Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-163/2024 25.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1996-cı ildə Sabirabad rayonu Nizami kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Qaradağ rayonu Şübani hərbi şəhərciyində qeydiyyatdadır, Sabirabad rayonu Nizami kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respubikasının CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, 25 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində rayonun Nizami kəndində yerləşən parkda Zərərçəkmiş şəxs onlara gələn su arxını bağlamasını bəhanə edib heç bir əsaslı səbəb olmadan, insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinazlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mədəniyyət normalarına qarşı saymamazlıqla ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqça hörmətsizlik ifadə edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə ünvanına nalayiq ifadələr işlədərək kənar şəxslərin gözləri qarşısında söyüb təhqir etmiş, sonuncunun üzərinə hücum etməklə yumruq və təpiklə baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq, sonuncuya sağ baldırın yuxarı 1/3də ön səthdə yara, sol diz oynağının ön səthində, sol əlin ovuc səthində 1-3-cü əldarağı sümüyü proyeksiyasında sıyrıqlar, sol çənə bucağı proyeksiyasında qançır, sol yanağın selikli qişasında qansızma ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirdi ki, Sabirabad rayonu Nizami kəndində yaşayır. Zərərçəkmiş şəxs onun əmisi oğludur. Onların ailələri arasında uzun müddətdir ki, münaqişə vardır. Dəfələrlə aralarında mübahisə baş vermiş bununla bağlı polis şöbəsində və Sabirabad rayon məhkəməsində araşdırma aparılmışdır. O 2017-ci ilin aprel ayından 2021-ci ilin noyabr ayına kimi N saylı hərbi hissədə gizir rütbəsində kəşfiyyatçı vəzifəsində xidmət etmişdir. Həmin vaxt ərzində Sabirabad rayonuna gəlmədiyi üçün Kazımla münasibəti olmamışdır. 2020-ci ildə 2-ci Qarabağ müharibəsində yaralandığı üçün xidmətini davam etdirə bilməmiş, buna görə də 2021-ci ilin noyabr ayında təxris olunub evinə qayıtmışdır. O, cənab Prezidentin sərancamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə, “Cəsur döyüçü”, “Vətən müharibəsi iştirakçısı”, “Şücaətə görə” medalları ilə təltif edilmişdir. Evində olduğu müddətdə də Kazımla ailəsi arasında hələ də mübahisə davam etdiyini, Kazımın səbəbsiz yerə atasından şikayət etdiyini görmüşdür. xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən kəndə gəlmiş, Kazımın onlara gələn su arxının qarşısını bağladığını, buna görə də evlərində söz-söhbət olduğunu görmüşdür. Həmin gün axşam saat təxminən 20 radələrində Kazıma zəng edərək kəndin ərazisindəki mağazanın qarşısına gəlməsini, söhbət etmək istədiyini bildirmiş, özü mağazanın qarşısına getmişdir. Bir qədər sonra Kazım mağazanın qarşısına gəlmişdir. O, Kazımı gördükdən sonra parka daxil olmuş, Kazım da onun arxasınca parka gəlmişdir. O, Kazıma salam vermiş, bundan sonra Kazıma “nə üçün söz-söhbət yaradırsan suyun qarşısını nə üçün kəsmisən” demiş, Kazım ona “sən problem həll edənsən” demişdir. Bundan sonra o, Kazıma “sən bizim həyətimizdən keçib həyətini suvarırsan” demiş, Kazım da ona keçmədiyini bildirmişdir. Bunun qarşılığında o, Kazıma “yalançını söyərəm” demiş, Kazım da onun vəfat etmiş anasını təhqir edərək əynindəki pencəyinin altından ağacı çıxardıb sol qoluna bir dəfə, daha sonra həmin qoluna təpik vurmuşdur. O, Kazımın onu vurmaması üçün Kazımın yaxasından tutub geri itələmişdir. Onlar bir-birinin yaxasından tutub savaşmağa başlamışlar. Onların səsinə həmkəndliləri Vilayət və Aqil gələrək onları ayırmışdır. Aqil onu avtomobilinə əyləşdirib evinə aparmışdır. Sonradan Kazımın onun barəsində şikayət etdiyini öyrənmişdir. O, Kazımın onu vurması barədə şikayət etmişdir. O, heç bir cinayət əməli törətməmişdir. Ona görə də o, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi mənafeyini müdafiə etdiyi təqsirləndirilən şəxsin əməlinin sübuta yetmədiyini, onun əməlində cinayət tərkibi olmadığını bildirərək, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, o, Sabirabad rayonu Nizami kəndində ailəsi ilə birlikdə yaşayır. 25 oktyabr 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə Təqsirləndirilən şəxs barəsində o, müraciət etmişdir. Vaqif onun əmisi oğludur və münasibəti normal olmuşdur. Aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Vaqifin və sonuncunun atası Vilayətin onun əmisi Şahlar ilə aralarında uzun müddətdir ki, su arxına görə mübahisə vardır. Hətta bir dəfə Vaqif Şahların qolunu sındırdığı üçün Sabirabad rayon məhkəməsi tərəfindən barəsində hökm çıxarılmışdır. Təxminən 2023cü ilin sentyabr ayında Vaqifin atası Vilayət əmisi Şahların istifadə etdiyi avtomobil yolunu bağlamaq məqsədi ilə su arxının yanından keçən avtomobil yolunun üzərindən mişar daşından hasar hörmüşdür. Həmin hasar hörüldükdən sonra o, sahəsinə su açmaq üçün təxminən 2 kilometr əlavə yol getməli olmuşdur. O, bu barədə bələdiyyə sədrinə demiş, İcra başçısının göstərişi əsasında komissiya yaradılmış və həqiqətən də Vilayətin onun sahəsinə gələn su arxının qarşısını kəsməsi barədə akt tərtib edilmişdir. Lakin o, şikayətini davam etdirməmişdir. 25 oktyabr 2023-cü il tarixdə saat təxminən 20 radələrində özünə məxsus avtomobil ilə kənd ərazisində olan Aqil adlı şəxsə məxsus ərzaq mağazasına getmiş, mağazanın qarşısında avtomobildən düşüb mağazada işləyən Fuadla söhbət edən zaman arxadan kiminsə “əmi oğlu bir dəqiqə bura gəl” dediyini eşitmiş, arxaya baxanda həmin şəxsin Vaqif olduğunu görmüşdür. Vaqif onu çağırıb mağaza ilə üzbəüz olan parka girmişdir. O, Vaqifin arxasınca parka getmiş, Vaqifin parkda onu gözlədiyini görmüşdür. Vaqifin yanına çatanda Vaqif ona heç bir söz demədən uca səslə ünvanına nalayiq ifadələr işlətmiş, yumruqla onun üz nahiyəsinə vurmuşdur. O, Vaqifin onu vuracağını düşünmədiyi üçün özünü müdafiə edə bilməmiş və yerə yıxılmışdır. Ayağa qalxan zaman Vaqif təpiklə onun sağ diz nahiyəsinə vurmuş və onu söyüb təhqir etməkdə davam etmişdir. Ağrının təsirindən o, yenidən yerə yıxılmış və huşunu itirmişdir. Bir neçə dəqiqə sonra özünə gəldikdə mağazanın sahibi Aqilin və bir neçə şəxsin Vaqifi tutaraq oradan uzaqlaşdırmaq istədiklərini görmüş, lakin Vaqif nalayiq ifadələr işlətməkdə davam edərək onlara da müqavimət göstərərək ona hücum etmişdir. O, çətinliklə ayağa qalxdıqdan sonra Vaqif Aqil və digər şəxslərin əlindən çıxaraq yenidən onun üzərinə gəlmiş və onu tutub yuxarı qaldıraraq yerə çırpmışdır. Bundan sonra Aqil Vaqifi tutaraq oradan aparmışdır. Lakin Vaqif oradan uzaqlaşana qədər onun ünvanına nalayiq ifadələr işlətməkdə davam etmişdir. O, da ayağa qalxaraq avtomobilinə tərəf getməyə başlamışdır. Lakin yeriyə bilmədiyi üçün hasarın yanında əyləşərək bir neçə dəqiqə gözləmiş, sonra avtomobilinə əyləşərək evinə getmişdir. Avtomobildə olan zaman DİN-nin 102 xidmətinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Hazırda o, şikayətçidir və təqsirləndirilən şəxsə CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Sabirabad rayonunun Nizami kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qardaşı oğludur. Onların ailələri arasında uzun müddətdir ki, münaqişə vardır. Dəfələrlə aralarında mübahisə baş vermiş, bununla bağlı polis şöbəsində və Sabirabad rayon məhkəməsində araşdırma aparılmışdır. 25 oktyabr 2023-cü il tarixdə axşam saatlarında evində olan zaman kürəkəni Şahid2 oğlu Vaqifi evə gətirmiş və Nizami kəndində parkda Kazım ilə savaşdıqlarını, onları ayırıb Vaqifi evə gətirdiyini demişdir. O, Vaqifdən nə üçün savaşdığını soruşmuş, Vaqif Kazımın onun barəsində şikayət etdiyi üçün Kazımı söhbət etmək məqsədi ilə parka çağırdığını, Kazımın parka gələrək “sən kimsən məni söhbət etməyə çağırırsan deyərək” təhqir etdiyini, bundan sonra aralarında yaranmış mübahisə zamanı bir-birilərini vurduqlarını bildirmişdir. Vaqif 2-ci Qarabağ müharibəsində iştirak edərək yaralanmışdır. Cənab prezidentin sərancamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə, “Cəsur döyüçü”, “Vətən müharibəsi iştirakçısı”, “Şücaətə görə” medalları ilə təltif edilmişdir. Həmçinin Rusiya Federasiyasında 1941-1945-ci il 2-ci dünya müharibəsinə görə keçirilən paradda da iştirak etdiyinə görə medalla təltif edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Sabirabad rayonu Nizami kəndində yaşayır. Onun Nizami kəndində ailəsinə məxsus ərzaq mağazası vardır. O, həmin mağazada kassada işləyir. 25 oktyabr 2023-cü il tarixdə axşam saat təxminən 20 radələrində mağazada işləyən Şahid3 qaçaraq mağazaya gələrək ona “qayının parkda savaşır” demişdir. O, tez parka getmiş, parkda qayını Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs bir-birini qucaqlayaraq sıxdıqlarını görmüşdür. O, Vaqifi arxadan tutaraq dartmış və ayırmış, gətirib öz avtomobilinə əyləşdirib evlərinə aparmışdır. Özü isə yenidən mağazaya qayıtmışdır. O, Vaqif və Kazımı ayıran zaman onların bədəni üzərində hər hansı bir xəsarət görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, Sabirabad rayonu Nizami kəndində yaşayır və kənd ərazisində Şahid2 məxsus ərzaq mağazasında xadimə işləyir. İşlədiyi mağazanın yaxınlığında yerləşən parkda su çəni vardır. O, həmişə çirkli dəsmalları həmin çənin suyu ilə yumuşdur. 25 oktyabr 2023-cü il tarixdə axşam saat təxminən 20 radələrində mağazadan çıxaraq dəsmalları yumaq üçün parka getmiş, bu zaman Zərərçəkmiş şəxs da mağazanın qarşısında avtomobilindən düşmüşdür. Kazım ona salam verib parka getməyə başlamışdır. Kazım ondan əvvəl parka daxil olmuşdur. O, park istiqamətində getməyə başlamış və parka daxil olub su çəninin yanına gedərək dəsmalları yumaq istəyən zaman parkda səs eşitmişdir. Ayağa qalxıb baxanda Kazım ilə qohumu Təqsirləndirilən şəxs bir-birinin yaxasından tutduqlarını görmüşdür. O, tez mağazaya qaçaraq Aqilə Kazım ilə Vaqifin savaşdığını demiş, Aqil də mağazanı tərk edərək parka getmişdir. O, mağazanın içərisində qalmışdır. Sonradan Aqilin onları ayıraraq Vaqifi evlərinə apardığını eşitmişdir. O, Kazım gəlməmişdən əvvəl Vaqifin parkın giriş qapısında dayandığını görmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 digər şahidlər Şahid2 və Kamalə Cəfərova ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə-tibbi ekspertizanın 26 oktyabr 2023-cü il tarixli 743 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ baldırın yuxarı 1/3-də ön səthdə yara, sol diz oynağının ön səthində, sol əlin ovuc səthində 1-3-cü əldarağı sümüyü proyeksiyasında sıyrıqlar, sol çənə bucağı proyeksiyasında qançır, sol yanağın selikli qişasında qansızma küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İş üzrə təyin edilmiş təkrar məhkəmə tibbi-ekspertizasının 27 may 2024-cü il tarixli T293/2024 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs-sağ baldırın yuxarı 1/3-də ön səthdə yara, sol diz oynağının ön səthində, sol əlin ovuc səthində 1-3-cü əldarağı sümüyü proyeksiyasında sıyrıqlar, sol çənə bucağı proyeksiyasında qançır, sol yanağın selikli qişasında qansızma olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilən yumruq və təpik zərbələri nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin olduğu nahiyələr əlçatan olsa da, şəxsin özü tərəfindən daha çox kənar şəxs tərəfindən yetirilməsinə uyğun gəlir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissyasında sonuncu müayinəyə dair məlumatda görünür ki, Təqsirləndirilən şəxs “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr,partlayış travması, sol median sinirin postravmatik neyropatiyası, sol alin hərəkət funksiyasının pozulması ilə sol said nahiyyəsinin kor qəlpə yaralanması, sol dirsək sümüyünün diafizinin orta 1/3-nün açıq qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, yad cismi (metal qəlpə) xaric edilməsindən, sol said nahiyyəsinin gips langeti ilə immobilizasiyasından sonrakı kafi bitişmiş sınığı, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı qalıq əlamətləri, postravmatik ensefalopatiya, asteno-nevrotik sindrom, fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OS-tor qişanın angiopatiyası, sol gözün postravmatik makulopatiyası dərəcəsi ilə” İİİ qrup əlildir. İş materiallarında olan xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Şuşanın azad edilməsi”, “Kəlbəcərin azad edilməsi”, “Cəbrayılın azad edilməsi” və “Xocavəndin azad edilməsi” medalları ilə təltif edilmişdir. İş materiallarında olan 18 dekabr 2020-ci il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “igidliyə görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan 24 iyun 2021-ci il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. İş materiallarında olan 03 noyabr 2020-ci il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “şücaətə görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan 21 aprel 2022-ci il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Sabirabad rayon Nizami Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs və ailəsi müsbət xarakterizə olunur, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs özünü təqirli bilməməsi barədə ifadəsinə gəldikdə isə məhkəmə onun ifadəsini özünü müdafiə xarakterli ifadə kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməsini, döyüşlər nəticəsində yaralanaraq əlillik dərəcəsi almasını, medalarla təltif edilməsini, ailəli olmaqla himayəsində bir azyaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbər xarakterizə edilməsini təyin ediləcək cəzanın yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran hallarının olmamasını, həmçinin cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə növündə cəzanın təyin edilməsi daha məqsədəuyğundur. Təqsirləndirilən şəxsin ittiham edildiyi maddənin sanskiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təqsirləndirilən şəxsə təyin edilməsi əlillliyi ilə əlaqədar tez-tez Bakı şəhərinə qısa və uzun müddətli olmaqla müayinə və müaicələrə getməsi səbəbindən, islah işləri cəzasının isə rəsmi iş yerinə malik olmamaqla qazancının qanunla müəyyən edilmiş həddə faizi şəklində tutulma aparılmasının qeyri-mümkünlüyü səbəbindən təyin edilməsi məhkəmə tərəfindən məqsədəmüvafiq hesab edilməmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2000 (iki min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-163/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-163/2024
25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver