Məhkəmə qərarları › İş №1(056)-16/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-16/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-16/2023 14.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Ələkbər Əlisahib oğlu Əliyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Sabirabad rayonu Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu Qəzli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Sabirabad rayonu Qəzli kəndində həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi “QAZ-24” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol kənarında dayandığını görüb, bir neçə gün əvvəl sonuncunu atası Şahid2 ona məxsus “Niva” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı atvomobilin şüşələrini sındırması səbəbindən qisas niyyəti ilə əlinə götürdüyü balta dəstəyi ilə Zərərçəkmiş şəxs avtomobilinin arxa və sağ yan şüşələrini vurub sındırmış, həmin vaxt Zərərçəkmiş şəxs ona yaxınlaşıb hərəkətlərini dayandırmasını tələb etdikdə o, sonuncunun bu haqlı tələbini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini ətrafdakıların fövqündə qoyub cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməklə, ictimai qayda və hamılıqla qəbul edilmiş əxlaq normalarını pozaraq, əlində olan balta dəstəyi ilə Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə vurub sonuncuya sol mil sümüyünün metaepifiziar nahiyəsində qapalı sınıqla müşayiət olunan sol dirsək oynağının bayır səthində hematoma, sol təpə alın nahiyəsində, sol bazunun orta 1/3-də iç səthdə qançırlar əmələ gəlməsi ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olub xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bu hərəkətlər ilə Mustafayev X1 Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Qəzli kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və onun ailəsini tanıyır, aralarında əvvəllər ədavət və düşmənçilik olmamışdır. 01 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs, sonuncunun qardaşı Şahid1 və atası Şahid2 tərəfindən döyülməsi və avtomobilinin müxtəlif hissələrinin sındırılması barədə Sabirabad RPŞ-yə şikayət etmişdir. Bununla əlaqədar RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılmış və qərar qəbul edilmişdir. O, həmin vaxtdan sonra Zamiq və ailəsindən qisas almaq üçün onların avtomobili ilə küçəyə çıxmasını gözləmişdir. 09 iyun 2022-ci il tarixdə saat 21 radələrində özünə məxsus olan avtomobillə kənd ərazisində gəzən zaman Zamiq və Elnurun avtomobillə həyətlərindən çıxmasını və yaxınlıqda olan tikinti materiallarının satışı mağazasının arxasında saxlamasını görmüşdür. O da avtomobilini onların avtomobilinin yanında saxlamış və avtomobilində olan balta dəstəyini götürüb onlara məxsus VAZ-2124 markalı avtomobilin arxa və sağ yan şüşəsini sındırmışdır. Həmin vaxt Zamiq və Elnur da orada olmuş və səsə ataları Fazilin əlində lomla gəldiyini görmüşdür. Fazil gələn kimi Zamiq onu itələmiş və o, sağ çiyni üstə yerə yıxılmışdır. O, ayağa qalxaraq Zamiqin bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr endirmişdir. Daha sonra avtomobilinə əyləşərək getmək istəyən zaman, Şahid2 əlində olan lomu arxasınca tullamış və onun avtomobilinin sağ hissəsi əzilmişdir. O da oradan uzaqlaşıb getmiş və olanlar barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək göstərmişdir ki, hadisə xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Elgün adlı şəxin mağazasının arxasında baş vermişdir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Fazil və oğlanları ona məxsus olan avtomobilin şüşələrini sındırıb, onu da döymüş, bu səbəbdən də onlardan qisas almaq istəmişdir. Hadisə zamanı Zamiq onu itələmiş və o, yıxıldığından çiyin nahiyəsi əzilmişdir. O, oradan uzaqlaşan zaman Fazil avtomobilinə lom tullamış və nəticədə avtomobili əzilərək 50 manat maddi ziyan dəymişdir. hadisə zamanı ətrafda heç kim olmamışdır. Lakin sonradan hadisə yerinə Elnur, mağaza sahibi Elgün, Aqilin oğlu Rasim və Ağabbanın oğlu Əmrah gəlmişlər. O, avtomobilində olan balta dəstəyi ilə Zamiqin avtomobilinin şüşələrini sındırmış, lakin həmin balta dəstəyi ilə Zamiqi vurmamış, yalnız yumruqla Zamiqin bədəninin müxtəlif nahiyələrinə vurub xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Sabirabad rayonu Qəzli kəndində ailəsi ilə birlikdə yaşayır. 09 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə əlaqədar Sabirabad RPŞ-yə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs həmkəndlisidir, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Müraciəti ilə əlaqədar qeyd etmişdir ki, 01 iyun 2022-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs “Niva” markalı avtomobillə gəlib yaşadıqları evin qapsının yanında maqnitofon oxutdurduğuna görə, atası küçəyə çıxaraq Röyalın avtomobilinin şüşələrini sındırmış və dava-dalaş olmuşdur. Qeyd etdiyi hadisə ilə əlaqədar Sabirabad rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmışdır. Bundan bir neçə gün sonra 09 iyun 2022-ci il tarixdə saat 21 radələrində kəndlərində yerləşən inşaat materialları satışı ilə məşğul olan mağazanaın yanında olmuşdur. Həmin vaxt qardaşı Şahid1 atasına məxsus QAZ-24 markalı avtomobillə onun yanına gəlmişdir. Bir qədər keçdikdən sonra Röyal özünə məxsus avtomobili onlardan bir qədər kənarda saxlamış, avtomobilindən balta dəstəyini götürüb yerə enmiş və avtomobilinə yaxınlaşıb şüşələrini sındırmağa başlamışdır. O, Röyalın qarşısına keçib mane olmaq istəyəndə Röyal balta dəstəyi ilə onun sol qoluna vurmuş, o da yerə yıxılmışdır, Röyal yerdə yumruqla bədəninin müxtəlif nahiyələrinə vurub xəsarət yetirmişdir. Elnur və orada olan şəxslər onları aralaşdırmışlar. Bu vaxt oraya atası Şahid2 gəlmiş, atasının əlində də dəmir parçası olmuşdur. Röyal atasını görən kimi öz avtomobilinə əyləşib çıxıb getmişdir. Röyal avtomobili idarə edərkən atası Şahid2 əlində olan dəmir parçasını Röyalın avtomobilinin arxasınca atmış, lakin dəmir onun avtomobilinə dəyməmişdir. Zərərçəkmiş şəxs ifadəsini dvam etdirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisə və davadalaş xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Elgün adlı şəxin mağazasının arxasında baş vermişdir. Həmin hadisə zamanı ətrafda əvvəlcə heç kim olmamış, lakin sonradan mübahisə qızışdıqdan sonra oraya mağazanın qarşısında olan şəxslər gəlməyə başlamışdır. Zərərçəkmiş şəxs izahatının sonunda Təqsirləndirilən şəxs ilə barışmadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunlu izahat verdilər. Məhkəmə iclasında elan edilmiş iş üzrə Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, 09 iyun 2022-ci il tarixdə saat 21 radələrində işlədiyi qəssabxanada ət doğrayan zaman, qəssabxananın arxasında səs-küy səslərini eşitmiş və ona Zamiqlə Röyalın dava etdiklərini demişlər. O da əlində ət doğradığına görə, bir-iki dəqiqədən sonra səs-küy olan tərəfə getmişdir. Həmin vaxt Röyal və Zamiq yerdə dava etmiş, orada olan şəxslər onları aralaşdırmışlar. Daha sonra Röyal öz avtomobilinə əyləşib çıxıb getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus avtomobilin şüşələrini sındırması hadisənin əvvəlində olmuş, o isə əlində iş gördüyündən hadisənin sonuna gəlmişdir. O, hadisə yerinə gələndə Zamiqlə Röyal dava etmiş, Röyalın əlində balta dəstəyi olmasını görməmişdir. İş materiallarında olan Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 348 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onda sol mil sümüyünün metaepifiziar nahiyəsində qapalı sınıqla müşayiət olunan sol dirsək oynağının bayır səthində hematoma, sol təpə alın nahiyəsində, sol bazunun orta 1/3-də iç səthdə qançırlar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs atası Şahid2 xx.xx.2022-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs döyməsi və ona məxsus avtomobilin şüşələrini sındırması ilə əlaqədar RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Malik Nuriyev tərəfindən araşdırma aparılmaqla, xx.xx.2022-ci il tarixli qərarla Şahid2 barəsində cinayət işi başlanması rədd edilmiş, eləcə də sonuncunun barəsində Azərbaycan Respublikası İXM-in 157 və 232-1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəri RPŞ-nin İTB-yə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad rayon Quruzma kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sabirbabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)- 16/2023 saylı qərarından görünür ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X2” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 589 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül əqli gerilik (orta debillik dərəcəsində oliqofreniya) davranış pozuntusu ilə aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də, yuxarıda göstərilən psixi patologiya qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmə və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətfiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qeyd olunan əqli gerilik onu törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdəı dərk etmək və onda qeyd olunan davranış pozuntuları öz hərəkətlərini tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsində qeyd edilir ki, anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 22.2-ci maddəsində qeyd edilir ki, anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu, o cümlədən Təqsirləndirilən şəxs etirafedici ifadəsi və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun ilk dəfə az ağır cinayət törətməsini (CM-nin 59.1.1-ci maddəsi), cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olmayan şəxs tərəfindən törədilməsini (CM-nin 59.1.9-cu maddəsi) ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları, həmçinin “Məhkəmə-X2” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 589 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyini nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə, həmçinin, təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın; cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar