Məhkəmə qərarları › İş №1(056)-162/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-162/2025

07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-162/2025 07.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2007-ci i ildə Sabirabad rayonunun Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayon Ceyhun Hacıbəyli küçəsi ev 64 mənzil 24-də qeydiyyatda olan və Xırdalan şəhəri, Kristal 1, bina 4, mənzil 66 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham aktına görə, o, 11 sentyabr 2025-ci il tarixdə saat 19 radələrində Tərtər rayon sakini Zərərçəkmiş şəxs sonuncunun razılığı əsasında evlənmək məqsədilə Tərtər şəhərindən Sabirabad rayonun Qəzli kəndində yerləşən babasının evinə gətirmiş və orada cinsi ehtirasını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs evin yataq otağında yerləşən çarpayıda uzandırıb gərilmiş vəziyyətdə olan cinsi orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil etməklə, bədənini öpməklə, əlləri ilə ovxalamaqla, 22 avqust 2011-ci ildə anadan olmaqla on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, anası Şahid2, azyaşlı qardaşı Məhəmməd Muradov və bacısı Kübra Muradova ilə birlikdə Bakı şəhərində yaşayır. X1 anası Şahid2 təxminən 9 il olar ki, boşanmışdır. Lakin atası Rəman ilə əlaqə saxlayıb danışır və o, anası Aynurəyə hər ay olmaqla 300 manat aliment ödəyir. Atası Rəman başqa qadınla evlənmiş və həmin qadından iki övladı vardır, onların ikisi də oğlandır. Təxminən bir il bundan qabaq Şəki şəhərində yerləşən Xan Sarayında təsadüf nəticəsində Zərərçəkmiş şəxs ilə tanış olmuş, onun instagram sosial şəbəkə səhifəsini almış və bir-biri ilə instagram sosial şəbəkəsində əlaqə saxlayıb danışmış, bundan sonra biri-birini istəmiş və aralarında sevgi münasibətləri yaranmışdır. O, Zəhranın atası Etbarın onun anası Lalədən boşandığını bilir, bir-birinə ailələri barədə məlumat vermişlər. O, bu hadisədən təxminən 20 gün qabaq Zəhranın yaşadığı Lökbatan qəsəbəsinə getmiş və onunla orada görüşüb söhbət etmiş, həmin vaxtı onun razılığı ilə mobil telefon nömrəsini ondan alıb sındırmışdır ki, Zəhra heç kəslə əlaqə saxlaya bilməsin və onunla instagram sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlasın. Öz istifadəsində ***-***-**-** mobil nömrəsi, Zəhranın istifadəsində isə ***-***-**-** mobil nömrəsi olmuşdur. Zəhranın mobil telefonu Ayfon 15 PRO olduğu üçün telefonun ayklod vasitəsi ilə instagram sosial şəbəkəsinə daxil olduğu üçün danışa bilirdi. Zəhra Tərtər şəhərində nənəsi Nərgiz və adını unutduğu babası ilə birikdə yaşayır. 10 sentyabr 2025-ci il tarixdə saat təxminən 22 radələrində instagram sosial şəbəkə vasitəsi ilə Zəhra ilə danışmış, Zəhra bildirmişdir ki, nənəsi Nərgiz 18 avqust 2025-ci il tarixdən Bakı şəhərinə müalicəyə gedib, babası ilə tək qalır. Zəhra danışıq zamanı ona Tərtər rayonuna gəlməsini, onu oradan götürüb Bakı şəhəri, Lökbatan qəsəbəsində yaşayan anası Lalənin yanına aparmasını istəmişdir. O, həmin vaxtı dostu Şahid1 ilə birlikdə Bakı şəhərindən müxtəlif yol maşınları ilə Tərtər rayonuna getmiş və Tərtər rayonuna 11 sentyabr 2025-ci il tarixdə saat təxminən 8 radələrində çatmışlar. Zəhra ilə əlaqə saxlamış, Zəhra yaşadığı evdən özünə məxsus geyim əşyalarını da götürərək onunla Tərtər şəhərində görüşmüşdür. O, Əyyub və Zəhra birlikdə Bakı şəhərinə getmək üçün sürücülərini tanımadığı müxtəlif yol maşınlarına əyləşərək Yevlax rayon avtovağzalına gəlmişlər və oradan Bakı şəhəri istiqamətində hərəkət edən tanımadığı taksi avtomobilinə əyləşərək Sabirabad rayonu ərazisində yerləşən Qruzma deyilən kəndin ərazisindən keçən yolda düşmüşlər. Onlar Sabirabad rayonu Qəzli kəndinə gəlmək üçün təxminən 20 dəqiqə ərzində piyada yol qət etmiş, sonra qarşılarına çıxan avtomobillə Qəzli kəndinə gəlmişlər. Onlar Sabirabad rayonun Qəzli kəndində yerləşən babası X4 yaşayış olmayan evinə saat təxminən 17-18 radələrində gəlib çatmışlar. O,evin boş olmasını əvvəlcədən bilirdi. Əvvəldən fikiri Zəhra ilə evlənmək olmuşdur, çünki onu sevir və onu bibisi Ülviyyənin evinə aparacaqdı. Bu barədə Ülviyyə ilə danışmış və Ülviyyə ona “qızı qaçırtmaq olmaz və gələrsən söhbət edərik, ailəsi ilə danışıb razılıq əldə edərik” demişdir. X14 yaşının 14 olmasını bilmirdi və o, bu barədə ona deməmişdir. Ülviyyə qızla evlənməyinə razı olmamış və evinə gətirməyinə razılıq verməmişdir. O, Əyyub və Zəhra evin həyətinə və oradan da baxçaya daxil olmuşlar. Həmin vaxtı həyətə gələn babası Yasəfin bacısı Əsli Zəhranı görməmiş, həmin vaxt Zəhra bağda gizlənmişdir. Əsli onunla və Əyyubla görüşmüş və “burada nə gəzirsən” deyə soruşmuşdur. O, Əsliyə dincəlməyə gəldiyini demişdir. Babası evə nəzarət etməyi Əsliyə tapşırmışdı və evin açarı Əslidə olmuşdur. O, evin açarını Əslidən almış, Əsli getdikdən sonra Zəhra evin içərisinə keçmişdir. Bir qədər vaxtdan sonra Əsli onlara yemək gətirmiş və onun gətirdiyi yeməyi yemişlər. Saat təxminən 19 radələrində Əyyub evdən mağazaya alış-veriş etmək üçün getmiş və o, evdə Zəhra ilə tək qalmışdır. O, Zəhra ilə evin yataq otağına keçmiş, otaqda öpüşmüşlər. Daha sonra hər ikisi biri-birinə cinsi əlaqədə olmaq istəyini bildirmiş, Zəhra əyin paltarını özü, o da əyin paltarlarını özü soyunmuşdur. Zəhra arxası üstə yatağa keçib uzanmış, o da Zəhranın üstünə uzanmış, öz cinsi orqanını Zəhranın cinsi orqanına daxil etmiş, Zəhra narahat olduğundan hərəkətlərini dayandırmışdır. Həm də öz cinsi orqanını Zəhranın cinsi orqanına tam axıra kimi yeritməmişdir. Zəhra ilə öpüşməkləri, paltarlarını soyunmaqla birlikdə yatağa keçib uzanmaları təxminən 20-25 dəqiqə vaxt çəkmişdir. Cinsi əlaqə isə təxminən 2-3 dəqiqə çəkmişdir. Həmin vaxtı Zəhra qışqırıq səsi çıxardanda o, cinsi aktı dayandırmış və həmin vaxtı prostinanın üstünə boşalmışdır. Sonra boşaldığı hissəni prostinanın üstündn olan örtüklə silib təmizləmişdir. Zəhra da əyin paltarını geyinib hamama yuyunmağa getmişdir. Həmin vaxtı Zəhranın alt paltarı yerdə olmuşdur və paltarını da götürmüşdür. Həmin alt paltarı qırmızımtıl rəngdə olmuşdur. Zəhra özü ilə əlavə əyin paltarları da gətirmişdi. O, həmin alt paltarını geyinib və ya yenisini geyindiyini bilməmişdir. Bundan sonra evə Əyyub gəlib çıxmış və bir qədər evdə qalandan sonra Bakı şəhərinə getmək üçün yola çıxmışlar və saat təxminən 22 radələrində Qəzli kəndindən Bakı şəhərinə getmək üçün yola düzəlmişlər. Onlar piyada yol ilə getmişlər və iki üç kənd keçib piyada hərəkət edərkən işıqlar kənddə sönmüşdür. Bu zaman onlar yolda tanımadığı “VAZ- 2106” markalı avtomobilə əyləşmişlər. Həmin maşının sürücüsünün kim olmasını bilməmiş və tanımamışdır. Həmin sürücü yolun yarısınadək onları gətirmiş və yolda həmin avtomobildən düşmüşlər. Daha sonra yoldan “Mersedes” markalı avtomobilə əyləşib Hacıqabul rayonu Qarasu qəsəbəsi ərazisinə gəlmişlər. Sürücü onları yolda düşürmüş və həmin sürücünün də kim olmasmı bilməmiş və tanımamışdır. Yol gedərkən sürücü demişdir ki, “yanınızda azyaşlı qız var, polis çağıracam. O, isə cağırmasını demişdir. Sürücü onları yolda düşürtmüşdür. Bir qədər vaxt keçmişdir ki, olduqları yerə Hacıqabul rayonundan polis əməkdaşları gəlmiş və onları özləri ilə polis şöbəsinə aparmışlar. Onları aparan sürücü də orada olmuşdur. O, Zəhra və Əyyub polis əməkdaşları ilə birlikdə Hacıqabul rayon polis şöbəsinə yollanmışlar və polis şöbəsində onlardan izahatlar alınmış və olanları orada danışdırmışlar. Daha sonra Sabirabad rayon polis şöbəsinin əməkdaşları gəlmiş və onlarla birlikdə əvvəl Sabirabad rayonunun Qaragüney polis bölməsinə, oradan da Sabirabad rayon polis şöbəsinə gəlmişlər. Hazırda zərərçəkmiş şəxsin ona qarşı şikayəti yoxdur. Çünki onlar bir-birlərini sevirlər və gələcəkdə ailə qurmaq niyyətindədirlər. Əməlinin cinayət olacağını düşünməmişdir. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törədir. O, restoranda ofisiant işləməklə anasının, azyaşlı bacı və qardaşlarının tələbatlarını qarşılayır. Həbs edilməsini istəmir və həbs edilməkdən qorxur. Məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclası zamanı qanuni nümayəndəninin iştirakı ilə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, anası X15, az yaşlı qardaşı X6 ilə birlikdə yaşayır. Atası Etibar anası Lalədən onun iki yaşı olanda boşanmışdr. Anası ikinci dəfə X7 ilə ailə həyatı qurmuşdur. Anası Lalə onkoloji xəstədir və Sədərək Ticarət mərkəzində satıcı işləyir. O, atası X10 ilə danışmır və onunla hər hansı bir əlaqəsi yoxdur. Atası Etibar anası Laləni döydüyünə və bıçaqla vurduğuna görə həbs də yatmış, iki dəfə ailə həyatı qurmuş, hər ailəsindən də bir qız övladları vardır. Təqsirləndirilən şəxs və Şahid1 tanıyır. Təqsirləndirilən şəxsla təxminən bir il bundan əvvəl Şəki şəhərinə toya qonaq gedən zaman Şəki Xan sarayında tanış olmuş və oradan Yasəflə sevgi münasibəti başlamış, onunla tez-tez mobil telefonla danışmağa başlamışdır. O, Yasəflə nömrə vasitəsi ilə deyil, instagram sosial şəbəkə vasitəsi ilə danışır., Öz istifadəsində ***-***-**-** mobil nömrəsi olmuş və həmin nömrəni bir neçə ay olar ki, Yasəflə Bakı şəhəri, Lökbatan qəsəbəsində görüşərkən Yasəf nömrəni ondan almış və sındırmışdır. Lakin, istifadəsində olan mobil telefonu Ayfon 15 PRO olduğu üçün ayklod vasitəsi ilə mobil telefonun instagram sosial şəbəkə vasitəsi ilə Yasəflə əlaqə saxlayıb danışır. O, Tərtər şəhərində nənəsi Qanuni nümayəndə və babası Akiflə birlikdə yaşayır. Nənəsi Nərgiz 18 avqust 2025-ci il tarixdə müalicə almaq üçün Bakı şəhərinə getmiş, babası X11 ilə Tərtər şəhərində qaldığı üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhərinə anası Lalə Zeynallının yanına getmək istəmiş və Yasəfə instagram sosial şəbəkə vasitəsi ilə gecə radələrində zəng etmiş və onu Tərtər rayonundan götürüb anasının yanına aparmasını istəmişdir. Yasəf onunla razılaşmış və dostu Şahid1 ilə gələcəyini bildirmişdir. Yasəf danışarkən ona Bakı şəhərində olmasını demiş, təxminən saat 08 radələrində Təqsirləndirilən şəxs dostu Şahid1 ilə birlikdə Tərtər rayonuna, Yasəfə bildirdiyi ünvana gəlmişdir. O, onlarla görüşmək və Bakı şəhərinə getmək üçün evdən özünə məxsus əyin paltarlarını götürüb çıxmışdır. Bakı şəhəri istiqamətində getmək üçün müxtəlif yol maşınlarına əyləşmiş və Yevlax rayon avtovağzalına gəlmişlər. Oradan Bakı şəhəri istiqamətində gedən sürücüsünü tanımadığı avtomobilə əyləşmişlər. Yasəf həmin avtomobilin sürücüsünə Sabirabad rayonunda düşəçəklərini demişdir. Sürücü Yasəfin bildirdiyi yerdə saxlamış və avtomobildən yerə düşmüşlər. Sonra 20 dəqiqə piyada hərəkət etmişlər və yolda Yasəf yenə tanımadığı taksi maşınına əl edib onları Sabirabad rayonu Qəzli kəndinə aparmağı demişdir. Həmin taksi sürücüsü onları yoldan götürüb Sabirabad rayonu Qəzli kəndinə gətirmişdir. Həmin kənddə yerləşən Yasəfin babası evinə gəlmişlər. Evə saat 17 radələrində çatmışlar, evdə heç kəs olmamışdır. İlk əvvəl həyətə daxil olanda həyətdə olan bağı gəzmişlər. Sonradan isə həyətə Yasəfin babasının adını bilmədiyi bacısı gəlmiş, lakin həmin qadın onun gəldiyini bilməmişdir. Həmin qadın elə bilmişdir ki, Yasəf dostu Əyyubla gəlmişdir. Yasəfin babasının adını bilmədiyi bacısı yenidən gəlmiş və Yasəfə yemək gətirib vermişdir. Yeməyi yedikdən sonra Şahid1 bir neçə əşya almaq üçün marketə getmiş, daha sonra Yasəflə bir otaqda qalmışlar. Saat təxminən 19 radələrində Yasəflə bir otaqda qaldığı vaxt öz istəyi ilə Yasəflə qarşılıqlı öpüşmüşdür. Sonra hər ikisi əyin paltarlarını soyunmuş və Yasəf onun döşlərini ovxalamış və dodaqlarını öpmüşdür. O, yatağa keçib arxası üstə uzanmış, Yasəf də paltarını soyunub onun üstünə çıxmışdır. Yasəf gərilmiş cinsiyyət orqanı onun cinsi orqanına yeritmiş, həmin vaxt o, ağrı hiss etmişdir. Lakin Yasəf öz cinsi orqanını onun cinsi orqanına tam yeritməmiş, üstündə iki dəfə dala-qabağa etmişdir. O, ağrını hiss edib az səsini çıxartmış, Yasəf də cinsi anı başa vurmadan dayanmışdır. Yasəf üstündə təxminən 1 dəqiqə qalmış və Yasəfdən gələn sperma yəni, yapışqan maye yatdığı çarpayının üstündə olan prostinaya düşmüş və qılçasının arasına da dəymişdir. O, bu cinsi aktdan sonra yuyunmaq üçün ayaqyoluna getmiş, yuyunub təmizlənərkən ondan az miqdarda qan gəldiyini və Yasəfdən gələn yapışqan mayeni görmüş və yuyunub təmizlənmişdir. Ayaqyolundan qayıdıb gələndən sonra Yasəfə demişdir ki, qızlıq bəkarəti pozulmuşdur. Yasəf də ona demişdir ki, “səni sevirəm və səni alacam”. Yasəflə danışığı olmuşdur ki, onu Bakı şəhərinə orada yaşayan adını bilmədiyi bibisinin evinə aparıb orada saxlayacaq. Təxminən 20-25 dəqiqədən sonra Əyyub marketdən evə qayıdıb gəlmiş, bir qədər də evdə qaldıqdan sonra saat təxminən 22 radələrində Qəzli kəndindən Bakı şəhərinə getmək üçün yola çıxmışlar. Piyada yol ilə iki üç kənd keçib hərəkət edərkən tanımadığı “VAZ 2106” markalı avtomobilə əyləşmişlər. Həmin maşının sürücüsünün kim olmasını bilməmiş və tanımamışdır. Həmin sürücü yolun yarısınadək onları gətirmiş və yolda həmin avtomobildən düşmüşlər. Daha sonra yoldan “Mersedes” markalı avtomobilə əyləşib Hacıqabul rayonu Qarasu qəsəbəsi ərazisinə gəlmişlər və həmin sürücünün də kim olmasını bilməmiş və tanımamışdır. Sürücü demişdir ki, “yanınızda azyaşlı qız var, polis cağıracam”. Yasəf də demişdir ki, cağır. Sürücü onları yolda düşürtmüşdür və bir qədər vaxt keçmişdir ki, olduqları yerə Hacıqabul rayonundan polis əməkdaşları gəlmiş və onlan polis şöbəsinə aparmışlar. Onlan gətirən sürücü də orada idi. Sürücü bildirmişdir ki, “sizi aparacaqdım və sizi özüm burada saxladım ki, polisə bildirim”. O, Yasəf və Əyyub polis əməkdaşlan ilə birlikdə Hacıqabul rayon polis şöbəsinə yollanmışlar və polis şöbəsində onlardan izahatlar alınmış və olanları orada danışmışlar. Daha sonra Sabirabad rayon polis şöbəsinin əməkdaşları gəlmiş və onlarla birlikdə əvvəl Sabirabad rayonun Qaragüney polis bölməsinə, oradan da Sabirabad rayon polis şöbəsinə gəlmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Sonuncudan şikayət və tələbi yoxdur.Onun tutulmasını istəmir. Ona görə də məhkəmədən Yasəfə köməklik edilməsini xahiş edir. Məhkəmə iclası zamanı Qanuni nümayəndə bildirmişdir ki, o, 18 avqust 2025-ci il tarixdə xəstəliyi bağlı Bakı şəhərinə gəlmiş, Zəhra Tərtər şəhərində babası X3 yanında qalmışdır. 12 sentyabr 2025-ci il tarixdə Hacıqabul rayon polis şöbəsindən zəng olunmuş, həmin polis idarəsinə gəlməyi və nəvəsinin qoşulub Təqsirləndirilən şəxs qaçdığını və Sabirabad rayonu Qəzli kəndində cinsi əlaqədə olmalarını demişlər. O, Bakı şəhərindən çıxıb Hacıqabul rayonuna gəlmiş və Hacıqabul rayonunda onun iştirakı ilə nəvəsi Zəhranın izahatı alınmış və ona məlum olmuşdur ki, nəvəsi Zərərçəkmiş şəxs ilə Muradov X8 rayonu Qəzli kəndində təbii yolla bir dəfə cinsi əlaqədə olmuşlar. Daha sonra Hacıqabul rayon polis şöbəsindən 13 sentyabr 2025-ci il tarixdə saat 22 radələrində o, nəvəsi Zəhra, Yasəf və bir də onlarla olan Əyyub adlı şəxs Sabirabad rayon polis şöbəsinə gəlmişlər və oraya gəlidikdən sonra nəvəsi Zərərçəkmiş şəxs onun iştirakı ilə videoçəkiliş əsasında izahatı alınmış və Zərərçəkmiş şəxs izahatında Tərtər rayonundan çıxıb Bakı şəhərinə sevdiyi Yasəf adlı oğlanla qaçdığını, özü ilə əyin paltarlarını götürdüyünü və Sabirabad rayonu Qəzli kəndinə gəldiklərini, Qəzli kəndində Təqsirləndirilən şəxs babası evində təbii yolla cinsi əlaqədə olmasını, ona qarışı fiziki zorakılıq halları törədilmədiyini, öz istəyi ilə təbii yolla cinsi əlaqədə olmasını bildirmişdir. O,bu olanları nəvəsindən eşitmişdir. Hazırda onların təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur. Onun həbs edilməsini istəmirlər və məhkəmədən bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs 4-5 ildir ki, tanıyır. O, Yasəflə Bakı şəhərində ofisiant işləmişdir. Atası Şahin rəhmətə getdiyindən anası Təranə ilə birlikdə yaşayır. Yasəf ona söhbət edərkən Şəki rayonunda qonaq olarkən Şəki Xan sarayında gəzinti zamanı X13 ilə tanış olduğunu, həmin qızla evlənmək istəyini bildirmişdir. Lakin həmin qızın neçə yaşında olmasından məlumatı olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 03 radələrində Bakı şəhərindən Yasəflə avtovağzaldan avtobusa əyləşmiş və Tərtər rayonuna gəlmişlər. Saat 08 radələrində Tərtər rayonuna çatmışlar. Təxminən bir saat Zəhranın evinin yanında olan mağazanın qarşısında Zəhranı gözləmişlər. Sonradan tanıdığı Zəhra evinin arxa pəncərəsindən əlində geyim əşyaları olan çanta ilə çıxıb onların yanına gəlmiş, onlar Sabirabad rayonuna Yasəfin baba evinə gəlmək üçün yoldan keçən avtomobillərlə Tərtər rayonundan Bərdə rayonuna, Bərda rayonundan isə yol maşını ilə Yevlax rayon avtovağzalına, oradan da yol maşını ilə Sabirabad rayonuna Yasəfin baba evinə yəni, Sabirabad rayonu Qəzli kəndinə gəlmişlər. Həmin evdə olarkən Yasəf onun istifadəsində olan anası Təranəyə məxsus karta kiməsə xahiş edərək 5 manat pul atdırmış, ondan yaxınlıqda olan mağazaya gedib ərzaq alıb gəlməsini xahiş etmiş, o, Yasəfin dediyi kimi etmiş, evdən çıxmış, Yasəflə Zəhra evdə tək qalmışlar. Təxminən mağazaya gedib gəlməyi bir saat olmuş və mağazadan su və çörək alıb evə qayıtmışdır. Onlar Sabirabad rayonu Qəzli kəndindən saat 23 radələrində yoldan keçən avtomobillə Hacıqabul rayonu Abdulabad kəndinə gəlmiş, oradan da təkrar yoldan keçən digər avtomobillə xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən Bakı-Qazax yoluna gəlmişlər ki, yoldan keçən avtomobillə Bakı şəhərinə getsinlər. Həmin vaxt onlara polis əməkdaşları yaxınlaşmış və onları Hacıqabul RPŞ-nə dəvıt etmişlər va polislərin müşayiəti ilə hər üçü Hacıqabul RPŞ-nə, oradan da Sabirabad rayon polis şöbəsinə gəlmişlər. Baş verənləri o, Hacıqabul rayon Polis şöbəsində bilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə bir-birini istəməsi və keçmiş qayınatası Təqsirləndirilən şəxs Tərlan oğlunun evində cinsi əlaqədə olması məlumatını o, oğlu Təqsirləndirilən şəxs Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən Zəhra ilə birlikdə saxlanılıb Hacıqabul rayon polis şöbəsinə aparıldıqdan sonra eşitmişdir. O, 9 ildir ki, Rəman Muradovdan boşandıqdan sonra onunla heç bir əlaqəsi yoxdur. Yasəf əvvəl atasının yanında yaşamış, sonradan onun yanına birdəfəlik gələrək onunla, azyaşlı qardaş və bacısı ilə yaşamağa başlamışdır. Yasəf uşaqlığından işləyib ona digər uşaqları da saxlamağa kömək etmişdir. Hazırda Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə ilə barışmışlar. Onların oğlu Təqsirləndirilən şəxs şikayətləri və tələbləri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X9» Publik Hüquqi şəxsin Sabirabad rayon şöbəsinin 17 sentyabr 2025-ci il tarixli 446 saylı saylı rəyindən görünr ki, 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pədəsinin tamlığı pozulmamışdır, anatomik qurluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan verir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X9» Publik Hüquqi şəxsin 18 sentyabr 2025-ci il tarixli 389 saylı rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X9» Publik Hüquqi şəxsin 603 saylı TBŞ rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızmm ABO sistemi üzrə qan qrupu Balfa/İİİ/-dir. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu Balfa/H//İİİ/-dür. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus 01 ədəd tuman üzərində insan qanı qarışmış sperma aşkar olundu. Bu ləkələrin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «B» və «H» antiqenləri alındı. «B» antiqeni zərərçəkmişin qrupunu xarakterizə etdiyindən onun qanı və ifrazatı hesabına, həmçinin hissəvi olaraq qrupunda həmin antiqenlər olan sperma hesabına alına bilər. Ləkələrdə «H» antiqenin hissəvi olaraq qan, hissəvi olaraq isə sperma hesabına alınması mümkündür. Belə olan halda ləkələrdə Zərərçəkmiş şəxs qanı (müşayətçi «H» antiqeni və ya onsuz) və Balfa/H/(İİ) qrupu Təqsirləndirilən şəxs spermasının olması inkar olunmur. Tədqiqata təqdim olunmuş 02 ədəd yay yorğan üzərindəki ləkələrdə isə spermatozoidlər aşkar olunmadı. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-X2» Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3196 saylı rəyindən görünür ki, məhkəmə psixatrik ekspertizası üzrə: İ Motivləşdirici hissə: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. İİ Yekun hissəsi: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir . Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsri altına düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-X2» Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3196 saylı rəyindən görünür ki, məhkəmə psixatrik ekspertizası üzrə: İ Motivləşdirici hissə: Zərərçəkmiş şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: Zərərçəkmiş şəxs əqli və psixi inkşafı, intelektual imkanları normaya uyğundur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Məhkəmə psixatrik ekspertizası üzrə: Zərərçəkmiş şəxs cinayət işində təsvir olunan əməl baş verən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamşıdır. Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Zərərçəkmiş şəxs halhazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən hallan düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa sərbəst və düzgün ifadə vermək qabiliyyətinə malikdir. Məhkəmə psixoloji ekspertizası üzrə: Zərərçəkmiş şəxs inadkarlıq, qıcığa qarşı həssaslıq, əsəbilik, söz götürməmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, özündən uydurmağa meyillilik aşkar edilmədi. Zərərçəkmiş şəxs intellektual inkşafı, fərdi psixi xüsusiyyətlərinə görə ona qarşı edilmiş hüquqazidd hərəkətlər zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Beləliklə məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilən cinayəti törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin, onun qanun nümayəndəsinin və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını təyin ediləcək cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs minimum həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materialında olan təqsirləndirilən şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanmasının bir həbs günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasından 2 (iki) gün çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxscəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə, qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, həmçinin iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs üzərində cinsi əlaqədə olduqları 2 ədəd örtüklər məhv edilməli, Zərərçəkmiş şəxs hadisə günü əynində olmuş və maddi subut kimi götürülmüş ona məxsus tuman isə sonuncuya qaytarılmalı, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulmalı və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs üzərində cinsi əlaqədə olduqları 2 ədəd örtüklər məhv edilsin. Zərərçəkmiş şəxs hadisə günü əynində olmuş və maddi subut kimi götürülmüş tuman sonuncuya qaytarılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar