Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-168/2025 04.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Sabirabad şəhərində anadanolmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi qaydada işləyən, Sabirabad şəhəri H.Aslanov İdiçəsi 6 saylı evdə qeydiyyatda olmaqla Sabirabad şəhəri Q.Nəbi küçəsində yaşayan, barəsində “polisin nəzarəti altma vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 08 avqust 2025-ci il tarixdə, saat 17:16 dəqiqədə Sabirabad şəhəri, H.Aslanov küçəsində yol kənarında otlayan Zərərçəkmiş şəxs1 məxsus 1300 manat dəyərində 10 yaşında, təxminən 200 kq diri çəkidə bir baş inəyi və Zərərçəkmiş şəxs2 məxsus 2100 manat dəyərində 5 yaşında, təxminən 250 kq diri çəkidə bir baş inəyi oğurlayıb Ağcabədi rayonuna aparıb satmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 1300 manat məbləğində, Zərərçəkmiş şəxs2 isə 2100 manat məbləğində maddi ziyan vuraraq, vahid niyyətlə əhatə olunan qəsdlə adları qeyd olunan zərərçəkmiş şəxslərin ümumilikdə 3400 manat məbləğində əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi qaydada heç bir yerdə işləmir. Dolanışığını təmin etmək məqsədi ilə fəhləlik edir. Arada iş olanda tanıdığı Sabirabad şəhər sakini Şahid1 **-BM-*** dövlət qeydiyyat nişanlı “Qazel” markalı avtomaşınını sürücülük vəsiqəsi əsasında idarə edir və yük olanda boşaldıb yığmaqla məşğul olur. Övladı Rüqəyya xəstə olduğu üçün onu Bakı şəhərinə xəstəxanaya aparmaq üçün pulu olmadığına görə oğurluq etmək qərarına gəlmiş, 08 avqust 2025-ci il tarixdə, saat 18 radələrində Sabirabad şəhəri, H.Aslanov küçəsində asfalt yolun kanarında bitən otları 2 baş inəyin bir yerdə otlamasını görmüşdür. Həmin vaxt istifadəsində olan ***-***-**-** nömrə ilə Samirin istifadəsində olan ***- ***-**-** nömrəsinə zəng edib kənddən iki baş nisyə inək almasını, uşağının xəstə olmasını, bir qədər borcu olmasını, uşağını Bakı şəhərinə aparacağını, özünün də Bakı şəhərinə işləməyə gedəcəyini demiş və heyvanları ona satmaqda köməklik etməsini xahiş etmişdir. Samir də ona heyvan alverçiləri ilə əlaqə saxlayıb ona bu barədə bildirəcəyini demişdir. Həmin vaxt Samirin “Qazel” markalı maşını onun evinin arxa hissəsində və açarı da onda olmuşdur. Samirin ikinci evinin açarını isə sayğacın üstündə olduğunu bilirdi. O, həmin iki baş heyvanı qovub Samirin həyətinə salmış, Samir ona heyvanların videosunu çəkib göndərməsini demiş, o da həyətə saldığı inək heyvanların videgörüntüsünü çəkib Samirə atmışdır. Samir də ona bildirmişdir ki, ona göndərdiyi videonu heyvan alıcısına göndərmişdir. Bir qədər vaxt keçdikdən sonra Samir ona demişdir ki, heyvan alıcısı heyvanları kəsib alır, sənə sərf edirsə apar. O, Samirə pula ehtiyacı olduğunu demişdir. Samir ona demişdir ki, maşını sür apar, heyvanı yüklə və birlikdə gedərik, yol kirayəsi üçün isə 150 manat pul alacaqdır. O, Samirlə razılaşmışdır. O, Samirin maşınını küçədə təpə olan yerə sürmüş və həyətdə olan heyvanın birinin boynunda kəndiri olmuş və həmin inəyin kəndirindən tutub təpənin üstündə “Qazel’ə yükləmiş, ikinci heyvan da arxasınca özü gəlmiş və heyvanları maşına mindirib Samirə bu barədə demiş və Samirin evinə gedib onu təxminən 30 dəqiqədən sonra götürmüş və birlikdə yola çıxmışlar. Samir ona Ağcabədi rayonuna gedəcəklərini demişdir. Ağcabədi rayonuna saat təxminən 21 radələrində çatmışlar və «Baba» adlı yeməkxananın qarşısında Samir bir nəfər şəxsə zəng edib olduğu yeri demiş və həmin şəxs onun və Samirin olduğu yerə gəlmişdir. Onlardan birinin adı Cavid, digərinin adı isə Cabir olduğu ona məlum olmuşdur. Cabir heyvanların harada olmasını soruşanda o, maşında olduğunu və heyvanların onun olduğunu demişdir. O, Cavidlə heyvanlara baxmağa getmiş, Samir isə yeməkxanada Cabirlə qalmışdır. Cavid heyvanlara baxıb 1300 manat hər iki heyvana pul verə biləcəyini demişdir. O, Cavidlə razılaşmış və heyvanları Cavidə 1300 manata satmışdır. Bundan sonra maşını da özü sürüb heyvanları Cavidin həyətinə aparmış və heyvanları maşından yerə düşürmüşlər. Cavid nəyə görə heyvanları satırsan demiş, o isə Cavidə demişdir ki, təcili pul lazımdır və xəstəsi var. Əldə etdiyi 1300 manat puldan yol haqqı olaraq Samirə 150 manat pul vermişdir. Daha sonra yaşadığı Sabirabad rayonuna qayıtmışdır. Sabirabad rayonuna qayıtdıqdan sonra 15 avqust 2025-ci il tarixdə Samir ona saat 23 radələrində zəng edib təcili onlara gəlməyi və maşına qarpız yükləmək üçün gedəcəklərini demişdir. O, saat 23 radələrində Samirin evinə getmiş və onun evində Rüstəmi görmüşdür. Samir ondan Rüstəmi tanıyıb tanımadığını soruşmuş, o, Samirə Rüstəmi tanımadığını demişdir. Samir ona oğurlayb onun maşını ilə apardığı heyvanın Rüstəmin heyvanıolmasını demişdir. O zaman ona məlum olmuşdur ki, oğurladığı heyvanın biri Rüstəmin heyvanı olmuşdur. Rüstəm ilə orada söhbət etmiş və Rüstəm bildirmişdir ki, heyvanı iki il bundan qabaq boğaz halda 2100 manata alıb. Bununla bağlı polisə şikayət edib. O, Rüstəmə yalvar-yaxar edib uşağının xəstə olmasını və pula ehtiyacı olduğu üçün oğurluq etdiyini, onun heyvanının dəyərini bu ilin oktyabr ayında ödəyəcəyini demişdir. Rüstəm də ona pulu verənədən sonra gedib şikayəti geri götürəcəyini demişdir. Samirin evində o, Rüstəmlə razılaşmış və ona Bakı şəhərinə gedib işləyərək pulunu ödəyəcəyini demişdir. Daha sonra oğurladığı digər heyvanın sahibinin Elçin olduğunu bilmiş və əlaqələrindən istifadə edib Elçinin nömrəsini tapıb ona zəng etmiş və ona heyvanını oğurladığını və pulunu ödəyəcəyini demişdir. Elçin də onunla danışmış və ona axşama kimi gözləyə biləcəyini demişdir. O, daha sonra anasının xalası qızı Nuridənin Bakı şəhərində evinə getmiş və ona Sabirabad şəhərində yaşayan Rüstəm və Elçin adlı şəxslərin heyvanlarını oğurladığını demiş və pulla bağlı köməklik etməsini xahiş etmişdir. Nuridə də maraqlanmış və Rüstəmin qohumlarından kiməsə zəng edib pulu özünün verəcəyini demiş və Rüstəmin polisə gedib barışıq ərizəsi yazmağı istəmişdir. O, yenidən 19 avqust 2025-ci il tarixdə gecə Nuridənin evinə getmiş və Nuridə ona bildirmişdir ki, Rüstəm barışıq ərizəsi yazıb. O, bu həftə ərzində isə Elçinin də heyvanın pulunu ona ödəmişdir və hər iki şəxsə vurduğu maddi ziyanı qarşılamışdır. Bu iki heyvanın oğurlamasını Şahid1 bilməmiş və ona oğurluq nəticəsində əldə etdiyi puldan verməmişdir. Sadəcə Samirə heyvanları maşını ilə Ağcəbədi rayonuna apardığı üçün 150 manat yol haqqı vermişdir. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törədir. Ailəlidir və himayəsində üç azyaşlı uşağı vardır. Bir uşağı bir ay yoxdur ki, anadan olmuşdur. Ailəsinə yeganə qazanc gətirən şəxs odur. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmişdir və sonuncuların ona qarşı şikayət və tələbi yoxdur. Göstərdiyi halların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, DOST MMC-də fəhlə işləyir. Özünə məxsus yaşadığı evin həyətində yerləşən tövlədə bir baş inək və bir baş dişi çinsli dana heyvanı saxlayır. Özünə məxsus şəxsi təsərrüfatında saxladığı oğurlanmış inəyi o, həyətində 6 il idi saxlayırdı. O, inəyi sərbəst həyətdən örüşə otlaması üçün buraxır və inək özü də axşam saat təxminən 17 radələrində örüşdən yaşadığı evin həyətinə qayıdıb gəlirdi. O, 08 avqust 2025-ci il tarixdə şəxsi təsərrüfatında olan bir baş təxminən 10 yaşında, diri çəkisi 200 kq arasında olan sarımtıl rəngli, qısa buynuzlu və boynunda kəndiri olan inəyi saat 09 radələrində həyətindən örüş sahəsinə gedib otlaması üçün buraxmış və saat təxminən 17 radələrində yaşadığı evin həyətinə inəyin gəlmədiyini görmüş, inəyin getdiyi arxın üstündə olan örüş sahəsinə gedib baxmış və inəyi tapa bilməmişdir. O, itən inəyinin axtarılması üçün 09 avqust 2025-ci il tarixdə rayon polis şöbəsinə gələrək ərizə yazmış və itmiş olan inəyin tapılmasında ona köməklik olunmasını xahiş etmişdir. İnəyin bazar satış dəyəri təxminən 700 manat olmuşdur. Lakin sonradan polis şöbəsindən ona bildirilmişdir ki, inəyi həmin gün saat 18 radələrində küçədən evə qaydıb gələrkən oğurlanmışdır. O, polis şöbəsinə ərizə yazdıqdan sonra Əzizağa adlı şəxs ona 15 avqust 2025-ci il tarixdə, saat 08:13 radələrində istifadəsində olan ***-***-**-** nömrəsinə ***-***-**-** nömrəli mobil telefonla zəng edib bir baş inəyini oğurladığını və inəyi aparıb satdığını, ondan şikayətçi olmamağı və heyvanı bu ilin oktyabr ayında alıb qaytaracağını demişdir. O, Əzizağaya polisə ərizə verdiyini demiş, Əzizağa isə bildirmişdir ki, günün sonuna kimi həll edəcək. O, elə başa düşmüşdür ki, Əzizağa onunla zarafat edir, onu ələ salır. Lakin, o, maraqlanmış və polisdən ona bildirilmişdir ki, inəyi Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs oğurlayıb və Ağcabədi rayonunda aparıb satıb. 22 avqust 2025-ci il tarixdə Bakı şəhərində yaşayan tanıdığı Sədulla ona ***-***-**-** nömrəli telefonla zəng etmiş, Əzizağanın qohumu onunla danışmaq istədiyini və vurulmuş maddi ziyanı ödəmək istədiyini demiş, həmin vaxt tanımadığı qadınla danışmış və Əzizağanın ona vurduğu maddi ziyanın məbləğini soruşmuş və ödəmək istədiyini demişdir. Həmin qadın ondan kart nömrəsi istəmiş və ona istifadəsində olan kart hesab nömrəsini verdikdən sonra bazarda hazırda inək heyvanının baha olduğunu və inəyin bazar qiymətinin 1300 manat olduğunu bildirmişdir. Həmin qadın da onun kart hesabına 1300 manat pul göndərəcəyini və gedib barışıq ərizəsi yazmasını xahiş etmişdir. Onun kart hesabına 1300 manat pul gəlmiş və Sədullaya bildirmişdir ki, Əzizağadan şikayətçi deyil. Hazırda o, Təqsirləndirilən şəxs şikayətçi deyildir. Ona dəymiş ziyan ödənilmişdir. Ona görə də o, təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs2 İnqilab oğlu ifadəsində göstərmişdir ki, o, şəxsi təsərrüfatında dörd baş iri buyunuzlu heyvan saxlayır. Həmin heyvanların yalnız iki başını otlaması üçün nəzarətsiz həyətdən buraxır və heyvanlar otlaması üçün özləri kollektorun kənarına otlaq sahəyə gedirlər. O, heyvanları otlaması üçün saat 07 radələrində buraxır və heyvanlar özləri saat 20 radələrində yaşadığı evin həyətinə gəlirlər. O, iki baş heyvanı 08 avqust 2025-ci il tarixdə otlaması üçün buraxmış və heyvanlarından bir başı qayıdıb qapıya gəlmiş, lakin digəri isə gəlməmişdir. O, qapıya qayıdıb gəlməyən heyvanı axtarmış, tapa bilməmişdir. Bundan sonra o, qayıdıb gəlməyən bir baş inəyi axtarsa da, tapa bilməmiş və 10 avqust 2025- ci il tarixdə polis şöbəsinə gəlmiş, bu barədə ərizə yazmış və itmiş olan heyvanın tapılması ilə bağlı müraciət etmişdir. Heyvan sarımtıl rəngdə, şiş buynuzlu, 5 yaşında, təxmini diri çəkisi 250 kq arasında, orta bazar satış qiyməti təxminən 1600 manat arasında olmuşdur. O, artıq heyvanı axtarmağa başlamış və heyvanın getdiyi küçə ilə evlərinin qarşısında kamera görüntüsü olan şəxslərdən evlərində olan görüntülərə baxmasını və heyvanın onların kamerasının altından keçib-keçməməsi ilə bağlı baxıb ona bildirmələrini xahiş etmişdir. Yaxınlıqda yaşayan qonşularından ikisinin evinin qarşısında kamera olmuşdur. Onlardan biri kameranın işləmədiyini, digəri isə baxıb bildirəcəyini demişdir. Adının gizli saxlanılmasını istəyən və adını bildirmək istəmədiyi şəxs ona bildirmişdir ki, heyvanı onun evinin qarşısındakı kamera görüntüsünə düşüb və bir nəfər şəxs həmin heyvanı qarşısında qovub aparır. O, həmin görüntünü ona göndərməsini xahiş etmişdir. Görüntü onun mobil telefonuna gələndən sonra o, həmin görüntünü tanıdığı polis əməkdaşı Xəyal Əsgərova göndərmiş və Xəyala da bildirmişdir ki, görüntünü digər polis əməkdaşlarına da göndər, bəlkə heyvanı oğurlayıb aparan şəxsi tanıyan olar. Bundan sonra polis əməkdaşları həmin görüntünü Şahid1 da göstərmişlər və bundan sonra Şahid1 15 avqust 2025-ci il tarixdə, saat təxminən 22:30 radələrində ona zəng etmiş, onun yaşadığı evinə gəlməyi istəmiş və bildirmişdir ki, sənin heyvanını oğurlayıb aparan Əzizağadır. O, Samirin evinə gələndən sonra Samir onun yanında Əzizağaya zəng etmiş, onu da evinə çağırmışdır. Əzizağa Samirin evinə gəlmiş və ona bildirmişdir ki, ondan şikayətçi olmasın, heyvanı uşağı xəstə olduğu üçün və təcili ona pul lazım olduğu üçün oğurlayıb aparıb satıb. Əzizağa vurduğu ziyanın məbləğini soruşmuş, o Əzizağaya heyvanı boğaz halda 2100 manata almasını bildirmişdir. Əzizağa heyvanın pulunu oktyabr ayında ödəyəyini, buna görə də polisə heyvanın qayıdıb gəlməsini deməsini bildirmişdir. O, Əzizağaya demişdir ki, o, polisə yalan danışa bilməz və olduğu kimi də deyəcək. O, orada Əzizağaya demişdir ki, sən get polisə təslim ol və olduğu kimi danış. Samirin evində olduğu zaman Əzizağa bildirmişdir ki, bayıra çıxıb gəlir. Lakin, Əzizağa bayıra çıxmış, qayıdıb gəlməmiş və onun qaçdığını bilmişdir. Orada Samirin yanında Xəyala bildirməsi üçün tanışı Anara zəng vurmuş və Anar da ona təkrar zəng edib polisə gəlib bildirməsini demişdir. O, Samirin evindən çıxıb növbəti gün, saat təxminən 18 radələrində şifahi olaraq polisə gəlib bildirmişdir. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ona görə də onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Ona görə də o, təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasız zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, rəsmi qaydada heç bir yerdə işləmir. Dolanışacağını təmin etmək məqsədi ilə özünə məxsus «Qazel» markah, **-BM-*** dövlət qeydiyat nişanlı avtomaşını sürücülük vəsiqəsi əsasında idarə edir. Avtomaşın öz adınadır. Həmin avtomaşınla müraciət edən rayon sakinlərinin heyvanlarını Sabirabad, İmişli, Beyləqan, Bərdə rayonunun mal bazarlarına aparır. Yaxud İmişli rayon mal bazarına boş maşını ilə gedir və orada heyvan alan şəxslərin heyvanlarını ünvanlarına aparır. Həmçinin həmin avtomaşınla ona müraciət edən şəxslərin müxtəlif yüklərini də aparıb ünvanlarına çatdırır. O, 14 avqust 2025-ci il tarixdə saat təxminən 22 radələrində ürəyində olan ağrılarla bağlı piyada yaşadığı küçədə hərəkət edərkən tanıdığı Sabirabad rayon polis şöbəsinin İlqar adlı polis nəfəri ona yaxınlaşmış, yaşadığı küçədə bir nəfər şəxsin qarşısında heyvan qovalaması ilə bağlı mobil telefonunda olan videogörüntünü göstərmiş və həmin şəxsin kim olmasını, soruşmuş o, həmin videogörüntüyə baxmış və bildirmişdir ki, əyin paltarlarından həmin şəxsi Təqsirləndirilən şəxs olmasna oxşadır. Həmin görüntünün də xx.xx.2025-ci il tarixdə qeydə alındığını görmüş və İlqara bildirmişdir ki, Təqsirləndirilən şəxs onun avtomaşını ilə Ağcabədi rayonundan ona tapıb verdiyi heyvan alıcısına iki baş heyvan satıb. İlqar adlı polis əməkdaşı ona videogörüntüdə olan şəxsin qarşısında heyvan qovalamasını göstərdiyi üçün həmin şəxsin Əzizağa olmasını bilmişdir. O, Əzizağa ilə danışmış və ona demişdir ki, sən heyvan oğurlamısan və həmin heyvanlar kimindir. Lakin Əzizağa ona demişdir ki, həmin heyvanların kimin olduğunu bilmir. O, rayonda yaşadığı üçün heyvan itən şəxslərlə maraqnlanmış və onlardan Rüstəm adlı şəxsi tapmış və ona heyvanı itib-itməməsini soruşmuş, Rüstəm də ona demişdir ki, heyvanı 08 avqust 2025-ci il tarixdə itib. Həmin vaxt saat təxminən 23 radələrində Rüstəmə zəng etmiş, onu evinə çağırmış, Əzizağanı da tapıb gətirmiş, orada Əzizağaya bildirmişdir ki, oğurladığın heyvanlardan biri Rüstəmin heyvanıdır, pulunu qaytar ver sahibinə. Əzizağa isə bildirmişdir ki, uşağı xəstədir və pulu onun müalicəsinə xərcləyib. Rüstəm isə inəyin pulunun 2100 manat təşkil etməsini bildirib pulunu Əzizağadan istəmişdir. Əzizağa isə bildirmişdir ki, inəyin pulunu oktyabr ayının sonunadək ödəyəcək. Daha sonra İlqara zəng vurub ona heyvanı Əzizağanın oğurladığını demiş, özü də səhəri polis şöbəsinə gəlmiş və Əzizağanın heyvan oğurlaması barədə cinayət axtarış bölməsinə şifahi olaraq bildirmişdir. O, Əzizağanın həmin heyvanları heyvan alıcısına hansı məbləğdə pula satmasını bilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqları vardır. Sabirabad RİHB-nin şəhər İƏD-nin nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. 01 oktyabr 2025-ci il tarixdə Sabirabad rayonu ərazisində fəaliyyət göstərən «Fərid» mal qara satışı bazarından əldə olunmuş sorğudan müəyyən olunur ki, 8 avqust 2025-ci il tarixə 5 yaşında, diri çəkisi təxminən 250 kq. arasında qısır, dişi inək heyvanın damazlıq heyvan kimi orta bazar satış dəyəri təxminən (satıcı ilə alıcı öz aralarında razılaşmaqla) 2050- 2100 manat arasında, ətilik kimi isə təmiz ətin çəkisi 125-130 kq. arasında çəki verdiyi üçün hər bir kiloqramı 7(yeddi) manatdır. Həmçinin 10 yaşında diri çəkisi təxminən 200 kq. arasında qısır, dişi inək heyvanın damazlıq heyvan kimi orta bazar satış dəyəri təxminən (satıcı ilə alıcı öz aralarında razılaşmaqla) 1250-1300 manat arasında, ətilik kimi isə təmiz ətin çəkisi 95-100 kq. arasında çəki verdiyi üçün hər bir kiloqramı 7 (yeddi) manatdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın növünü və həddini müəyyən edərkən, himayəsində üç azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət əməli törətməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, həmin tarixdə barəsində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sabirabad RPŞ-nin MSY-dən azad edilmişdir, yəni o, 2 (iki) gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək iki gün həbsdə saxlanmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla dörd gün müddət ona təyin olunan cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Bundan əlavə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan iş materiallarına əlavə edilmiş 2 ədəd CD və 1 ədəd DVD disk iş materiallarında saxlanılmalı, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nın 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) günün bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan 2 ədəd CD və 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-168/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-168/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver