Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-16/2025 23.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Sabirabad rayonu Kovlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olumayan, Sabirabad rayonu Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittihama görə, o etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə, Zərərçəkmiş şəxs1, gübrə satışı mağazalarından pulunu sonradan ödəmək şərti ilə azot gübrə kisələrini alıb ona verməklə baha qiymətə satıb, həm nisyə alınmış gübrələrin pulunu ödəmək, həmdə əldə etdiyi qazancdan hər kisə üçün bir manat məbləğində pul verəcəyinə dair yalan vəd verib aldatmaqla, Zərərçəkmiş şəxs1 2023-cü ilin sentyabr ayının əvəllərində Sabirabad rayonu Kovlar kəndində X1 məxsus mağazadan pulunu sonradan ödəmək şərtilə götürdüyü 3540 manat dəyərində 195 kisə, bundan 6 gün sonra isə sonuncunun Sabirabad rayon Yenikənd kəndində Şahid1 mağazasından götürdüyü 1470 manat dəyərində 105 kisə gübrəni rayonun Kovlar kəndində qəbul edib sonradan ayrı-ayrı şəxslərə sataraq əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə 5010 manat dəyərində 300 kisə gübrəni vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirtmək məqsədilə, Zərərçəkmiş şəxs2, gübrə satış məntəqələrində bir kisəsinin qiyməti 16 manat olan azot gübrəsini 14 manata gətirəcəyi vədi ilə aldadıb, 2023-cü ilin sentyabr ayının ortalarında Sabirabad rayonu Kovlar kəndində 3200 manat, 2400 manat, 2100 manat olmaqla, ümumilikdə 7700 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətlərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Sabirabad rayonunun Kovlar kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun dayısı oğlu, Zərərçəkmiş şəxs2 isə qonşusu olmaqla əvvəllər münasibətləri yaxşı olmuşdur. Təxminən 3-4 il əvvəldən azot gübrəsi alveri ilə məşğul olmuş, belə ki, mağazalardan gübrə alıb bir-iki manat baha qiymətə ayrı-ayrı şəxslərə sataraq çörək pulu qazanmışdır. 2023-cü ilin sentyabr ayının əvvəllərində bir neçə dəfə dayısı oğlu Azərə zəng edərək gübrə alverində yaxşı pul olduğunu və ona onunla birlikdə gübrə alveri etməsini təklif etmişdir. Azər də onunla razılaşmış, ona görə də elə həmin ilin sentyabr ayının əvvələrində Azər 4 dəfə yaşadığı Kovlar kəndindən Famil adlı şəxsin mağazadan 35 kisə, 20 kisə, 45 kisə və 25 kisə olmaqla ümumilikdə 125 kisə azot gübrəsini nisyə alaraq baha qiymətə satmaq və gəlir əldə etmək məqsədilə ona vermişdir. O, həmin azot gübrələrini baha qiymətə sataraq əldə olunan qazancdan və mağazanın pulunu da Azərə vermişdir. Bundan bir neçə gün sonra isə Azər Familin mağazasından nisyə aldığı 60 kisə, 75 kisə və təkrar 60 kisə, yəni 5010 manat dəyərində azot gübrələrini satması üçün ona vermişdir. Azərin üç dəfəyə ona verdiyi həmin gübrələri o, Sabirabad rayonu ərazisində yerləşən mağazalara aldığı qiymətdən baha qiymətə satmışdır. Lakin həmin vaxtlarda onun başqa şəxslərə borcları çox olmuş, bu səbəbdən də satdığı azot gübrələrinin pullarını öz borclarına vermişdir. Azərə isə heç bir məbləğdə pul verməmiş, Azər ondan pulunu istəyən zaman maddi vəziyyətinin pis olduğunu və səbrli olmasını demiş, Azər də heç bir etiraz etməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək bildirmişdir ki, bundan başqa 2023-cü ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs2la yaşadığı evin küçəsində görüşərkən ona gübrə alverində yaxşı qazanc olduğunu, alver etmək üçün pul verərsə gübrə alıb satacağını, əldə etdiyi qazancdan onada verəcəyini demişdir. Vilayət də onun sözünə razılıq verərək 2-3 dəfə ayrı-ayrı məbləğlərdə ona pul vermiş, o da həmin pula gübrə alıb sataraq Vilayətin verdiyi məbləğləri qaytararaq üzərində əlavə də qazanc vermişdir. Elə həmin ilin sentyabr ayının ortalarında Vilayət əvvlcə ona 1500 manat, bundan 5-6 gün sonra 3200 manat, sonra 2400 manat, daha sonra isə 2100 manat, cəmi 9200 manat pul verərək gübrə alıb satmasını, satandan sonra 9200 manatını və əldə etdiyi qazancdan da ona verməsini demişdir. Oda Vilayətdən almış olduğu 9200 manata ayrı-ayrı şəxslərdən gübrə alaraq baha qiymətə sata bilməmiş, bir hissəsini aldığı qiymətdən ucuz qiymətə satmış, gübrənin bir hissəsinin isə vaxtı keçdiyi üçün bərkiyərək xarab olmuşdur. Xarab olan gübrələri də kollektora tökmüş, sonradan isə Vilayət ondan pulunu tələb etmiş, 2023-cü ilin oktyabr ayında Vilayətə 1500 manat, Vilayət şikayət edəndən sonra isə 2024-cü ilin sentyabr ayının 18-də 800 manat qaytarıb vermiş, hazırda isə Vilayətə 6900 manat pul verməli olduğunu bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam həcmdə ödəməsini və bununla da onlar arasında barışıq əldə edildiyini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın 25% (iyirmi beş faiz) miqdarında pul vəsaitinin dövlət büdcəsinə ödədiyini nəzərə alaraq onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki o, Sabirabad rayonunun Kovlar kəndində yaşamaqla fərdi təsərrüfatla məşğul olur. Kovlar kəndində yaşayan Təqsirləndirilən şəxs onun ögey bibisi oğludur. 2023-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs dəfələrlə onunla mobil telefon vasitəsi ilə danışarkən gübrə alverində yaxşı qazanc olduğunu, özüdə gübrə alverinə başladığını deimşdir. Mağazalardan nisyə olaraq gübrə alıb ona verməsini, satandan sonra hər kisə üçün 2 manat qazınc əldə edəcəyini, hər kisəyə görə 1 manat ona verəcəyini demişdir. O, Təqsirləndirilən şəxs bu sözünə inandığı üçün həmin ilin sentyabr ayının əvvəllərində Kovlar kəndində yaşayn Famil adlı şəxsə məxsus mağazadan hərkisəsi 18 manat olmaqla əvvəlcə 35 kisə, bir neçə gündən sonra 20 kisə, bundan bir neçə gün sonra 45 kisə və sonuncu dəfə isə 25 kisə olmaqla ümumilikdə 125 kisə azot gübrəsini nisyə alaraq baha qiymətə satması və gəlir əldə etmək məqsədilə Təqsirləndirilən şəxs vermişdir. Famil həmin azot gübrələrini aparıb baha qiymətə sataraq, hər kisəsinə görə ona 1 manat qazanc vermişdir. Eyni zamanda mağazaçı Familə borclu qaldığı pulu da ona vermişdir. O, isə nisyə aldığı azotun pulunu mağazada işləyən Familə tam ödəmişdir. O, Təqsirləndirilən şəxs inandığı üçün qonşu Yenikənd kəndində yerləşən Fəryadın mağazasından hər kisəsi 14 manat olmaqla 150 kisə gübrə götürüb Təqsirləndirilən şəxs vermişdir.Famil gübrələrdən aparıb sataraq 45 kisəsinin pulunu ona vermiş, o, da verilən pulu Fəryada ödəmişdir. Qalan 105 kisənin pulunu, yəni 1470 manatı isə ona verməmiş ona görədə Fəryada boclu qalmışdır. Təqsirləndirilən şəxs yenə də nisyə azot almasını ona demiş, Familə inandığı üçün elə həmin ay mağazada işləyən Famildən 60 kisə, sonra 75 kisə və təkrar 60 kisə ayrı-ayrı vaxtlarda, cəmi 195 kisə azot gübrəsi nisyə alaraq aparıb Təqsirləndirilən şəxs həyətində ona vermişdir.Təqsirləndirilən şəxs 195 kisə gübrəni aparıb satmış, lakin mağazanın pulunu və əldə etdiyi qazancdan ona pul verməmişdir. O, Təqsirləndirilən şəxs mağazanın pulunu və əldə etdiyi qazancdan verməsini istəmişdir. Lakin Famil nə mağazanın 5010 manat pulunu, nədə əldə etdiyi qazancdan ona verməmişdir. Belə olduqda öz vəsaiti hesbına 3540 manat pulu mağazaçı Familə ödəmşdir. O, Təqsirləndirilən şəxs gübrələrin pulunu istədikdə hər dəfə müxtəlif bəhanələr edərək onun 5010 manat pulunu verməmiş, ona görə də məcburiyyət qarşısında qalaraq 19 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir.Sonrakı vaxtlarda da mağazaçı Familin pulundan da ayrı-ayrı vaxtlarda hissəhissə cəmi 500 manatını özü ödəmiş, hazırda mağazaya 3040 manat borcu qalmışdır. İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs1 dəymiş zərərin əvəzinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona tam həcmdə ödənilməsi və bununla da onlar arasında barışıq olması hallarına əsaslanıb, bu barədə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki o, Sabirabad rayonunun Kovlar kəndində yaşamaqla fərdi təsərrüfatla məşğul olur. O, 2023-cü ilin sentyabr ayında yaşadığı küçədə təsadüfən həmkəndlisi Təqsirləndirilən şəxs ilə rastlaşanda gübrə almaq istədiyini demşdir. FamilMəmmədov da gübrənin 1 kisəsinin 16 manat olduğunu, lakin gübrənin 1 kisəsini ona 14 manata sata biləcəyini demişdir. Bundan sonrakı 3-4 gün ərzində Təqsirləndirilən şəxs dəfələrlə zəng edərək, ona hər kisəsini 14 manatdan gübrə sata biləcəyini demişdir. Famildən gübrənin 1 kisəsini 14 manata alıb, 15 manata satarsa hər kisədə 1 manat qazancı olacağını düşünmüş, ona görə də həmin ilin sentyabr ayının ortalarında əvvəlcə FamilMəmmədova 1500 manat, bir neçə gündən sonra 3200 manat, bir neçə gündən sonra 2400 manat və sonuncu dəfə 2100 manat pul verərərək ona 9200 manatlıq gübrə gətirməsini demişdir. Famil sonuncu dəfə 2100 manatı ondan alandan sonra 10-15 gün ərzində 9200 manatlıq gübrəni gətirib ona verəcəyini bildirmişdir. Lakin verilən vaxt tamam olduğu halda Famil ona gübrə gətirməmişdir.Bundan sonrakı günlərdə dəfələrlə telefonla Famlə zən gedib, gübrəni gətirməməsnin səbəbəni soruşmuşdur. Buna baxmayaraq Famil verdiyi sözə əməl etməmişdir.Belə olduqda Familin onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüş, ona görədə Famildən pulunu qaytarmasını tələb etmişdir. Bir neçə gündən sonra Famil ona 1500 manatını qaytarıb vermiş, 7700 manatını isə verməmişdir. Ona görə də 03 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Sabirabad rayon polis şöbəsinə şikayət etmiş, Təqsirləndirilən şəxs onun şikayət etdiyini bilərək bundan birqədər sonra pulunun 800 manatını da vermiş, lakin sonrakı vaxtlarda isə 6900 manat pulunu verməmişdir. İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs2 dəymiş zərərin əvəzinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona tam həcmdə ödənilməsi və bununla da onlar arasında barışıq olması hallarına əsaslanıb, bu barədə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş təkrarən dələduzluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin və təqsirləndirilən şəxsin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yarandığından, Təqsirləndirilən şəxs CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikası CPM-nın 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın 25% (iyirmi beş faizi) miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyanın əvəzi tamamilə ödənildiyi üçün və onlar arasında barışıq olduğu səbəbindən, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın 25% (iyirmi beş faizi) miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, CM-nın 73-1.2-ci maddəsi əsasında onun barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyi halda, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri də ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyanın əvəzi tamamilə ödənildiyi üçün və onlar arasında barışıq olduğu səbəbindən, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın həcminin 25% (iyirmi beş faizi) miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, CM-nın 73-1.2-ci maddəsi əsasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-16/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-16/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver