Məhkəmə qərarları › İş №1(056)-156/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-156/2025

08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-156/2025 08.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Sabirabad rayon Qəzli kəndində anadan oimuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2-ci qrup əlil, fərdi təsərrüfatla məşğul olan, məhkum olunmamış, Sabirabad rayon Qəzli kəndində qeydiyytda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilən ittihama görə, 2025-ci ilin may ayının ortalarında yaşadığı Sabirabad rayon Qəzli kəndində yerləşən evinin həyətyanı sahəsindəki su hovuzunun yanında qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisi toxumu əkmiş, toxum cücərərək torpaqdan çıxdıqdan sonra 1 ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, 30 avqust 2025-ci il tarixdə çətənə bitkisinin hissələrindən toplayaraq, həmin bitkinin gövdəsinin yanında torpağın üzərinə sərməklə qurudaraq satış məqsdi olmadan qanunsuz olaraq 145,0 qram, xeyli miqdarda qurudulmuş marixuana əldə edərək orada saxlamış, 01 sentyabr 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış fəaliyyətinin subyektləri-Sabirabad RPŞ-nin NMQ-nun əməliyyət müvəkkili, polis kapitanı Şahid1, Sabirabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Şahid3, Sabirabad RPŞ-nin sahə polis nəfəri, polis serjantı Şahid4 və Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 14:23-dən saat 14:55-dək fasiləsiz olaraq videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən həmin yerdə torpaq üzərindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı təmiz çəkisi 145,0 qram, xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sabirabad rayon Qəzli kəndində yaşayaraq 1-ci Qarabağ əlili olmaqla müharibə zamanı sol gözündən qəlpə yarası aldığı üçün 2-ci qrup əlildir. 1992-ci ildə Qarabağ müharibəsində iştirak etdiyi vaxtdan narkotik vasitə olan marixuananı papirosa dolduraraq istifadə etmişdir. Əvvəllər qəbul etdiyi marixuanın içərisində olan bir ədəd toxumu götürərək həmin toxumu 2025-ci ilin may ayının ortalarında yaşadığı evin həyətində olan su hovuzlarının yan hissəsində əkmiş, toxumu əkəndən bir neçə gün sonra baxarkən toxumun cücərərək torpaqdan çıxdığını görmüşdür. Sonra həmin kolun dibinə bir neçə dəfə su tökərək ona qulluq etmişdir. 30 avqust 2025-ci il tarixdə çətənə kolunun hissələrindən bir qədər yığıb qurudub özü istifadə etmək məqsədilə çətənə kolunun yanında yerə sərmişdir. 01 sentyabr 2025-ci il tarixdə günortadan sonra yaşadığı evdə olarkən kiminsə onu küçədə çağırdığını eşitmiş, küçəyə çıxdıqda Sabirabad RPŞ-nin əməkdaşları olduğunu görmüşdür. Polis əməkdaşları ona həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmiş, o, baxış keçirilməsinə razılıq vermişdir. Polis əməkdaşları onun özünün və aqronomun iştirakı ilə videoçəkiliş vasitəsi ilə həyətyanı sahəsinə baxış keçirərkən su hovuzunun yaxınlığındakı bir ədəd çətənə kolunu və çətənə kolunun yanındakı quru marixuananı aşkar etmişlər. Aqronom da çətənə koluna baxandan sonra bir ədəd çətənə kolu polis əməkdaşları tərəfindən torpaqdan kökündən çıxarılmış, eləcə də quru marixuananı da götürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin Post Patrul Xidmətinin komandiri Şahid2 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2025-ci il tarixdə Sabirabad rayonunun Qəzli kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi kultivasiya etməkdə şübhəli olması barədə keçirilmiş əməliyyat tədbirində iştirak etmişdir. Belə ki, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid1 əməliyyat qrupunun rəhbəri, o, RPŞ-nin sahə rəisi, polis kapitanı Şahid3, RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid4 və RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı, Şahid5 əməliyyat qrupunun üzvləri təyin olunmuşlar. X3 və X1 rayon Mərkəzinin rəisi vəzifəsində işləyən, alim-X4 mütəxəssis kimi dəvət edilmişdir. Bundan sonra onlar həmin günü saat 14:23 dəqiqədə tədbirin keçirilməsi ilə əlaqədar olaraq Sabirabad rayon Qəzli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evinin küçə qapısının qarşısına gedib, onu çağıraraq videoçəkiliş aparılmaqla Şahid1 Sabirabad RPŞ-nin əməkdaşları olduqlarını, onun narkotik tərkibli bitki əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olması ilə əlaqədar olaraq həyətyanı sahəsinə baxış keçirəcəklərini demişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etirazı olmadığını bildirərək, ərizə yazıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs özünün iştirakı ilə onun həyətyanı sahəsinə baxış keçirilərkən bağ hissəsindəki su hovuzunun yan tərəfində torpaqda əkilmiş 1 ədəd çətənə bitkisinə oxşar bitki və həmin bitkinin gövdəsinin yaxınlığında torpağın üzərində nakotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitki çətənə kolu olduğunu, özü əkib becərdiyini, özü istifadə etmək məqsədilə hissələrindən yığıb yerə sərib qurutduğunu bildirmişdir. Aşkar olunmuş həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə bir ədəd sellofan torbaya doldurularaq elektron tərəzidə çəkilərək bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmaqla möhürləndikdən sonra götürülmüşdür. X4 həmin bitkiyə baxış keçirərək çətənə bitkisi olduğunu bildirərək, aqrotexniki qaydada qulluq edilməklə becərildiyi barədə rəy yazaraq onlara təqdim etmişdir. Aşkar edilmiş çətənə bitkisinə oxşar bir ədəd bitki kökündən çıxarılaq elektron tərəzidə çəkilərək bir ədəd sintetik kisəyə qoyulub qablaşdırılaraq möhürləndikdən sonra iş üzrə əhəmiyyətli olduğuna görə götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid4 eyni məzmunda ifadə verərək, Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 02 sentyabr 2025-ci il tarixli, 18/632 nömrəii rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi 145,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatda 145,0 qram marixuanadan 0,10 qram sərf edilərək 144,90 qram qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 24 sentyabr 2025-ci il tarixli 5974 nömrəli rəyində göstərlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarxli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olumuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyatına alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad RİHB Quruzma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəməyə təqdim edilmiş sosial müavinətin və təqaüdün haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar İİ qrup əlildir və 500 manat təqaüd alır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Qərara əsasən barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsas olmadan amnistiya tətbiq edilməklə xitam verilməsini xahiş etmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına, Həmin Qanunun 1.15-ci maddəsinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə amnistiya tətbiq edilir. Həmin amnistiya qərarının 5.1-ci maddəsinə əsasən məhkəmələrin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə amnistiya tətbiq edilərək cəzadan azad edilməklə cinayət işi üzrə icraata xitam verilməlidir. Belə kii, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər hazırki iş üzrə müəyyən edilməməkdədir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi tədqiqatdan sonra qalıq qalmış 144,90 qram narkotik vasitə-qurudulmuş marixuananın qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini və məhkəmə xərcinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik ili” münasibəti ilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli Qərarının 1.1, 1.15 və 5.1-ci maddələrinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olub Sabirabad RPŞ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 144,90 qram olan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar