Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-160/2025 05.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X13 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olumuş, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamış və qanunsuz olaraq xeyli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, o, 2025-ci ilin aprel ayının ortalarında Sabirabad rayonu, Qaratəpə kəndində yaşadığı evin həyətyanı sahəsində istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını torpaqda qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə 04 ədəd yəni, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 2025-ci ilin sentyabr ayının əvvəllərində həmin çətənə bitkilərinin yarpaqlarını qoparıb qurutmaqla qanunsuz olaraq satış məqsədi olmadan 390.0 qram çəkidə, xeyli miqdarda, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək 1 ədəd üzərində “Oba” yazısı olan şəffaf polietilen torbada qablaşdırmaqla yaşadığı evin zirzəmisində saxlamış, 17 sentyabr 2025-ci il tarixdə saat 19:05 dəqiqədən 19:50 dəqiqəyədək əməliyyat-axtarış fəaliyyətinin subyektləri - Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1, polis leytenantı Şahid2, NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid4 tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri zamanı evin zirzəmisinə və həyətyanı sahəyə fasiləsiz videoçəkilişdən istifadə elməklə baxış keçirilərkən zirzəmidən 1 ədəd üzərində “Oba” yazısı olan şəffaf polietilen torbada 390,0 qram çəkidə xeyli miqarda bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həyətyanı sahədən isə 4 ədəd, xeyli miqdarda yaş vəziyyətdə, ümumi çəkisi-2500,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. 5 ilə yaxın müddətdir ki, fasilələrlə, son 5 ay ərzində isə mütəmadi olaraq narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmişdir. 2025-ci ilin aprel ayının ortalarında yaşadığım evin həyətyanı sahəsində istifadə etdiyi marixuana yarpaqlarının arasından topladığı toxumlardan 4 ədəd ştil əkib becərmişdir. Həmin şlillərə vaxtı-vaxtında su verib dibini yumşaltmaqla kullivasiya etmişdir. Məqsədi isə həmin ştillərin gələcəkdə narkotik olmasına nail olmaq və həmin çətənə kollarının üzərindəki yarpaq və digər lazımlı hissəslərini qopardıb qurudaraq özü istifadə etmək olmuşdur. 2025-ci ilin sentyabr ayının əvvəllərində həmin şlillərdən formaşalan kollardan bir miqdar yarpaq və qozalarını qurudub bir qismini narkotik vasitə qurudulmuş marixuana kimi istifadə etmiş, bir qismini isə qurudub üzərində “Oba" yazısı olan şəffaf selofan torbanın içərisində yaşadığı evin zirzəmisində saxlamışdır. 17 sentyabr 2025-ci il tarixdə saat 19:05 dəqiqədə Sabirabad rayonu Qaratəpə kəndində yaşadığı evin darvazasının qarşısında olduğu vaxt 5 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Onlar polis əməkdaşı olduqlarını deyib, xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz olaraq kultivasiyasında şübhəli olduğunu bildirərək, barəsində təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar olduğunu izah etməklə üzərinə, həmçinin aqronom ixtisaslı mütəxəssisin iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirilməli olduğunu bildirmişlər. O isə buna heç bir etiraz etməmişdir. Həmin vaxt elə oradaca üzərinə keçirilən bazış zamanı əynində olan qara rəngli şavarının sağ yan cibində bir ədəd sadə funksiyalı “Nokia" markalı mobil telefon, 2 ədəd 10 manatlıq pul əskinasları aşkar olunmuşdur. Pulları elə orada özünə qaytarılmış, mobil telefon isə iş üçün əhəmiyyətli ola biləcəyi deyilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra polis əməkdaşlarının müşayəti, həmçinin aqronomun iştirakı ilə yaşadığı evin həyətinə daxil olmuşlar. Evində və həyətyanı sahəsində baxışın keçirilməsinə etirazı olmaması barədə Sabirabad rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra ondan yaşadığı evdə, eləcə də evin həyətyanı sahəsində əldə edilməsi, saxlanılması və ya istofadə edilmədi qadağan edilmiş əşya və ya predmelin olub-olmadığı soruşulmuşdur. Yaşadığım evin zirzəmisində narkotik vasitə qurudulmuş marixuana saxladığımı bildirib həmin zirzəmidə saxladığı bir ədəd üzərində “Oba" yazısı olan selofan bükümdəki narkotik vasitə qurudulmuş marixuanam baxışa təqdim etmişdir. Baxış zamanı təqdim etdiyi küllənin ağırlığı tərəzidə çəkilib 415 qram olduğunu müəyyən edilmiş və üzərində qeydlər aparılmış bir ədəd kağız vərəqi ilə həmin torbanı büküb qablaşdırmışlar. Həmin kütlə qablaşdırıldıqdan sonra üzəri aqronom, o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra ondan yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə olubolmadığı, həmçinin narkotik tərkibli bitkilərin kullivasiyası ilə məşğul olub-olmamağı soruşulmuşdur. O, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı sahəsinə onun və mütəxəssisin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin ərazidə əkib becərdiyi 04 (dörd) ədəd, 142 sm-dən 182 sm-dək hündiirülüyündə olan narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Baxış zamanı aqronom çətənə bitkilərinin xüsusi qaydada aqrotexniki qulluq edilərək yetişdirildiyini bildirmişdir. Baxış zamanı həmin 4(dörd) ədəd çətənə bitkisi torpaqdan kökü ilə birlikdə çıxarılmış, 3-cü çətənə bitkisi kökündən çıxarılarkən video aparatın yaddaş tutumu bitdiyi üçün çəkiliş kəsilmişdir. Dərhal başqa bir cihazla video çəkiliş və baxış davam etdirilmişdir. Təxminən 1 dəqiqəyədək olan qısa zaman kəsiyində heç bir neqativ hal baş verməmişdir. Torpaqdan kökü ilə birlikdə çıxarılmış çətənə bitkiləri işiqlı ərazidə bir ədəd polietilen kisəyə yığılmış və yanında elektron tərəzi ilə çəkilib ağırlığının polietilen kisə ilə birlikdə 3 kq 155 qram olduğu müəyyən edilmişdir. Qablaşdırmanın üzəri aqronom, o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra həyətyanı sahəyə, həyətdə olan yardımçı tikililərə, həmçinin yaşadığım evə baxış davam etdirilmişdir. Baxış zamanı dövriyyəsi, əldə edilməsi və saxlanılması qadağan edilmiş başqa bir əşya və va predmel aşkar olunmamışdır. Verilən suallara cavab olaraq təqdim eldiyim çətənə bitkilərinin özünə məxsus olduğunu və özü tərəfindən qulluq edildiyini, narkotik vasitədən istifadə eldiyini, narkotik vasitə satmadığını, başqa heç bir yerdə kütlə əkmədiyini, aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaların da özünə məxsus olduğunu. 2025-ci ilin aprel ayında əkdiyi çətənə kollarından toplayaraq qurudub özü istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra həyətyanı sahədə və yaşadığı evdə baxış davam etdirilsə də. əlavə dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya kütlə aşkar olunmamışdır. Daha sonra Sabirabad RPŞ-yə gətirilmiş, yaşadığı evə və həmin evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə tərtib olunmuş protokol ucadan oxunmuş və doğruluğu o və digər iştirakçıların imzası ilə təsdiq olunmuşdur. Sabirabad Rayon Polis şöbəsində hüquqları ona izah olunmuş, müdafiə hüququ təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Verilən sualları tam başa düşdüyünü, polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş, müstəntiq tərəfindən aşkar edilmiş predmetlərə yenidən baxış keçirilmiş və qablaşdırılmaqla götürülmüşdür. Sonda baxışın keçirilməsi başa çatıdmlmış, müstəntiq tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar protokola imza edərək doğruluğunu təsdiq etmişlər. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rıitbəsindədir. xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu Qaraləpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda narkotik vasitə saxlaması, istifadə etməsi və evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri kultivasiya etməsi barədə mənə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Daha sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində ondan başqa RPŞ-nin NMQ- nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 Mirbəxliyar oğlu. RPŞnin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 da iştirak etməli olmuşdur. Bundan sonra xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmiş və bu zaman sonuncunun evin qarşısında piyada hərəkət etdiyini görmüşlər. Dərhal videoçəkilİşlə Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını qeyd edib narkotik vasitələrin qanunsuz saxlanılması, istifadəsi və əkilib-beərilməsində şübhəli olduğunu və üzərinin yoxlanılacağını bildirmişlər. Nicst Kərimov üzərinin yoxlanılmasına heç bir etiraz etməmişdir. Həmin vaxt elə oradaca üzərinə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində bir ədəd sadə funksiyalı “Nokia” markalı mobil telefon, 2 ədəd 10 manatlıq pul əskinaslan aşkar olunmuşdur. Mobil telefon iş üçün əhəmiyyətli ola biləcəyindən götürülmüş, pullar isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasım bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs bu barədə ərizə təqdim etmişdir. Bundan sonra iştirakçılar. Təqsirləndirilən şəxs və aqronom mütəxəssisin işirakı ilə sonuncunun yaşadığı evin həyətinə daxil olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmidə saxladığı bir ədəd üzərində “Oba” yazısı olan polietilen lorbadakı yaşıl rəngli, qurudulmuş ot formasında olmaqla spesifik kəskin qoxuya malik olan, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzəyən kütlələri baxışa təqdim elmişdir. Baxış zamanı aşkar olumuş kütlələr tərəfimizdən üzəri imzalarla təsdiqlənmiş ağ kağıza bükülərək qablaşdırılıb Azərbaycan Respublikası DİN-in müvafiq möhürü ilə möhürlənib kütlənin ağırlığı elektron tərəzidə çəkilib, polietilen torba ilə birlikdə 415 qram olduğu müəyyən edilmiş və götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni isə əkdiyi çətənə bitkilərinin yarpaq və digər hissələrindən qoparmaqla qurudub hazırladığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq çətənə bitkiləri əkib- becərdiyini deyərək həmin istiqaməti göstərmiş və fasiləsiz video çəkiliş ilə həyətdə baxış keçirməyə davam etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs həmin ərazidə 04 (dörd) ədəd torpaqda əkilmiş narkotik tərkibli çətənə bitkisinə bənzər bitkiləri təqdim etmişdir. Şifahi sorğu zamanı baxışda iştirak edən aqronom həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və həmin bitkilərə xüsusi qaydada aqrotexniki qulluq edilərək yetişdirildiyini bildirmişdir. Baxış zamanı həmin 4(dörd) ədəd çətənə bitkisi torpaqdan kökü ilə birlikdə çıxarılmışdır. 3-eü çətənə bitkisi kökündən çıxarılarkən video aparatın yaddaş tutumu bitdiyi üçün çəkiliş kəsilmiş və dərhal başqa bir cihazla video çəkiliş davam etdirilmişdir. Təxminən 1 dəqiqəyədək olan qısa zaman kəsiyində heç bir neqativ hal baş verməmişdir. Torpaqdan kökü ilə birlikdə çıxarılmış çətənə bitkilərin uzunluqları ölçülüb ən kiçiyinin 142sm, ən uzununun isə 182 sm olması müəyyən edilmişdir. Bundan sonra həmin bitkilər işiqlı ərazidə bir ədəd polietilen kisəyə yığılmış və Təqsirləndirilən şəxs yanında elektron tərəzidə çəkilib ağırlığının polietilen kisə ilə birlikdə 3 kq 155 qram olduğu müəyyən edilmiş və üzəri aqronom, şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra qablaşdırlaraq götürülmüşdür. Bundan sonra həyətyanı sahəyə, həyətdə olan yardımçı tikililərə, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə baxış davam etdirilsə də, əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlərə rast gəlinməmişdir. Daha sonra baxış keçirilməsi başa çatdırılmış və onlar Təqsirləndirilən şəxs aşkar edərək götürdüyükləri predmelləıiə birlikdə Sabirabad RPŞ-yə gətirib raportla şöbə rəhbərliyinə məruzə etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və aşkar olunmuş predmetlərə yenidən müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış prcdmel yenidən açılmışdır. Müstəntiqin verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs daha əvvəl videoçəkilİş zamanı bildirdiyi fikirləri yenidən təkrarlamışdır. Bundan sonra həmin kütlələr yenidən müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonda keçirilmiş baxışla əlaqədar protokol tərtib edilərək ucadan oxunmuş və protokolu imzamızla təsdiq elmişlər. Şahidlər Şahid3 Mirbəxliyar oğlu, Şahid2 və Şahid4 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələri elan edildi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbiri qismində fərdi yaşayış evinə, yaşayış və qeyri-yaşayış sahəsinə baxış keçirilməsi” 17 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19:05-dən 19:55-dək olan müddət ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq yaşadığı evə baxış keçirilərkən həmin evin zirəzmisindən 1 ədəd şəffaf sellofan torbada 390,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin evin həyətyanı sahəsinə baxış keçirildikdə isə 4 ədəd yaş vəziyyətdə, ümumi çəkisi-2500,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür ( i.v.13-15). X3 Toxum Analizləri şöbəsinin müdiri X4 tərtib etdiyi xx.xx.2025-ci il tarixli rəydə göstərilmişdir ki, Sabirabd rayonunun Qarağac kəndində yaşayan Təqsirləndirilən şəxs həyətinə baxış keçirilərkən aşkar olunmuş 04 ədəd narkotik xassəli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunmaqla becərilmişdir ( i.v.16). “Əşyalara baxış keçirilməsi və götürmə aparılması haqqında” 17 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlələr istintaqa təqdim edilmiş, həmin predmetlərə müstəntiq Sabit Yusifov tərəfindən yenidən baxış keçirilmiş və qablaşdırılaraq götürülmüşdür ( i.v.18-20). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 18 sentyabr 2025-ci il tarixli, 18/682 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "... imza Kərimov..." sözləri və imzalar olan sintetik torbada ümumi say 04 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 2500.0 qram olan bitki nümunələri əkilib-bücərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabİs) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 04 ədəd çətənə (kannabisO bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş üzərində “...imza Kərimov..." sözləri və imzalar olan polietilen torbada təmiz çəkisi - 390,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 04 ədəd çətənə bitkiləri dvə narkotik vasitə marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidirlər (i.v.47-51). “Maddi sübut kimi tanımaq haqqında” 19 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş çəkisi 2500,0 qram olan 4 ədəd narkotik tərkibli çətənə bitkilərinin 0,40 qramının tədqiqata sərf olunması nəzərə alınmaqla qalıq qalmış 2499,60 qramı və çəkisi 390,0 qram olan narkotik vasitə qurudulmuş marixuananın 0,10 qramının tədqiqata sərf olunması nəzərə alınmaqla qalıq qalmış 389,90 qramının 19 sentyabr 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Sabirabad RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (i.v.90-91). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 25 sentyabr 2025-ci il tarixli 5995 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabioidlərdən epizodik istifadə etmə hallan olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür ( i.v.116-117). “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” 17 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2025-ci il tarixdən tutulmuş hesab edilmişdir (i.v. 21). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v.70-71). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 19 sentyabr 2025-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.83-84). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 26 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində Azərbaycan Respublikası CM-nin 237.1 ei maddəsi ilə istintaq olunmuş ********* nömrəli cinayət işi məhkəməyə göndərilmiş, Sabirabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(056)-126/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021 -ci il tarixli Qərarının 1.16-cı və 9.1 -ci bəndlərinə, həmçinin CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş, belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunmuşdur (i.v.104). “Elektron məhkəmə sistemindən” görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2013cüil təvəllüdlü (X2) və 25 iyun 2015-ci il təvəllüdlü (X5, X6, X7) uşaqları var. “Sübutların qiymətləndirilməsi haqqında” 02 noyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə elan edilmiş ittihamın qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş çəkisi 2500,0 qram olan 4 ədəd narkotik tərkibli çətənə bitkilərinin 0.40 qramının tədqiqata sərf olunması nəzərə alınmaqla qalıq qalmış 2499.60 qramı və çəkisi 390.0 qram olan narkotik vasitə qurudulmuş marixuananın 0,10 qramının tədqiqata sərf olunması nəzərə alınmaqla qalıq qalmış 389,90 qramının 19 sentyabr 2025-ei il tarixli qərarla maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Sabirabad RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsinin iş üzrə nəzərə alınması, Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahidlərin ifadələri, digər istintaq hərəkəti protokolları, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, baxış keçirilməsi və götürmə haqqında protokol və cinayət işinin digər istintaq hərəkətlərinin protokolları cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v.145-156). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi xeyli miqdar, 500 qram olduqda isə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqadarlarına görə” siyahılarının İİİ siyahısına əsasən çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30 hissə) təşkil edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 1ci hissəsinin 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər amnistiya tətbiq edilən şəxslərin dairəsinə aiddirlər. Həmin Amnistiya aktının 5 və 5.1-ci bəndlərinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Amnistiya aktının 19 və 19.5-ci bəndlərinə əsasən amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. Həmin Amnistiya aktının 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilir ki, cinayət məsuliyyətindən azad etmə halları Cinayət Məcəlləsinin 72-75-ci maddələri ilə yanaşı, həmin Məcəllənin 20-ci (cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamaqla əlaqədar cinayət məsuliyyətindən azad etmə); 21-ci (ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməklə bağlı cinayət məsuliyyətindən azad etmə); 30.2-ci (cinayət törətməkdən könüllü imtina etməklə əlaqədar cinayət məsuliyyətindən azad etmə) və 81.2-ci (amnistiya aktı ilə cinayət məsuliyyətindən azad etmə) maddələrində də nəzərdə tutulmuşdur. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, bu maddələrdə sadalanan halların mövcudluğu cinayət təqibinin həyata keçirilməməsi üçün əsas ola bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladları olduğundan onun Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 1-ci hissəsinin 1.16-cı bəndinə əsasən amnistiya tətbiq edilən şəxslərin dairəsinə aid olmasını, həmçinin həmin Amnistiya aktınının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin Təqsirləndirilən şəxs tətbiq edilməməsini nəzərə alıb belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli (CPM 156.4), iş üzrə maddi sübutlar - Sabirabad Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 2499,60 qram olan 4 ədəd narkotik tərkibli çətənə bitkiləri və ekspertiza tədqiqatından sonra qalan 389,90 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə (narkoloji kabinetdə profilaktiki) qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri 67,30 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 197-198, 344-347, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə başlanılmış cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut – Sabirabad Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 2499,60 qram olan 4 ədəd narkotik tərkibli çətənə bitkiləri və ekspertiza tədqiqatından sonra qalan 389,90 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 67,30 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla sərf edilmiş 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Vəkillər Kollegiyasına ayrılan vəsaitdən Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Qərardan elan edildiyi andan 20 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM : Cavid Cəfərov
Məhkəmə qərarları › İş №1(056)-160/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-160/2025
05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver