Məhkəmə qərarları › İş №1(056)-17/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-17/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-17/2025 23.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 İbarhim oğlunun sədrliyi, Məsləhətçi-məhkəmə iclas katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “ başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdə saat 01 radələrində, Sabirabad şəhəri, Füzuli küçəsində alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, idarə etdiyi «Kia Rio» markalı, **-CF-*** dövlət nömrə nişanlı minik avtomobilini yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə yəni, 80-90 km/saat sürətlə H.Əliyev prospekti istiqamətinə hərəkət etdirərkən, yolun döngəli hissəsinə çatdıqda hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, idarəetməni itirdiyi üçün avtomobilin qabaq hissəsi yolun sağ kənarındakı hasara çırpıldığına görə istiqamətini dəyişən avtomobil yolun sol tərəfindəki ağacların arasına düşmüş, onun ehtiyatsızlığı nəticəsində avtomobilin qabaq sağ oturacağında əyləşən sərnişin Zərərçəkmiş şəxs sağ bazu sümüyünün yuxarı 1/3nin qapalı yerdəyişmiş sınığı əmələ gəlməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsil elən olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsidə göstərmişir ki, Sabirabad şəhərində yaşayır və avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 10 may 2024-cü il tarixdə, saat 20 radələrində yemək yeyərkən təxminən 500 qram araq içmişdir. Həmin gün Bakı şəhərində yaşayan xalası oğlu Zərərçəkmiş şəxs özünə məxsus «Kia Rio» markalı, ** CF *** dövlət nömrə nişanlı avtomobillə Sabirabad şəhərinə gəlmişdir. Onlar görüşüb saat 22 radələrində Sabirabad rayon Hərbi Komissarlığının yanındakı yeməkxanaya getmişlər. O, yeməkxanada pivə, Xeyrulla isə çay içmişdir. Yeməkxanadan çıxdıqda Xeyrulla sükan arxasında əyləşərək avtomobili işə salmış, o isə qarşı sağ oturacaqda əyləşmişdir. Onlar evə gedəndən sonra ona mağazadan çörək almaq lazım olduğunu demişlər. O, Xeyrulla ilə evdən çıxıb, avtomobilin yanına getmiş, avtomobili idarə etmək istədiyini bildirmiş, Xeyrulla da buna razı olmuşdur. Sonra o, sükan arxasında, Xeyrulla isə sağ qarşı oturacaqda əyləşmişdir. Bundan sonra o, 11 may 2024-cü il tarixə keçən gecə saat təxminən 01 radələrində Sabirabad şəhəri, Füzuli küçəsində avtomobili təxminən 70-80 km/saat sürətlə H.Əliyev prospekti istiqamətinə hərəkət etdirərkən, yolun döngəli hissəsində idarəetməni itirdiyi üçün avtomobil yolun sağına çıxaraq yolun kənarındakı hasara dəyəndən sonra fırlanaraq yolun sol tərəfində olan çökəkliyə düşmüşdür. Hadisə nəticəsində özü və Xeyrulla xəsarət almışdır. Yoldan keçən şəxslər hadisə barədə təcili tibbi yardım məntəqəsinə zəng edib məlumat vermişlər. Təcili tibbi yardım avtomobili gəlib, onları xəstəxanaya aparmış, xəstəxanada polis əməkdaşları onun sərxoşluq vəziyyətini yoxlamışlar. Müayinə zamanı həkimlər Xeyrullanın sağ qolunun sındığını müəyyən etmişlər. Sonra Xeyrullanı Bakı şəhərinə xəstəxanaya göndərilmiş, hadisə zamanı o, da başından və burnundan xəsarət almışdır.Bir gün xəstəxanada qalaraq müalicə olunmuş, səhəri günü isə xəstəxanadan çıxıb evlərinə getmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşmançılıq hissi keçirdiyini və ailədə tək qazanc gətirən şəxs olmasını, zərərçəkmiş Zərərçəkmiş şəxs ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirdi ki, o, Bakı şəhərində yaşayır, Sabirabad şəhərində yaşayan Təqsirləndirilən şəxs onun doğma xalası oğludur. X3 «Kia Rio» markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobili vardır. O, həmin avtomobili etibarnamə əsasında idarə edir, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 10 may 2024-cü il tarixdə idarə etdiyi həmin avtomobillə Sabirabad şəhərinə gəlmiş və saat təxminən 22 radələrində xalası oğlu Təqsirləndirilən şəxsla görüşmüş və Cəlalın spirtli içki qəbul etdiyini bilmişdir. Sonra Cəlal ona yeməkxanaya gedib pivə içmək istədiyini bildirmiş, ona görə də birlikdə Sabirabad rayon Hərbi komissarlığının yanındakı yeməkxanaya getmişlər. Orada Cəlal pivə, özü isə çay içmiş, bir qədər sonra oradan çıxdıqdan sonra o, sükan arxasına əyləşərək avtomobili işə salmış, Cəlal isə qarşı sağ oturacaqda əyləşmiş və birlikdə Cəlalın yaşadığı evə getmişlər. Evdə Cəlala mağazadan çörək almaq lazım olduğunu demişlər. Onlar birlikdə evdən küçəyə çıxdıqda Cəlal avtomobili idarə etmək istədiyini demişdir. O, yorğun olduğu üçün avtomobili Cəlala idarə etmək üçün vermiş, özü isə qarşı sağ oturacaqda əyləşmişdir. 11 may 2024-cü il tarixə keçə gecə təxminən saat 01 radələrində Cəlal yaşadığı evin küçəsindən avtomobili idarə etməyə başlamışdır. Sabirabad şəhəri, Füzuli küçəsində Cəlal avtomobili yolun döngəli hissəsində təxminən 70-80 km sürətlə H.Əliyev prospekti istiqamətinə hərəkət etdirərkən idarə etməni itirmiş, avtomobil yolun sağına çıxaraq yolun kənarındakı hasara dəymiş və fırlanaraq yolun sol tərəfində olan çökəkliyə düşmüşdür. Hadisə nəticəsində onlar hər ikisi xəsarət almış, yoldan keçən tanımadığı şəxlər hadisəni görüb təcili tibbi yardım məntəqəsinə zəng edərək məlumat vermişlər. Təcili tibbi yardım avtomobili gələrək onları xəstəxanaya aparmışlar. Xəstəxanada həkimlər müayinəsi zamanı onun sağ qolunun sınması aşkar edilmiş, ona görə də onu təcili olaraq Bakı şəhərinə Travmatologiya xəstəxanasına göndərilmişdir.Hazırda təqsirləndirilən şəxslə barışdırğını, heç bir şikayət və tələbinin olmadığını bildirərək bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Cinayət işi materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 595№-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətləri–sağ bazu sümüyün yuxarı 1/3-nin qapalı yerdəyişmiş sınığı küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Cinayət işi materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 02 sentyabr 2024-cü il tarixli, 8/1902 №-li rəyində göstərilmişdir ki, «Kia Rio» markalı, 77-CF -687 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinn tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə yəni, 80-90 sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli alkoqol testinin nəticəsinə dair qəbzdən görünür ki, Təqsirləndirilən şəxs spirtli içki qəbul etmiş və alkoqolun miqdarı 0,788 % müəyyən edilmişdir. Cinayət işi materiallarında olan AC801614 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və hər hansı bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad şəhər İnziabti dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013, 2014 və 2015-ci il təvəllüdlü 3 azyaşlı uşaqları vardır. Cinayət işi materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad şəhər İnziabti dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, zərərçəkmişin ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nın 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nın 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, ilk dəfə olaraq az ağır cinayət törətməsini, təqsirini etiraf edərək, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, ailəli olması və himayəsində 3 azyaşlı uşaqlarının olmasını, CM-nın 59-cu maddəsinə əsasən təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunanlara əsaslanmaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini və təyin ediləcək cəzanın yüngülləşdirən hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut və mülki iddia tələbinin olmaması nəzərə alınmalıdır. Qeyd olunanlarla yanaşı məhkəmə qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını və CPM-nın 196.4-cü və 197.1.4-cü maddələri əsasında iş üzrə keçirilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası tədqiqatının dəyəri – 128 manat vəsaitin təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməsini əsaslı hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən 04 saat 30 dəqiqə iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 27(iyirmi yeddi) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il 6 ( altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il 6 ( altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın, cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəksin. Cəzanın əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə keçirilmiş yol-nəqliyyat ekspertizası tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı ünvan üzrə ünvan 2addi sübut və mülki iddia tələbinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarını Sabirabad Rayon Məhkəməsində dövlət vəsaiti hesabına 4 saat 30 dəqiqə müddətində müdafiə etdiyi üçün, Vəkillər Kollegiyasına ayrılan vəsaitdən 27 (iyirmi yeddi) manat Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Hökmdən 20 gün müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar