Məhkəmə qərarları › İş №1(056)-154/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-154/2023

06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-154/2023 06.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1964-cü ildə Sabirabad rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, hazırda işsiz olan, Sabirabad rayonu Yenikənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə xx.xx.2023-cü il tarixdə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvəllərində Sabirabad rayonu Yenikənd kəndində yaşadığı evin həyətyanı sahəsində torpağı şumlayıb, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə (kannabis) toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 07 ədədini yetişdirərək kultivasiya etmiş, bundan başqa istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 16,70 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində qanunsuz daşıyaraq yaşadığı evin həyətyanı sahəsindəki yarım tikilidə bir ədəd plastik qabın içərisində qanunsuz saxlamış, 21 iyun 2023-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə, həyətyanı sahəsinə və həyətindəki tikililərə baxış keçirilən zaman, həyətyanı sahəsindəki bağçada xeyli miqdarda- 07 ədəd yaş vəziyyətdə ümumi çəkisi-15000,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və yaşadığı evin həyətyanı sahəsindəki yarım tikilinin içərisində 1 ədəd plastik qabda ümumi təmiz çəkisi 16,70 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununlada o, Azərbaycan Respublikası CM-nin 237.1 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlinin törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 21 iyun 2023-cü il tarixdə, saat 14:40 radələrində yaşadığı evdə olan zaman həyətinin giriş qapısı döyülmüş və o, qapını açan zaman qapıda polis formasında dayanmış şəxslər özlərini təqdim edib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, onun barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmiş, həyətyanı sahəsinə və evinə baxış keçirəcəklərini bildirmişlər. O, polis əməkdaşlarına etiraz etməmişdir. Videoşəkliş vasitəsi ilə onun həyətinə baxış keçrilmişdir. Ona polis əməkdaşları tərəfindən həyətində hansısa narkotik tərkibli bitki olması sual olunan zaman o, 2023-cü ilin aprel ayının sonlarında əkdiyi 7 ədəd çətənə bitkisini göstərmişdir. Polis əməkdaşları ilə bir yerdə həyətə gələn aqronom bitkilərə baxaraq onlara qulluq edilməsini bildirmişdir. Həqiqətən də, qeyd edilən bitkiləri o özü əkmiş və qulluq etmişdir. Qeyd edilən 7 ədəd çətənə kolları çıxarılaraq qablaşdırıldıqdan sonra polis əməkdaşları onun evində və ya üzərində hansısa narkotik vasitə olmasını sorğu edən zaman o, yaşadığı həyətin giriş qapısının sol tərəfində olan yarımtikilinin tavanında saxladığı plastik qabda olan marixuananı təqdim etmişdir. Polis əməkdaşları tərəfindən zəruri sənədləşmə işləri aparılmış və baxış iştirakçıları ilə protokollara imza edilmişdir. Əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Eyni zamanda qeyd etmişdir ki, 2023-cü ilin yanvar ayının əvvələrində Kür çayının sahilində gəzən zaman qara rəngli sellofan torbada marixuana tapmış və ondan bir qədər istifadə etdikdən sonra toxumlarını saxlamışdır. Aprel ayının əvvələrində qeyd ediən marixuananın toxumlarından 7 ədədini əkmiş və qalanını həyətin girişindən sol tərəfdə olan yarımtikilinin tavanında gizlətmişdir. Məqsədi isə gələcəkdə həmin narkotikdən çəkmək olmuşdur. Həyətində narkotik vasitə olmasından ailə üzvlərindən heç kim bilməmiş və məlumatı olmamışdır. Çətənə bitkilərini gələcəkdə özü istifadə etmək məqsədilə əkdiyini, narkotik vasitə olan el arasında “nəşə” deyilən marixuanadan istifadə etdiyini, başqa heç bir narkotik vasitə qəbul etmədiyini, heç vaxt narkotik vasitə satmadığını, polis əməkdaşları tərəfindən heç bir təsir və təziq göstərilmədiyini qeyd etmişdir. Hazırda əməlindən səmimi peşiman olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, böyük ailə başçısı olmasını və yaşadığı ərazi üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin Post Patrul Xidməti Bölməsinin komandiri Şahid3 ifadəsində göstərdi ki, 21 yun 2023-cü il tarixdə ona Sabirabad rayonu Yenikənd kənd sakini Təqsirləndirilən şəxs həyətində və həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkiləri əkməsində şübhəli olması barədə əməliyyat məlumatına əsasən Sabirabad RPŞ-nin NMQnin baş əməliyyat müvəkkili Şahid1, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2, baxış keçirilməsində hal şahidi kimi iştirak etmək üçün cəlb edilmiş Şahid5 və X2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Yenikənd kəndində yerləşən evinə getmişlər. Bundan əlavə, baxış keçirilməsində iştirak etmək üçün Sabirabad RM-nin toxum analizləri şöbəsinin müdiri X3 mütəxəssis kimi dəvət olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs özü həyətdə olmuşdur. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə əkməkdə şübhəli olması barədə məlumat aldıqlarını bildirmiş və həyətinə və yaşadığı evə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs həyətinə və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Hal şahidlərinin, aqronom mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman evin həyətindən 7 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Onlarla birlikdə gələn aqronom da çətənə bitkilərinə baxmış, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. Aşkar edilmiş 07 ədəd çətənə bitkiləri 3 ədəd sintetik kisələrə yığılaraq qablaşdırılıb Bundan əlavə, onlar Təqsirləndirilən şəxs üzərində, evində və hər hansı bir yerdə narkotik vasitə saxlaması barədə soruşduqda Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısından sol tərəfdə olan yarımtikilinin tavanından 1 ədəd plastik su qabında olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni polis əməkdaşlarına təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə də kağız paketə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirildikdən sonra həyətdəki evə də baxış keçirilmişdir. Lakin başqa heç nə aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı polis əməkdaşlarına çətənə bitkilərini özü istifadəsi üçün əkdiyini bildirmişdir. Bundan sonra, aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Əməliyyat – axtarışın bütün ardıcıllığı audio- video çəklişilə qeyə alınmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 21 iyun 2023-cü il tarixdə polis əməkdaşları Sabirabad rayonu Yenikənd kənd sakini Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkməsi barədə məlumat aldıqlarını və həmin şəxsin həyətinə, həyətyanı sahəsindəki tikililərə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Polis işçiləri baxış keçirilən zaman onunda hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O da baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiyini və baxış keçirilən zaman hal şahidi qismində iştirak etmək istədiyini bildirmişdir. Ondan başqa Sabirabad RİHB-nın Quruzma kənd icra nümayəndəsi Şahid5 da hal şahidi qismində iştirak etmişdir. Bundan sonra, onlar polislərlə birlikdə Sabirabad rayon Yenikənd kəndinə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Ev sahibi olan Təqsirləndirilən şəxs həyətdə olmuşdur. Polislər Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik tərkibli bitki əkməsi barədə məlumat aldıqlarını, həyətinə, həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər və onların da hal şahidi qismində iştirak edəcəklərini Təqsirləndirilən şəxs izah etmişlər. Təqsirləndirilən şəxs həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Onların və polis əməkdaşlarının iştirakı ilə evə baxış keçirilən zaman evin həyətindən 7 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Onlarla birlikdə gələn aqronom da çətənə bitkilərinə baxmış, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. Aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri torpaqdan çıxarılıb 3 ədəd sintetik torbada qablaşdırılaraq götürülmüş və kisələrin ağzı bağlanılaraq möhürlənmişdir. Bundan əlavə, polis əməkdaşları Təqsirləndirilən şəxs başqa yerdə narkotik vasitə saxlaması barədə soruşduqda Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısından sol tərəfdə olan yarımtikilinin tavanından 1 ədəd plastik su qabında olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı polis əməkdaşlarına narkotik tərkibli çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini bildirmişdir. Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirildikdən sonra evə də baxış keçirilmişdir. Lakin başqa heç nə aşkar edilməmişdir. Aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və bütün tədbirlərin aparılması videoçəkilişlə qeydə alınmışdır. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 21 yun 2023-cü il tarixdə ona Sabirabad rayonu Yenikənd kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkiləri əkməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Əməliyyat - axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin təhqiqat bölməsinin təhqiqatçısı Malik Nuriyev, Sabirabad RPŞnin PPXB-nin komandiri Şahid3, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Baxış keçirilməsində hal şahidi kimi iştirak etmək üçün Sabirabad rayonu Quruzma kənd İƏD-nin nümayəndəsinin müavini vəzifəsində işləyən Şahid5 və Sabirabad rayonu Quruzma kənd İƏD-nin nümayəndəsinin baş mühasibi X2 dəvət olunmuşlar. Həmin şəxslər baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiklərini və baxış keçirilməsi prosesində hal şahidi kimi iştirak edəcəklərini bildirmişlər. Bundan əlavə, baxış keçirilməsində iştirak etmək üçün Sabirabad RM-nin toxum analizləri şöbəsinin müdiri X3 mütəxəssis kimi dəvət olunmuşdur. Onlar Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs özü həyətdə olmuşdur. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə əkməkdə şübhəli olması barədə məlumat aldıqlarını bildirmiş və həyətinə və yaşadığı evə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs həyətinə və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Hal şahidlərinin, aqronom mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman evin həyətindən 7 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Onlarla birlikdə gələn aqronom da çətənə bitkilərinə baxmış, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. Aşkar edilmiş 07 ədəd çətənə bitkiləri 3 ədəd sintetik kisələrə yığılaraq qablaşdırılıb DİN-nin 139 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Bundan əlavə, onlar Təqsirləndirilən şəxs üzərində, evində və hər hansı bir yerdə narkotik vasitə saxlaması barədə soruşduqda Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısından sol tərəfdə olan yarımtikilinin tavanından 1 ədəd plastik su qabında olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni polis əməkdaşlarına təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə kağız paketə qoyularaq qablaşdırılmış, DİN-nin139 saylı möhürü ilə möhürlənmiş vəgötürülmüşdür. Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirildikdən sonra həyətdəki evə də baxış keçirilmişdir. Lakin başqa heç nə aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı çətənə bitkilərini özü istifadəsi üçün əkdiyini bildirmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir və əməliyyat – axtarış tədbirlərinin bütün ardıcıllığı audio- video şəklişlə qeydə alınmışdır. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Baxış və götrmə zamanı aparılmış bütün tədbirlər video-çəklişlə qeydə alınmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə yoxlanmış Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/660 №-li rəyində göstərilmişdir ki: 1.Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “... Təqsirləndirilən şəxs həyətyanı sahəsindən ...” sözləri yazılmış və imzalar olan 03 ədəd sintetik torbalarda cəmi 07 ədəd yaş vəziyətdə ümumi çəkis i-15000,0 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Çətənə bitkilərinin tədqiqatdan sonrakı qalıq çəkisi- 14999,3 qram təşkil edir.

2. Tədqiqata təqdim olunmuş üzərində:“...Təqsirləndirilən şəxs...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd plastik butulkada təmiz çəkisi -16,70 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır. Tədqiqatdan sonrakı qalıq çəkisi- 16,65 qram təşkil edir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə yoxlanmış məhkəmə-narkoloji ekspertizasının 04 avqust 2023-cü il tarixli 4965 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamamsını nəzərə alaraq, həmçinin, öz vəziyyətnə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məskəhət görülür. İş materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi) həmçinin, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-nin 234.1 maddəsi) cinayətlərini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, baxış keçirilməsi protokolu, məhkəmədə baxış keçrilmiş audio- video materialı və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci və 234.1 maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respbulikası CM-nin 58.3cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21–23 iyun 2023-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 (iki) gün həbsdə saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəzanın təyin olunmasını müzakirə edərək ona təqsirli bilindiryi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini əsaslı və onun islah olunması üçün yetərli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini əsaslı hesab edir və onun şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunan cəzadan çıxılmaqla üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbirilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalıdır. Təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdir. İş üzrə ekspertiza xərcini təşkil edən 49,74 manat təqsirləndirilən şəxsdən alınıb Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli; o, ərazi narkoloji dispanserində qeydiyyata alınmal; iş üzrə maddi sübut olan və Sabirabad rayon Polis şöbəsində saxlanılan tədqiqatdan sonrakı qalıq çəkisi- 14999,3 qram təşkil edən 07 ədəd çətənə (kannabis) bitkiləri və tədqiqatdan sonrakı çəkisi 16,65 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 354-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21-23 iyun 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 (iki) gün həbsdə saxlanılmasının bir həbs günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından iki gün çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan, Sabirabad rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi - 14999,3 qram təşkil edən 07 ədəd çətənə (kannabis) bitkiləri və ekspertiza tədqiqatdan sonrakı qalıq çəkisi - 16,65 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Sədrlik edən:Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar