Məhkəmə qərarları › İş №1(056)-167/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-167/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-167/2023 01.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxx 1985-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hal-hazırda cəza çəkən Sabirabad şəhəri ünvan 1 ünvanda yaşayan, barəsində polisi nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 177.2.3-cü maddələri ilə, xx xxx 2001-ci ildə Kürdəmir rayonu Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 177.2.3-cü maddələri elan edilmiş ittihama görə, o, tanışı Təqsirləndirilən şəxs1 yaşayış sahəsindən oğurluq etməsinə köməklik məqsədi ilə, 08 may 2023-cü il tarixdə gecə 05 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdə ev sahibinin və ailə üzvlərinin müvəqqəti evdə olmadığına əmin olduqdan sonra bu barədə Təqsirləndirilən şəxs1 evin yerləşdiyi ünvanı göstərməklə köməklik etmiş, sonuncu isə təklikdə həmin ünvana gələrək evin pəncərəsini açıb yaşayış sahəsinə təxminən bir saat ərzində iki dəfə qanunsuz daxil olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə oradan hər birinin qiyməti 500 manat olan 2 ədəd “Panasonic” markalı televizoru, qiyməti 20 manat olan internet modem aparatı, qiyməti 150 manat olan 8 ədəd qazan dəstini, qiyməti 100 manat olan 6 ədəd tavan dəstini, hər birinin qiyməti 10 manat 2 ədəd qəfədan, qiyməti 13 manat qaşıq dəstini, qiyməti 2 manat olan termosu, qiyməti 1 manat olan qab şampunu, qiyməti 1 manat olan sabunu, qiyməti 1 manat olan salfeti, qiyməti 5 manat olan alın üçün gecə görmə fanarı və qiyməti 17 manat olan tefal markalı elektrik çaydanını götürüb onun yaşadığı evə gətirməklə, həmin əşyalardan 500 manat dəyərində “Panasonic” markalı televizoru ona verdiyindən, o Təqsirləndirilən şəxs1 zərərçəkmiş Zərərçəkmiş şəxs1, ümumilikdə 1330 manat dəyərində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurlamasına köməklik etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri elan edilmiş ittihama görə, o, özgənin əmlakını tamah niyyəti ilə ələ keçirməkdən ötrü 19 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvandakı fərdi yaşayış evinin həyətinə mişar daşından olan hasarın üstündən keçib qanunsuz daxil olaraq oradakı, evin zirzəmisindən Zərərçəkmiş şəxs2 məxsus 2500 manat dəyərində 1 ədəd latun samovarı, evin yataq otağından 60 manat dəyərində 1 ədəd qol saatını, 60 manat qəpik pulları və evin həyətində yardımçı tikilidən 20 manat dəyərində elektrik naqilini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2, ümumilikdə 2640 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah niyyəti ilə ələ keçirməkdən ötrü 17 noyabr 2022-ci il tarixdə saat 13 radələrində yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 5 ünvandakı fərdi yaşayış evinin həyətinə mişar daşından olan hasarın üstündən keçib qanunsuz daxil olaraq oradakı yardımçı tikilidən Zərərçəkmiş şəxs3 məxsus 140 manat dəyərində 1 ədəd dəmir seyf qapını, 2 ədəd hər biri 50 manat dəyərində dəmir barmaqlığı və 60 manat dəyərində 100 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3, ümumilikdə 300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah niyyəti ilə ələ keçirməkdən ötrü 20 noyabr 2022-ci il tarixdə isə yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 5 ünvandakı fərdi yaşayış evinin həyətinə mişar daşından olan hasarın üstündən keçib qanunsuz daxil olaraq oradakı yardımçı tikilidən Zərərçəkmiş şəxs3 məxsus 120 manat dəyərində 1 ədəd su qızdırıcısını, 60 manat dəyərində 1 ədəd aspiratoru, 30 manat dəyərində 1 ədəd manqalı, 70 manat dəyərində 1 ədəd avtomobil banını və 30 manat dəyərində 3 ədəd armaturu gizli olaraq talamaq istəyərkən, əmlak sahibi zərərçəkmiş Zərərçəkmiş şəxs3 tərəfindən aşkar olunduğundan, bilavasitə cinayət törətməyə yönəldilmiş əməlini başa çatdıra bilməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 310 manat məbləğində əmlakını oğurlamağa cəhd etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,562 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 20 noyabr 2022-ci il tarixdə saat 17:10-da Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyattədbiri nəticəsində Şirvan şəhəri, F.X.Xoyski küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol içəri cibində telefon qabının içərisində olan bir ədəd şüşə ampulada təmiz çəkisi 1,562 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən 08 may 2023-cü il tarixdə gecə 05 radələrində tanışı Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdən ev sahibinin və ailə üzvlərinin müvəqqəti evdə olmadığına dair məlumatları verməsi və həmin ünvanı ona göstərməsi ilə etdiyi köməklik nəticəsində özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə təklikdə həmin ünvana gələrək evin pəncərəsini açıb yaşayış sahəsinə təxminən bir saat ərzində iki dəfə qanunsuz daxil olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə oradan hər birinin qiyməti 500 manat olan 2 ədəd “Panasonic” markalı televizoru, qiyməti 20 manat olan internet modem aparatı, qiyməti 150 manat olan 8 ədəd qazan dəstini, qiyməti 100 manat olan 6 ədəd tavan dəstini, hər birinin qiyməti 10 manat 2 ədəd qəfədan, qiyməti 13 manat qaşıq dəstini, qiyməti 2 manat olan termosu, qiyməti 1 manat olan qab şampunu, qiyməti 1 manat olan sabunu, qiyməti 1 manat olan salfeti, qiyməti 5 manat olan alın üçün gecə görmə fanarı və qiyməti 17 manat olan tefal markalı elektrik çaydanını götürüb Təqsirləndirilən şəxs2 yaşadığı evə gətirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1330 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 32.5 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, avtomobil ustası olduğuna görə təxminən iki əvvəl Təqsirləndirilən şəxs1la tanış olmuşdur. Ağa öz avtomobilini ona təmir etdirmişdir. Həmin vaxtdan münasibətləri yaranmışdır. Bir müddət sonra yəni, may ayının əvvəllərində Ağa ilə təsadüfən Sabirabad şəhərində görüşmüş hal-əhval tutmuşdur. Ağa ilə görüşərkən qalmağa evinin olmadığı demiş, o, Ağaya təklif etmişdir ki, evlərində qala bilər. Təxminən 2-3 həftə ərzində Ağa bir neçə dəfə evlərində gecə qalmışdır. Ağa söhbət əsnasında maddi imkanının yaxşı olmamasını ona demiş, bir neçə gün onun yanında usta köməkçisi kimi də işləmişdir. Bir müddət sonra Ağa ilə söhbət edərkən demişdir ki, yaşadıqları evin yerləşdiyi küçənin yanındakı digər küçədə sahibsiz ev vardır və həmin evdən oğurluq etmək mümkündür. Sonra Ağaya həmin evin harada yerləşməsini dəqiq olaraq göstərməsə də, sözlə başa salmışdır ki, yaşadıqları küçədən çıxdıqdan sonra sola dönüb digər küçə ilə hərəkət edərkən sola dönüb küçə ilə axıra qədər getdikdən sonra ağ rəngli darvazası olan evdə yaşayış yoxdur. Həmin günü gecəni Ağa onlarda qaldığı üçün gecə saat 04-05 radələrinə kimi həyətdə avtomobil təmiri ilə məşğul olmuşlar. Saat 05 radələrində isə Ağa ona demişdir ki, evdən oğurluq etmək üçün dediyi küçəyə gedir. Təxminən 1 saat sonra Ağa əlində televizor və sellofon torbada müxtəlif ev əşyalarını gətirmiş, həmin əşyaları evin birinci mərtəbəsindəki otağa yığmışlar. Ağa ikinci dəfə həmin evə gedib oradan televizor və müxtəlif ev əşyaları gətirmişdir. Ağa iki televizor oğurladığı üçün demişdir ki, televizorun biri ona çatacaq. Ağanın ona 20 manat borcu olduğuna görə aralarında olan borc məsələsini də bağlamışlar. Həmin günü səhər saatlarında Ağa evdən çıxıb bazar yoluna getmişdir. Orada televizor almaq istəyən şəxsin telefon nömrəsini götürüb evə gəlmiş, o da televizorun şəklini çəkib sonradan adını bildiyi Münasib adlı şəxsə göndərmişdir. Təxminən günorta saatlarında taksi ilə Münasibin mağazasının qarşısına gəlmiş, lakin mağazaya girməmişdir. Ağa isə mağazaya girib televizoru bildiyi qədəri ilə 100 manata satmışdır. Sonra da oğurladığı digər ev əşyalarını aparıb kiməsə satmışdır. Həmin vaxtdan sonra onun Ağa ilə əlaqəsi olmamışdır. Sonuncu dəfə 25 may 2023-cü il tarixdə Ağa təkrarən Sabirabad rayonuna gəlib, onunla görüşərək gecəni onların evində qalmışdır. 26 may 2023-cü il tarixdə Ağa ilə söhbət edərkən ona pul lazım olduğunu demiş, o da yaşadıqları küçədə bir nəfər qadının tək qalmasını və müəllimə işlədiyi üçün səhər evdən çıxdığını Ağaya demiş, hətta evin qapısının kənarında dayanaraq Ağaya evi göstərib öz evlərinə qayıtmışdır. Ağa isə həmin evdən bildiyi qədəri ilə 1 ədəd qızılı rəngli “Samsung” markalı mobil telefon və müxtəlif sayda bijuteriyaları oğurlayıb onlara gəlmiş, qızıla bənzər əşyalara baxıb qızıl olmadığını demiş, mobil telefonun isə işləmədiyi məlum olmuşdur. Ağa oğurladığı əşyaları kiməsə satmaq üçün evdən çıxıb getmişdir. Bir müddət sonra eşitmişdir ki, Ağanı polis əməkdaşları saxlamış və onun adını polislərə verdiyi üçün polis əməkdaşları yaşadığı evə gəlib polis şöbəsinə dəvət etmişlər. Hazırda əməlindən peşmandır. Dəymiş zərərin əvəzi zərərçəkmiş şəxslərə tam şəkildə ödəmişdir. Ona görə də zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Himayəsində onkoloji xəstə olan anası və azyaşlı övladı vardır. Ailəsinə yeganə qazanc gətirən şəxs odur. Anasının dərman xərclərini də o, qarşılayır. Göstərdiklərinə əsasən o, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 29,177.2.3, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, ünvan 6 ünvanında qeydiyyatdadır və orada anası X3 ilə birlikdə yaşayır, rəsmi iş yeri yoxdur. 2021-ci il tarixdən narkotik vasitə olan heroindən istifadə edir. 20 noyabr 2022-ci il tarixdə səhər 09 radələrində yaşadığı Şirvan şəhəri, Energetik küçəsində gəzən zaman yerdə 3 ədəd şüşə qab və 1 ədəd şpris görmüş və həmin şüşə qab onun marağını cəlb etdiyi üçün şüşə qabı və 1 ədəd şprisi yerdən götürdükdə içərisində şüşə qabın birinin içərisində narkotik vasitə olan heroin olduğunu görmüş, qeyd etdiyi kimi əvvəllər də, narkotik vasitə olan heroindən istifadə etdiyindən tanıdığı üçün həmin şüşə qabları və 1 ədəd şprisi istifadə etmək üçün əynindəki qara rəngli gödəkçənin sol içəri cibinə telefon qabının içərisinə qoymuşdur. Maddi cəhətdən sıxıntı olduğundan oğurluq etmək qərarına gəlmiş və həmin tarixdə Şirvan şəhəri, F.X.Xoyski küçəsinə getmiş, əvvəl həmin evdə fəhlə kimi işlədiyi Zərərçəkmiş şəxs3 yaşadığı evin qarşısına gəlmişdir. Həmin evdə heç kim yaşamadığını bildiyi üçün evin həyətinin mişar daşından olan hasarının üstündən tullanıb həyətə daxil olub evin həyətindən 1 ədəd su qızdırıcı, 1 ədəd aspirator, bir ədəd manqal və 1 ədəd avtomobil banı götürüb evin giriş qapısına tərəf gətirmiş, sonra evin giriş darvazasını içəridən açıb bayıra çıxmış, piyada Şirvan şəhəri, “İsmayıl market” mağazasının qarşısına gedib taksi axtarmışdır. Bir nəfər əvvəl tanımadığı, lakin sonradan adını bildiyi Cahid adlı şəxsin ağ rəngli VAZ 2107 markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilinə tərəf yaxınlaşmış, ondan yaşadığı evdən dəmir əşyaları olduğunu və həmin əşyaları Şirvan şəhərində “metallom” yığanların birinə verəcəyini demişdir. Taksi sürücüsü onunla razılaşmış, həmin şəxsin avtomobilinə əyləşib birlikdə Ramilin yaşadığı evin qarşısına getmişlər. Evin qarşısında taksi sürücüsünə şübhələnməməsi üçün həmin evin ona məxsus olmasını bildirmiş və avtomobildən düşüb qapını açıb evin həyətinə daxil olmuşdur. Oğurladığı əşyaları, yəni 1 ədəd avtomobil banı, 1 ədəd ədəd manqal və bir neçə armaturu götürüb avtomobilin banına yükləmişdir. Həyətdən 1 ədəd su qızdırıcısı və 1 ədəd aspiratoru götürüb çıxmaq istəyərkən evin sahibi Zərərçəkmiş şəxs3 gəlmiş, onun həyətdən oğurluq etdiyini görmüş, elə Ramilin arxasınca həyətə bir neçə mülki geyimdə olan şəxslər gəlmişlər, ona yaxınlaşıb özlərini təqdim etmiş və Şirvan polisinin işçiləri olduğunu demişlər. Bundan sonra polis əməkdaşları ona oğurluq cinayətini törətməkdə şübhəli olduğunu bildirmişlər və onu Şirvan ŞPŞ-nə dəvət etmişlər. O, etiraz etməmiş və birlikdə Şirvan ŞPŞ-nə gəlmişlər. Vəkil gəldikdən sonra polis əməkdaşlarının və vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşmuş, olduğu halda könüllü təqdim etməsini təklif etmişlər. O, əynində olan qara rəngli gödəkçənin sol içəri cibində olan telefon qabını çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin telefon qabının içərisində üç ədəd şüşə qab və bir ədəd şpris vardır. Bundan sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin mobil telefon ona məxsusdur. Şüşə qablardan birini əli ilə işarə edərək içərisində narkotik vasitə olan heroin olmasını söyləmişdir. Həmin şüşə qab onun, vəkilin və polis əməkdaşlarının yanında açıldıqda içərisində narkotik narkotik vasitə heroinin olması müəyyən edilmişdir. Polis əməkdaşları ondan həmin heroini haradan əldə etməyini soruşduqda, həmin gün saat 09 radələrində yaşadığı evin yaxınlığında yerdən tapdığını və öz istifadəsi üçün üstündə saxladığını demişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış və başqa narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Zərərçəkmiş şəxs3 yaşadığı evin qarşısına 17 noyabr 2022-ci il tarixdə təxminən saat 13 radələrində tək getmiş, həyətin mişar daşından olan hasarının üstündən tullanıb həyətə daxil olub evin həyətindəki yardımçı tikilidən 1 ədəd dəmir seyf qapı, 2 ədəd dəmir “raşotka” və 1 top elektrik naqilini oğurlayıb gətirib həyətin içəri tərəfindəki giriş darvazasının yanına qoymuşdur. Giriş darvazasının qapısını içəridən açıb bayıra çıxmış və piyada Şirvan şəhəri, kənd evləri deyilən yerin yaxınlığında taksi axtarmışdır. Həmin vaxt tanımadığı, bir taksi sürücüsünə müştəri kimi yaxınlaşmış, Şirvan şəhəri, F.X.Xoyski küçəsindəki evdən dəmir əşyalarını götürüb Şirvan şəhərində yerləşən “metallom” yığanların birinə verəcəyini demişdir. Taksi sürücüsü onunla 7 manata razılaşmışdır. O, həmin sürücünün VAZ 2104 markalı, gümüşü metallik rəngli, dövlət qeydiyyat nişanını hazırda xatırlamadığı avtomobilinə əyləşmiş, birlikdə oğurluq etdiyi evin qarşısına getmişlər. Yolda olarkən yalandan taksi sürücüsünə evin əmisinə məxsus olduğunu demiş, bunu da, ona görə də, demişdir ki, həmin taksi sürücüsü onda şübhələnməsin. Evin qarşısına çatmış, avtomobildən düşmüş, 1 ədəd dəmir seyf qapını, 2 ədəd dəmir “raşotkanı” və 1 top elektrik naqilini gətirib həmin əşyaları avtomobilin banına qoymuşdur. Avtomobilə əyləşdi taksi sürücüsü avtomobili idarə etmiş, taksi sürücüsü adını sonradan bildiyi Ağasən adlı şəxs ondan həmin əşyaları neçə manata satacağını soruşduqda 70 manata demişdir. Taksi sürücüsü elə həmin əşyaları özünün alacağını demiş, o da sürücü ilə razılaşmış, sürücü ona70 manat pul vermiş, həmin əşyaları yəni, 1 ədəd dəmir seyf qapı və 2 ədəd dəmir “raşotka”nı sürücünün yaşadığı evin həyətinə aparmışlar. 1 top elektrik naqili isə özündə qalmış, sonra taksi sürücüsü onu aparıb Şirvan şəhərində əvvəl gördüyü yerdə düşürmüşdür. O, həmin gün hazırda xatırlamadığı, 1 top elektrik naqilini aparıb satmış, neçə manata satdığını da xatırlamır. Həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 2022-ci ilin mart ayının 09-da təxminən saat 12 radələrində yaşadığı küçədən adını Mehdi bildiyi şəxsin evin həyətindən hasardan keçmə yolu ilə tək 20 ədəd taxta, 50 metr boru, 10 ədəd armatur, 1 ədəd əl arabası, 1 ədəd maşın radiatoru, 1 ədəd laqonda və 2 ədəd kisədə olan maşın aksesuarları oğurlamışdır. Həmin həyətə daxil olarkən həyətdə heç kim olmamış, çünki həmin ev tikilmə mərhələsində olmuş, küçədən keçərkən bir neçə dəfə baxıb görmüşdür ki, həyətdə ustalar işləyir. Fikirləşirmişdir ki, evin həyətində oğurlayacağı əşyalar ola bilər. Bundan başqa, 2022-ci ilin oktyabr ayının sonunda, tarixi dəqiq yadında qalmayan gün, təxminən saat 14 radələrində hasardan keçmək üsulu ilə Şirvan şəhəri, M.Əsədov küçəsində Çingizin yeznəsi, adını Nazir bildiyi şəxsin evinin həyətindəki zirzəmisindən 1 ədəd samovar, evin həyətində yerləşən tikilidən təxminən 20 metr uzunluğunda elektrik naqili, heç kimin olmadığı həmin evə açıq qapıdan daxil olub yataq otağından 1 ədəd qol saatı və müxtəlif məbləğdə qəpik pullar oğurlamışdır. Bildirmişdir ki, Naziri Şirvan şəhərində yerləşən yem satılan mağazada fəhlə işləyərkən tanımışdır. Nazirin evindən oğurladığı 1 ədəd samovarı Şirvan şəhərində metal qəbulu ilə məşğul olan İsgəndər adlı şəxsə 35 manata satmış, müxtəlif məbləğdə qəpikləri özü üçün xərcləmiş. 1 ədəd qol saatını hara qoyduğunu xatırlamamış, 20 metr uzunluğunda elektrik naqili də kimə satmağını xatırlamır. Bundan başqa, təxminən iki il əvvəl özünə məxsus “VAZ 21074” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin motorunu təmir etdirmək üçün Elvinin yanına gəlmiş, Elvin onun avtomobilini düzətmişdir. Həmin vaxtdan onun Elvinlə münasibəti yaranmışdır. Bir müddət sonra Şirvan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün və Şirvan şəhərində bir neçə evdən oğurluq etdiyinə görə barəsində cinayət işi başlanmışdır. Sonradan polisdən gizləndiyi üçün Şirvan polis şöbəsinin əməkdaşları tərəfindən barəsində axtarış verilmişdir. O, tutulmaqdan qorxduğu üçün bir müddət Kürdəmir rayonunda qalmışdır. Son 1 ay da Sabirabad rayonuna gəlib burada qalmışdır. Sabirabada gəldiyi vaxtdan Elvinlə görüşüb hal-əhval tutmuş, Elvinlə görüşərkən qalmağa evinin olmadığı, Şirvan polis şöbəsinin əməkdaşları tərəfindən axtarışda olduğunu demişdir. Elvin isə ona təklif etmişdir ki, evində qalsın. O, 1 ay ərzində bir neçə dəfə Elvinin evində gecə qalmışdır. Elvinlə söhbət əsnasında maddi imkanının yaxşı olmadığını demişdir. Bir neçə gün Elvinin yanında usta köməkçisi kimi də işləmişdir. Bir müddət sonra Elvinlə söhbət edərkən Elvin ona demişdir ki, yaşadıqları evin yerləşdiyi küçənin yanındakı digər küçədə sahibsiz ev vardır və həmin evdən oğurluq etmək mümkündür. Elvin ona həmin evin harada yerləşməsini dəqiq olaraq göstərməsə də, sözlə başa salmışdır ki, yaşadıqları küçədən sıxdıqdan sonra sola dönüb digər küçə ilə hərəkət edərkən sola dönüb küçə ilə axıra qədər getdikdən sonra ağ rəngli darvazası olan evdə yaşayış yoxdur. Həmin günü gecəni Elvingildə qaldığı üçün gecə saat 04-05 radələrinə kimi Elvingilin həyətində avtomobil təmiri ilə məşğul olmuşdur. Saat 05 radələrində isə Elvinə demişdir ki, evdən oğurluq etmək üçün dediyi küçəyə gedir. Elvinin qeyd etdiyi ki, ağ rəngli darvazaya yaxınlaşıb, darvazanın üstündən həyətə tullanmışdır. Özü ilə gətirdiyi dəmir parçası ilə plastik pəncərəni açmışdır. Evin otaqlarını axtarsa da, ilk olaraq gördüyü iki ədəd televizor olmuşdur. Evin iki ədəd giriş-çıxış qapısı olduğundan fikirləşmişdir ki, evə girdiyi pəncərəni bağlayıb, qapını açaraq televizoru aparsın. Sonra açarı üstündə olan qapını içəridən açmış, ilk əvvəl bir ədəd qara rəngli “Panasonic” markalı televizoru və bir ədəd sellofon torbada üç ədəd qazan, salfet, qab şampunu və tefal markalı elektrik çayniki götürüb həyətə düşmüş, sonra darvazaya yaxınlaşıb oğurladığı əşyaları yerə qoyaraq darvazanı açmış, oğurladığı əşyaları götürüb küçəyə çıxardıqdan sonra darvazanı bağlayıb hasardan küçəyə tullanmışdır. Sonra da oğurladığı televizoru və digər ev əşyalarının götürüb Elvinin yaşadığı evə gətirmişdir. Oğurladığı əşyaları Elvinin yaşadığı evdə avtomobil ehtiyyat hissələrinin yığıldığı otağa qoymuşdur. İkinci dəfə həmin evin yerləşdiyi küçəyə gəlib həmin həyətə daxil olmuş, bu dəfə ikinci televizoru və sellofon torbaya yığdığı metal tavaları, termosu və xırda ev əşyalarını həyətə çıxardıqdan sonra evin giriş qapısının içəri tərəfində olan açarı çıxarıb həmin açarla qapını bağlamışdır. Evi tərk etdikdən sonra açarı küçəyə tullamışdır. Oğurladığı televizoru və digər ev əşyalarını yenə Elvingilin yaşadığı evə gətirmiş və əvvəlki qaydada ehtiyyat hissələrinin yığıldığı otağa yığmışdır. Elvinlə belə razılaşmışdır ki, Elvin oğurlanan televizordan birini özünü götürmüş və digəri isə özündə qalmışdır. Elvin isə istədiyi televizoru götürüb digər otağa aparmışdır. Onun Elvinə 20 manatda borcu olduğundan televizoru Elvinə verərkən borcundan çıxmasını demişdir. Səhər açıldığı üçün Elvindən xahiş etmişdir ki, oğurladığı əşyaları satmaqda ona köməklik etsin. Elvin isə tanış adamının olmadığını demişdir. O da özü bazar yolu deyilən yerə gəlib orada sonradan adını bildiyi Münasib adlı televizor ustasının mağazasına yaxınlaşmışdır. Münasib orada olmasa da, qardaşı orada olmuşdur. O da həmin şəxsin telefonu ilə Münasiblə telefon əlaqəsi saxlamış, həmin şəxs televizoru gördükdən sonra qiymət deyə biləcəyini demişdir. Onun telefonu olmadığı üçün Münasibin telefon nömrəsini almış Elvingilin evinə getmişdir. Orada televizorun işlək olmasını, lakin vifi funksiyasının işləmədiyini bilmişdir. Sonra Elvin kiminsə telefonu ilə televizorun şəklini çəkib Münasibə göndərmişdir. Münasib isə televizorun şəklinə baxdıqdan sonra 100 manata ala biləcəyini demişdir. Günorta saatlarında Elvinin telefonu ilə Münasiblə danışıb mağazaya gəlib-gəlməməsini soruşmuşdur. Münasibə isə mağazaya çatdığını bildirmişdir. Sonra tanımadığı taksi sürücüsü ilə birlikdə Münasibin işlədiyi mağazanın qarşısına gəlmişdir. Elvin mağazaya girməsə də, mağazanın yanında dayanmışdır. Özü televizoru tək aparıb Münasibə 100 manata satmışdır. Həmin pulu isə özünə götürmüşdür. Sonra birlikdə evə qayıtmışlar. O da oğurladığı digər ev əşyalarını, yəni qazan və tavaları, termoz, salfet, şampun, 2 ədəd çaynik və 1 ədəd tefal elektrik çayniki sellofon torbaya yığıb, Sabirabad rayon mərkəzi bazarında qarşına düzərək tanımadığı şəxslərə satmışdır. Təxminən ev əşyalarını satıb 40-50 manat pul əldə etmişdir. Sonra da Şirvan şəhərinə getmişdir. İki-üç gün ərzində Şirvan şəhərinə pulu xərclədikdən sonra Kürdəmir rayonuna qayıtmışdır. Sonuncu dəfə 25 may 2023-cü il tarixdə təkrarən Sabirabad rayonuna gəlmişdir. Elvinlə görüşüb gecəni onların evində qalmışdır. 26 may 2023-cü il tarixdə Elvinlə söhbət edərkən pul lazım olduğunu demişdir. Elvin yaşadığı küçədə bir nəfər qadının tək qalmasını və müəllimə işlədiyi üçün səhər evdən çıxdığını ona bildirmişdir. Elvin qapısının kənarında dayanaraq ona evi göstərib evlərinə qayıtmışdır. O, ətrafda heç kimin olmadığını görmüş və həyətə çəpərdən tullanaraq evin pəncərəsindən evə daxil olmuşdur. Evin girişindən sol tərəfədə olan yataq otağına daxil olaraq paltarları axtarmış və güzgünün qabağında olan şkafın siyirməsini çəkən zaman qızıla bənzəyən əşyaları götürmüş və güzgünün qabağında olan arxası qızılı rəngli olan mobil telefonu götürüb evdən çıxaraq Elvinin yaşadığı evə gəlmişdir. Oğurladığı əşyaları Elvinə göstərmişdir. Elvin qızıla bənzər əşyalara baxıb qızıl olmadığını demişdir. Mobil telefonun isə işləmədiyi məlum olmuşdur. O da fikirləşmişdir ki, oğurladığı əşyalar qızıl olmadığı üçün aparıb kənar yerə tullasın, telefonu isə ustalara göstərib əgər alan olsa satar. Bu məqsədi ilə RTS adlanan yerə gedərək orada bir qədər gəzmiş və orada olan zaman polis əməkdaşları ona yaxınlaşmışdır. O başa düşmüşdür ki, polislər oğurluq etdiyini bilmişlər və qaçmağa başlamışdır. Bir qədər qaçdıqdan sonra ayağı yerdə olan dəmirə ilişmiş və yerə yıxılmış, nəticə də burnu əzilmişdir. O yerdən qalxaraq polisləri qorxutmaq üçün cibində olan dəmiri götürərək boğaz nahiyyəsinə cızıq atmışdır. Polis əməkdaşları ona mane olmuş və polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona ilk tibbi yardım göstərilmişdir. Hal-hazırda isə xəsarət almağı ilə bağlı olaraq heç bir şikayətinin olmadığını, xəsarəti özü özünə yetirməsini qeyd etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ümumilikdə 2 dəfə oğurluq etmişdir. Belə ki, birinci dəfə 2 ədəd televizor və müxtəlif ev əşyaları oğurlamışdır. İkinci dəfə isə bir ədəd telefon və qızıla bənzər əşyalar oğurlamışdır. Gülər Hüseynovanın dedikləri ilə tam razı olduğunu, 1 ədəd samsung markalı mobil telefon və bijuteriya əşyaları oğurlamasını qeyd etmişdir. Bildirmişdir ki, Şirvan şəhərində yaşadığı üçün Sabirabad rayonunda hansı küçədə hansı evin sahibsiz olmasını bilməmişdir. Ev sahiblərinin evdə olmamasını ona Təqsirləndirilən şəxs2 demiş, həmin evlərini harada yerləşməsini də Elvin göstərmişdir. Elvin ona oğurluq etdiyi evin yerini göstərdiyi üçün o da bunun qarşılığında oğurladığı iki ədəd televizordan birini Elvinə vermişdir. Təqsirləndirilən şəxs2 dediklərinin yalan olmasını, maddi imkanının olmadığını Təqsirləndirilən şəxs2 çox yaxşı bilmişdir. Bundan başqa oğurluq etdiyi evlərin heç bir kirayə verilən evlər olmamışdır. Elvin yalnız ona oğurluq edə biləcəyi evlərin yerini sözlə başa salmış və əyani olaraq göstərmişdir. Hazırda əməlindən peşmandır. Dəymiş zərərin əvəzini tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də o, ona cəza təyin edilərkən göstərilən halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, Sabirabad rayonu Qalaqayın kəndində yaşayır. Lakin Sabirabad şəhəri Füzuli küçəsi dalan 2, ev 15 atası evi olsa da, özü orada yaşamır. Lakin həmin evə nəzarəti özü edir. 08 may 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə oğurluq hadisəsinin baş verməsi barədə özü məlumat vermişdir. Belə ki, həftədə 2-3 dəfə atası evinə gedib baş çəkmişdir. Sonuncu dəfə isə 05 may 2023-cü il tarixdə evi yoxlayan zaman bütün əşyalar yerində olmuş və heç bir oğurluq hadisəsi baş verməmişdir. Lakin 08 may 2023-cü il tarixdə günorta saatlarında evə gədən zaman darvazada ayaq izlərinin olduğunu görmüş, həyətə daxil olduqdan sonra evin giriş qapısının və pəncələrinin bağlı olduğunu aşkar etmişdir. Lakin evin qapısını açıb içəri daxil olduqdan sonra ilk əvvəl 2 ədəd “Panasonic” markalı televizorun və 1 ədəd internet aparatının yerində olmadığını aşkar etmiş və həmin əşyaların oğurlanması barədə dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin vaxt həyəcanlı olduğu üçün evdəki bütün əşyalara baxa bilməmişdir. Sonradan diqqətlə evdəki əşyalara baxarkən ona məlum olmuşdur ki, evdən 8 ədəd qazan dəstləri, 6 ədəd tava, 2 ədəd çaynik, 1 ədəd termos, 1 ədəd qab şampunu, 1 ədəd sabun, 1 ədəd salfet, 1 ədəd fanar, 1 ədəd tefal elektrik çayniki oğurlanmışdır. Eyni zamanda qeyd etmişdir ki, 2 ədəd 81 sm-lik “Panaconis” markalı televizorların hər birinin qiyməti 500 manat, 8 ədəd qazan dəstinin qiyməti 200 manat, 6 ədəd tavanın qiyməti 100 manat, internet aparatının qiyməti 30 manat, 2 ədəd elektrik çaynikin hər biri 30 manat, termosun qiyməti 20 manat, şampunun qiyməti 5 manat, sabunun qiyməti 1 manat, salfetin qiyməti 1 manat, fanarın qiyməti 20 manat, qiyməti 13 manat olan qaşıq dəsti, tefal markalı elektrik çaynikin qiyməti 50 manat olmaqla, ümumilikdə ona 1500 manat maddi ziyan dəymişdir. Oğurlanmış əşyalar hamısı işlənmiş vəziyyətdə olmuşdur. Hazırda ona vurulmuş ziyan ödənilmişdir. Ona görə də onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, Şirvan şəhəri, M.Əsədov küçəsi, ev 8-də qeydiyyatdadır və yaşayır. Həmin evin qapısı dəmir darvazadandır, dörd bir tərəfi hasarla əhatə olunmuşdur. Həyətə yalnız əsas giriş qapıdan keçmək olmuşdur. Arvadı Arzu müəllimə işləyir, günorta saat 15-16 radələrinə qədər məktəbdə olur. 22 oktyabr 2022-ci il tarixdə yaşadığı evin həyətindəki evin zirzəmisindən 2500 manat dəyərində mis samovar, evin yataq otağından 60 manat dəyərində qol saatı və 60 manat dəyərində qəpik pullar, evin həyətindəki yerləşən yardımçı tikilidən içərisindən dəyəri 20 manat olan 20 metr uzunluğunda elektrik naqilini oğurlandığını aşkar etmişdir. Bildirmişdir ki, yaşadığı evin əsas giriş qapısı sındırılmamışdır, çox güman ki, oğurluq edən şəxs və ya şəxslər evin həyətinə hasardan keçmişlər. Oğurluq nəticəsində ümumilikdə ona 2640 manat məbləğində maddi ziyan dəymişdir. Əlavə olaraq qeyd etmişdir ki, samovar latun materialdan olmaqla, 10 lirt su tutumuna malik olmuşdur, həmin samovar ona babasından qaldığı üçün xüsusi dəyərə malik olmuş, bu səbəbdən də qiymətinin 2500 manat olmasını qeyd etmişdir. Hazırda ona vurulmuş ziyan ödənilmişdir. Ona görə də onun heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclası zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Şirvan şəhəri, ünvan 7 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. ünvan 8 fərdi yaşayış evi vardır, həmin ev hazırda tikilməkdədir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında ünvan 8 yerləşən fərdi yaşayış evinə gedib qapını açmaq istəyərkən qapının açıq olduğunu görmüşdür. Həyətində işləyən ustalara zəng edib niyə görə qapını açıq qoyduqlarını soruşduqda ustalar ona evin giriş darvazasını bağladıqlarını demişdir. O evin giriş darvazasından açıq qapıdan evin həyətinə daxil olmuşdur. Həyətə baxarkən evin həyətindəki yardımçı tikilidən ona məxsus 400 manat dəyərində 1 ədəd dəmir seyf qapı, 2 ədəd hər biri 100 manat dəyərində dəmir barmaqlıq və 300 manat dəyərində 100 metr uzunluğunda elektrik naqilinin olmadığını görmüşdür. Həyətin hər tərəfinə baxmış, lakin tapa bilməmişdir. Bildirmişdir ki, həmin ünvanda hər hansı bir sındırılmaya xarakterik izlər olmamışdır. Çox güman ki, həyətindəki yardımçı tikilidən oğurluq edən şəxs və ya şəxslər evin həyətinə mişar daşından olan hasardan keçmişlər. Həmin gün heç yerə, yəni bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Fikirləşmişdir ki, oğurluq edən şəxs və ya şəxslər gətirib əmlakımı qaytararlar. Evi nəzarətdə saxlamış, həmin gündən sonra bir neçə saatdan bir evin həyətinə gedib baxıb gəlmişdir. 20 noyabr 2022-ci il tarixdə təxminən saat 15-16 radələrində ona məxsus evin qarşısına getdikdə evin qarşısında **-OA-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 minik markalı avtomobilin dayandığını, avtomobilin ban hissəsində 1 ədəd avtomobil banı, 1 ədəd ədəd manqal və 3 ədəd armaturun olduğunu görmüşdür. Həmin şəxsi tanımamış, ondan burada nə etdiyini soruşduqda ona taksi kimi müştəri gətirdiyini söyləmiş, o isə sürücüyə hazırda qarşısında dayandığını evin özünə məxsus olduğunu bildirmişdir. Evin giriş qapısı həmin vaxt açıq vəziyyətdə olmuşdur. Dərhal evin həyətinə daxil olduqda əvvəl ona məxsus evin həyətində fəhlə kimi işləyən, çörək verdiyi Təqsirləndirilən şəxs1 həyətdən 1 ədəd su qızdırıcısı və 1 ədəd aspiratoru gətirərkən görmüşdür. Ağa onu görüb dayanmış, niyə görə həyətindən oğurluq etdiyini soruşmuş və dərhal polisə zəng etmişdir. Az sonra polislər həyətinə gəlmişlər, polis əməkdaşına ərizə təqdim etmiş, həyətindən Təqsirləndirilən şəxs1 oğurluq etdiyi barədə ərizə təqdim etmişdir. Polis əməkdaşları həyətinə baxış keçirtmişlər, adını sonradan bildiyi Cahid adlı şəxsin avtomobilin ban hissəsində olan ona məxsus əşyaları geri qaytarılmışdır. Həmin vaxt Ağa polis əməkdaşlarının və onun yanında 17 noyabr 2022-ci il tarixdə evinin həyətindəki yardımçı tikilidən dəmir olan əşyaları oğurladığını etiraf etmişdir. Bundan sonra Ağanı polis əməkdaşları götürüb aparmışdır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs1 17 noyabr 2022-ci il tarixdə 400 manat dəyərində 1 ədəd dəmir seyf qapı, 2 ədəd hər biri 100 manat dəyərində dəmir barmaqlıq və 300 manat dəyərində 100 metr uzunluğunda elektrik naqilini oğurlamış, 20 noyabr 2022-ci il tarixdə isə ona məxsus həmin evinin həyətindən 150 manat dəyərində 1 ədəd su qızdırıcı, 50 manat dəyərində 1 ədəd aspirator, 50 manat dəyərində 1 ədəd manqal, 70 manat dəyərində 1 ədəd avtomobil banı və 30 manat dəyərində 3 ədəd armaturu oğurlayarkən özü tutmuşdur. Oğurluq nəticəsində ümumilikdə ona 1250 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Saatlı rayonu Şirinbəy kəndində yaşayır. Bildirmişdir ki, özü rəsmi olaraq heç bir yerdə işləmir. Halhazırda Saatlı rayonu Şirinbəy kəndində avtomobil təmiri ustası kimi fəaliyyət göstərmişdir. Baş vermiş məlum hadisə ilə əlaqədar qeyd etmişdir ki, işlədiyi avtomobil təmiri sexində olan təhlükəsizlik kameraları nasaz olduğuna görə Sabirabad rayonuna gəlib sonradan adını bildiyi Münasib adlı kamera ustası ilə tanış olmuşdur. Münasibin adını bilmədiyi qardaşı kameraları düzəltdikdən sonra ona təklif etmişdir ki, kamera görüntülərinə baxmaq üçün televizor lazımdır. Sonra birlikdə Sabirabad rayonuna gəlmişlər. Münasibin adını bilmədiyi qardaşı “Panasonic” markalı televizoru ona 180 manata satmışdır. Sonra birlikdə Saatlı rayonu Şirinbəy kəndinə qayıtmışlar. Münasibin qardaşı həmin televizoru kameralara qoşduqdan sonra kamera görüntülərinə həmin televizora baxmışlar. 26 may 2023-cü il tarixdə isə qardaşı oğlu Murad Sərvərov ona zəng edib televizoru geri almaq istədiklərini bildirmişlər. Münasiblə telefonda danışan zaman həmin şəxs ona demişdir ki, televizoru satan şəxs evdən gizlincə gətirdiyinə görə arvadı narazılıq etmişdir. O da Münasibdən xahiş etmişdir ki, televizora ödədiyi 180 manat pulu geri qaytarmışdır. Münasib isə 180 manat pulu karta atdıqdan sonra qardaşı oğlu Murada icazə vermişdir ki, televizoru geri qaytarsın. Sonra da Murad televizoru Münasiblə birlikdə gələn polis əməkdaşlarına təqdim etmişdir. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 noyabr 2022-ci il tarixli 18/1248 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd şüşə qabda təmiz çəkisi- 1,562 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd 1 ml-lik şprisdə, 1 ədəd şüşə flakonda və yuxarı hissəsi sındırılmış 1 ədəd ampulada narkotik vasitə heroinin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından iz mikrohissəciklərinin miqdarını və digər maddə ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Həmin narkotik vasitə heroindən 0,05 qram tədqiqata sərf olunmuş, 1,512 qr qalıq qalmışdır. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 23 dekabr 2022-ci il tarixli 7799 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhə görülür. İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 dekabr 2022-ci il tarixli 3437 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində baş beyin travması və bununla əlaqədar nevroloji qeydiyyyatda olması müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs1 yalan danışmaq, özündən qondarma fikirlər söyləməyə meyilli olub-olmaması barəsində qoyulmuş sual ekspert psixoloqun səlahiyyətinə aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan Sabirabad Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Tağızadə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 188312/2022 saylı arayışdan görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.02023-cü il tarixli 1 (056) 86/22 saylı hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün hissəsini çəkmiş və ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 1 il 10 ay 10 gün təşkil edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş və onun Təqsirləndirilən şəxs2 şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli AZ-İN 528188, 14 iyul 2007 AZ-İİİ № 361560 saylı doğum haqqında şəhdatnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 30 noyabr 2020-ci il tarixdə doğulmuş X5, 08 iyul 2014-cü il tarixdə doğulmuş X4 vardır. İş materiallarına əlavə edilmiş Sabirabad RİHB-nın Şəhər İƏD ürzə nümayəndəliyindən verilmiş xasiyyətnaməndən görünür ki, təqsirləndirilən şəxs E.Məmmdəov yaşayış yeri üzrə müsbət xaraakterizə olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 yaşayış sahəsinə qanunsuz daxil olaraq, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş şəxsə kömək etməsi, Təqsirləndirilən şəxs1 təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etmiş və oğurluq etməyə cəhd göstərmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşımaqla üzərində saxlaması cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın növünü və həddini müəyyən edərkən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nın 59.1.13-cü maddəsinə əsasən, törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini isə CM-nin 59.2ci maddəsinə əsasən, həmçinin himayəsində iki uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın növünü və həddini müəyyən edərkən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nın 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 26 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabirabad Rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxslərin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onların islah olunması mümkündür və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materiallarından görünür ki, Məmmədov X1 Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin iş üzrə hökm icra edilərkən cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilməklə cəza təyin edir. Məhkəmə CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsaslanaraq, hazırkı hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(056)-86/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi ilə qismən birləşdirilməsini və ona qəti olaraq azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunmasını əsaslı və məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi subut olan Zərərçəkmiş şəxs1 məxsus 2 ədəd “Panasonic” markalı televizor, Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd seyf qapı, 2 ədəd dəmir barmaqlıq, 1 ədəd su qızdırıcısı, 1 ədəd aspirator, 1 ədəd manqal, 1 ədəd avtomobil banı və 3 ədəd armaturun zərərçəkmiş şəxslərdə saxlanılması nəzərə alınmalı, Sabirabad RPŞ-də saxlanılan tədqiqatdan sonrakı çəkisi 1,512 qr narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, məhkəmə xərci Təqsirləndirilən şəxs1 tutulmalı və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-86/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 (bir) il 10 (on) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası hazırki cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 27 may – 29 may 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir həbs günü iki gün azadlıqdan məhrum etmə cəzasına bərabər hesablanmaqla, ona təyin olunmuş 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün olaraq çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2, 29.177.2.3, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən birləşdirilərək üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanısın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkamaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs1 tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE ********************) köçürülsün. İş üzrə maddi sübut 2 ədəd “Panasonic” markalı televizor, Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd seyf qapı, 2 ədəd dəmir barmaqlıq, 1 ədəd su qızdırıcısı, 1 ədəd aspirator, 1 ədəd manqal, 1 ədəd avtomobil banı və 3 ədəd armaturun zərərçəkmiş şəxslərdə saxlanması nəzərə alınsın. İş üzrə maddi sübut olan Sabirabad rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan tədqiqatdan sonrakı çəkisi 1,512 qr narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar