Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-169/2025 03.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, işsiz, əvvəllər məhkum olunmuş (Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nın 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2025-ci il tarixdə cəzası başa çatmış), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilən ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamışdır. Belə ki Təqsirləndirilən şəxs 28 sentyabr 2025-ci il tarixdə saat 17:00 radələrində yaşadığı Sabirabad şəhəri H.Əliyev prospektində əmisi oğlu Şahid4 ilə birlikdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etdiyinə görə Sabirabad rayon Polis Şöbəsinin PPXB-nın polis nəfərləri, Şahid5 və Şahid1 tərəfindən barələrindən müvafiq sənədləşmə işi aparılması üçün Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin gün saat 17:24 radələrində şöbənin məsul növbətçisi Şahid2 tərəfindən üzərində olan əşyaların təqdim edilməsi tələb edildikdə onun əynində olan cins materiallı şalvarın sağ yan cibinin üstündə olan gizli cibində bir ədəd siqaret kağızı bükümündə 0,229 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak etmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sabirabad şəhəri H.Əliyev prospkekti bina 5, mənzil 10 da atası Şahid3, anası X1 ilə birlikdə yaşayır. Əmisi oğlu Şahid4 ona 15 manat pul borcu olmuş və borcunu ondan 28 sentyabr 2025-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı Sabirabad şəhəri H.Əliyev prospektində istəyərkən biri birinə əl qol atıb bellərində tutub güləşir və zarafatlaşırlarmışdır. Post Patrul xidməti avtomoblində olan polis əməkdaşları onların yaxınlığından keçdikləri üçün avtomobili saxlamışlar və polis əməkdaşları elə bilmişdir ki, onlar dalaşır, həmin vaxt polis əməkdaşlarına dalaşmadıqlarını bildirmiş, polis əməkdaşları onu və əmisi oğlu Şahid4 rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları rayon polis şöbəsinin növbətçi hissəsinə gətirib təhvil verdikdən sonra məsul növbətçi giriş hissəsində üzərlərində nə kimi əşya varsa çıxarıb masa üzərinə qoymalarını istəmişdir. Əmisi oğlunun üzərində heç nə olmamışdır. O, isə üzərində yəni, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən iki ədəd düyməli Nokia markalı mobil telefonu, sol yan cibindən Samsung A-10 markalı və Samsung JA 6+ markalı mobil telefonu, bir ədəd saqqızı, bir ədəd açarı, bir ədəd Vinston markalı siqareti, bir ədəd Vinçester markalı siqareti, bir ədəd kapital banka məxsus plastik bank kartını, 10 manatlıq və 5 manatlıq pul əskinaslarını, özünə məxsus şəxsiyət vəsiqəsini və əynində olan cins materiallı şalvarının sağ yan çibinin üstündə olan gizli cibindən isə bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb masa üzərinə qoymuşdur. X7 Nəsirov gümüşü bükümün içərisində nə olmasını soruşmuş, o isə bildirmişdir ki, həmin gümüşü bükümün içərisindəki patıdır. Həmin gümüşü büküm açılmış və içərisində ağ rəngli kristal formalı, psixotrop maddə aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş maddə narkomanlar arasında patı kimi tanınır, əslində isə psixotrop maddə metamfetamindir. Həmin psixotrop maddə metamfetamini isə tutulmamışdan 10 gün qabaq yəni, 18 sentyabr 2025-ci il taixdə yaşadığı Sabirabad şəhəri H.Əliyev prospektində piyada tək halda gəzərkən yerdən tapmışdır və istifadə etmək üçün götürüb üzərində saxlamışdır. O, həmin psixotrop maddə metamfetaminidə çəkmə yolu ilə istifadə edir. Psixotrop maddə metmfetamindən istifadə edə bilməmiş, polis əməkdaşları onu, əmisi oğlu Vüsal ilə birlikdə polis şöbəsinə gətirmişlər. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, hazırda Sabirabad rayon Polis Şöbəsinin post patrul xidməti bölüyünün sürücüsü polis nəfəri vəzifəsində xidmət edir. O, Şahid1la rayon polis şöbəsinin idarə etdiyi **-AP-*** dövlət qeydiyyat nişanlı post patrul xidməti avtomobili ilə şəhərin H.Əliyev prospektində saat 17:00 radələrində xidmətdə olarkən iki nəfər şəxsin biri birini əlləri ilə vurmalarını, mübahisə etmələrini və biri birinin belindən tutub yıxmaq istəmələrini görmüşdür. Həmin vaxt onların yaxınlığından keçirmişlər və idarə etdiyi avtomobili onların yaxınlığında saxlamış, sonra onlara yaxınlaşmış və nəyə görə dalaşırsınız deyərək soruşmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs sənlik deyil, özümüz bilərik deyə cavab vermiş, onu nizam intizama dəvət edərkən, onlara gedin işinizlə məşqul olun dedikləri üçün onların biri biri ilə dalaşmalarını gördükləri üçün və araşdırma aparılması üçün saat 17:24 radələrində Sabirabad rayon polis şöbəsinin növbətçi hissəsinə raportla təhvil vermişlər və məsul növbətçi onların saxlanılması üçün üzərlərində nə kimi əşya varsa çıxarıb masa üzərinə qoymalarını istəmişdir. Həmin vaxt Şahid4 üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən iki ədəd düyməli Nokia markalı mobil telefonları, sol yan cibindən Samsung A-10 markalı və Samsung JA 6+ markalı mobil telefonları, bir ədəd saqqızı, bir ədəd açarı, bir ədəd Vinston markalı siqareti, bir ədəd Vinçester markalı siqareti, bir ədəd kapital banka məxsus plastik bank kartını, 15 manat pulu, özünə aid olan şəxsiyət vəsiqəsini və əynində olan cins materiallı şalvarının sağ yan cibinin üstündə olan gizli cibindən isə bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb masa üzərinə qoymuşdur. X7 Nəsirov Təqsirləndirilən şəxs gümüşü bükümün içərisində nə olmasını soruşmuş, Kənan isə bildirmişdir ki, həmin gümüşü bükümün içərisindəki patıdır, yəni psixotrop maddə metamfetamindir. Həmin gümüşü büküm açıldıqda içərisindəkinin ağ rəngli kristal formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu aşkar olunmuşdur. Daha sonra araşdırma aparılması üçün toplanmış material istintaq bölməsinə verilmişdir. İstintaq bölməsində Təqsirləndirilən şəxs üzərindən çıxan əşyalara videoçəkiliş əsasında baxış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən aşakar olunmuş maddənin patı olmasını və yerdən tapdığını bildirmişdir. Aşkar olunmuş kristal maddə elektron tərəzidə çəkilmiş və kağız qarışıq çəkisi 0,39 qram olması müəyyən olunmuş, aşkar olunmuş maddə zərfə qoyulmuş və eksprertizaya göndərilməsi üçün qablaşdırılaraq üzərinə DİN-139 nömrəli möhürü vurularaq imza etdikdən sonra götürülmüşdür. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 digər Şahid5 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 09 radələrində xidmətə daxil olmuş və xidmətdə olduğu zaman saat 17:24 radələrində Sabirabad RPŞ-nin PPXB-nın polis nəfərləri, polis serjantları Şahid5 və Şahid1 xx.xx.2002-ci il təvəllüdlü, Sabirabad şəhəri H.Əliyev prospekti bina 5, mənzil 10 da yaşayan Təqsirləndirilən şəxs ilə qohumu xx.xx.2002-ci il təvəllüdlü Sabirabad şəhəri H.Əliyev prospekti 8 saylı evdə yaşayan Şahid4 ictimai qaydanı pozduqları üçün Sabirabad rayon polis şöbəsinin növbətçi hissəsinə gətirmiş və o, Növbətçi Hissənin qarşısında gətirilən şəxslərə üzərlərində olan əşyaları masa üzərinə qoymalarını təklif etmişdir. Həmin vaxt Şahid4 üzərində heç nə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs isə əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən iki ədəd düyməli Nokia markalı mobil telefonları, sol yan cibindən Samsung A-10 markalı və Samsung JA 6+ markalı mobil telefonları, bir ədəd saqqızı, bir ədəd açarı, bir ədəd Vinston markalı, bir ədəd Vinçester markalı siqaretləri, bir ədəd kapital banka məxsus plastik bank kartını, 10 manatlıq və 5 manatlıq pulu, özünə məxsus şəxsiyət vəsiqəsini və əynində olan cins materiallı şalvarının sağ yan çibinin üstündə olan gizli cibindən isə bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb masa üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs gümüşü bükümün içərisində nə olmasını soruşmuş, Kənan bildirmişdir ki, həmin gümüşü bükümün içərisindəki patıdır, yəni psixotrop maddə metamfetamindir. Həmin gümüşü büküm açılmış, içərisindəkinin ağ rəngli kristal formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə olduğunu aşkar etmişdir. Sorğu zamanı Kənan bildirmişdir ki, həmin gümüşü bükümü və içərisində olan kristal maddəni o, yaşadığı küçədə yerdən tapmış və istifadəsi üçün götürüb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalar və gümüşü kağızın içərisindəki psixotrop maddə metamfetamin masa üzərində olduğu üçün fotoşəkilləri çəkilmiş, tərəfindən raport tərtib edilmiş, şöbə rəisinə məruzə olunmuş, sonra Təqsirləndirilən şəxs və yanında olan qohumu Şahid4 aşkar olunmuş əşyalar və psixotrop maddə metamfetaminə bənzər bükümlə birlikdə istintaq bölməsinə təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara və gümüşü bükümdə olan maddəyə baxış keçirilmiş və həmin büküm, içərisində olan maddə elektron tərəzidə kağız qarışıq çəkilmiş və çəkisi 0,39 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, həmin maddəni o, Sabirabad şəhərində H.Əliyev prospektində yerdən tamışdır. Bundan sonra həmin büküm zərfin içərisinə qablaşdırılmış, üzərinə Sabirabad RPŞ-nin 139 saylı möhürü vurulmuş, zərfin üzərinə imza etmişlər. Əşyaya baxış keçirilməsi isə videoçəkiliş əsasında aparılmışdır. Bildirir ki, PPXBnin polis nəfəri Şahid1 tərəfindən Təqsirləndirilən şəxs və Şahid4 ictimai qaydanı pozmaları ilə bağlı rayon polis şöbəsinə gətirmələri barədə raport üzrə Şahid4 barəsində araşdırma aparılması üçün rayon polis şöbəsinin İTB-nə həvalə olunmuş, lakin Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin aşkar olunduğundan tərəfindən tərtib olunmuş raport üzrə aidiyyəti üzrə araşdırma aparılması üçün istintaq bölməsinə həvalə olunmuşdur. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hazırda Sabirabad rayon Polis Şöbəsinin istintaq bölməsində istintaq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ifadə verməyi barədə hüquqları ona izah olunmuşdur. Bildirir ki,o, Sabirabad şəhəri H.Əliyev prospekti bina 5, mənzil 10 da həyat yoldaşı X5 və oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Oğlu Kənanın rayonda gəzən söz söhbətdən narkotik vasitə istifadə etməsini bilib öyrənmiş və oğlu Kənan ilə bu barədə söhbət edərkən ona narkotik vasitədən istifadə etməsini bildirmişdir. O, oğlu Kənanın narkotik vasitə istifadə etməsini bildiyi üçün onu yaşadığı evdə danlamış və Kənan ona birdaha istifadə etməyəcəyini demişdir. Bundan sonra onun yenə də narkotik vasitə istifadə etməsini görmüş və ona bildirmişdir ki, ona sənöl demisən və istifadə edirsən. Bu hadisə o, tutulmamışdan 3-4 gün qabaq olmuş və onu danlamış və ona evdən çıxıb getməsini demişdir. Kənan da həmin vaxtdan evə qayıdıb gəlməmiş və harada gecələməsini də bilməmişdir. O, evdən çıxanda isə Kənanın evə yemk yeməyə qaydıb gəlməsini isə deyə bilmir. Bu 7-8 gün müddətində isə evdə olduğu vaxtda Kənan evə gəlməmiş və evdə gecələməmişdir. Bildirir ki, Kənan ilə söhbət edrkən ona narkotik vsitədən istifadə etməyə yeni başladığını və ona sənöl də vurmuşdur ki, bir daha narkotik vasitədən istifadə etməyəcəkdir.O,başa düşür ki, oğlu narkotik vasitə istifadəcisidir, lakin narkotik vasitənin hansı növündən istifadə etməsini isə bilmir. Həmçinin qeyd edir ki, Kənan evdən çıxarkın özü ilə də mərhum anası Gülnaz Məmmədovanın düyməli Nokia markalı mobil telefonunu da götürmüş, həmin telefonun ona qaytarılmasını xahiş edir. Cinayət işi materiallarında olan 28 sentyabr 2025-ci il tarixli şübhəli şəxsin üstünün yoxlanılması haqqında raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan 28 sentyabr 2025-ci il tarixli protokol videoçəkiliş əsasında aparılmış və şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümdə götürülmüş metamfetaminə bənzər kütlə gümüşü kağız elektron tərəzidə çəkilərək, zərfin içərisinə qablaşdırılaraq ekspertizaya dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi üçün götürülmüşdür. Cinayət işi materiallarında olan 29 sentyabr 2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X3 Bölməsinin 18/711 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «..Təqsirləndirilən şəxs üzərindən…» sözləri və imzalar olan kağız paketdə olan 01 ədəd bükümdə təmiz çəkisi- 0,229 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 6309 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub, narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Məmmədov X2 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nın 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2025-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş. Beləliklə Təqsirləndirilən şəxs xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayəti səmimi etiraf edərək, əməlindən peşmançılıq hissi keçirməsini ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə müəyyən olunmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi materiallarında olan xx.xx.2026-cı il tarixli qərarın surətindən görünür ki, həmin qərarla həbs müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə CPM-nın 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 67,30 AZN məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsini, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,179 qram olan bir ədəd 1 manatlıq pul əskinasının dövlət nəfinə tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 3145 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış xx.xx.2025-ci il tarixli 18/711 saylı məhkəmə ekspertizası tədqiqatının dəyəri - 67,30 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,179 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-169/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-169/2025
03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver