Məhkəmə qərarları › İş №1(056)-155/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-155/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-155/2024 26.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərşəkmişlər: X3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Sabirabad rayonu, Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Sabirabad rayonu, Qaragüney kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 15 oktyabr 2023-cü il tarixdə saat 01 radələrində Sabirabad- Qaragüney yolunun Sabirabad rayonu Qaragüney kəndi ərazisində keçən hissəsində idarə etdiyi VAZ-21061 markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən hərəkət etdiyi yolun sağ tərəfindən sol tərəfindəki küçəyə dönmək istəyən zaman, hərəkət istiqamətində istintaqa məlum olmayan qabaritli avtomobilin hərəkət etdiyinə görə qarşı tərəfdən avtomobilin gəlib-gəlmədiyini bilmədən yolun sol tərəfindəki küçəyə təxminən 12 metr qalmış çəpinə şəkildə 30 km/saat sürətlə avtomobilini yolun sol hərəkət hissəsinə çıxartmış, həmin vaxt əks tərəfdən, yəni yolun sol hərəkət hissəsindən 50 km/saat sürətlə Şahid2 idarə etdiyi “VAZ-21063” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görüb, həmin avtomobillə toqquşmamaq üçün avtomobilinin sürətini bir qədər də artıqmaq istəsə də, yolun sol tərəfində toqquşma baş vermiş, nəticədə avtomobillərdə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri almış, sərnişinlərdən Zərərçəkmiş şəxs4 isə 06 noyabr 2023-cü il tarixdə müalicədə olduğu Bakı klinik xəstəxanasında ölmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sabirabad rayonu Qaragüney kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fəhləlik etməklə ailəsini dolandırır. Onun etibarnamə ilə idarə etdiyi qırmızı rəngli VAZ-21061 markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 15 oktyabr 2023-cü il tarixdə gecə saat 01 radələrində fəhlə kimi işdən gəlmiş, kənddə yerləşən mağazanın qarşısında gözləyən zaman, həmkəndlisi Şıxəli Cəfərov ona atası Cavanşirin qudasıgildə olduğunu, onları oradan götürüb evlərinə aparmaq lazım olduğunu demişdir. O da avtomobillə Cavanşirin qudasigilin evlərinin qarşısına gəlmişdir. Həmin vaxt idarə etdiyi avtomobilin qabaq sağ oturacağında Zərərçəkmiş şəxs1, arxa oturacağında Zərərçəkmiş şəxs2, Şahid4 və Şahid3, Zərərçəkmiş şəxs1 qucağında isə azyaşlı nəvəsi Zərərçəkmiş şəxs4 əyləşmişlər. O, idarə etdiyi avtomobillə küçədən çıxıb onları evlərinə aparan zaman, Qaragüney kəndi ərazisində, üzü Şirvan şəhəri istiqamətində hərəkət etmişdir. Həmin vaxt qarşısında traktor hərəkət etmiş, traktorun da qoşqusu olmuş, traktora görə qarşı tərəfi görə bilməmişdir. Traktorla arasında təxminən 10-15 metr məsafə qalmış yolun sol tərəfinə, Cavanşirgilin küçələrinə dönməli olmuş, lakin yolun əks tərəfini görməmişdir. Ona görə də fikirləşmişdir ki, yolun əks tərəfindən, yəni qarşı tərəfdən avtomobil gəlməz, bu səbəbdən də sol tərəfdə olan küçəyə daxil olmaq üçün, həmin küçəyə çatmağa 4 metr qalmış idarə etdiyi avtomobili çəpinə olmaqla yolun sol hərəkət hissəsinə çıxarmışdır. Həmin vaxt əks tərəfdən, yolun sol hərəkət hissəsi ilə avtmobilin gəldiyini görmüş və avtomobillə arasında təxminən 15 metr məsafə olmuşdur. O, maşının sürətini bir qədər də artıraraq tez keçib getmək istəmiş, lakin təhlükəli vəziyyətdən çıxa bilməmiş, yolun sol hərəkət hissəsində toqquşma baş vermişdir. Qarşı tərəfdən gələn avtomobil də ağ rəngli VAZ-2106 markalı avtomobil omuş, toqquşma anında ağ rəngli avtomobilin qabaq tərəfi, onun avtomobilinin sağ tərəfinə dəymiş, toqquşmadan sonra idarə etdiyi avtomobil yolun sol tərəfindəki dərəyə düşüb dayanmışdır. Hadisə yerində olanlardan kimsə təcili yardıma zəng etmiş və bir qədər sonra təcili yardım avtomobili gəlib xəsarət alan şəxsi Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışdır. İdarə etdiyi avtomobildə olan sərnişin, azyaşlı Zərərçəkmiş şəxs4 vəziyyəti çox ağır olmuş, ona görə də onu Şirvan şəhər mərkəzi xəstəxanasından Bakı şəhərində yerləşən X2 aparmışlar. Həkimlərin bütün cəhdlərinə baxmayaraq 06 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 müalicədə olduğu mərkəzi klinik xəstəxanasında vəfat etmişdir. O, sonradan bilmişdir ki, avtomobili ilə toqquşan avtomobil VAZ-2106 markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobildir, sürücü isə Sabirabad rayonu Həşimxanlı kənd sakini Şahid2dur. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ölmüş zərərçəkmiş Zərərçəkmiş şəxs4 dəfn və yas mərasimi ilə əlaqədar bütün xərcləri çəkdiyini və onun ailəsinə maddi köməklik göstərdiyini, zərərəçəkmiş şəxsin hüquqi varisinin ondan şiakyət və tələbinin olmamasını, digər zərərçəkmişlərlə də barııq əldə etməsini, ilk dəfə ehtiyyatsızlıqdan cinayət məsuliyyətinə cəlb olunmasını, özünün himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, həyat yoldaşı vəfat etmiş bacısı və onun iki azyaşlı uşaqlarının da onun himayəsində olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi, digər zərərçəkmişlərin ifadələri, şahid ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Sabirabad rayon Qaragüney kəndində ailəsi ilə birlikdə yaşayır. 14 oktyabr 2023-cü il tarixdə qızı Zərərçəkmiş şəxs4 qaynatası Cavanşirlə birlikdə sonuncunun evlərinə getmək istəmiş, həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili çağırmışlar. Yolda gələn zaman Qaragüney kəndi ərazisində üzü Şirvan şəhəri istiqamətində bir avtomobillə toqquşma baş vermiş, nəticədə həmin maşında sərnişin olan 2021-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs4 ağır bədən xəsarətləri almışdır. O, həmin vaxt evdə olmuş, sonradan bu barədə eşitmişdir. O, bu barədə xəbər tutduqda qızının Şirvan şəhər mərkəzi xəstəxanasında olmasını bilmiş, ona görə də dərhal xəstəxanaya getmişdir. Xətəxanada olan zaman qızının vəziyyətinin ağır olduğunu görüb onu Bakı şəhərinə aparmışlar. 06 noyabr 2023-cü il tarixdə həkimlərin cəhdlərinə baxmayaraq qızı vəfat etmişdir Hadisədən sonra qızının hüzr mərasimində Təqsirləndirilən şəxs və yaxınları iştirak edərək onlara maddi və mənəvi köməklik göstərmişlər. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirərək şikayətinin olmaması barədə ərizə təqdim etmiş və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Şirvan şəhərindən toydan gələrkən Şahid1 maşını olduğundan onu da kəndə aparmasını xahiş etmişdir. Bundan əlavə, onlarla birlikdə kəndə gəlmək üçün həmkəndliləri Şahid5 da avtomobilə əyləşmişlər. Belə ki, o, qabaq sağ oturacaqda, Şahid1 sürücü tərəfdən arxa oturacaqda, Şahid5 isə arxa sağ oturacaqda əyləşmişlər Yusifin yüksək təzyiqi olduğundan ona məxsus olan avtomobili onunla birlikdə gələn oğlu Şahid2 idarə edirmişdir. Sabirabad rayonu Qaragüney kəndi ərazisində üzü Həşimxanlı kəndi istiqamətində hərəkət etmişdir. Yolun əks tərəfindən böyük qabaritli nəqliyyat vasitəsi gəlmişdir. Həmin nəqliyyat vasitəsinin arxasından qəfildən, təxminən 10-15 metr məsafədən qırmızı rəngli , sonradan markasının VAZ 2106, nömrəsinin isə ** XR *** olduğunu bildiyi avtomaşın sola dönmə əməliyyatı keçirərək onların yoluna çxmış və yolun onlara aid hərəkət hissəsində onların avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində o az ağır dərəcəli bədən xəsarəti almışdır. Təqsirlənirilən şəxsin ona vurulmuş ziyanı ödədiyini bildirmiş, ona qarşı şikayət və tələbinin olmadığını, məhkəmədən Təqsirləndirilən şəxs barəsində hökm çıxarılarkən bu xüsusatların nəzərə alınmasını xahiş etmiş və şikayətinin olmaması barədə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmiş, ifadəsində əlavə olaraq bildirmişdir ki, hadisə nəticəsində ölən uşaq - nəvəsi onun qucağında olmuş, hadisənin Samidin idarə etdiyi avtomobilin dönmə anında ani olaraq baş veridiyini və hadisə zamanı onun da ağır dərəcəli bədən xəsarəti alaraq əzildiyini bildirmişdir. Lakin həm məhkəmədə veridiyi ifadəsində, həm də ərizəsində Təqsirləndirilən şəxs şikayətinin və tələbinin olmadığını bildirməklə məhkəmənin qərar qəbul edərkən bunları nəzərə almasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə göndərərək Təqsirləndirilən şəxs şikayətinin və tələbinin olmadığını bildirmişdir . Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Həşimxanlı kəndində valideynləri ilə birlikdə yaşayır. Atası Şahid1 məxsus ağ rəngli, VAZ-21063 markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 14 oktyabr 2023-cü il tarixdə həmkəndlisinin toy mərasimi ilə əlaqədar atası Şahid1la Şirvan şəhərində yerləşən “Yeganə” şadlıq sarayında toyda olmuşlar. Həmin toya atası ilə ikisi getmişlər. Həmin gün saat 12 radələrində toydan çıxmış, atasnın təzyiqi qalxdığından avtomobili onun idarə etməsini istəmişdir. Bundan əlavə, onlarla birlikdə kəndə gəlmək üçün həmkəndliləri Zərərçəkmiş şəxs3 və Şahid5 da avtomobilə əyləşmişlər. Belə ki, Zərərçəkmiş şəxs3 qabaq sağ oturacaqda, atası Şahid1 sürücü tərəfdən arxa oturacaqda, Şahid5 isə arxa sağ oturacaqda əyləşmişlər və o, avtomobili idarə edib hərəkətə başlamışdır. 15 oktyabr 2023-cü il tarixə keçən gecə saat 01 radələrində Sabirabad rayonu Qaragüney kəndi ərazisində üzü Həşimxanlı kəndi istiqamətində hərəkət etmişdir. Yolun əks tərəfindən markasını xatırlamadığı böyük qabaritli nəqliyyat vasitəsi gəlmişdir. Həmin nəqliyyat vasitəsinin arxasından qəfildən, təxminən 15 metr məsafədən qırmızı rəngli , sonradan markasının VAZ 2106, nömrəsinin isə ** XR *** olduğunu bildiyi avtomaşın sola dönmə əməliyyatı keçirərək onun yoluna çxmış və yolun onun hərəkət hissəsində onunla toqquşmuşdur. Aralarında məsafə çox az olduğundan onun hadisənin qarşısını almaq imkanı olmamışdır. Hadisə nəticəsində təqsirləndirilən şəxsin idarə etdiyi avtomobildə olan şəxslərdən bir neçə nəfər xəsarət almış , sonradan eşitdiyinə görə həmin maşında olan azyaşlı Zərərçəkmiş şəxs4 vəziyyəti çox ağır olmuş və Bakı şəhərində yerləşən X2 aparmışlar. Zərərçəkmiş şəxs4 müalicədə olduğu mərkəzi klinik xəstəxanasında vəfat etmişdir. O, sonradan bilmişdir ki, avtomobili ilə toqquşan avtomobil VAZ-2106 markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobildir, sürücü isə Sabirabad rayonu Qaragüney kənd sakini Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Həşimxanlı kəndində ailəsi ilə birlikdə yaşayır. Onun özünə məxsus ağ rəngli, VAZ-21063 markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 14 oktyabr 2023-cü il tarixdə həmkəndlisinin toy mərasimi ilə əlaqədar oğlu Şahid2la Şirvan şəhərində yerləşən “Yeganə” şadlıq sarayında toyda olmuşlar. Həmin toya oğlu Rahimlə ikisi getmişlər və avtomobili özü idarə etmişdir. Həmin gün saat 12 radələrində toydan çıxmış, onun təzyiqi qalxdığından avtomobili Rahimin idarə etməsini məsləhət bilmişdir. Bundan əlavə, onlarla birlikdə kəndə gəlmək üçün həmkəndliləri Zərərçəkmiş şəxs3 və Şahid5 da onların avtomobilinə əyləşmişlər. Belə ki, Zərərçəkmiş şəxs3 qabaq sağ oturacaqda, o, sürücü tərəfdən arxa oturacaqda, Şahid5 isə arxa sağ oturacaqda əyləşmişlər və Rahim də avtomobili idarə edib hərəkətə başlamışdır. 15 oktyabr 2023-cü il tarixə keçən gecə saat 01 radələrində Sabirabad rayonu Qaragüney kəndi ərazisində üzü Həşimxanlı kəndi istiqamətində hərəkət etmişlər. Yolun əks tərəfindən markasını xatırlamadığı böyük maşın gəlmişdir. Həmin maşını ötüb keçən kimi sonradan qırmızı rəngli VAZ-2106 markalı avtomobil olduğunu bildiyi avtomobilin yolun onlara aid olan hissəsinə daxil olduğunu görmüş, elə bu vaxt avtomobillərin bir-birilə toqquşmuşdur. Belə ki, oğlu Rahimin idarə etdiyi avtomobilinin qabaq tərəfi, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sağ tərəfinə dəymişdir. Hadisə baş verən kimi Rahimin idarə etdiyi avtomobil yolun sağ hərəkət hissəsində dayanmış, qırmızı rəngli avtomobil isə yolun sağ tərəfindəki dərəyə düşmüşdür. Hadisə nəticəsində xəsarət almamışdır. Digər avtomobildə olan sərnişinlərdən isə xəsarət alan olmuş, bu səbəbdən də hadisə yerində olanlardan kimsə təcili yardıma zəng etmiş və bir qədər sonra təcili yardım avtomobili gəlmişdir. O, sonradan bilmişdir ki, oğlu Rahimin idarə etdiyi avtomobillə toqquşan avtomobil VAZ-2106 markalı, **- XR-*** dövlət qeydiyyat nişanlı avtomobildir, sürücüsü isə Sabirabad rayonu Qaragüney kənd sakini Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 zərərçəkmiş Zərərçəkmiş şəxs3, və şahidlər - Şahid1, Şahid2 ilə eyni məzmunda ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş 2021-ci il təvəllüdlü X1 adına verilmiş Sabirabad rayon MTE və PA birliyinin xx.xx.2023-cü il tarixli, 115 nömrəli rəyindən görünür ki, müayinə zamanı onda baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızma, başın küt travması, hər iki göz qapaqları və boyun nahiyəsinin sıyrıqları bərk küt əşyanın(əşyaların) təsirindən əmələ gəlmişdir, həyatidir və onun ölümü ilə səbəbli əlaqəlidir. Baş beynin ödəmi nəticəsində baş vermiş ölüm hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 adına verilmiş Sabirabad rayon MTE və PA birliyinin xx.xx.2024-cü il tarixli, 35 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı aşkar olunmuş xəsarətlər baş beyinin sol yarımkürəsinintəpə payının hematoması, sağtərəfli 7-ci qabırğanın yerdəyişən sınığı, sağtğrəfli pnevmotoraks, sağ qasıq sümüyünün sınığı,küt əşyanın(əşyaların) təsirindən yaranmışdır, əmələgəlmə müddətləri14 oktyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 adına verilmiş Sabirabad rayon MTE və PA birliyinin xx.xx.2024-cü il tarixli, 36 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı aşkar olunmuş xəsarətlər – döş qəfəsinin sol tərəfli əzilməsi, sol 4-6-7-ci qabırğanın qapalı sınıqları, küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, əmələgəlmə müddətləri14 oktyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs3 adına verilmiş Sabirabad rayon MTE və PA birliyinin xx.xx.2024-cü il tarixli, 25 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı aşkar olunmuş xəsarətlər – döş qəfəsinin qaqrının küt travmasıl, sol bud çanaq nahiyəsinin əzilməsi, sirkə kasasının arxa qövüsünün az yerdəyişmiş qəlpəli sınığı küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, əmələgəlmə müddətləri 14 oktyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/181 nömrəli rəyindən görünür ki: -İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ-21061 markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; Sərxoşluq vəziyyətinin təyini haqqında 15 oktyabr 2023-cü il tarixli, arayşdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmamışdır. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs AE513119 nömrəli sürücülük vəsiqəsi vardır və o, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobili X4 tərəfindən verilmiş etibarnamə əsasında idarə etmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna bir-birilə əlaqəli şəkildə araşdırıb qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşin icraatına xitam verilmıəsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş Sabirabad rayon Qaragüney kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqları vardır. İş materiallarında olan Sabirabad rayon Qaragüney kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 ərizəsindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşə əlavə edilmiş zərəçkmiş şəxslər - X3, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxslər tərəfindən hazırki cinayət işi üzrə mülki iddia qaldırılmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varsi və digər zərərçəkmişlərlə barışıq əldə etməsini və sonuncuların ondan şiakyətçi olmamalarını Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin dəfn və yas mərasimi ilə əlaqədar onun ailəsinə maddi yardım göstərməsi, digər zərərçəkmişlərin müalicəsi ilə əlaqədar onlara maddi yardım göstərməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, şəxsiyyətinin yaşayış yeri üzrə müsbət xarakterizə olunması və ailədə yeganə qazanc gətirən şəxs olması, əməlindən səmimi peşman olması, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 13-cü bəndinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan təqsirləndirilən şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində 1(bir) il 6(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkməli olduğu cəzaçəkmə müəssisəsinin növü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1--cı maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilməli və onun təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, ibtidai istintaq müddətində və məhkəmə baxışı zamanı davranışını nəzərə alaraq barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirini dəyişməyi lazım bilmir. Ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə məhkəmə məsrəfi, aparılmış Yol-nəqliyyat hadisəsinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar