Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-145/2024 15.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Sabirabad rayonu Azadkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, işləməyən, əvvələr məhkum olunmamış, Sabirabad rayonu Azadkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilən ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, kustar üsulla hazırlanmış psixotrop maddə olan təmiz çəkisi - 0,093 qram və iki ədəd polietilen bükümdə təmiz çəkiləri 0,563 qram, 0,1452 qram olmaqla, ümumi təmiz çəkisi -1,238 qram psixotrop maddə metamfetamini qanunsuz əldə edib, yaşadığı Sabirabad rayonu Azadkənd kəndində yerləşən fərdi yaşayış evinin qonaq otağında olan qırmızı rəngli oyuncaq ayının içərisində saxlamış və 30 mart 2024-cü il tarixdə saat 19:45-də Sabirabad RPŞ-nin X1 əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilərkən həmin evin qonaq otağında qırmızı rəngli oyuncaq ayının içərisindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,093 qram və iki ədəd polietilen bükümlərdə təmiz çəkiləri 0,563 qram, 0,1452 qram olmaqla ümumi təmiz çəkisi - 1,238 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak etmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu, Azadkənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır, uzun zamandır ki, psixotrop maddə metamfetamindən istifadə edir. X1 əməkdaşları tərəfindən saxlanılmazdan 6-7 ay əvvəl yaşadığı kənddə piyada hərəkət edərkən yerdən bir ədəd siqaret qutusu tapmış, həmin qutunu açıb içərisinə baxdıqda bir ədəd kağız, iki ədəd isə polietilen büküm olduğunu görmüş, həmin bükümləri açıb içərisinə baxdıqda isə bükümlərdə psixotrop maddə metamfetamin olduğunu müəyyən etmişdir. Həmin kütlələri istifadə etmək məqsədilə əynində olan şalvarın sağ yan cibinə qoyub özü ilə birlikdə yaşadığı evə aparmış, evinə gəldikdən sonra evin qonaq otağında olan qırmızı rəngli oyuncaq ayının arxa tərəfini açıb psixotrop maddə metamfetamini orada gizlətmişdir. Psixotrop maddə istifadəçisi olduğu üçün son zamanlar yaşadığı evdə anası Nigar və həyat yoldaşı Xəyalə həmin mövzuda onunla mübahisə etmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində evdə olarkən anası yenidən onunla mübahisə etdikdə əsəbiləşdiyi üçün anası ilə mübahisə etmiş, sonuncu isə onun barəsində DİN-in 102 xidməti zəng mərkəzinə şikayət etmişdir. Həmin gün saat 15:30-da Sabirabad rayonu X1 iki nəfər polis əməkdaşı anasının şikayəti ilə bağlı evinə gəlmiş, həmin polis əməkdaşlarından polis sahə rəisi yaşadıqları evə gələrək anasından ərizə və izahat alaraq geri qayıtmışdır. Bundan sonra o, anasının barəsində şikayət etməsini fikirləşib, bu barədə öz özünə əsəbiləşdiyi üçün yenidən anası ilə mübahisə etmiş və mübahisə zamanı evin yataq otağının qapısını yumruqla vurub sındırmışdır. Həmin vaxtlarda qayınanası və həmkəndlisi Anaqız yaşadıqları evə gəlmiş, o, qayınanasını gördükdən sonra yenidən həyat yoldaşı, anası və qayınanası ilə mübahisə etmiş, lakin həmin şəxslərin onun barəsində yenidən DİN-in 102 xidmətinin zəng mərkəzinə müraciət edərək şikayət edəcəklərini fikirləşdiyi üçün özü qabaqcadan DİN-in 102-xidmətinə zəng vuraraq yaşadığı evdən ona məxsus 400 manat pulun qayınanası Anaqız və həyat yoldaşı Xəyalə tərəfindən oğurlanmasını bildirmiş, lakin reallıqda qeyd edilən şəxslər ona məxsus heç bir pulu oğurlamamışdır. Həmin vaxtdan bir qədər sonra Sabirabad RPŞ-nin X2 təhqiqatçı işləyən Əvəz İmanov adlı polis əməkdaşı istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək onu X4 dəvət etmiş, o, X4 getdikdə əsəbləri sakitləşdiyi, həmçinin polis orqanına yalan məlumat verməkdən qorxduğu üçün ərizə və izahat verərkən həqiqəti, yəni evindən heç bir oğurluq hadisəninin edilmədiyini, sadəcə olaraq əsəbiləşdiyi üçün həmin məlumatı DİN-in 102 xidməti zəng mərkəzinə verdiyini bildirmiş və yaşadığı evə getmişdir. O, yaşadığı evə getdikdən sonra polis əməkdaşları tərəfindən anası Şahid1 X4 çağırılmış, sonuncu polis bölməsində olduğu müddətdə o, yaşadığı evdə olmuş, həmin gün saat 20 radələrində evin həyətində siqaret çəkərkən anası və polis əməkdaşlarının yaşadıqları evin qapısına gəldiyini görmüşdür. Polis əməkdaşları hal şahidləri, anasi və onun iştirakı ilə evinə baxış keçirmiş, baxış zamanı anası Şahid1 ilk olaraq onun yumruqla vurduğu qapını göstərmiş, sonra yaşadıqları evin qonaq otağındakı qırmızı rəngli oyuncaq ayının göstərib həmin yerdə onun tərəfindən narkotik gizlədildiyini bildirmişdir. Polis əməkdaşları onun yanında oyuncaq ayının arxa hissəsindəki zəncirbəndi açıb içərisindən iki ədəd sellofan, bir ədəd isə kağız bükümdə olan kütlələri çıxarmışdır. Daha sonra ondan həmin kütlələrin nə olması və kimə məxsus olması barədə soruşulduqda, aşkar edilmiş kütlələrin ona məxus “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmiş və tərəfindən həmin yerdə gizlədildiyini qeyd etmişdir. Bundan sonra bükümlər açılaraq içərisinə baxıldıqda içərisində ağ rəngli, kristalvarı kütlələr olduğu müəyyən edilmiş və həmin kütlələr bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüş və baxışlar əlaqədar protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar protokola imza etmişdirlər. Daha sonra polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞ-nin X4 getmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisi Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən bir ədəd bir manatlıq pul əskinası və özünə məxsus “Redmi” markalı mobil telefon aşkar olunmuş, o, üzərindən aşkar edilmiş bir ədəd bir manatlıq pul əskinası ilə psixotrop maddə metamfetamin istifadə etdiyini bildirmiş və polis əöməkdaşları tərəfindən həmin pul əskinası ilə mobil telefonu götürülmüşdür. Sonda keçirilmiş şəxsi axtarış istintaq hərəkəti ilə əlaqədar protokol tərtib edilərərk ucadan oxunmuş, həmin protokol doğru olduğu üçün o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Azadkənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs onun doğma övladıdır. 2024-cü ilin mart ayının sonlarında övladı Təqsirləndirilən şəxs narkotik qəbul etməsindən şübhələnmiş, həmin ərəfələrdə Hacının yaşadıqları evin qonaq otağında olan bir ədəd qırmızı rəngli oyuncaq ayının içərisini açıb baxdığını və oradan nə isə götürüb evdən çıxdığını görmüşdür. Hacı son zamanlar yaşadıqları evdə o və digər ailə üzvləri ilə mübahisə edib münaqişə yaratmaqla onları narahat etdiyindən o, xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edərək, övladının yaşadıqları evdə münaqişə yaratmasını bildirmişdir. Həmin gün Sabirabad RPŞ-nin X1 əməkdaşları yaşadıqları evə gələrək onun ərizə və izahatını, eləcə də Hacının izahatını almış, lakin polis əməkdaşları yaşadıqları evdən gedəndən sonra Hacı yenidən əsəbiləşərək evdə münaqişə yaratmışdır. Həmin vaxt Hacı, arvadı Xəyalə, evinə qonaq gələn qayınanası Anaqız və onunla mübahisə etmiş və evin yataq otağının qapısını yumruqla vurub sındırmışdır. Hacı yaşadıqları evdə etdiyi hərəkətlərindən sonra barəsində yenidən polis orqanlarına şikayət edəcəklərini anladığı üçün yanlarından uzaqlaşmış, lakin bir qədər sonra Sabirabad RPŞ-nin Qaragüney PBnın əməkdaşları onu Polis bölməsinə çağırmış və övladı Təqsirləndirilən şəxs evdən 400 manat pulunun qaynanası və həyat yoldaşı tərəfindən oğurlanması barədə DİN-in 102 xidmətinə müraciət etdiyini bildirmişdir. O, həmin müraciətlə tanış olduqdan sonra təhqiqatçıya izahat verərkən övladı Hacının bildirdiyi fikirlərin tamamilə yalan olduğunu, sonuncunun yaşadığı evdə 400 manat pulunun olmamasını, həmçinin gəlini Xəyalə və sonuncunun anası Anaqızın evindən oğurluq etmədiklərini bildirmişdir. Daha sonra isə yaşadıqları evin qonaq otağında yerləşən qırmızı rəngli oyuncaq ayının içərisində övladı Hacının narkotik gizlətdiyini, həmin narkotiki polis əməkdaşlarına təqdim edə biləcəyini bildirmiş və polis əməkdaşlarının yaşadıqları evə baxış keçirmələrinə etirazının olmaması ilə bağlı ərizə ilə müraciət etmişdir. O, X1 əməkdaşları ilə birlikdə Sabirabad rayonu Azadkənd kəndində yerləşən fərdi yaşayış evinə getdikdə övladı Təqsirləndirilən şəxs evdə olmasını görmüş və sonuncu, həmçinin iki nəfər hal şahidinin iştirakları ilə yaşadıqları evə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Hacının əsəbiləşərək yumruqla vurub sındırdığı qapını göstərmiş, daha sonra isə yaşadığı evin qonaq otağında olan oyuncaq ayını göstərib həmin oyuncağın içərisində övladının narkotik gizlətdiyini demişdir. Polis əməkdaşları onun yanında oyuncaq ayının arxa hissəsindəki zəncirbəndi açıb içərisindən iki ədəd sellofan, bir ədəd isə kağız bükümdə olan kütlələri çıxarmış, övladı Təqsirləndirilən şəxs həmin kütlələrin nə olması və kimə məxsus olması barədə soruşulmuş, Hacı aşkar edilmiş kütlələrin ona məxus “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmiş və tərəfindən həmin yerdə gizlədildiyini qeyd etmişdir. Bundan sonra bükümlər açılaraq içərisinə baxıldıqda içərisində ağ rəngli, kristalvarı kütlələr olduğu müəyyən edilmiş və həmin kütlələr bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüş, sonda isə baxışla əlaqədar protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar protokola imza etmişdirlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Sabirabad RPŞ-nin X1 sürücü polis nəfəri vəzifəsində işləyir, polis baş serjantı rütbəsindədir. xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu, Azadkənd kənd sakini Şahid1 həmin kənddə yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı o da iştirak etmiş, baxış zamanı Şahid1 əvvəlcə övladı Təqsirləndirilən şəxs yumruqla vurub sındırdığı yaşadıqları evin qapısını göstərmiş, daha sonra təhqiqatçı X6 Cəfərovadan övladı Təqsirləndirilən şəxs evdə gizlətdiyini bildirdiyi narkotiki təqdim etməsini qeyd etmişdir. Şahid1 təhqiqatçı ilə razılaşıb evin qonaq otağına keçib həmin otaqda olan qırmızı rəngli oyuncaq ayını göstərib həmin oyuncağın içərisində övladının narkotik gizlətdiyini demişdir. Sonra təhqiqatçı tərəfindən oyuncaq ayıya baxış keçirildikdə, oyuncağın arxa tərəfində zəncirbənd olduğu görünmüş, həmin zəncirbənd açıldıqda isə iki ədəd polietilen kəsiyi bükümdə, bir ədəd isə kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olmasını və kimə məxsus olmasını soruşulduqda, həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, özünün istifadə etdiyini və aşkar olunduğu yerdə tərəfindən gizlədildiyini bildirmişdir. Aşkar edilmiş üç ədəd bükümdə olan kütlələr təhqiqatçı tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxışın sonunda təhqiqatçı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar həmin protokola imza etmişdirlər. Sonra Təqsirləndirilən şəxs Sabirabad RPŞ-nin Qarangüney polis bölməsinə aparılmış, orada sonuncunun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmasa da, təqdim etdiyi bir ədəd mobil telefonu və psixotrop maddə metamfetamini istifadə etdiyi bir ədəd bir manatlıq pul əskinası təhqiqatçı tərəfindən götürülmüşdür. Təqdim edilmiş bir ədəd bir manatlıq pul əskinası kağız zərfdə qablaşdırılıb götürlümüş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, sonda təhqiqatçı tərəfindən keçirilmiş şəxsi axtarış istintaq hərəkəti ilə əlaqədar protokol tərtib edilərək ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin X1 sahə polis nəfəri Şahid5 digər Şahid6 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 Mehdun oğlu ifadəsində göstərmişdir ki, Sabirabad rayonu, Azadkənd kəndi, inzibati ərazi dairəsinin icra nümayəndəsi vəzifəsində işləyir, Təqsirləndirilən şəxs ilə heç bir qohumluq və ya düşmənçilik münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu, Azadkənd kənd sakini Şahid1 həmin kənddə yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış istintaq hərəkətində hal şahidi qismində iştirak etmişdir. Baxış zamanı Şahid1 əvvəlcə övladı Təqsirləndirilən şəxs yumruqla vurub sındırdığı yaşadıqları evin qapısını göstərmiş, daha sonra təhqiqatçı X6 Cəfərovadan övladının evdə gizlətdiyini bildirdiyi narkotiki təqdim etməsini qeyd etmişdir. Şahid1 təhqiqatçı ilə razılaşıb evin qonaq otağına keçib həmin otaqda olan qırmızı rəngli oyuncaq ayını göstərib həmin oyuncağın içərisində övladının narkotik gizlətdiyini demişdir. Şahid1, Təqsirləndirilən şəxs, o və digər iştirakçıların yanında oyuncaq ayıya baxış keçirilmiş və oyuncağın arxa tərəfində olan zəncirbənd açıldıqda iki ədəd polietilen kəsiyi bükümdə, bir ədəd isə kağız büküm aşkar edilmişdir. Həmin bükümlər açılaraq içərisində baxıldıqda ağ rəngli kristalvari kütlələr olduğu müəyyən edilmiş, təhqiqatçı Təqsirləndirilən şəxs həmin kütlənin nə olmasını və kimə məxsus olmasını soruşmuş, sonuncu aşkar edilmiş kütlənin psixotrop maddə metamfetamin olduğunu, özünün istifadə etdiyini və aşkar olunduğu yerdə tərəfindən gizlədildiyini bildirmişdir. Daha sonra həmin üç ədəd bükümdə olan kütlə təhqiqatçı tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, sonda isə protokol tərtib edilərək ucadan oxunmuş və həmin protokola imza etmişdirlər. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/353 nömrəli ekspert rəyində qeyd olunur ki: 1. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümündə təmiz çəkisi -0,093 qram, 2 ədəd poletilen bükümündə ayı-ayrılıqda təmiz çəkiləri -0,563 qram və 0,1452 qram, ümumi təmiz çəkisi -1,238 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi - 0,15 qr. (hər ob-0,05 qr.), qalıq - 1,088 qr.
2. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd “1 manat”lıq pul əskinasının üzərində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric- mikroçəki) onun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir.
3. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 3 ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2395 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranmış asılılıq sindroumu (narkomaniya xətəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işi materiallarında olan sənədlərdən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan övladı var. Beləliklə Təqsirləndirilən şəxs xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində daşımaqla, saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayəti səmimi etiraf edərək, əməlindən peşmançılıq hissi keçirməsini və ailəli olaraq himayəsində iki nəfər yetkinlik yaşına çatmayan övladının olmasını ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə müəyyən olunmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmışdır. Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 02 (iki) gün, təyin olunacaq 07 (yeddi) ay azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanmasını, ona narkomaniyadan məcburi müalicə təyin edilməsini, onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilərək onun, məhkəmə iclası zalından dərhal həbsə alınmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49.74 AZN məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsini, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 1,088 qram olan psixotrop maddə metamfetaminin məhv edilməsini və bir ədəd 1 manatlıq pul əskinasının dövlət nəfinə tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 3145 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdən - 01 aprel 2024-cü il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir həbs günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş iki gün təyin olunmuş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, narkotik vasitə, tədqiqatdan sonrakı çəkisi 1,088 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, bir ədəd 1 manatlıq pul əskinası isə dövlət nəfinə tutulsun. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.