Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-159/2024 05.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlu, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru X4, Zərərçəkmiş şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakı ilə, 20 avqust 2000-ci il tarixdə Sabirabad rayonu Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Qəzli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, 08 avqust 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Sabirabad şəhəri X.Məmmədov küçəsi 1 saylı evin qarşısında dayanan zaman tanışı Zərərçəkmiş şəxs onun yaşadığı evin qarşısından piyada keçdiyini görüb, sonuncudan 29 aprel 2022-ci il tarixdə baş vermiş dava zamanı qardaşı oğlu X3 döyməsinin səbəblərini soruşmuş, bu məsələni aydınlaşdırmaq üçün sonuncunu yanına çağırmış, həmin vaxt aralarında mübahisə baş vermiş, şəxsi münasibətlər zəminindəki həmin mübahisə zamanı o, yaşadığı evdən götürdüyü mətbəxt bıçağı ilə Fərid Pirişovun üzərində hücum edib bıçaqla və əlləri ilə sonuncunun baş və bədəninin müxtəlif nahiyyələrindən vuraraq ənsə nahiyəsində, sağ bayır topuq proyeksiyasında qançırlar, sağ əlin ovuc səthində 1-ci əldarağı sümüyü proyeksiyasında, sol əlin ovuc səthində 5-ci əldarağı sümüyü proyeksiyasında yaralar ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olub qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Elşən onun qohumudur. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Sabirabad rayonu Quruzma kəndində yerləşən "Təhminə" şadlıq sarayında keçirilən əmisioğlu X1 toy məclisində iştirak etmişdir. Toy şənliyində bütün qohum-əqrəbalar, o cümlədən o, valideynləri, qardaşı, digər şəxslər və Zərərçəkmiş şəxs da iştirak etmişlər. Təxminən saat 23 radələrində o, şadlıq sarayının həyətində olan zaman Elşən sərxoş vəziyyətdə orada dayanıb onun atası Elmanın ünvanına adını çəkməklə nalayiq söyüşlər söymüşdür. O, Elşənə yaxınlaşmış, atasına söyməsinin səbəbini soruşmuş, sakit durmasını tələb etmişdir. Lakin Elşən sakitləşmək əvəzinə söyüşlərinə davam etmiş, bu azmış kimi onu da itələyərək ünvanına var-yox söyüşü söymüşdür. Bundan sonra o əsəbləşmiş, Elşənlə aralarında mübahisə baş vermiş, Elşən onu o isə Elşəni təpik və yumruqlarla baş və bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Elşən yerə yıxılmış, yerdə də o, Elşənə bir neçə dəfə təpik atmışdır. Həmin vaxt şadlıq sarayının həyətində olan qardaşı Elyar, Şahid3, Şahid4, Şahid6 və Şahid5 gələrək onları ayırmışlar. Daha sonra Elşən oradan çıxıb getmişdir. O isə şadlıq sarayına geri qayıtmışdır. Sonradan Elşənin DİN-nin 102 Xidməti Zəng Mərkəzinə müraciət etdiyini və döyülməsi, eləcə də 3500 manat pulunu itirməsi barədə məlumat verdiyini eşitmişdir. Elşəni yalnız o vurmuş, Elyar, Elvin və digərləri Elşəni vurmamış, onları ayırmışlar. Mübahisə qısa müddətdə olmuş, adları qeyd olunan şəxslərdən başqa digər adamlar oraya toplaşmamışlar. Elşənin 3500 manat pulunu itirməsi barədə göstərdikləri həqiqət deyil, onun bu məsələdən xəbəri yoxdur. Hazırda o, zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmişin ona qarşı şikayət və tələbi yoxdur. O, bu halların nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsinə uyğun məzmunda ifadə verərək, həmin xususatları təsdiq etmiş, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, Kamran barəsindəki cinayət işinin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş MTE və PA-nın xx.xx.2023-cü il tarixli, 465 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol çənə bucağı proyeksiyasında hematoma, sağ təpə-alın, alın nahiyəsində solda, burnun belində, sol almacıq sümüyü proyeksiyasında, sağ baldırın orta 1/3-də bayır səthdə, sol baldırın aşağı 1/3-də ön səthdə qançırlar, alt dodaqda selikli qişada qansızma, burnun sol qanadı proyeksiyasında, sağ böyrək proyeksiyasında sıyrıqlar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikasının CM-nın 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsində göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 128, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmişin ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu - cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddələrinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, onun cinayət məsuliyyətindən azad edilməsi üçün işin icraatına xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda da müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs ərizəsindən (vəsatətindən) görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə cinayət təqibinə, yəni barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə razıdır. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək iş üzrə cinayət işinin icraatına xitam verilməsi barədə özünün və zərərçəkmiş şəxsin ərizə və ifadələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, həmçinin iş üzrə maddi sübut, məhkəmə xərcləri, dəymiş zərər və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346, 347, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, dəymiş zərərin və mülki iddianın olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-159/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-159/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver