmasınlar deyə Salyan rayonunda yerləşən heyvan bazarında satmağı qərarlaşdırmışlar. Ona görə də oğurladıqları qoyunları onların yataqlarına aparmışlar və bazarın açılmasını gözləmişlər. Gecə saatlarında oğurladıqları qoyunları yenidən avtomobilinə yükləmişlər və birlikdə Salyan bazarına getmişlər. Salyan heyvan bazarında 3 baş qoyunları tanımadıqları şəxsə 550 manata satmış, pulu da yarıya bölmüşlər. Sonradan oğurladıqları qoyunların həmkəndliləri Zərərçəkmiş şəxs2 məxsus olmasını bilmişlər. Həmçinin o, 27 mart 2024-cü il tarixə keçən gecə saat 01 radələrində Təqsirləndirilən şəxs2 ilə razılaşdıqları kimi həmkəndlisi Zərərçəkmiş şəxs1 da yaşadığı evin həyətindəki tövləyə küçə tərəfdən daxil olmaqla, tövlədən bir baş iribuynuzlu heyvan oğurlamışlar. Oğurladıqları həmin heyvanı yenə də onun idarə etdiyi avtomobilə yükləyib birbaşa Salyan rayonunda yerləşən heyvan bazarına aparmışlar. Salyan bazarında həmin heyvanı da tanımadıqları şəxsə 1450 manata satmışlar, əldə etdikləri pulu da aralarında bölmüşlər. Qeyd etdiklərindən əlavə başqa heç bir oğurluq törətməmişdir. 03 aprel 2024-cü il tarixdə polis əməkdaşları onu polis şöbəsinə dəvət edən zaman, o, oğurluqdan əldə etdiyi puldan qalan 1000 manat pulu saxlaması üçün əmisi oğlu Şahid saxlamaq üçün vermişdir. Oğurluq etdikləri zaman onlarla başqa şəxs oğurluqda iştirak etməmişdir. Polislər onu şöbəyə dəvət edən zaman əmisi oğlu Şahid uzaqdan onu görmüş, o da cibində oğurluqdan qalan pulu saxlaması üçün Rəşada vermiş, bir qədər sonra gəlib götürəcəyini demişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadəsinin sonunda zərərçəkmiş şəxslərə dəymiş ziyanın əvəzinin tam ödəməsi, zərərçəkmişlərin ona qarşı şikayət və tələbinin olmaması, əməlindən peşmançılıq hissi keçirməsi hallarını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu Qaratuğay kəndində valideynləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, anası X2 məxsus olan Qaz-31 markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə heyvan satmaqla çörək pulu qazanır. Təqsirləndirilən şəxs2 tanıyır, həmkəndlisidir, Elnurla birlikdə iki oğurluq törətmişdir. Belə ki, 05 mart 2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları Qaratuğay kəndində olan zaman, yolun kənarında qoyunların otladığını görmüşlər. Hər ikisinin imkanı zəif olduğundan, o, Elnura həmin qoyunlardan bir neçəsini oğurlayıb satmağı təklif etmiş, Elnur da onunla razılaşmışdır. Ona görə də həmin gün saat 15 radələrində Elnurla birlikdə qoyunlardan 3 başını oğurlayıb idarə etdiyi avtomobilə yükləmişlər. Bundan sonra həmin qoyunları tanınmasınlar deyə Salyan rayonunda yerləşən heyvan bazarında satmağı qərarlaşdırmışlar. Ona görə də oğurladıqları qoyunları onların yataqlarına aparmışlar və bazarın açılmasını gözləmişlər. Gecə saatlarında oğurladıqları qoyunları yenidən avtomobilinə yükləmişlər və birlikdə Salyan bazarına getmişlər. Salyan heyvan bazarında 3 baş qoyunları tanımadıqları şəxsə 550 manata satmış, pulu da yarıya bölmüşlər. Sonradan oğurladıqları qoyunların həmkəndliləri Zərərçəkmiş şəxs2 məxsus olmasını bilmişlər. Həmçinin o, 27 mart 2024-cü il tarixə keçən gecə saat 01 radələrində Təqsirləndirilən şəxs1la razılaşdıqları kimi həmkəndlisi Zərərçəkmiş şəxs1 da yaşadığı evin həyətindəki tövləyə küçə tərəfdən daxil olmaqla, tövlədən bir baş iribuynuzlu heyvan oğurlamışlar. Oğurladıqları həmin heyvanı yenə də Ağaşiralının idarə etdiyi avtomobilə yükləyib birbaşa Salyan rayonunda yerləşən heyvan bazarına aparmışlar. Salyan bazarında həmin heyvanı da tanımadıqları şəxsə 1450 manata satmışlar, əldə etdikləri pulu da aralarında bölmüşlər. Qeyd etdiklərindən əlavə başqa heç bir oğurluq törətməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ifadəsinin sonunda zərərçəkmiş şəxslərə dəymiş ziyanın əvəzinin tam ödəməsi, zərərçəkmişlərin ona qarşı şikayət və tələbinin olmaması, əməlindən peşmançılıq hissi keçirməsi və ailəli olaraq himayəsində iki nəfər azyaşlı uşaqlarının olması hallarını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Qaratuğay kəndində anası ilə birlikdə yaşayır. Sabirabad rayonu Osmanlı kəndində ibtidai sinif müəllimi işləyir. Ona məxsus olan təsərrüfatda iki baş iribuynuzlu heyvanı vardır. 26 mart 2024-cü il tarixdə həmişəki kimi saat 19 radələrində heyvanları həyətindəki tövləyə salmış və tövlənin qapısını bağlamışdır. 27 mart 2024-cü il tarixdə səhər saat 06 radələrində yuxudan oyanıb həyətə çıxmış və uzaqdan tövləyə baxanda tövlənin qapısının açıq olmasını görmüşdür. Tövləyə yaxınlaşıb baxanda heyvanlardan bir baş erkək dananın yerində olmadığını görmüşdür. Bir qədər həyətyanı sahəyə və küçədə heyvanı axtarmağa başlamış, lakin tapa bilmədiyi üçün DİN-in 102 xidmətinə zəng edib bir baş erkək dananın oğurlanması barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gəlib həyətyanı sahəyə baxış keçirmiş, o da polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Ona məxsus bir baş dana qırmızı olmaqla ağ xallı erkək dana idi, çəkisi 160 kq olmaqla qiyməti də 1800 manat olmuşdur. Zərərçəkmiş şəxs1 ifadəsinin sonunda təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını qeyd edib, bu barədə məhkəməyə ərizə təqdim edərək, onlara hansı cəza növünün təyin edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığı barədə ərizə təqdim edib, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi qeyd edərək, məhkəmə baxış iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, o, Sabirabad rayonu Qaratuğay kəndində ailəsi ilə birlikdə yaşayır, Şirvan şəhərində fəaliyyət göstərən “Gesco” mühafizə şirkətində mühafizəçi işləyir. Ona məxsus olan təsərrüfatda 12 baş qoyunu vardır. O, mütəmadi olaraq qoyunları yaşadıqları Qaratuğay kəndində küçələrinə yaxın yerlərdə otlamağa buraxmışdır. 05 mart 2024-cü il tarixdə də həmişəki qaydada özünə məxsus qoyunları səhər saat 10 radələrində otlamaq üçün küçəyə buraxmış, həmin gün saat 17 radələrində qoyunlara baxmağa gələn zaman qoyunların 3 başının orada olmadığını görmüşdür. O, əvvəlcə heyvanların küçədən başqa istiqamətə getdiyini düşündüyü üçün axtarmağa başlamış və demək olar ki, hər yerə baxmışdır. Bundan əlavə bir neçə gün qohumlardan, qonşulardan da heyvanlarını görüb görmədiklərini soruşmuş, lakin görmədiklərini demişlər. Bir neçə müddət keçdikdən sonra, qoyunlarını tapa bilmədiyini görüb, artıq heyvanların oğurlandığını düşünmüş, ona görə də şikayət etmək qərarına gəlmişdir. 30 mart 2024-cü il tarixdə Sabirabad rayon Polis Şöbəsinə gəlib, özünə məxsus 3 baş qoyunların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Ona məxsus qoyunların üçü də dişi olmuş, iki başı ana qoyun, biri isə boğaz qoyun olmuşdur. Belə ki, iki baş ana qoyunların hər birinin diri çəkisi 50 kq olmaqla 5 yaşlı ana qoyunlar olmaqla hər birinin qiyməti 350 manat, diri çəkisi 55 kq olan, qarnında balası olan 3 yaşlı boğaz dişi qoyunun qiyməti isə 300 manat olmaqla, ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş 05 aprel 2024-cü il tarixli baxış keçirilməsi və əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Şahid 4 ədəd 50 manatlıq, 6 ədəd 100 manatlıq, 1 ədəd 200 manatlıq əskinaslar olmaqla, əmisi oğlu Təqsirləndirilən şəxs1 ona verdiyi ümumilikdə 1000 manat pulu istintaqa təqdim etdiyindən götürülmüş və Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Sabirabad rayon mal bazarından daxil olmuş məktubdan görünür ki, 2024-cü ilin mart ayında rayon mal-qara bazarında diri çəkisi 50 kq olan 5 yaşlı ana qoyunun qiyməti 350 manat, diri çəkisi 55 kq olan 3 yaşlı boğaz qoyunun qiyməti 300 manat, 160 kq çəkidə ağ xallı erkək dananın qiyməti isə 1800 manat təşkil etmişdir. Beləliklə məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq təkrarən oğurluq cinayətini törətmələri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmişin və özlərinin etirafedici ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onların cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onların təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. İş materillarına əlavə edilmiş Sabirabad RİH-in Güdəcühür kənd icra ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri aşağıdakı tərkibdədir: həyat yoldaşı S.Z.Babazadə, qızı Z.Təqsirləndirilən şəxs2 - 2016 təvəllüdlü və oğlu Y.Təqsirləndirilən şəxs2 2019 təvəllüdlü. İş materillarına əlavə edilmiş Sabirabad RİH-in Güdəcühür kənd icra ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunurlar. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, ilk dəfə cinayət törətməsini, gənc olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmişlərin ona qarşı şikayət və tələbinin olmamasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməllərində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, ilk dəfə cinayət törətməsini, gənc olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ailəli olaraq himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmişlərin ona qarşı şikayət və tələbinin olmamasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməllərində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nın 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onların islah olunması mümkündür və onlara təqsirli bilindiyi maddənin sanksiyası həddində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq xx.xx.2023-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək iki gün həbsdə saxlanılmışlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzanın iki gününə bərabər tutulub hesablanmaqla, 04 gün ona təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirimi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları Sabirabad rayonu inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkməsi müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, təqsirləndirilən şəxslər barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalısını, iş üzrə maddi sübut kimi tanınmış 1000 manat pul vəsaitinin zərərçəkmiş Zərərçəkmiş şəxs1 təhvil verilməsini nəzərə alınmasını əsaslı hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanıldığı bir həbs günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 04 (dörd) gün təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirimi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilmiş 1000 manat pulun zərərçəkmiş şəxs X1 təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sabirabad rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi ziyan və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar