Məhkəmə qərarları › İş №1(056)-152/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-152/2025

22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-152/2025 22.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2004-cü ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd sellofan paketdə olmaqla 405.0 qram çəkidə, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib, əynində olan qara rəngli gödəkçənin iç hissəsində saxlamış, 19 sentyabr 2025-ci il tarixdə əməliyyat axtarış fəaliyyətinin subyektləri - Sabirabad RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid2. Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkilləri, polis kapitanı Məmmədli bənnan Zabil oğlu, polis leytenantı Şahid3 və Sabirabad RPŞ-nin Növbətçi Hissəsinin sürücü polis nəfəri, polis baş serjantı Şahid4 Əlmövsüm oğlu tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Sabirabad şəhəri, Şərifzadə küçəsində piyada hərəkət edən zaman saxlanılmış, saat 21:44-dən 21:56-dək fasiləsiz videoçəkilişdən istifadə etməklə üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin iç hissəsindən bir ədəd sellofan paketdə təmiz çəkisi 405.0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, təxminən 2 ildir ki. narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılmadan təxminən 10 gün əvvəl, yəni 2025-ci ilin sentyabr ayının əvvəllərində Kür çayının kənarına getmiş, orada piyada hərəkət edən zaman yerdən bir ədəd sellofan torba tapmış, həmin torbanı açıb içərisinə baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüşdür. Həmin narkotiki istifadə etmək üçün yaxınlıqdakı kolluq sahədə gizlətmiş. xx.xx.2025-ci il tarixdə, saat təxminən 21 radələrində yenidən Kür çayının kənarına gedib orada gizlətdiyi bir ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı götürüb əynində olan qara rəngli gödəkçənin iç tərəfinə qoymuş, bu vaxt məqsədi həmin narkotiki yaşadığı evə gətirib saxlamaqla aradabir istifadə etmək olmuşdur. Saat 22 radələrində yaşadığı Sabirabad şəhəri, Şərifzadə küçəsində piyada hərəkət edərkən bir neçə nələr mülki geyimli, sonradan polis əməkdaşları olduqlarını bildiyi şəxslər onu saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub olmamasını soruşmuşlar. O. üzərində narkolik vasitə olduğunu bildirib əynində olan gödəkçənin iç hissəsindən bir ədəd sellofan torbada olan kütləni çıxarıb təqdim etmiş, həmin torba polis əməkdaşları tərəfindən açılaraq içərisinə baxış keçirildikdən sonra isə qablaşdırılmaqla üzəri möhürlənmiş və götürülmüşdür. Daha sonra polis əməkdaşları onun üzərini yoxlamış, bu vaxt üzərindən üç ədəd on manatlıq və dörd ədəd beş manatlıq olmaqla, ümumilikdə 50 manat məbləğində pul. bir ədəd “Honor” markalı mobil telefon və bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Üzərindən aşkar edilmiş əlli manat məbləğindəki pulu ona geri qaytarılsa da, mobil telefonlar polis əməkdaşları tərəfindən götürülmüş və o, üzərindən aşkar edilərək götürülmüş kütlə ilə birlikdə polis şöbəsinə aparılmışdır. Sabirabad RPŞ-də müstəntiq tərəfindən üzərindən aşkar edilmiş əşyalara yenidən baxış keçirilmiş, baxış zamanı içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan torba açılmış və yenidən qablaşdırılaraq götürülmüşdür. Daha sonra baxışın aparılması yekunlaşdırılmış. bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar isə həmin protokola imza etmişlər. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. 19 sentyabr 2025-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Daha sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibinin RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, NMQ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və RPŞ-nin Növbətçi Hissəsinin sürücü polis nəfəri, polis baş serjantı Şahid4 Əlmövsüm oğlu olmaları müyyən edilmişdir. Onlar xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan Sabirabad şəhəri, Şərifzadə küçəsinə getmiş, saat 22 radələrində həmin küçədə xidmət aparan zaman yolda piyada hərəkət edən Təqsirləndirilən şəxs görmüş və dərhal sonuncuya yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Əməliyyat-axtasrış tədbiri zamanı Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə keçirilmiş baxış zamanı sonuncudan üzərində hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya və predmet olub-olmamasını soruşmuş. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirib əynində olan qara rəngli gödəkçənin iç hissəsindən bir ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torba açılaraq içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər küllə olması müəyyən edilmiş, daha sonra həmin sellofan torba qablaşdırılmaq gülürülmüş və üzəri DİN-in 139 nömrəli möhürü ilə möhürləndikdən soııra iştirakçılar tərəfindən imzalanmışdır. Oli Səmədzadənin üzəri yoxlanıldıqda üzərindən bir ədəd “Honor” bir ədəd isə “Samsung” markalı mobil telefonlar aşkar edilmiş və həmin mobil telefonlar da tərəfindən götürülmüşdür. Verdiklər suallara cavab olaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təxminən 10 gün əvvəl Kür çayının kənarından tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmiş, daha sonra onlar baxışın aparılmasını yekunlaşdırmış və Təqsirləndirilən şəxs aşkar edərək götürdükləri kütlə ilə birlikdə Sabirabad RPŞ-gətirib raportla şöbə rəhbərliyinə məruzə etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs aşkar olunmuş predmetlərə yenidən müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış predmet yenidən açılmış, sonuncu müstəntiqin verdiyi suallara cavab olaraq daha əvvəl videoçəkiliş zamanı bildirdiyi fikirləri yenidən təkrarlamış və aşkar edilmiş kütlələr yenidən qablaşdırılaraq müstəntiq tərəfindən götürülmüşdür. Sonda keçirilmiş baxışla əlaqədar protokol tərtib edilərək ucadan oxunmuş və protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında iştirak edən Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Şahidlər Şahid2 və Şahid4 Əlmövsüm oğlu məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələri elan edildi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” 19 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 21:44dən 21:56-dək olan müddət ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səmədzadə X3 şəhəri, Şərifzadə küçəsində piyada hərəkət edən zamanı saxlanılmış, onun əynində olan qara rəngli gödəkçənin iç hissəsindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd sellofan torba aşkar edilərək götürülmüşdür ( i.v.9-10). “Əşyaya baxış keçirilməsi və götürmə barədə” 19 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə onun üzərindən aşkar olunaraq götürülmüş, bir ədəd sellofan torbada qablaşdırılmış predmetə yenidon baxış keçirilərkən, həmin torbanın içərisində bir ədəd narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Baxış zamanı tərəfindən qeyd olunan predmet yenidən qablaşdırılaraq götürülmüşdür ( i.v.12-14). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 20 sentyabr 2025-ci il tarixli, 18/689 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən ...” sözləri və imzalar yazılmış polietilen torbada təmiz çəkisi 405.0 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (i.v.38-40). “Maddi sübut kimi tanıma haqqında” 23 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş bir ədəd sellofan torbada olan 405.0 qram narkotik vasitə qurudulmuş marixuananın 0.10 qramının tədqiqata sərf olunması nəzərə alınmaqla qalıq qalmış 404.90 qramının 23 sentyabr 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Sabirabad RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi iş üzrə nəzərə alınmışdır (i.v.69-70). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 6532 nömrəli rəyindən görünür ki. Təqsirləndirilən şəxs kannobioidlərin və psixostimulyarın qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mülaicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür ( i.v.93-94). “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” 19 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2025-ci il tarixdən tutulmuş hesab edilmişdir (i.v. 16). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v.46-47). “Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 21 sentyabr 2025-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.59-60). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 01 oktyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.74). Məhkəmə istintaqı zamanı cinayət işinin materiallarına əlavə edilmiş və tədqiq edilmiş N nömrəli Hərbi Hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 5-ci divizionun 15-ci batareyasının 2-ci taqım 4-cü maşın komandiri vəzifəsində xidmət etdiyi ilk gündən özünü nizam-intizamlı bir əsgər kimi göstərməyə çalışmışdır. Manqa komandiri kimi silahların, döyüş texnikasının və digər texnikalarının, əşya-əmlakının qorunub saxlanmasına, vəziyyətinə, varlığına düzgün şəkildə riayət olunması üçün çalışır. Anti-terror əməliyyatında iştirak etmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 25 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə elan edilmiş ittiham qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, X2 1 ədəd sintetik kisədə müxtəlif qablaşdırmalarda olan 13900.0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı. 765.0 qram çəkidə narkotik vasitə heroin və 815.0 qram çəkidə narkotik vasitə həşişi könüllü surətdə polisə təqdim etdiyi üçün Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeyd hissəsinin 1 -ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş bir ədəd sellofan torbada olan 405.0 qram narkotik vasitə qurudulmuş marixuananın 0.10 qramının tədqiqata sərf olunması nəzərə alınmaqla qalıq qalmış 404,90 qramının 23 sentyabr 2025ci il tarixli qərarla maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Sabirabad RPŞnin maddi sübutların saxlanılması otağına təhvil verilməsi iş üzrə nəzərə alınması, təqsirləndirilən şəxs Səmədzadə Ol i Valeh oğluna məxsus olan “İlonor" və “Samsung” markalı mobil telefonların iş üçün əhəmiyyət kəsb etmədiyindən 1 1 oktyabr 2025-ci il tarixli qəbzlə onun özünə geri qaytarılması iş iizrə nəzərə alınması, qərarın təsviri hissəsində göstərilən və ittihamı təsdiq edən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, şəxsin üzərinin yoxlanılması və əşyaya baxış keçirilməsi və götürmə aparılması, bu barədə videoçoki 1 işlər, digər istintaq hərəkəti protokolları, məlıkəməbioloji. məhkəmə-narkoloji ekspertizalarının rəyləri və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilməsi, təqsirləndirilən şəxs Səməd/adə Əli Valeh oğlunun A/ərbaycan Respublikası CM- in 234.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar istintaqla müəyyən edilməli hallar üzrə toplanmış mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən həmin sübutlar kifayət etmiş hesab edilməsi qərara alınmışdır (i.v.96-102). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi xeyli miqdar, 500 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 1ci hissəsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları amnistiya tətbiq edilən şəxslərin dairəsinə aiddirlər. Həmin Amnistiya aktının 5 və 5.1-ci bəndlərinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Amnistiya aktının 19 və 19.5-ci bəndlərinə əsasən amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. Həmin Amnistiya aktının 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilir ki, cinayət məsuliyyətindən azad etmə halları Cinayət Məcəlləsinin 72-75-ci maddələri ilə yanaşı, həmin Məcəllənin 20-ci (cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamaqla əlaqədar cinayət məsuliyyətindən azad etmə); 21-ci (ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməklə bağlı cinayət məsuliyyətindən azad etmə); 30.2-ci (cinayət törətməkdən könüllü imtina etməklə əlaqədar cinayət məsuliyyətindən azad etmə) və 81.2-ci (amnistiya aktı ilə cinayət məsuliyyətindən azad etmə) maddələrində də nəzərdə tutulmuşdur. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, bu maddələrdə sadalanan halların mövcudluğu cinayət təqibinin həyata keçirilməməsi üçün əsas ola bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etdiyindən onun Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 1ci hissəsinin 1.1-ci bəndinə əsasən amnistiya tətbiq edilən şəxslərin dairəsinə aid olmasını, həmin Amnistiya aktınının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin Təqsirləndirilən şəxs tətbiq edilməməsini nəzərə alıb belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qərar qanuni qüvvəyə mindikdən sonra ləğv edilməli (CPM 156.4), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut – Sabirabad RPŞ-nin saxlancına verilmiş ekspertiza tədqiqatından sonra qalan 404,90 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 67,30 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 197-198, 344-347, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 1.1 və 5.1-ci bəndləri tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qərar qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Sabirabad RPŞ-nin saxlancına verilmiş ekspertiza tədqiqatından sonra qalan 404,90 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 67,30 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla sərf edilmiş 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Vəkillər Kollegiyasına ayrılan vəsaitdən Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Qərardan elan edildiyi andan 20 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar