Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-154/2024 08.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-cı il tarixdə Salyan rayonu Nəvahi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Pirsaat qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihama görə o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək, zərərçəkmiş şəxslərə ümumilikdə 4000 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, onun bu niyyətindən xəbəri olmayan tanışı Şahid1 vasitəsilə sonuncunun qonşusu Zərərçəkmiş şəxs1 Şirvan şəhərində fəaliyyət göstərən "xxxx" MMC-də işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq Şahid1 Zərərçəkmiş şəxs1 götürərək xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Sabirabad rayonu Qaragüney kəndi ərazisində yerləşən “Elşən-Gülşən” marketində quraşdırılmış “Milli Ön” ödəmə terminalı vasitəsilə onun "xxxx" ASC-yə məxsus kart hesabına göndərdiyi 2000 manat məbləğində pulu ələ keçirməklə, Zərərçəkmiş şəxs1 2000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, onun bu niyyətindən xəbəri olmayan tanışı Şahid1 vasitəsilə sonuncunun qonşusu Zərərçəkmiş şəxs2 Şirvan şəhərində fəaliyyət göstərən "xxxx" MMC-də işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq Şahid1 Zərərçəkmiş şəxs2 götürdüyü xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Sabirabad rayonu Qaragüney kəndi ərazisində yerləşən “Elşən-Gülşən” marketində quraşdırılmış “Milli Ön” ödəmə terminalı vasitəsilə onun "xxxx" ASC-yə məxsus kart hesabına göndərdiyi 2000 manat məbləğində pulu ələ keçirməklə, Zərərçəkmiş şəxs2 2000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid1 tanıyır. Onlar əvvəllər Şirvan şəhərində “SOCAR” şirkətində mühafizəçi işləmişlər və aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. O, 2022-ci ildə “Topaz” və “Casino” oyunlarında qumar oynamış və yüz min manatdan çox borcu yaranmışdır. Bu vəziyyətdən çıxış yolu tapmaq üçün 2022-ci ilin iyul ayında o, istifadəsində olan ***-***- **-** mobil nömrəsi ilə Şahid1 zəng edərək ona tanışları varsa, işlədiyi yerdə, yəni, Hacıqabul rayonu Atbulaq kəndi ərazasində yerləşən “SOCAR”ın qaz kompressor stansiyasında mühafizəçi işinə düzəldə biləcəyini demişdir. Şahid1 ona fikirləşib cavab verəcəyini demiş, növbəti gün Elnur ona zəng eləyib iki nəfər həmkəndlilərinin təklif etdiyi yerə işə düzəldilməsini istəmişdir. Onun niyyəti isə onları işə düzəltmək deyil, Elnuru aldadaraq pul ələ keçirmək olmuşdur. O, Elnura onların hər birinə görə 2000 manat alacağını və iki ay sonra, yəni, 2022-ci ilin sentyabr ayında onların işə çıxacaqlarını demişdir. Elnur da onunla razılaşmış və bundan sonra o, Elnura “Vatsap” ani mesajlaşma tətbiqi vasitəsilə "xxxx"ya aid A03456 nömrəli hesab kartını göndərmişdir. xx.xx.2022-ci il tarixdə Şahid1 həmin kart hesabına 4000 manat göndərmişdir. Bundan sonra o, Elnurun göndərdiyi 4000 manat pulu da telefona yüklədiyi “Casino” qumar oyununda uduzmuşdur. Həmin gündən sonrakı müddətlərdə Elnur ona dəfələrlə zəng etmişdir və o, hər dəfə Elnuru müxtəlif bəhanələr və yalanlarla aldadırmış ki, guya işi danışıb və həmin iki nəfər işə çıxacaqlar. Lakin o, heç kimlə heç nə danışmamışdır. Onun qardaşı Nail daha sonra Elnurla əlaqə saxlayaraq pulundan hissə-hissə qaytarmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə onun qardaşı Nail vasitəsi ilə Elnurla əlaqə saxlayaraq ona 200 manat, sonra 400 manat, daha sonrakı müddətlərdə isə 900 və 200 manat ödəməklə, beləliklə də, aldığı 4000 manat puldan 1700 manat hissəsini qardaşı Nailin vasitəsilə qaytarmış, hazırda vurduğu zərərin ödənilməmiş 2300 manat hissəsi qalmışdır. Vurduğu zərərin həmin ödənilməmiş 2300 manat həcmini hissəhissə qısa müddət ərzində ödəmək niyyətindədir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, əməlindən peşmançılıq hissi keçirməsini, vurduğu zərərin 1700 manat hissəsinin zərərçəkmiş şəxslərə ödədiyini və zərərin digər hissələrinin də qısa müddət ərzində zərərçəkmiş şəxslərə ödəyəcəyi barədə onlarla razılığa gəldiyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımayır, lakin həmkəndlisi Şahid1 tanışı olması barədə məlumatlıdır. 2022-ci ilin iyul ayında Şahid1 ona və həmkəndlisi Zərərçəkmiş şəxs2 Şirvan şəhərindəki "xxxx" MMC-də mühafizəçi işi olduğunu, hərəyə 2000 manat versələr, onları Elnurun tanışı Azərin işə düzəldə biləcəyini bildirmişdir. O da, Zərərçəkmiş şəxs2 da bununla razılaşmışlar və xx.xx.2022-ci il tarixdə hər biri 2000 manat olmaqla, ümumilikdə 4000 manat pulu Elnura vermişlər. Elnur da həmin pulu Sabirabad rayonu Qaragüney kəndi ərazisindəki “Elşən-Gülşən” marketində olan ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxs, Elnura söz vermişdir ki, o və Zərərçəkmiş şəxs2 guya 2022-ci ilin sentyabr ayından işə çıxacaqlar, lakin sentyabr ayında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Elnuru, dolayısı ilə onu və Zərərçəkmiş şəxs2 aldadıb pullarını ələ keçirmişdir. O və Müşviq daha sonra pullarını Elnurdan istəmişlər. Elnur da o və Xəyalın pulunu öz vəsaiti hesabına onlara geri vermişdir. Təqsirləndirilən şəxs onları aldadaraq o və Xəyala ayrı-ayrılıqda 2000 manat olmaqla, ümumilikdə 4000 manat maddi ziyan vurmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinin sonunda, ümumilikdə vurulmuş 4000 manat zərərin 1700 manat hissəsinin onlara qaytarıldığını və zərərin digər hissələrinin də qısa müddət ərzində onlara ödəyəcəyi barədə təqsirləndirilən şəxslə razılığa gəldiyini nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımayır, lakin Təqsirləndirilən şəxs onun həmkəndlisi Şahid1 tanışı olması barədə məlumatlıdır. 2022-ci ilin iyul ayında Şahid1 ona və həmkəndlisi Zərərçəkmiş şəxs1 Şirvan şəhərindəki "xxxx" MMC-də mühafizəçi işi olduğunu, hər biri 2000 manat versələr, onları tanışı Azərin işə düzəldə biləcəyini bildirmişdir. O da, Müşviq də bununla razılaşmışlar və xx.xx.2022-ci il tarixdə hər biri 2000 manat olmaqla, ümumilikdə 4000 manat pulu Elnura vermişlər. Elnur da həmin pulu Sabirabad rayonu Qaragüney kəndi ərazisindəki “Elşən-Gülşən” marketində olan ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxs Elnura söz vermişdir ki, o və Müşviq guya 2022-ci ilin sentyabr ayından işə çıxacaqlar, lakin sentyabr ayında Təqsirləndirilən şəxs Elnuru, dolayısı ilə onları aldadıb pullarını ələ keçirməsi onlara məlum olmuşdur. O və Müşviq daha sonra pullarını Elnurdan istəmişlər. Elnur da onların pulunu öz vəsaiti hesabına onlara geri vermişdir. Təqsirləndirilən şəxs onları aldadaraq o və Zərərçəkmiş şəxs1 ayrı-ayrılıqda 2000 manat olmaqla, ümumilikdə 4000 manat maddi ziyan vurmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinin sonunda, ümumilikdə vurulmuş 4000 manat zərərin 1700 manat hissəsinin onlara qaytarıldığını və zərərin digər hissələrinin də qısa müddət ərzində onlara ödəyəcəyi barədə təqsirləndirilən şəxslə razılığa gəldiyini nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs Hacıqabul rayonu Pirsaat qəsəbəsi sakinidir və o, Təqsirləndirilən şəxsla uzun müddət eyni yerdə işləmişdir və münasibətləri yaxşı olmuşdur. 2022-ci ilin iyul ayında Azər ***-***-**-** mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək, tanışları varsa, həmin tanışlarının hər birini 2000 manat qarşılığında mühafizəçi kimi işə düzəldə biləcəyini demişdir. O, həmin günlər ərzində çox tərəddüd etmişdir ki, kiməsə kömək edər, pul batar, özü pis vəziyyətə düşər, lakin sonda o, Təqsirləndirilən şəxs bu sözlərinə inanmışdır. Həmkəndliləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə əlaqə saxlayaraq görüşmüşlər. Onları işə düzəldə biləcək tanışı olduğunu, hərəyə 2000 manat versələr, "xxxx" MMC-yə mühafizəçi işinə düzələ biləcəklərini demişdir. Onlar da onun sözü ilə razılaşmışlar. xx.xx.2022-ci il tarixdə o, “Vatsap” ani mesajlaşma tətbiqi vasitəsilə Təqsirləndirilən şəxsla danışmışdır. Azər “Vatsap”la ona “A03456” kodlu "xxxx" hesab nömrəsini göndərmiş və elə həmin gün o, Müşviqlə Xəyaldan hər birindən 2000 manat olmaqla, ümumilikdə 4000 manat pulu alıb Sabirabad rayonu Qaragüney kəndi ərazisində yerləşən “Elşən-Gülşən” marketinə gedərək oradakı “Milliön” ödəmə terminalı vasitəsilə pulu göndərmişdir. Pulu göndərərkən onun yanında başqa kimsə olmamışdır. O, xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində 4000 manat pulu Təqsirləndirilən şəxs göndərmişdir. Azər ona Müşviqlə Xəyalın 2022-ci ilin sentyabr ayının əvvəlindən işə çıxacaqlarını demişdir. 2022-ci ilin sentyabr ayında o, Azərlə telefon vasitəsilə danışmış və Təqsirləndirilən şəxs ona pulları onlayn yolla oynanan qumarda uduzduğunu, halhazırda pulunun olmadığını, evini satışa qoyduğunu, ev satıldıqdan sonra pulu geri qaytaracağını bildirmişdir. O, elə o vaxtdan pulunun geri qayıtmayacağını anlamışdır. Daha sonra isə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ondan verdikləri pulun aqibətinin nə olduğunu soruşmuşlar. O da vəziyyəti onlara izah etmişdir. Bundan sonra o, kənddə biabır olacağını, Müşviqlə Xəyalın pullarının batmağına səbəb olduğunu düşünərək heyvanlarını, həyətindəki ot tayalarını satıb Müşviqlə Xəyalın pullarını özlərinə öz vəsaiti hesabına geri qaytarmışdır. Bundan sonrakı müddətdə o, Təqsirləndirilən şəxsla dəfələrlə ona məxsus olan ***-***-**-**, sonrakı müddətlərdə isə onun ***-***-**-** mobil nömrələri ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs hər dəfəsində ona pulunu geri qaytaracağını demiş, vəd etdiyi vaxtda pulu geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, qardaşı Təqsirləndirilən şəxs törətdiyi dələduzluq əməlindən məlumatlıdır. 2022-ci ilin yay aylarında qardaşı Təqsirləndirilən şəxs qumar oynayaraq külli miqdarda borca düşməsini xəbər tutmuşdur. Bundan sonra isə o, Azərin Sabirabad rayonundan olan tanışı Şahid1 aldadaraq pulunu ələ keçirdiyini eşitmişdir. O, qardaşının borclarını qaytarması üçün kredit götürmüşdür ki, həmin kredit onun borclarının qarşısında az məbləğ olmuşdur. Şahid1 Azərdən şikayət etdikdən sonra Azər ona az-az, 100 manat, 200 manat, 400 manat vəsaitlərini hesab kartına göndərmiş, o da həmin pulları Elnurun hesab kartına göndərmişdir. Beləliklə, o, hissə-hissə olmaqla, ümumilikdə 1700 manat geri qaytarmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, təqsirləndirilən Təqsirləndirilən şəxs etirafediçi ifadəsi, zərərçəkmiş və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşmançılıq hissi keçirməsini, məhkumluğunun olmamasını, cinayət nəticəsində dəymiş zərərin əvəzinin müəyyən hissəsinin zərərçəkmiş şəxslərə ödənilməsini və onların şikayətçi olmadıqlarını Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nın 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və təhlükəlilik dərəcəsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən olunmuş dörd gün, ona təyin olunacaq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Hacıqabul rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, cəzaçəkmə müddətinin başlanğıcının cəzanın icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını və hökmün icrasının təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 02 (iki) il 06 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Hacıqabul rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanın icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxsnın qeydiyyatda olduğu və yaşadığı yer üzrə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-154/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-154/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver