Məhkəmə qərarları › İş №1(056)-164/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-164/2025

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-164/2025 05.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1969-cu ildə Sabirabad rayonu, Balvar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yaşadığı evdə saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan xeyli miqdarda, yəni 446,15 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz əldə edib, 430,0 qram olan hissəsini Sabirabad rayonu, Kürkəndi kənd qəbristanlığının yaxınlığındakı kolluq ərazidə, 16,5 qram olan hissəsini isə ünvan 2 ünvanında yaşadığı evin eyvanındakı masanın altında, bir ədəd şəffaf şüşə balonun içərisində saxlamış, 26 sentyabr 2025-ci il tarixdə Sabirabad rayonu, Kürkəndi kənd qəbristanlığının yaxınlığında gizlətdiyi narkotik vasitənin yerini dəyişmək məqsədi ilə 2 ədəd iç-içə keçirilmiş qara rəngli sellofan torbada 1 bükümdə qablaşdırmaqla bir ədəd göy rəngli sellofanın içərisinə qoyub əlində Sabirabad şəhəri, R.Behbudov küçəsinə daşımış, həmin gün saat 21:50-də Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Sabirabad şəhəri, R.Behbudov küçəsində piyada hərəkət edərkən narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılmış, əməliyyat-axtarış tədbirinin subyektləri - Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkilləri polis kapitanı Şahid1, polis leytenantı Şahid3, Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis kapitanı Şahid4 tərəfindən fasiləsiz videoçəkilişdən istifadə etməklə saat 21:50-dən 22:01-dək üzərinə baxış keçirilərkən əlində olan göy rəngli sellofan torbanın içərisindəki iç-içə keçirilmiş iki ədəd qara rəngli sellofanın içərisinə qoyulmuş bir ədəd bükümdə 430,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 27 sentyabr 2025-ci il tarixdə isə özünün razılığı əsasında İB-nin müstəntiqi, polis mayoru Sabit Yusifov tərəfindən yaşadığı ünvan 3 yerləşən evinin həyətində axtarış aparılarkən həmin evin eyvanmdakı masanın altında bir ədəd şəffaf şüşə balonun içərisində 16,5 qram olmaqla orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olan, ümumilikdə 446,15 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 10 ilə yaxındır ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. Təxminən 10 gün bundan əvvəl Kür çayının Sabirabad şəhəri ərazisindən keçən hissəsinə balıq tutmağa getmiş, həmin yerdə meşəlik ərazidə 1 ədəd narkotik tərkibli çətənə kolu tapmış və həmin kolun yarpaq və digər hissələrindən toplayaraq rayonun Kürkəndi kənd qəbiristanlığının yaxınlığındakı kolluq ərazidə qurutmaq məqsədilə sərmişdir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində isə həmin koldan toplayıb qurutduğu narkotik vasitə qurudulmuş marixuananı qurutduğu yerdən əvvəlcə bir ədəd qara rəngli sellofana doldurmuş, həmin sellofanı isə diqqət çəkməsin, deyə başqa bir ədəd göy rəngli sellofan torbaya qoyub istifadə etmək məqsədi ilə əlində götürüb özü yaşadığı evə gətirmək istəmişdir. xx.xx.2025-ci il tarixdə saat 21:50 dəqiqədə Sabirabad şəhəri, R.Behbudov küçəsindən piyada keçərkən üç nəfər mülki geyimdə şəxs ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını deyərək özlərini təqdim etmiş xidməti vəsiqələrini göstərmişlər. Bundan sonra onun narkotik vasitə istifadəçisi olması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlı olduqlarını demiş ondan üzərində narkotik vasitə olub-olması barədə sual vermiş, o da əlində olan göy rəngli sellofan torbada olan narkotik vasitəni baxışa təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim edilən sellofan torbaya baxış keçirilərkən həmin torbadakı bir bükümdən ibarət qara rəngli sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, əvvəlcə tərəzidə çəkilmiş və üzəri imzalanaraq möhürlənməklə qablaşdırılmışdır. Zərfin üzəri möhürləndikdən sonra o və digər iştirakçılar tərəfindən imzalanıb götürülmüşdür. Bundan başqa üzərində polis əməkdaşları tərəfindən yoxlanma aparılarkən ondan pul, siqaret və alışqan aşkar olunmuş və əhəmiyyət kəsb edilmədiyi bildirilərək özünə qaytarılmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən Sabirabad RPŞ-nə gətirilmişdir. Bundan başqa da həmin çətənə kolundan dərdiyi yarpaqlardan bir qismini cibində yaşadığı evə gəlirib gizlincə qurutduqdan sonra gündəlik istifadə etmək məqsədilə şüşə balonun içərisinə qoyub yaşadığı evin həyətində saxladığını bildirmiş, polis əməkdaşları tərəfindən saxlanılıb istintaq bölməsinə təhvil verildikdən sonra barəsində aparılan istintaq zamanı 27.09,2025-ci il tarixdə ifadəsi alınarkən həmin bir ədəd şüşə balonda narkotik vasitə saxladığını bildirmiş, bundan sonra yaşadığı evdə və həmin evin həyətində axtarış aparılmasına və baxış keçirilməsinə etiraz etməməsi barədə Sabirabad RPŞ-nə ərizə ilə müraciət etmiş, bundan sonra polis əməkdaşları və hüquqlarım müdafiə edən vəkil ilə birlikdə onun yaşadığı ünvan 3 ünvanda axtarış keçirilmişdir. Evindən saxlanılması, əldə edilməsi və ya dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamış, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən isə o evin həyətində, konkret olaraq yaşadığı evin eyvan hissəsindəki masanın altında saxladığı bir ədəd şüşə balonda olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, həmin şüşə balonda olan narkotik vasitə qurudulmuş marixuanaya polis əməkdaşları tərəfindən iştirakçılar və onun iştirakı ilə baxış keçirilmiş, əvvəlcə tərəzidə çəkilmiş, üzəri imzalanaraq möhürlənməklə qablaşdırılmış, qablaşdırılmanm üzəri o və digər iştirakçılar tərəfindən imzalanıb götürülmüşdür. 26 sentyabr 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən ondan aşkar edilmiş bir ədəd göy rəngli şəffaf sellofan torbanın içərisindəki başqa bir ədəd qara rəngli sellofan torbaya qoyulmuş bir bükümdən ibarət narkotik vasitə qurudulmuş marixuana və yaşadığı evin həyətində polis əməkdaşlarına təqdim etdiyi 1 ədəd şüşə balonda olan narkotik vasitə qurudulmuş marixuana onun özünə məxsus olmuş, narkotik vasitənin qurudulmuş marixuana növündən, hərdən isə heroin istifadə etmiş, başqa heç bir narkotik vasitə və ya psixotrop maddə istifadə etməmiş, heç vaxt kiməsə narkotik vasitə və ya başqa maddə satmamışdır. Ona polis əməkdaşları tərəfindən heç bir təsir və təzyiq göstərilməmişdir. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kapitanı rütbəsindədir. 26 sentyabr 2025-ci il tarixdə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, daha sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində ondan başqa Sabirabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 və Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 da iştirak etmişlər. Bundan sonra onlar xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan Sabirabad şəhəri, R.Behbudov küçəsinə getmiş, həmin gün saat 21:50-də Sabirabad şəhəri R.Behbudov küçəsində xidmətdə olarkən Təqsirləndirilən şəxs yolda piyada şəkildə hərəkət edərkən görmüşlər. Onlar dərhal videoçəkilişlə ona yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu qeyd etmişlər. Bundan sonra onun üzərində narkotik vasitə və ya psixotrop maddə vardırsa təqdim edilməsi Təqsirləndirilən şəxs təklif olunmuşdur. O, əlində olan göy rəngli selofan torbanı təqdim etmiş, içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin sellofan torbaya baxış keçirilərkən müəyyən edilmişdir ki, içərisində iki ədəd iç-içə keçirilmiş qara rəngli polietilen torbada olmaqla, bir bükümdə yaşıl rəngli, qurudulmuş ot formasında, kəskin spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr vardır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən 1 qutu Vest markalı siqaret və 1 ədəd alışqan, 163 manat məbləğində pul aşkar olunmuş, bir ədəd siqaret, alışqan və pullar Təqsirləndirilən şəxs qaytarılmışdır. Üzərində yoxlama aparılarkən Təqsirləndirilən şəxs başqa əşya və ya predmet tapılmamış, Təqsirləndirilən şəxs aşkar edilən kütlələr ilkin olaraq elektron tərəzidə çəkilib həmin sellofan torbada qablaşdırılmış, qablaşdırma üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin torbanın nə olması, nə vaxt və haradan əldə etməsi barədə verilmiş suallara cavab olaraq o bildirmişdir ki, həmin yaşıl rəngli ot formasında olan kütlə narkotik vasitə marixuanadır. Həmin narkotik vasitəni təxminən 10 gün əvvəl Kür çayının Sabirabad şəhəri ərazisindən keçən hissəsində 1 ədəd narkotik tərkibli çətənə kolu tapmış və həmin kolun yarpaq və digər hissələrindən toplayaraq rayonun Kürkəndi kənd qəbristanlığmın yaxınlığındakı kolluq ərazidə qurutmaq məqsədilə sərmişdir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində isə həmin koldan toplayıb qurutduğu narkotik vasitə qurudulmuş marixuananı qurutduğu yerdən götürərək özü istifadə etmək məsqsədi ilə yaşadığı evə aparmaq istəmiş, yolda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra baxış başa çatdırılmış və onlar Təqsirləndirilən şəxs aşkar edərək götürdükləri əşyalarla birlikdə Sabirabad RPŞ-yə gətirmiş raportla şöbə rəhbərliyinə məruzə etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs aşkar olunmuş predmetlərə yenidən müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış predmetlər yenidən açılmışdır. Müstəntiqin verdiyi suallara cavab olaraq o, daha əvvəl videoçəkiliş zamanı bildirdiyi fikirləri yenidən təkrarlamışdır. Bundan sonra həmin kütlələr yenidən müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüş, sonda Təqsirləndirilən şəxs keçirilmiş baxışla əlaqədar protokol tərtib edilərək ucadan oxunmuş və protokolu imzalan ilə təsdiq etmişlər. Bundan başqa xx.xx.2025-ci il tarixdə müstəntiqin qərarı və Təqsirləndirilən şəxs ərizəsi əsasında sonuncunun yaşadığı Sabirabad şəhəri, E.Qəmbərov küçəsi, 24 saylı evdə aparılmış axtarış və baxış keçirilməsi istintaq hərəkətlərində iştirak etmişdir. Belə ki, axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısının yaxınlığında olan masanın altından çıxardığı 1 ədəd şüşə balonun içərisində olan yaşıl rəngli, qurudulmuş ot formasında olan, kəskin spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim edib həmin kütlənin də narkotik vasitə olan marixuana olduğunu, təxminən 10 gün əvvəl tapdığı çətənə kolundan dərdiyi yarpaqlardan bir qismini cibində yaşadığı evə gətirib gizlincə qurutduqdan sonra gündəlik istifadə etmək məqsədilə şüşə balonun içərisinə qoyub yaşadığı evin həyətində saxladığını bildirmişdir. Həmin şüşə balonda olan narkotik vasitə qurudulmuş marixuanaya müstəntiq və digər iştirakçıların iştirakı ilə baxış keçirilmiş, tərəzidə çəkilərək şüşə balonla birlikdə ağırlığının 266,16 qram olduğu müəyyən edilmişdir. Həmin şüşə kütlə içərisinə qoyulduğu şüşə balonla birlikdə bir ədəd kağız zərfdə qablaşdırılmış, üzəri imzalanaraq möhürləndikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılarkən saxlanması, əldə edilməsi və ya dövriyyəsi qadağan edilmiş başqa əşya və ya predmet aşkar olmamış, sonda Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə keçirilmiş baxışla əlaqədar protokol tərtib edilərək ucadan oxunmuş və protokolu imzalan ilə təsdiq etmişlər. Məhkəmə iclasında iştirak edən Şahid1 digər Şahid4 ilə eyni məzmunlu ifadə verdi. Şahidlər Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələri elan edildi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” 26 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sabirabad şəhəri, R.Behbudov küçəsi ərazisində saxlanılmış, üstü yoxlanılan zaman əlində olan göy rəngli sellofan torbanın içərisində olan, bir ədəd qara rəngli polietilen torbada 430,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür ( i.v.10-12). “Təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə haqqında” 26 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun üzərindən aşkar olunaraq götürülmüş bir ədəd göy rəngli sellofan torbada qablaşdırılmış kütləyə həmin torba açılmaqla yenidən baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən olunmuşdur. Baxış zamanı qeyd olunan predmet yenidən əvvəlki qaydada qablaşdırılaraq götürülmüşdür ( i.v.19-21). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 27 sentyabr 2025-ci il tarixli, 18/706 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...imza Axadov...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi - 430,0 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd şüşə bankada təmiz çəkisi - 16,15 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş narkotik vasitə qurudulmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir (i.v.56-60). “Maddi sübut kimi tanıma haqqında” 01 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş, ümumilikdə təmiz çəkisi 446,15 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata təqdim olunduqdan sonra qalıq çəkisi 445,95 qram narkotik vasitə qurudulmuş marixuana olmaqla 1 ədəd kağız paketdə qablaşdırılmış formada iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və 445,95 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Sabirabad RPŞ-də olan maddi sübutları saxlama anbarına təhvil verilmişdir (i.v.94-95). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 6234 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixosimulyatorlarm qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda asbtinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan müalicəyə ehtiyacı yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən RNM-da (F 19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır ( i.v.125-126). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 11 noyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində polisin nəzarəti altına vermək haqqında qətimkan tədbiri seçilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş ilkin çəkisi 446,15 qram olan, tədqiqatdan sonra çəkisi 445,95 qram qalmış narkotik vasitə qurudulmuş marixuana işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan 01 oktyabr 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsinin nəzərə alınması, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, şəxsin üzərinin yoxlanılması, təqdim edilən əşyaya baxış keçirilməsi və götürmə aparılması, axtarış haqqında protokollar, bu barədə videoçəkiliş, digər istintaq hərəkəti protokolları, məhkəmə-bioloji, məhkəmə- narkoloji ekspertizalarının rəyləri və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar istintaqla müəyyən edilməli hallar üzrə toplanmış mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən həmin sübutların kifayət etmiş hesab edilməsi qərara alınmışdır (i.v.162-170). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi xeyli miqdar, 500 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” 26 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 26 sentyabr 2025-ci il tarixdə tutulmuş hesab edilmişdir (i.v. 22). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v.63-64). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 28 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.83-84). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 08 oktyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Əhədov X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığın məhdulaşdırılmasım cazasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir (i.v.103-104). İş materiallarında olan Sabirabad rayon icra və probasiya şöbəsinin rəisi Dəyanət Lətifov tərəfindən qəbul edilmiş 22 yanvar 2026-cı il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşının çox olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Sabirabad rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Rəhimov Vüqar Vəkil oğlunun üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 sentyabr 2025-ci il tarixdən 28 sentyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 445,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 67,30 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla sərf edilmiş 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Vəkillər Kollegiyasına ayrılan vəsaitdən Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar