Məhkəmə qərarları › İş №1(056)-158/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-158/2025

08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-158/2025 08.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilən ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd sellofan bükümdə olmaqla 5,33 qram çəkidə, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, əynində olan şalvarının sol yan cibində saxlamış, 09 sentyabr 2025-ci il tarixdə saat 15:30 radələrində əməliyyat-axtarış fəaliyyətinin subyektləri Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Sabirabad RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkilləri, polis mayoru Şahid2, polis baş leytenantı Şahid3, Sabirabad RPŞ-nin ƏRQ-nın kiçik inspektoru, polis baş serjantı X5 və Sabirabad RPŞ-nin Növbətçi Hissəsinin sürücü polis nəfəri, polis baş serjantı Şahid4 Əlmövsüm oğlu tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şahid5 ilə birlikdə Sabirabad şəhəri Heydər Əliyev prospektində yerləşən “İsoil” yanacaqdoldurma məntəqəsində sonuncunun idarə etdiyi “Kia Rio” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində saxlanılmış, Sabirabad şəhəri Babək küçəsində saat 15:45-dən 16:07-dək fasiləsiz video çəkilişdən istifadə etməklə üstü yoxlanılan zaman onun əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,33 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 1-2 ildir ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılmazdan 2 gün əvvəl, yəni 2025-ci ilin sentyabr ayının əvvəllərində Kür çayının kənarında piyada hərəkət edən zaman yerdən bir ədəd sellofan büküm tapmış, həmin bükümü götürüb içərisinə baxan zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını görmüş və həmin kütləni gələcəkdə istifadə etmək məqsədi ilə götürüb əynində olan şalvarın sol yan cibinə qoymuşdur. 09 sentyabr 2025-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən çıxıb Sabirabad şəhər mərkəzinə doğru getmək istəmiş, yaşadığı məhəllədə piyada hərəkət edərkən qonşusu Şahid5 “Kia Rio” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən görmüş, Fariz avtomobili saxlayıb onunla görüşdükdən sonra sonuncunun avtomobilinin sağ ön oturacağına əyləşərək Şahid5 onu rayon mərkəzinə doğru aparmasını xahiş etmişdir. Onlar Sabirabad şəhəri Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən Şahid5 avtomobili həmin prospektə yerləşən “İsoil” yanacaqdoldurma məntəqəsinə sürmüş və oradan avtomobilinə yanacaq vurmaq istəmişdir. Onlar yanacaqdoldurma məntəqəsinə daxil olduqdan və Şahid5 avtomobili dayandırdıqdan sonra bir neçə mülki geyimli şəxs avtomobilə yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və avtomobilə daxil olaraq Şahid5 avtomobili öz nəzarətləri altında bir qədər irəli sürməyini qeyd etmişlər. Şahid5 avtomobili bir qədər irəliyə doğru hərəkət etdirdikdən sonra Sabirabad şəhəri Babək küçəsinə daxil olmuş, polis əməkdaşları həmin küçəyə daxil olduqdan sonra Şahid5 avtomobili dayandırmasım bildirmiş, sonuncu avtomobili dayandırdıqdan sonra isə hər ikisi avtomobildən aşağı düşmüşlər. Bundan sonra polis əməkdaşları Şahid5 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu qeyd etmiş və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirəcəklərini bildirmişlər. Baxış zamanı polis əməkdaşları Şahid5 üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamasmı soruşmuş, Şahid5 üzərində narkotik vasitə olduğunu deyib əynində olan şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusu açılaraq içərisinə baxış keçirildikdə isə içərisində narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmiş və həmin narkotik vasitə bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmaqla polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra polis əməkdaşları ona yaxınlaşaraq özünü təqdim etməsini bildirmiş, o, özünü təqdim edərək Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmaması soruşulmuş, o, üzərində narkotik vasitə olan marixuana olmasını bildirmiş və əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofan büküm çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkaşları həmin sellofan bükümü açaraq içərisinə baxış keçirdikdə içərisində narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmiş və həmin kütlə bir ədəd kağız zərfin içərisində qablaşdırılaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları Şahid5 idarə etdiyi avtomobilə baxış keçirmiş, lakin avtomobildən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet aşkar olunmadığından baxış başa çatdırılmış və onları polis əməkdaşları tərəfindən üzərlərindən aşkar edilmiş əşyalarla birlikdə rayon polis şöbəsinə aparılmışlar. Polis şöbəsində müstəntiq tərəfindən üzərindən aşkar edilmiş əşyalara baxış keçirilmiş, bu vaxt üzərindən aşkar olunaraq bir ədəd kağız zərfdə qablaşdırılmış narkotik vasitə açılmış və yenidən bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin Post Patrul Xidmətinin komandiri Şahid2 oğlu ifadəsində göstərmişdir ki, 19 mart 2025-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması və istifadə etməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş, əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində ondan başqa, Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid1, polis baş leytenantı Şahid3, Sabirabad RPŞ-nin ƏRQ-nın kiçik inspektoru, polis baş serjantı X5 və Sabirabad RPŞ-nin Növbətçi Hissəsinin sürücü polis nəfəri, polis baş serjantı Şahid4 Əlmövsüm oğlu da iştirak etmişdir. Onlar xx.xx.2025-ci il tarixdə Şahid5 ola biləcəyi ehtimal olunan Sabirabad şəhəri Heydər Əliyev prospektinə getmiş, saat 15:30 radələrində həmin prospektdə xidmət aparan zaman Şahid5 idarə etdiyi "Kia Rio" markalı, **-CR- *** dövlət qeydiyyat nişanlı avtomobillə "İsoil" yanacaqdoldurma məntəqəsinə daxil olduğunu görmüş və dərhal həmin avtomobilə yaxınlaşmışlar. Onlar Şahid5 saxladıqda avtomobildə Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs da olmasını müəyyən etmiş, Şahid5 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdikdən sonra, sonuncunun saxlanıldığı yer yanacaqdoldurma məntəqəsi olduğu üçün həmin yerdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi, yəni videoçəkilişlə baxış aparılması mümkün olmadığından hər iki şəxsi müşayiətləri altında Şahid5 avtomobili ilə təxminən 300-500 metr kənarda yerləşən Sabirabad şəhəri Babək küçəsinə aparmış və orada videoçəkilişlə baxış keçirməyə başlamışlar. Həmin baxışda Şahid5lə birlikdə saxlanılmış Təqsirləndirilən şəxs də iştirak etmiş, baxış zamanı o, Şahid5 üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olubolmamasını soruşmuş, sonuncu üzərində narkotik vasitə olduğunu bildirib əynində olan şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusuna baxış keçirilən zaman içərisində yaşıl rəngli spesifik qoxuya malik bitki mənşəli kütlə olmasını müəyyən etmiş, aşkar edilmiş bir ədəd kibrit qutusunda olan kütlə bir ədəd ağ rəngli kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxışda iştirak Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif etmiş, sonuncu Sabirabad şəhər sakini X4 olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirdikdən sonra əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmiş, həmin bükümün içərisinə tərəfindən baxış keçirildikdə içərisində yaşıl rəngli, spesifik qoxuya malik, bitki mənşəli kütlə olması müəyyən edilmişdir. Həmin kütlə bir ədəd kağız zərfin içərisində qoyulmaqla qablaşdırılaraq götürülmüşdür. Daha sonra Şahid5 idarə etdiyi "Kia Rio" markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də, həmin avtomobildən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya predmet aşkar edilməmiş və o, baxışı başa çatdıraraq hər iki şəxsi aşkar edərək götürdükləri kütlələrlə birlikdə Sabirabad RPŞyə gətirib raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Polis şöbəsində hər iki şəxsin üzərlərindən aşkar olunmuş predmetlərə yenidən müstəntiq tərəfindən ayrı-ayrılıqda baxış keçirilmiş, baxış zamanı Şahid5 və Təqsirləndirilən şəxs üzərlərindən aşkar olunaraq qablaşdırılmış predmetlər yenidən açılmış, hər iki şəxs müstəntiqin verdiyi suallara cavab olaraq daha əvvəl videoçəkiliş zamanı bildirdikləri fikirləri təkrarlamışlar. Bundan sonra həmin kütlələr yenidən müstəntiq tərəfindən ayrı-ayrılıqda iki ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunda ifadə verərək, Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 10 sentyabr 2025-ci il tarixli, 18/663 nömrəli ekspert rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri və imzalar yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 5,33 qram olan bitki mənşəli kütlə tərkibində narkitik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf olundu 0,02 qram, qalıq 5,31 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 6467 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannobioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intiksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad rayon MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3,39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəməyə təqdim edilmiş № 143698 saylı veteran adları verilməsi haqqında şəhdatnamədən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi veteranıdır. Bundan əlavə təqdim edilmiş vəsiqə surətlərindən görünür ki, Baxşiyev X2 azad olunması, Qubadlının azad olunması və vətən müharibəsi iştirakçısı olması barədə medallarla təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Qərara əsasən barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsas olmadan amnsitiya tətbiq edilməklə xitam verilməsini xahiş etmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına,Həmin Qanunun 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslərə (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla) amnistiya tətbiq edilir. Həmin amnistiya qərarının 5.1-ci maddəsinə əsasən məhkəmələrin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə amnistiya tətbiq edilərək cəzadan azad edilməklə cinayət işi üzrə icraata xitam verilməlidir. Belə kii, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər hazırki iş üzrə müəyyən edilməməkdədir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi tədqiqatdan sonra qalıq qalmış 5,31 qram narkotik vasitəqurudulmuş marixuananın qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini və məhkəmə xərcinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik ili” münasibəti ilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli Qərarının 1.1, 1.2 və 5.1-ci maddələrinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 67,30 (altmış yeddi manat otuz qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olub Sabirabad RPŞ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 5,31 qram olan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar