Məhkəmə qərarları › İş №1(056)-172/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-172/2023

13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-172/2023 13.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi,Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi,Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı,Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Sabirabad rayonu Bulduq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işsiz, Sabirabad rayonu Bulduq kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad rayon məhkəməsinin binasındaaçıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdə saat 23 radələrində Sabirabad- Həşimxanlı-Qaragüney avtomobilin yolunun Bulduq kəndi ərazisində “B1, B, C1, C ” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi VAZ 2103 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsi (3.24 «Maksumum surətin məhdudlaşdırılması» yol nişanının) tələblərini pozaraq Sabirabad rayonu Ulacalı kəndi istiqamətindən Həşimxanlı kəndi istiqamətində 70-80 km/saat sürətlə idarə edərkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, nəqliyyat vasitələrinə və əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəriaitindən və avtomobilin idarəetməsindən ayırmamalı, hərəkət anında qarşıda eyni istiqamətdə arxasında gübrə səpən qoşqusu olan MTZ-80 markalı 54 K 340 dövlöt qeydiyyat nişanlı traktorun hərəkətdə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, traktor ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli və yaxud qarşıdan əks istiqamətdən nəqliyyət vasitəsi hərəkətdə olmadığı vəziyyətdə sola doğru təhlükəsiz manevr aparmaqla traktoru ötüb keçməli olduğu halda bunlara riayət etməyərək, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, idarə etdiyi avtomobilin ön hissəsini onunla eyni istiqamətdə hərəkət edən arxasında gübrə səpən qoşqusu olan sürücü Şahid3 idarə etdiyi MTZ-80 markalı 54 K 340 dövlət qeydiyyat nişanlı traktorun qoşqusuna çırpmış, nəticədə o, ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə olan sərnişin X1 əsası sümüyünün qapalı yerdəyişən sınığı, sağ gicgah-təpə-alın nahiyyəsində baş beynin sərt və yumşaq qişasında,baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, sağ gicgah nahiyyəsində, sağ və sol gözaltı nahiyələrdə, burnun belində hematoma, burun sümüyünün qapalı sınığı, boynun ön səthində, döş sümüyünün əsası proyeksiyasında, sağ bazunun orta 1/3-də, sağ əlin 1ci barmağında kəsilmiş yaralar, sag gicgah nahiyəsində, sol qaşın üstündə, burnun tinində, sağ bazu oynağının ön səthində, sağ əlin üst səthində, sağ diz oynağının ön səthində, sağ bayır topuq proyeksiyasında sıyrıqlar ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərindən, 28 iyun 2023-cü il tarixdə Sabirabad rayon mərkəzi xəstəxanasında ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 25 iyun 2023-cü il tarixdə saat 23:00 radələrində Sabirabad rayonu Ulacalı kəndində yerləşən çayxanadan çıxaraq etibarnamə ilə idarə etdiyi “VAZ 2103” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib idarə edərək Ulacalı kəndi ərazisində yerləşən “Şah petrol” yanacaq doldurma məntəqəsində avtomobilə yanacaq vurmuş, oradan çıxaraq idarə etdiyi avtomobillə yaşadığı Bulduq kəndi istiqamətində hərəkət etmişdir. Bulduq kəndi istiqamətində hərəkətdə olan zaman Ulacalı kəndi ərazisində yol kənarında həmkəndliləri Şahid1, X7 və Şahid2 yol kənarında dayandıqlarını görmüşdür. Həmin şəxsləri yaşadıqları evə aparmaq məqsədilə avtomobili saxlamış və X7 ön oturacaqda, Şahid1 və Şahid2 isə arxa oturacaqda olmaqla maşına əyləşmişlər. O, yoluna dəvam edərək avtomobili saatda 70-80- km. sürətlə idarə etmişdir. Bulduq kəndi ərazisində yaşadığı evə gedən yol ayrıcına təxminən 100 metr məsafə qalarkən 12-15 metr məsafədən onunla eyni istiqamətli yolda traktorun getdiyini görmüşdür. Həmin traktorun arxa işıqları yanılı olmamışdır. Həmçinin, onun avtomobilinin işıqlandırması pis olduğu üçün traktoru gec görmüşdür. Traktoru arxadan vurmamaq üçün əyləci basaraq sürəti azaltmağa çalışmış və sükanı sol tərəfə çevirmişdir. Lakin avtomobili saxlaya bilməmiş və sonradan tanıdığı Şahid3 idarə etdiyi 54-K-340 nömrə nişanlı traktorun arxasında olan qoşqu ilə toqquşmuşdur. Toqquşma nəticəsində özü, Şahid1 və Əliyev Tural müxtəlif bədən xəsarətləri almışlar. Şahid2 isə xəsarət almamışdır. Rüfəti Sabirabad rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Turaı və onu isə Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Qəzadan sonra özündə olmuş, Tural isə huşunu itirmişdir. Şirvan şəhər xəstəxanasında ona tibbi yardım göstərilmişdir. İdarə etdiyi avtomobil X3 adınadır, o, avtomobili etibarnamə ilə idarə edir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və etibarnaməsi vardır. Qəza baş verməzdən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Hadisədən 3 gün sonra Tural aldığı xəsarətlərdən vəfat etmişdir. Hadisə zamanı avtomobilimi 70-80 km/saat sürətlə idarə etmişdir. Avtomobilində hər-hansı bir texniki nasazlıq olmamışdır. İdarə etdiyi avtomobillə hərəkətdə olan zaman qarşıda eyni istiqamətli yolda hərəkət edən traktorun olduğunu təxminən 12-15 metr məsafə qalmış görmüşdür. Həmin anda tormoz etmiş, lakin ara məsafəsi az olduğu üçün avtomobili dərhal saxlaya bilməmişdir. Əməlindən səmimi peşman olmasını, ölmüş zərərçəkmiş X5 hüquqi varisinin ondan şiakyət və tələbinin olmamasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş, şahid ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmənin xx.xx.2023-cü il tarixində keçrilmiş iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, Sabirabad rayonu Bulduq kəndində övladları ilə birlikdə yaşayır. 25 iyun 2023-cü il tarixdə təxminən gecə saatlarında qaynı arvadı onun mobil telefonuna zəng edib oğlu Tural Əliyevi soruşmuşdur. O da telefonda Turalı nəyə görə soruşmasını soruşmuşdur. Həmin qadın ona demişdir ki, oğlu Tural avtoqəza zamanı xəsarət almışdır. O da narahat olduğu üçün balaca oğlu ilə birlikdə Şirvan şəhər mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanaya çatandan sonra təcili yardım avtomobili Turalı xəstəxanaya gətirmişdir. Üç gün sonra isə oğlu xəstəxananın reanimasiya şöbəsində aldığı xəsarətlərdən vəfat etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar dəqiq olaraq konkret bir söz deyə bilmir. Lakin eşitdiyi qədər hadisədən əvvəl avtomobili idarə edən Təqsirləndirilən şəxs avtomobili sürətlə idarə etmiş, həmin vaxt yolda hərəkət edən traktorun qoşqusu ilə toqquşmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs barəsində şikayəti yoxdur. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirdi və qeyd olunan hadisənin ona pis təsir etməsini bildirərək sonrakı məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1976-cı il tarixdən MKT İK MMC-nin Sabirabad filialında traktorçu vəzifəsində işləyir. 25 iyun 2023-cü il tarixdə Sabirabad rayonu Ulacalı kəndində Elçin adlı şəxsə məxsus pambıq sahəsinə dərman səpdikdən sonra idarə etdiyi 54-K-340 nömrə nişanlı traktorla oradan çıxaraq Axtaçı-Muğan kəndi istiqamətində hərəkət etmişdir. Həmin günü saat 23:00 radələrində Sabirabad rayonu Bulduq kəndi ərazisində hərəkətdə olan zaman traktoru 25-30 km/saat sürətlə idarə etmişdir. Traktorun arxa və ön işıqlarını yandırmışdır. Qəflətən arxadan “VAZ 2103” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyi traktorla toqquşmuşdur. Toqquşma nəticəsində avtomobili idarə edən Təqsirləndirilən şəxs, sərnişinlər Şahid1 və Əliyev Tural müxtəlif bədən xəsarətləri almışlar. Sərnişin Şahid2 isə xəsarət almamışdır. Həmçinin qəza zamanı xəsarət almamışdır. Rüfəti Sabirabad rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Ramin ilə Turalı isə Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparılmışdır. Hadisədən sonra rayon polis şöbəsinə gəlmişdir. Qəza zamanı traktorda tək olmuş, yanında başqa şəxs olmamışdır. Traktoru idarə etmək üçün sürücülük vəsiqəsi və yol vərəqəsi olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, qəza baş verməzdən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Traktoru idarə etmək üçün AB 010251 seriyalı sürücülük vəsiqəsi vardır. Hadisə zamanı traktorun arxa hissəsində zəhər səpən çiləyici qoşqusu olmuşdur. Traktorda hər-hansı bir texniki nasazlıq olmamışdır. Traktoru idarə etməyi üçün yol vərəqəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Sabirabad rayonu Bulduq kəndində yaşayır. 25 iyun 2023-cü il tarixdə saat 15-16 radələrində həmkəndliləri Rüfət və Turalla birlikdə kəndlərində yerləşən Elsevərə məxsus kafeyə yemək yemişlər. Bir neçə saat kafedə əyləşdikdən sonra təxminən 18 radələrində Tural və Rüfətlə birlikdə rayonun Bulduq kəndi ilə Ulacalı kəndinin arasında yerləşən Cəlala məxsus moykanın yanında yerləşən Cəlala məxsus kafeyə gəlmişlər. Orada isə hər üçü bir neçə bakal pivə içmişlər. Təxminən 2-3 saat kafedə olduqdan sonran təxminən saat 22-23 radələrində piyada yol kənarına çıxıb evə getmək üçün avtomobillərin gəlməsini gözləmişlər. Bir neçə dəqiqə sonra həmkəndliləri Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2103” markalı avtomobillə Bulduq kəndi istiqamətində hərəkətdə olarkən əl ilə işarə edib avtomobili saxlamasını xahiş etmişlər. Təqsirləndirilən şəxs avtomobili saxladıqdan sonra Tural avtomobilin ön oturacağında, özü isə arxa sol tərəfdə, Rüfət isə arxa sağ oturacaqda əyləşmişdir. Təqsirləndirilən şəxs avtomobili idarə edərək hərəkətini davam etdirmişdir. Bir qədər hərəkət etdikdən sonra anidən qarşıda qoşqulu traktorun hərəkət etməsini görmüşlər. Bu zaman avtomobil ilə traktorun arasında ara məsafəsi yaxın olduğu üçün avtomobil traktorun qoşqusu ilə toqquşmuşdur. Toqquşma nəticəsində özü xəsarət almasa da, Tural, Rüfət və sürücü Təqsirləndirilən şəxs müxtəlif bədən xəsarətləri almışlar. Hadisədən sonra Turalın vəziyyəti ağır olduğu üçün Şirvan ŞMX-na aparmışlar. Üç gün sonra isə Tural almış olduğu xəsarətlərdən Şirvan ŞMX-na vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 25 iyun 2023-cü il tarixdə saat 15-16 radələrində həmkəndlisi Şahid2la birlikdə kənddə yerləşən Elsevərə məxsus kafeyə yemək yeyib spirtli içki qəbul etmişlər. Bir qədər sonra yanlarına Tural gəlmiş, birlikdə spirtli içki qəbul etmişlər. Bir neçə saat kafedə əyləşdikdən sonra təxminən 18 radələrində Tural və Elşənlə birlikdə rayonun Bulduq kəndi ilə Ulacalı kəndinin arasında yerləşən Cəlala məxsus moykanın yanında yerləşən Cəlala məxsus kafeyə gəlmişlər. Orada isə hər üçü bir neçə bakal pivə içmişdir. Təxminən 2-3 saat kafedə olduqdan sonran təxminən saat 21 radələrində piyada yol kənarına çıxıb evə getmək üçün avtomobillərin gəlməsini gözləmişlər. Bir neçə dəqiqə sonra həmkəndliri Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2103” markalı avtomobillə Bulduq kəndi istiqamətində hərəkətdə olarkən əl ilə işarə edib avtomobili saxlamasını xahiş etmişlər. Təqsirləndirilən şəxs avtomobili saxladıqdan sonra Tural avtomobilin ön oturacağında, özü isə arxa sağ tərəfdə, Elşən isə arxa sol oturacaqda əyləşmişdir. Təqsirləndirilən şəxs avtomobili idarə edərək hərəkətini davam etdirmişdir. Bir qədər hərəkət etdikdən sonra anidən qarşıda qoşqulu traktorun hərəkət etməsini görmüşdür. Bu zaman avtomobil ilə traktorun arasında ara məsafəsi yaxın olduğu üçün onları olduğu avtomobil traktorun qoşqulu ilə toqquşmuşdur. Toqquşma nəticəsində Tural, sürücü Təqsirləndirilən şəxs və özü də müxtəlif bədən xəsarətləri almışdır. Hadisədən sonra Turalın vəziyyəti ağır olduğu üçün Şirvan ŞMX-na aparmışlar, üç gün sonra isə Tural almış olduğu xəsarətlərdən Şirvan ŞMX-na vəfat etmişdir. Cinayət işinə əlavə edilmiş X5 adına verilmiş məhkəmə-tibbi ekspertizasının 28 iyun 2023-cü il tarixli 25 saylı rəyin nəticə hissəsindən görünür ki: X5 meyitinin məhkəmə tibbi ekspertizasına, əlavə müayinənin nəticəsinə əsasən və ilk məlumatı nəzərə alıb aşağıdakı nəticəyə gəlirəm: a) X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Şirvan ŞMX PHŞ-in Reaniamasiya şöbəsində “Qapalı kəllə beyin travması, baş beynin əzilməsi, baş beynin sağ yarımkürəsinin subdural hematoması, 4-cü mədəcikdə kompressiya edən ödem, üz sümüklərinin çoxsaylı sınıqları, boynun, sağ əlin kəsilmiş yaraları, vətərlərin kəsilməsi” diaqnozu ilə stasionar müalicədə olmuş, xx.xx.2023-cü il tarixdə xəstəxanada ölmüşdür. b/ Müayinə zamanı aşkar edilmiş xəsarətlər- kəllə əsası sümüyünün qapalı yerdəyişən sınığı, sağ gicgah-təpə-alın nahiyyəsində baş beynin sərt və yumşaq qişasında,baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, sağ gicgah nahiyyəsində, sağ və sol gözaltı nahiyələrdə, burnun belində hematoma, burun sümüyünün qapalı sınığı, boynun ön səthində, döş sümüyünün əsası proyeksiyasında, sağ bazunun orta 1/3-də, sağ əlin 1-ci barmağında kəsilmiş yaralar, sag gicgah nahiyəsində, sol qaşın üstündə, burnun tinində, sağ bazu oynağının ön səthində, sağ əlin üst səthində, sağ diz oynağının ön səthində, sağ bayır topuq proyeksiyasında sıyrıqlarhəyatidir, küt travma təsirinə malik əşyanın(əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 25 iyun 2023-cü il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlərin qərarda göstərilən şəraitdə əmələ gəlməsi inkar edilmir. e/ X5 ölümünə səbəb almış olduğu başın qapalı küt travması nəticəsində baş beyin toxumasına qansızma olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04 sentyabr 2023-cü il tarixli 8/2327 saylı rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir:

1. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ 2103 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ 2103 markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur.

2. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən MTZ-80 markalı 54 K 340 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Şahid3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmir. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs BD500197 nömrəli sürücülük vəsiqəsi vardır. İşə əlavə edilmiş sərxoşluğun müəyyən edilməsinə dair xx.xx.2023-cü il tarixli yoxlama protokillarından müəyyən olur ki, hadisə zamanı “VAZ 2103” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və MTZ-80 markalı 54 K 340 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Şahid3 sərxoşluq halı olmamışdır Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə cinayət məsuliyyəti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini darə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərşəkmiş şəxsin ölmünə səbəb olan hallarda yaranır. İş materiallarında olan Sabirabad rayon Ulacalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X4 ərizəsindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun zərərçəkmiş şəxsin hüquqi varsi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 13-cü bəndinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan təqsirləndirilən şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkməli olduğu cəzaçəkmə müəssisəsinin növü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilməli və onun təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsinə təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, ibtidai istintaq müddətində və məhkəmə baxışı zamanı davranışını nəzərə alaraq barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirini dəyişməyi lazım bilmir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat ekspertizası tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az. MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

Hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat ekspertizası tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az. MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Sədrlik edən:Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar