Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-149/2023 25.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Ələkbər Əlisahib oğlu Əliyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Sabirabad rayonu Zalqarağac kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qismində” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məzmununda fikrin yalnız qadının və kişinin cinsi-intim zonalarına yönəldilməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması və gücləndirilməsi, insanın və erotikanın humanistliyinin yox edilməsi, ictimai cəhətdən şərtləndirilmiş normaları pozmaqla qarşı tərəfin qıcıqlandırılması, başqalarında ikrah hissi oyadılması və sair kimi pornoqrafik xarakterli əlamətlər yer alan videogörüntüləri və şəkilləri 2023-cü ilin fevral ayının ortalarında Sabirabad rayonu, Zalqarağac kəndində yaşadığı evdə müxtəlif sosial şəbəkələrdən əldə edib özünə məxsus olan “X1 8” markalı mobil telefonun yaddaşında saxlamaqla həmin telefondan istifadə edərək “Telegram” sosial şəbəkəsində “Seksi Faişeler”, “GECE KLUBU”, “TikTok Faişeleri” adlı kanallar yaradaraq qeyd edilən pornoqrafik xarakterli videogörüntüləri və şəkilləri həmin kanallara daxil etməklə pornoqrafik materialları gəlir əldə etmək üçün yayma və reklam məqsədilə qanunsuz hazırlamış, eyni mobil telefondan istifadə etməklə 2023-cü ilin fevral ayının ortalarından aprel ayının ortalarınadək olan müddət ərzində qeyd edilən kanallarda həmin pornoqrafik xarakterli videogörüntü və şəkilləri geniş izləyici kütləsinə nümayiş etdirməklə pornoqrafik materialları yaymış, eləcə də, qanunsuz yaymaqla reklam etmiş, habelə pornoqrafik xarakterli video materiallar və şəkillərlə müxtəlif məbləğlərlə pul müqabilində qanunsuz ticarət edərək bu yolla əldə etdiyi pul vəsaitlərini "xxxx" ASC-də öz adına açılmış 4613-8602-0571-3595 nömrəli bank kartına mədaxil etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, faktiki olaraq Sabirabad şəhərində Zalqarağac kəndində ailəsi ilə birlikdə yaşayır. Onlar ailəlikcə kənd təsərrüfatı ilə məşğul olurlar. 2022-ci ilin noyabr ayından etibarən o, “Telegram” sosial şəbəkəsindən istifadə etmişdir. O, 2023-cü ilin fevral ayının ortalarında kənddə tanışları ilə söhbət edərkən tanışlarının deməsindən ona məlum olmuşdur ki, “teleqramdan” istifadə etməklə pul qazanmaq olur. O da “Telegram”dan pulu necə qazanmağın mümkün olmasını araşdırmışdır. Belə qərara gəlmişdir ki, “Telegram” sosial şəbəkəsində kanal alsın və orada pornoqrafik xarakterli materiallar paylaşsın və həmin səhifələrin reklamlarından qazanc əldə etsin. 2023-cü ilin fevral ayının ortalarında “Teleqram”da tanımadığı bir nəfər şəxsdən pornoqrafik xarakterli videolar paylaşılan səhifə almışdır. Belə ki, həmin səhifəni o, 120 manata almışdır və səhifənin izləyici sayı 17.000 nəfər olmişdur. O, həmin səhifəni alandan sonra adını dəyişib “GECE KLUBU” qoymuş və teleqramda rus kanallarından pornoqrafik videoları əldə edib öz kanalında paylaşmış və bununla da, izləyici sayı 34.000 nəfərə çatmışdır. O, həmin kanalın gizlilik şərtlərini qapalı etmişdir. Belə ki, o, həmin kanalda paylaşdığı pornoqrafik videoları pulsuz paylaşmışdır. Qazancı isə yalnız saytın reklamından olmişdur. O, öz kanalında müxtəlif məzmunlu kanalları reklam edərək pul qazanmışdır. O, həmin kanalın izləyici sayını artırmaq üçün öz kanalında başqa kanalların reklamlarını da etmiş, bu yolla da az miqdarda pul qazanmışdır. Bundan sonra, 2023-cü ilin mart ayının ortalarında yenidən bir kanal almışdır. Həmin kanalın adı “Tik-Tok Faişeleri” olmişdur. Belə ki, o, həmin kanalı almazdan əvvəl orada müxtəlif məzmunlu videolar paylaşılmış və orada 5.000 nəfərə yaxın izləyici olmişdur. O isə həmin kanalda rus saytlarından əldə etdiyi pornoqafik xarakterli videoları paylaşmış və bununla da həmin kanalın izləyici sayını 13.000 nəfərə çatdırmışdır. Daha sonra, 2023-cü ilin aprel ayının əvvəllərində daha bir kanal almış və onun da adı “Seksi Faişeler” olmişdur. Belə ki, həmin kanalda da eyni qaydada xarici kanallardan əldə etdiyi pornoqrafik xarakterli materialları paylaşmışdır. O, “Telegram” sosial şəbəkəsində yaratdığı kanallarda xarici səhifələrdən əldə etdiyi pornoqrafik xarakterli videoları paylaşmaqla reklam etmişdir. O, bu işlərin hamısını “Redmi Note 8” markalı mobil telefonundan icra etmişdir. Pornoqrafik xarakterli materialları yaşadığı Sabirabad rayonu, Zalqarağac kəndində olarkən yaymışdır. O, pornoqrafik xarakterli videoların paylaşılmasının qanunsuz olduğunu və cinayət sayıldığını bilməmişdir. Bilsəydi bu işlə məşğul olmazdı. Törətdiyi əmələ görə peşmandır. “Ceka” adlı istifadəçi adı ona məxsus olmiş və o, səhifələri həmin adla idarə etmişdir. Lakin o, pornoqrafiq videoların dövriyyəsindən pul qazanmamışdır. Sadəcə olaraq müxtəlif məzmunlu videolar paylaşılan kanalları öz kanallarında reklam edərək onlardan pul qazanmışdır. O,həmçinin qeyd etmişdir ki, bütün bu əməliyyatlardan reklam hesabına cəmi təxminən 400 manat həddində gəlir əldə etmiıdir. Onun adında olan 4613-8602- 0571-3595 nömrəli kart eyni zamanda onların ailə kartı olmuşdur. Ailələrinə təsərrüfatdan və başqa mənbələrdən gələn bütün pullar həmin karta köçürülmüşdür. Ona görə də həmin kartda olan pulun məbləği çox olmuşdur. İş materiallarına əlavə edilmiş 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, “Telegram” sosial şəbəkəsində “GECE KLUBU”, “Seksi Faişeler” və “TikTok Faişeleri” adlı kanalda pornoqrafik xarakterli video və fotoşəkillərin yayımının həyata keçirilməsi ilə bağlı daxil olmuş məlumat əsasında həmin kanala baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, adı çəkilən kanallarda pornoqrafik xarakterli görüntülərin yayımı həyata keçirilmiş, həmçinin “reklam üçün bizə müraciət edə bilərsiniz” məzmunlu linkinin olması müəyyən edilmişdir. Həmin linkə daxil olduqda qeyd olunan kanalda reklam yerləşdirilməsi üçün 4613-8602-0571-3595 nömrəli "xxxx" hesabına ödəniş edilməsinin istənildiyi müəyyən olunmuşdur. Telegram sosial şəbəkəsində adları çəkilən kanallarda pornoqrafik xarakterli görüntülərin yayımlanması ilə bağlı baxış keçirilməsi prosesi “OBS Studio” və “NOX” adlı proqram vasitəsilə video lentə alınmış və diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə yoxlanmış 11 aprel 2023-cü il tarixli “könüllü təqdim edilən əşyanı götürmə və əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü razılığı ilə təqdim etdiyi “X1 8” markalı mobil telefon götürülmüşdür. Həmin mobil telefona baxış keçirilən zaman orada “GECE KLUBU”, “Seksi Faişeler” və “TikTok Faişeleri” adlı kanallara qoşulma olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kanalların idarəedicisi olmasını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə yoxlanmış Məhkəmə-sənətşünaslıq ekspertizasının 17 may 2023-cü il tarixli 11/234 nömrəli rəyindən görünür ki, ekspert tədqiqinə təqdim edilmiş 01 ədəd CD diskdə olan “Telegram” sosial şəbəkəsində “GECE KLUBU”, “Seksi Faişeler” və “TikTok Faişeleri” adlı kanallarda paylaşılmış və oradan aşkar olunaraq götürülmüş video və foto materiallar pornoqrafik xarakterlidir. “İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçrilmiş “DVD” disk görüntülərindən müəyyən olur ki, “Telegram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs istifadəsində olan “GECE KLUBU”, “Seksi Faişeler” və “TikTok Faişeleri” adlı kanallarda reklam olunan paylaşımlarda qadınla kişi arasında cinsi aktın çılpaq formada həyata keçirilməsi, qadın və kişi cinsi orqanının (vaginası, penisi, arxası, döşləri) təsvirləri, qız və oğlanın cinsi intim orqanlarının təsvirləri, həmin cinsi orqanlara fokuslanmanı əks etdirən və s. pornoqrafik xarakterli videolar paylaşılmış və reklam olunduğu müəyyən edilmişdir. Həmçinin, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs admini olduğu “GECE KLUBU” adlı pornoqrafik xarakterli videoların reklam edildiyi kanalın 35.205 nəfər, “seksi faişeler” adlı pornoqrafik xarakterli videoların reklam edildiyi kanalın 27.936 nəfər və “TikTok Faişeleri” adlı pornoqrafik xarakterli videoların reklam edildiyi kanalın 12.885 nəfər izləyicisi olmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, adıçəkilən kanallarda paylaşılan hər bir pornoqrafik xarakterli videoların başlığında izləyicilərin diqqətini cəlb edən və cinsi ehtirası sağlam olmayan şəkildə oyadan müxtəlif məzmunda reklam xarakterli elanlar yazılmışdır: məsələn, 20 yaşı var adı Səbinədir, görüntülü super həzz yaşadır, adı Nərmindir görüntülü zəng edir babat kayf yaşadır bu bir başqadır və s. Bundan başqa, “DVD” diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən idarə edilən pornoqrafik xarakterli videoların reklam edildiyi kanallarda həmin məzmunlu videolar insanlanlara müəyyən ödəniş qarşılığında, 10 manata təklif edilmişdir. Həmçinin baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs adları qeyd olunan kanallarda pornoqrafik xarakterli videoların bəzilərini reklam edərək onların əlçatanlığını ödənişli əsaslarla müəyyən etmişdir. Ödəniş etmək üçün də öz istifadəsində olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4613-8602-0571-3595 nömrəli bank kartından istifadə etmişdir. Belə ki, “DVD” baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs admini olduğu “GECE KLUBU”, “Seksi Faişeler” və “TikTok Faişeleri” adlı pornoqrafik xarakterli videoların reklam edildiyi kanalları “Ceka” istifadəçi adlı hesabla idarə etmişdir. Onun “İraqlandiya Admin” istifadəçi adlı şəxslə yazışmalarından görünür ki, həmin şəxs öz səhifəsini reklam etmək üçün Təqsirləndirilən şəxs müraciət etmiş və Təqsirləndirilən şəxs də ondan ilk öncə 140 manat tələb etmiş, sonda qiymətdə 100 manatda razılaşmışdırlar. Daha sonra Təqsirləndirilən şəxs həmin şəxsə öz adına olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4613-8602-0571-3595 nömrəli bank kartın 16 rəqəmli nömrəsini göndərmişdir. “İş materiallarına əlavə edilmiş və məhkəmədə yoxlanmış bank kartının hesabından çıxarışa baxış keçirilməsi” haqqında 02 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin bank kartının hesabından çıxarış Təqsirləndirilən şəxs tərəfindən "xxxx" Bank ASCə müraciət edilməklə əldə edilmiş və 02 avqust 2023-cü il tarixdə elektron qaydada istintaqa təqdim edilmişdir. Bank kartının hesabından çıxarışa baxış zamanı müəyyən edildi ki, sözügedən bank kartının hesabına xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində 17408,32 manat məbləğində mədaxil əməliyyatları olunmuşdur. 2023-cü ilin fevral ayının ortalarından həmin ilin aprel ayının ortalarınadək olan müddət ərzində bank kartına mədaxil edilmiş pul vəsaitlərindən görünür ki, gün ərzində bir neçə dəfə həmin bank kartının hesabına müxtəlif məbləğlərdə pul vəsaitləri köçürülmüş və sonradan nağdlaşdırılmışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad RİHB-nın Çöl Beşdəli İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə pornoqrafik materialları reklam məqsədi ilə qanunsuz hazırlaması, habelə, bu xarakterli materialları təkrarən yayma və reklam etmə cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun ilk dəfə az ağır cinayət törətməsini (CM-nin 59.1.1-ci maddəsi), əməlindən peşimançılıq hissi keçirməsini və şəxsiyyətinin yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini (CM-nin 59.2-ci maddəsi) ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində 2000 (iki min) manat məbləğində cərimə cəzası təyin etməyi məqsədəmüvafiq hesab edir. Həmşinin, məhkəmə Təqsirləndirilən şəxs 2 (iki) il müddətinə sosial şəbəkələrdə kanal açmaq fəaliyyəti ilə məşqul olmaq hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməsini də lazım bilir. Məhkəmə iş üzrə maddi sübut hesab edilmiş 1 ədəd CD diskin iş materiallarında saxlanılmasını, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdiriləmədən saxlanılmasını və 100 (bir yüz) manat ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 2(iki) il müddətinə sosial şəbəkələrdə kanal açmaq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qismində” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının cəmi 100 (bir yüz) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944 SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut hesab edilmiş 01 ədəd CD disk iş materiallarında saxlansın. Hökmdən 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №1(056)-149/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-149/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver