Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-158/2023 22.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi X2 Zərərçəkmiş şəxs və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Yardımlı rayonu Əsədabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Sabirabad RMX-nın X3 elektirik vəzifəsində çalışan, məhkumluğu olmayan, Sabirabad rayon Şəhriyar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Sabirabad rayonu Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs sonuncunun oğlu Şahid1 Sabirabad rayon Mərkəzi Xəstəxanasında mühafizəçi vəzifəsinə işə düzəltmək kimi imkanına malik olmasına inandırıb, 2022-ci ilin aprel ayının əvvəllərində Sabirabad rayonu Mərkəzi Xəstəxanasının həyətində “Acil” şöbəsinin qarşısında 2000 manat məbləğində pulunu alaraq, verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 2000 manat məbləğində maddi ziyan vurub, dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 məhkəmədə dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək əməlindən peşimançılıq hissi keçirdiyini, ilk dəfə belə hərəkətə yol verdiyini, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanı tam ödəməsini,zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq cinayət məsuliyyətindən azad olunmasını və bəraət verici əsaslar olmadan barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələblərinin olmadığını nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 məhkəmədə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrinə və məhkəməyə təqdim etdikləri ərizələrinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar var və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci, 40.3-cü və 43.1.2-ci maddələrinin tələbinə əsasən cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və əvvəllər Azərbaycan Respublikası CM-nin 72-73-2 və 77.1-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidlərin ifadələrini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini araşdırıb, cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli, obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir. Cinayət Məcəllənin 73-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 178.1, 179.1, 185.1(144), 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməklə onunla barışmış, zərərçəkmişin ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsində qeyd edilir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs ərizəsindən (vəsatətindən) görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə cinayət təqibinə, yəni barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə razıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edənvə bu Məcəllənin 40.3-cü və 40.4cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə - Təqsirləndirilən şəxs CM-nın 178.1-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını, eləcə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsi barədə özünün və zərərçəkmiş şəxsin ərizəsini nəzərə alıb, Cinayət Məcəlləsinin 73-1.1-ci və Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci, 40.3-cü, 41.3-cü və 43.1.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 41, 43, 321, 346, 347, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə təqsirlənməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №1(056)-158/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-158/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver