Məhkəmə qərarları › İş №1(056)-161/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-161/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-161/2024 18.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Rusiya Federasiyasının Pyatiqorsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu Poladtuğay kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittihama görə o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda 9,77 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamış, 23 aprel 2024-cü il tarixdə saat 02:50 dəqiqədə Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Sabirabad rayonu Poladtuğay kəndi ərazisində piyada hərəkət edən zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Polis Şöbəsinə gətirilib, şöbənin inzibati binasında saat 05:05 dəqiqədə üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunda təmiz çəkisi 9,77 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan təxminən 1 ay əvvəl yaşadığı Sabirabad rayonu Poladtuğay kəndinin çöl sahəsinə heyvan otarmaq üçün getmiş, çöl sahəsinə gedərkən yolun kənarındakı dəmiryolu reyslərinin yanından keçmişdir. Bu vaxt həmin reyslərin yanında yerdə bir ədəd “Rothmans” markalı siqaret qutusu olduğunu görmüş, həmin qutuda siqaret olduğunu fikirləşib yerdən götürüb içərisinə baxdıqda içərisində siqaret dənələri deyil, narkotik vasitə qurudulmuş marixuana olmasını müəyyən etmişdir. Daha sonra həmin kütləni özü az-az istifadə etmək məqsədilə yerdən götürüb əynində olan şalvarın cibinə qoymuşdur. Bundan sonra yaşadığı kəndə gəldikdə kəndin insanların az-az gəldiyi hissəsi olan “bəndkənarı” adlanan yerə gəlib tapdığı narkotik vasitəni həmin yerdə gizlətmişdir. Daha sonra isə bir neçə dəfə qeyd etdiyi yerə gəlib orada narkotik vasitə qurudulmuş marixuanadan özü yalnız halda istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 03 radələrində yaşadığı evdən çıxıb yenidən “bəndkənarı” adlanan yerə getmiş, orada gizlətdiyi bir ədəd “Rothmans” markalı siqaret qutusunu götürmüş, əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyub bir neçə metr kənara gedib istifadə etmək istəyərkən üç nəfər polis xüsusi geyimli şəxslər ona yaxınlaşmışlar. Daha sonra onlar özlərinin polis əməkdaşları olduqlarını qeyd edib onu sorğu-suala tutub kim olduğunu və həmin ərazidə nə iş gördüyünü soruşmuşlar. O, üzərində narkotik vasitə olduğu üçün həddindən artıq həyəcanlanıb titrək səslə onlara cavab vermişdir. Lakin həmin vaxt polis əməkdaşları ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet saxlamasına görə şübhələnmişlər və onu Sabirabad RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşlarına məxsus avtomobillə Sabirabad RPŞ-yə gəlmişdir. Sabirabad RPŞ-yə çatdıqdan sonra müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və Müdafiəçi iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ondan nədə şübhəli olduğunu bilib-bilməməsi soruşulmuş, o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdikdən sonra üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. O, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusunu çıxarıb masanın üzərində qoymuşdur. Həmin kütlənin nə olması və kimə məxsus olması soruşulduqda narkotik vasitə qurudulmuş marixuana olması, özünə aid olması, təxminən bir ay əvvəl Sabirabad rayonu Poladtuğay kəndinin çöl sahəsində heyvan otararkən dəmiryolu reyslərinin kənarında yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi biothmans” markalı siqaret qutusunda olan narkotik vasitə qurudulmuş marixuana həmin siqaret qutusunda götürülərək bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, zərfin üzəri möhürləndikdən sonra o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda o, əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətmişdir. Hansı əsasla tutulduğu ailə üzvlərinə məlum olduqdan sonra kifayət qədər tənbeh edilmiş, əməlindən nəticə çıxararaq ailə üzvlərinə tövbə etməklə bir daha narkotik vasitə istifadə etməyəcəyinə söz vermişdir. Anası xəstədir. Həbs edilərsə daha da pərişan vəziyyətə düşəcəkdir. Qardaşı Vətən müharibəsi iştirakçısıdır və 5 medalla təltif edilmişdir. Əmisi oğlu Vətən müharibəsi şəhididir. Bunları qeyd etməkdə məqsədi odur ki, vətənpərvər ailənin üzvü olmasını diqqətə çatdıra bilsin. Özü də hazırda əməlinə görə xəcalət çəkir. Odur ki, o, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabirabad RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. 23 aprel 2024-cü il tarixdə Sabirabad RPŞnin İTB-nin polis sahə nəfərləri Şahid2 və Şahid3 Zahid oğlu ilə birlikdə Sabirabad rayonu Poladtuğay kəndi ərazisində xidmətdə olan zaman bir nəfər şəxsin onları görüb hərəkət istiqamətini dəyişərək qaçmaq istədiyini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan qaçmasının səbəbini soruşmuşlar. Həmin şəxs isə suallara həyəcanlı halda qeyri-müəyyən cavablar vermişdir. Həmin şəxsin üzərində hər hansı qanunsuz əşya, predmet, o cümlədən narkotik vasitə saxlamasına dair əsaslı şübhələr yaratdığı üçün sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət etmişlər. O, razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində o, raportla polis şöbəsinin rəisinə məruzə etmiş, bundan sonra raportun icrası müstəntiq Fərid Cəfərzadəyə həvalə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs müstəntiq Fərid Cəfərzadə tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs özü könüllü şəkildə bildirmişdir ki, üzərində narkotik vasitə qurudulmuş marixuana vardır və əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisinə müstəntiq tərəfindən baxış keçirilən zaman, içərisindəki maddənin narkotik vasitə olan qurudulmuş marixuanaya oxşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Sabirabad rayonu Poladtuğay kəndi ərazisində yerdən tapdığını, öz istifadəsi üçün götürdüyünü və satış məqsədinin olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən əlavə olaraq heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş kütləyə iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid3 Zahid oğlu Şahid1 göstərdikləri ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə-bioloji ekspertizasının 23 aprel 2024-cü il tarixli, 3-16-16/2-18/423 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd siqaret qutusunda təmiz çəkisi-9,77 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 16 iyul 2024-cü il tarixli, 4840 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad RİHB-nın Ulacalı KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Vətən müharibəsi iştirakçısına aid vəsiqələrin surətlərindən görünür ki, təqsirləndirilən şəxsin qardaşı müharibə veteranı olmaqla Vətən müharibəsi iştirakçısıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs göstərilən cinayəti əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, özünün etirafedici ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və ailə vəziyyətini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu günə qədər olan şəxsiyyəti nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla, 4 gün təyin olunan cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınmalı olmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi tədqiqatdan sonra 9,75 qram olan narkotik vasitə qururdulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini və məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan tədqiqatı nəticəsində qalıq qalmış 9,75 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar