Məhkəmə qərarları › İş №1(056)-16/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-16/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-16/2024 22.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı,zərərçəkmiş - yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə, 07 sentyabr 2003-cü il tarixdə Sabirabad rayonu Poladtuğay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Sabirabad rayonu Poladtuğay kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx.xx.2024-cü il tarixdə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə, bir neçə ay əvvəl “PUBG” mobil oyununda tanış olduğu və sevgi münasibəti yaşadığı xx.xx.2009-cu ildə anadan olmaqla ön dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, yaş xüsusiyyətləri, əqliintellektual imkanları və emosional halına görə ona qarşı edilən seksual xarakterli hərəkətin mahiyyətini dərk etmək və müqavimət göstərmək qabiliyyətinə malik olan, Bakı şəhər Nəsimi rayonu Alı Mustafayev küçəsi dalan 1 mənzil 24-də yaşayan Zərərçəkmiş şəxs ilə 24 may 2023cü il tarixdə Sabirabad rayonu Poladtuğay kəndində yerləşən evində görüşməyə razılaşmış, bu məqsədlə Zərərçəkmiş şəxs həmin tarixdə səhər saat 07 radələrində, onun taksi xidməti göstərən yeznəsi Şahid2 idarə etdiyi “Hyundai Jetta” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək, öz istəyi ilə Bakı şəhərindən Sabirabad rayonu Poladtoğay kəndinə gəlmiş, həmin tarixdə saat 09 radələrində o, yaşadığı evin yataq otağında gərilmiş vəziyyətdə olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs anus dəliyinə daxil etməklə, arxa keçəcək dəliyi girəcəyində qansızma xəsarətləri ilə müşayiət olunan, eləcə də cinsiyyət orqanını uşaqlıq yoluna daxil etməklə qızlıq pərdəsinin tamlığını pozub cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sabirabad rayonu Poladtuğay kəndində anası Zinaida ilə birlikdə yaşayır. 05 yanvar 2023-cü il tarixdə hərbi xidmətini başa vurub qayıtmış və heç bir yerdə işləməmişdir. 2023-cü ilin fevral aynın sonlarında “PUBG” onlayn mobil oyununda Aytəkin adlı qızla tanış olmuş, həmin qız Bakı şəhərində 20 Yanvar metrosu yaxınlığında “Access bank”ın yanında yaşadığını bildirmişdir. Təxminən 20-25 gün Aytəkinlə telefonda danışaraq sevgili olmuş, Aytəkinə Sabirabad rayonu Poladtoğay kəndində yaşadığını və 20 yaşı olduğunu bildirmişdir. Aytəkinlə Bakı şəhərində görüşmək üçün razılaşsa da, onun işi alınmamış, sonradan o, Aytəkinə görüşmək üçün Sabirabad rayonuna gəlməyi təklif etmişdir. Aytəkin də onunla razılaşaraq Sabirabad rayonuna gəlməyi qərara almış, Sabirabada gəldiyi zaman onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Aytəkinlə razılaşaraq, onu taksi ilə Sabirabad rayonuna onun yaşadığı evə gəlməyə razı salmış, lakin taksi pulunu da özünün ödəyəciyini bildirmiş, Aytəkin də bunu qəbul etmişdir. Aytəkin yol pulu üçün anasının çantasından gizlincə 100 manat məbləğində pul götürəcəyini bildirmiş, o isə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan yeznəsi Rəhimə zəng vuraraq Aytəkini Bakı şəhərində yaşadığı evin qarşısından götürərək Sabirabad rayonu Poladtoğay kəndində onun yaşadığı evə gətirməsini, yol pulunu Aytəkinin verəcəyini demişdir. Rəhim yol pulu olaraq 70 manat məbləğində pul alacağını bildirərək onunla razılaşmışdır. Rəhim 24 may 2023-cü il tarixdə səhər saat 06 radələrində Aytəkini yaşadığı evin yaxınlığından avtomobilinə götürüb yola çıxmış, o, yolda bir neçə dəfə Rəhimlə əlaqə saxlamış, Aytəkin isə evdən gizli çıxdığı üçün telefonunu söndürmüşdür. Təxminən səhər saat 09 radələrində Rəhim Aytəkini onların evinə gətirib çatdırmışdır. Bundan sonra, Rəhim onları həyətdə gözləmiş, o isə Aytəkinlə birlikdə yataq otağına keçmişdir. Orada Aytəkinə cinsi əlaqədə olmağı təklif etmiş, Aytəkin də buna razılıq verərək əynində olan paltarları soyunaraq çarpayıya uzanmışdır. O da əynində olan paltarları soyunub Aytəkinin yanına uzanmış və Aytəkinlə öpüşməyə başlamışdır. Bundan sonra o, Aytəkin qız uşağı olduğu üçün ona arxa nahiyədən cinsi əlaqədə olmağı təklif etsə də, Aytəkin bunun onun üçün fərqi olmadığını bildirərək həm qabaq, həm arxa nahiyədən onunla cinsi əlaqədə ola biləcəyini bildirmişdir. Bundan sonra o, ilkin olaraq Aytəkinlə arxa nahiyədən əlaqədə olmuş və cinsi ehtirasını təmin etmiş, sonra isə onunla qabaq nahiyədən əlaqədə olaraq cinsi ehtirasını təmin etmişdir. Aytəkin ona uşaqlıq yoluna boşalmamasını bildirdiyi üçün o, spermasını əsgi parçasının üzərinə tökmüşdür. Cinsi əlaqə başa çatdıqdan sonra hər ikisi paltarlarını geyinib biraz söhbət etmiş, sonra isə yeznəsi Rəhimin idarə etdiyi avtomobil ilə Aytəkini Bakı şəhərinə yola salmışdır. Aytəkini yola saldığı zaman internetinin bitmək üzrə olduğunu və ola bilsin ki, 3-4 gün müddətinə danışa bilməyəcəklərini bildirmişdir. Aytəkin Bakı şəhərinə evlərinə çatdıqdan sonra təxminən saat 13 radələrində onun istifadəsində olan mobil nömrəyə onunla danışa bilmək üçün 28 manatlıq kontur yükləmişdir. Daha sonra isə onu polis şöbəsinə dəvət edərək onun barəsində şikayət olduğunu bildirərək onun izahatını almışlar. Lakin o, Aytəkinlə zorla cinsi əlaqədə olmamış, ona qarşı hər hansı bir zor tətbiq etməmiş, Ayətkin öz razılığı ilə Sabirabad rayonuna gəlmiş və onunla könüllü cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs sonda əməlindən peşimançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, yaşadığı yer üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 may 2023-cü il tarixdə həmin hadisədən təxminən bir ay əvvəl PUBG mobil oyununda tanış olduğu və danışdığı və razılaşdığı Təqsirləndirilən şəxs ona səhər saat 06 radələrində yaşadığı binanın yaxınlığında son 3 rəqəmi 934 olan taksi gələcəyini, lakin pulu olmadığı üçün pulu özünün verməli olacağını demişdir. O, Etiqadla razılaşmışdır. Etiqad ona həmin taksiyə əyləşib tarqovuya gəlməsini bildirmiş, o da bundan sonra anasından gizli onun çantasından 100 manat götürüb, Etiqadın dediyi yerə getmiş və həmin taksiyə əyləşmişdir. Bundan sonra taksi sürücüsü Etiqadın yeznəsi olan Rəhim onu Sabirabad rayonuna Etiqadın yaşadığı evə gətirmişdir. Evə çatdıqdan sonra Etiqad onu qarşılamış, o, Etiqad ilə birlikdə evə daxil olmuş evdə mətbəxdə Etiqad ilə söhbət etməyə başlamışdır. Söhbət etdikdən sonra çay içmişlər, çay içəndə Etiqad əli ilə onun sinəsinə toxunmağa başlamış, onun qolundan tutub dartaraq özünün yataq otağına aparmışdır. Otağa daxil olduqdan sonra Etiqad əvvəlcə əli ilə sinəsinə toxunmuş, sonra əlləri ilə bədəninin bütün hissələrinə toxunmağa başlamış və onun əynində olan açıq mavi rəngli köynəyini əynindən çıxarıb stolun üzərinə qoymuşdur. Sonra, Etiqad əynindəki paltarlarını soyunmuş və onlar çarpayıya uzanmışlar. Etiqad birinci dəfə onunla arxadan cinci əlaqədə olmuş, özünü boşaltdıqdan sonra təxminən 3 dəqiqə fasilə vermiş və onu arxası üstə çevirmişdir. Etiqad öz cinsi orqanını onun cinsi orqanına soxaraq cinsi əlaqədə olmuşdur. Sonra ona “sənin cinsi orqanından qan gəldi, sənin bakirəliyini pozdum” demişdir. O, paltarlarını geyinmiş və evlərinə getmək istədiyini demiş, sonra Etiqadla birlikdə evdən çıxaraq həyətə düşmüşlər. Sonra Bakıdan onu Sabirabad rayonuna gətirən taksi sürücüsü Rəhimin avtomobilinə əyləşərək Bakı şəhərinə evinə geri qayıtmışdır. Evə çatdıqdan dərhal sonra yaxınlıqda yerləşən Araz marketdəki million aparatı vasitəsilə Etiqadın istifadəsində olan mobil nömrəyə 28 manatlıq kontur yükləmiş, bunu ondan Etiqadın istədiyini və könüllü şəkildə ona bu hadisədən sonra kontur yüklədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin, hazırda Təqsirləndirilən şəxsdan heç bir şikayət və tələbi olmamasını nəzərər alaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərid ki, qeyd olunan ünvanda qızı Aytəkin Quliyevlə birlikdə yaşayır. 2023-cü ilin may ayının əvvəllərində qızı Aytəkinin telefonla mütəmadi olaraq kiminləsə danışdığını hiss etmiş və bu barədə qzından soruşmuşdur. Lakin Aytəkin ona heçnə demədiyi üçün onun əlindən telefonu alaraq mesajlarına baxmış, bu zaman qızının bir oğlanla mesajlaşdığını görmüşdür. Həmin vaxt qızının telefondan həmin nömrəni götürüb zəng etmiş və Aytəkinin anası olduğunu, qızının 14 yaşı olduğunu və qızı ilə əlaqə saxlamamasını bildirmişdir. O, isə qızı Aytəkin ilə bir-birilərini sevdiklərini və heç kimin onlara qarışmamasını bildirmişdir. Bundan sonra o, qızı Aytəkini həmin şəxslə danışmaması barədə tənbehləmiş, Aytəkin də bu barədə ona söz vermişdir. 24 may 2023-cü il tarixdə səhər saat 08 radələrində yuxudan ayıldığı zaman qızı Aytəkinin evdə olmadığını görmüş, Aytəkinə zəng etsə də, onun mobil telefonuna zəng çatmamışdır. Həmin vaxt qızının Etiqad ilə qaçmasından qorxaraq Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək Aytəkinin itkin düşməsi barədə məlumat vermiş və Nəsimi rayonunda yerləşən 19-cu polis bölməsinə gedərək izahat vermiş və qızının şəkillərini təqdim etmişdir. Evə qayıtdıqdan bir neçə saat sonra qızı evə gəlmiş, həmin vaxt saat təxminən 15-16 radələri olmuşdur. Aytəkin ona dəniz kənarında kitabxanada kitab oxuduğunu bildirmiş və yorğun olduğunu bildirərək otağa keçmişdir. Bundan sonra, o, Etiqada zəng etmiş, Etiqad isə Sabirabad rayonunda yaşadığını və Aytəkini görmədiyini bildirmişdir. Səhərisi gün qızının narahat olduğunu hiss edərək onu müayinə üçün xəstəxanaya aparmaq istəmiş, 1 nömrəli Respublika xəstəxanasında bakirəliyin hansı qaydada yoxlanıldığını soruşmuş və bunun üçün müvafiq hüquq mühafizə orqanından ekspertiza qərarına ehtiyac olduğunu öyrənmişdir. Aytəkin bu zaman Etiqadın onu yeznəsi Rəhimin avtomobili ilə Sabirabad rayonuna yaşadığı evə gətirərərək onunla həmin evdə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Bunu eşitdikdən sonra o səhərisi gün qızı ilə birlikdə Sabirabad rayon polis şöbəsinə getmiş və Etiqad barəsində şikayətçi olmuşdur. Hadisənin üzərindən təxminən bir həftə keçdikdən sonra Etiqadın anası və bacıları onun evinə gələrək, barışmaq istədiklərini və Aytəkinlə Etiqadı evləndirmək istədiklərini bildirmişlər. O, ilkin olaraq onlara razılıq verməsə də, sonradan qızının gələcəyini düşünərək buna razılıq vermiş və Etiqadın ailəsi ilə barışığa getmişdir. Hazırda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını nəzərə alaraq, məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 1984-cü il tarixə qədər Rusiya Federasiyasında yaşamış, həmin tarixdə X2 ilə evlənərək Azərbayacana gəlmiş və Sabirabad rayonu Poladtoğay kəndində yaşamağa başlamış və həmin evlilikdən 2003-cü ildə onların bir oğlu dünyaya gəlmişdir. Əri 2018-ci ildə vərəm xəstəliyindən vəfat etmişdir. Bundan sonra o, oğlu Təqsirləndirilən şəxs ilə rayonun Poladtoğay kəndində birlikdə yaşamağa başlamışdır. Etiqad ilə Aytəkinin münasibətdindən xəbəri olmamışdır. 25 may 2023-cü il tarixdə oğlunun rayon polis şöbəsində olduğunun xəbərini almış və rayon polis şöbəsinə getmişdir. Polis şöbəsində oğlu Etiqad barəsində şikayət olduğunu və onun Bakı şəhər sakini Aytəkin adlı qızı Poladtoğay kəndində yerləşən evinə gətirərək zorla cinsi əlaqədə olmasını bildirmişlər. O, oğlunu görə bilməmiş və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, bundan sonra qızının əri Rəhim ilə danışmış X4 sevgilisi olduğunu və qızı Sabirabad rayonuna Etiqadın yanına gətirdiyini, qızın könüllü gəldiyini və yol pulunu da verdiyini bildirmişdir. O, cəzaçəkmə müəssisəsində oğlu Etiqadla görüşdüyü zaman Etiqad ona Aytəkinlə zorla cinsi əlaqədə olmadığını və Aytəkinin könüllü olaraq Sabirabada gəldiyini və onunla öz istəyi ilə cinsi əlaqədə olduğunu bildirmişdir. Daha sonra qızları ilə birlikdə Aytəkinin anası Kamilənin evinə gedərək oğlu Etiqad ilə Aytəkini evləndirmək istədiklərini bildirmiş və bu barədə razılığa gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu izahay verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Binəqədi rayon Baksol yaşayış massivində yaşayır. Təqsirləndirilən şəxs Etibar oğlu onun qaynıdır. “Hyundai Jetta” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. 23 may 2023-cü il tarixdə saat 21 radələrində Etiqad ona “vatsap” sosial şəbəkəsində yazaraq, “PUBG” onlayn oyununda Bakı şəhərindən olan bir qızla tanış olduğunu, həmin qızı onun yaşadığı Sabirabad rayonu Poladtoğay kəndindəki evə gətirməsini, qızın onun sevgilisinin olduğunu bildirmişdir. O da Etiqada qızı Bakıdan Sabirabada gətirmək üçün 70 manat məbləğində yol pulu alacağını bildirmiş, Etiqad isə yol pulunu qızın verəcəyini bildirmişdir. O da Etiqadla razılaşaraq səhərisi günü səhər saat 07 radələrində Etiqadın dediyi yerə “Acsess Bank”ın qarşısına getmiş və Aytəkini gözləməyə başlamışdır. Təxminən 15 dəqiqə sonra Aytəkin gəlmiş və avtomobilin sağ arxa tərəfində əyləşmişdir. Onlar yola çıxdıqdan sonra Lökbatan dairəsini keçib bir qədər qarşıda “Socar” yanacaq doldurma məntəqəsinə benzin vurmağa daxil olmuş, Aytəkin bu zaman çıxarıb ona 100 manat məbləğində pul vermişdir. Bundan sonra o, həmin pulun 20 manatına benzin vurmuş, 50 manatı özünə götürmüş, qalan 30 manat pulu da Aytəkinin özünə qaytarmışdır. Bundan sonra, o, mağazadan özünə qalan puldan su, siqaret və banan almış, daha sonra yola davam etmişlər. Yolda getdikləri zaman Aytəkindən Etiqadla harada tanış olduqlarını soruşmuş, Aytəkin də gülərək PUBG oyununda tanış olduqlarını bildirmişdir. Aytəkin həmçinin, yolda onun telefon nömrəsini də götürmüşdür. Sabirabad rayonu Poladtoğay kəndinə Etiqadgilin evinə çatdıqdan sonra o, içəri daxil olmuş Etiqad ona çay və çörək vermiş, daha sonra isə X3 yataq otağına keçmişlər. O, çay içdikdən sonra həyətə enib avtomobilini yumağa başlamış, təxminən bir saatdan sonra Etiqadla Aytəkin həyətə çıxıb gülərək bir-birləri ilə zarafatlaşmış və biraz söhbət etdikdən sonra Aytəkin onun avtomobilinə əyləşmiş və Aytəkini Bakı şəhərinə evinə aparmışdır. İş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli 330 nömrəli məhkəmə tibbi-ekspertiza rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulmanın müddəti xx.xx.2023-cü il tarixə uyğundur. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi girəcəyində aşkar edilmiş qansızma küt əşyanın, ola bilsin ereksiya vəziyyətində olan kişi cinsiyyət üzvünün təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğundur. Müayinə zamanı aşkar edilmiş xəsarətlər-sağ döşün yuxarı bayır kvadratında, sol döşün giləsinin sol yan səthində, sol budun yuxarı 1/3-də iç səthdə qançırlar küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs yuxarı ətraflarında hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2133 nömrəli “Məhkəmə psixoloji ekspertizası” rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətləri ilə əlaqədar situasiyanı öz xeyrinə yöndəldib yalan danışa bilər. Zərərçəkmiş şəxs əqli-intellektual imkanları normaya uyğundur. Öz vəziyyətini qabartmaqla dramatik tərzdə çatdırmaq, ətrafdakıların diqqətini öz üzərində cəmləməyə meyillilik, eqosentrizm, öz maraqlarını üstün tutmaq, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs hadisə zamanı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs əqli-intelektual imkanlarına, fərdi-psixoloji xüsusiyyətlərinə və psixiemosional vəziyyətinə görə ona qarşı olan seksual hərkətlərin mahiyyətini dərk etmək və müqavimət göstərmək qabiliyyətində olmuşdur. İş materiallarında olan AA******* seriyalı xx.xx.2024-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2009-cu il tarixdə doğulmaqla ona qarşı törədilən hadisə zamanı 14 yaşına çatmış, lakin 16 yaşına çatmamışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad rayon Azadkənd kən İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Etibar oğlunun şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş “on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma” cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi etirafedici ifadəsi, zərərçəkmiş və şahid ifadələri, həmçinin, digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nın 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və işin icraatına xitam verilməsi üçün əsas yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nın 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə etməsini sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən təyin ediləcək cəzanın yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə qeyd olunanlara əsaslanaraq Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş əməlin xarakterini, onun ilk dəfə cinayət törətməsini, təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, yaşadığı ərazi üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını, həmçinin, zərərçəkmiş şəxsin və ailəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, eyni zamanda təyin ediləcək cəzanın ağırlaşdıran hallarının müəyyən edilməməsini nəzərə alaraq, CM-nın istinad edilən 152.1-ci maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğuna görə və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 152.1-ci maddəsində nəzərdə tutulan hədd daxilində, yəni 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdən şübhəli şəxs qismində tutularaq Sabirabad rayon Məhkəməsinin 28 may 2023 cü il tarixli 4(056) -80/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazıradək həbsdədir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın çəkilməsi müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu gündən, yəni 26 may 2023-cü il tarixdən hesablanmalıdır. Bundan əlavə, məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs« qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 357.0.4 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təyin olunmuş cəzanın cəzaçəkmə müddətinin əvvəli 26 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs qətimkan tədbiri hökm qanuni qvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar