Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-152/2024 23.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Sabirabad rayonu Nəsimi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvələr məhkum olunmayan, işləməyən, Sabirabad rayonu, Nəsimi kəndində qeydiyyatda olmaqla Sabirabad Peşə liseyinin yataqxanasında yaşayan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülən ittihama görə o, 15 iyun 2024-cü il tarixdə, gecə saat 02 radələrində, Sabirabad rayonu, Qalağayın kəndində, tanıdığı Zərərçəkmiş şəxs ilə aralarında 2 ay əvvəl şəxsi münasibətlərin pozulması zəminində yenidən baş vermiş mübahisə zamanı, qəsdən yumruqla sonuncunun üz nahiyyəsinə vuraraq ona, burnun belində və sol gözaltı nahiyyədə hematomalarla nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında iştirak etmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-ci il tarixdə, gecə saat 02 radələrində, su almaq üçün mağazaya getmiş, qayıdanda yolda tanıdığı Namiki görmüşdür. Namiki görən zaman 2 ay əvvəl aralarında baş vermiş münaqişə və Namikin onu ağacla vurması yadına düşmüşdür. Sonra Namikə yaxınlaşmış, söhbət etməyə başlamış, söhbət zamanı Namikdən “sən məni vaxtı ilə nə səbəbə ağacla vurmuşdun” deyə soruşmuş, lakin Namik onun üzünə gülərək ağacla vurmasını əli ilə göstərmişdir. Namikin onun sözünə gülməsi ona pis təsir etmiş, əsəblərini cilovlaya bilməmiş, onunla mübahisə etməyə başlamış, mübahisə zamanı Namikin burun nahiyəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Həmin vaxt dayısı X2 onlara yaxınlaşaraq onları ayırmış və dayısı Sahib onu yaşadığı evə aparmışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, əməlindən peşmançılıq hissi keçirdiyini, iş üzrə zərərçəkmiş şəxsin onunla barışdığını, zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2024 ci il tarixdə, gecə saat 02 radələrində işdən çıxıb evə gedən zaman küçədə tanıdığı Təbriz ona yaxınlaşmış, ondan su istəmiş, o, əlində olan suyu Təbrizə vermişdir. Sonra Təbriz ondan bu vaxtı çöldə nə gəzdiyini soruşmuş, Təbrizə cavab olaraq işdən bu vaxt çıxdığı üçün evə getdiyini demişdir. Təbriz isə 2 ay əvvəl aralarında yaranmış münaqişənin ona xatırlatmış və həmin vaxt onu ağacla vurduğunu demişdir. O, Təbrizə işdən yorğun gəldiyini və evə getmək istədiyini demişdir. Təbriz isə ondan əl çəkməmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı onlar yaxa yaxaya tutmuş, bu zaman Təbriz onun burun nahiyəsinə bir dəfə yumruqla zərbə vurmuş, yaxınlıqda olan Təbrizin dayısı Sahil yaxınlaşıb onları ayırmışdır. Bundan sonra o evlərinə gedib Təbrizin onu yumruqla vurmasını atası Ərzumana danışmış, daha sonra atası DİNin 102 xidmətinə zəng edib şikayət vermiş, özü də sonradan rayon polis şöbəsinə şikayət ərizəsi vermişdir. Təbrizin onunla mübahisə edib yumruqla vurmasına səbəb, təxminən 2 ay əvvəl aralarında baş vermiş münaqişə olmuşdur. Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq onun barəsindəki məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizə təqdim etmişdir. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 338 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına əsasən onun bədəni üzərindəki xəsarətlər - burnun belində, sol gözaltı nahiyyədə hematomalar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddətləri xx.xx.2024-cü tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Qeyd olunmuş xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İş materiallarında olan DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraata materialı üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsüf edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs CM-nın 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmişin ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu - cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. HəminMəcəllənin 40.2 və 40.2.2-ci maddələrinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, onun cinayət məsuliyyətindən azad edilməsi üçün işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda da müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə cinayət təqibinə, yəni barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə razıdır. Beləliklə də məhkəmə - Təqsirləndirilən şəxs CM-nın 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək iş üzrə məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsi barədə özünün və zərərçəkmiş şəxsin ərizə və ifadələrini nəzərə alıb, Cinayət Məcəlləsinin 73.2-ci və Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri, dəymiş zərər və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346, 347, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı maddi tələbi olmadığı üçün və onlar arasında barışıq olduğundan Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham üzrə başlanmış məhkəməyədək sadələşdirilmiş icraata xitam verilsin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, dəymiş zərərin və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-152/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-152/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver