Məhkəmə qərarları › İş №1(056)-173/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-173/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-173/2024 05.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxsin qanuni nümayəndəsi X2, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş - Sabirabad rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(056)-43/2017 saylı hökmü ilə CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nın 66.3cü maddəsi əsasında qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə və 2700 manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad olunmuş, 2700 manat cərimə cəzası icra edilməmiş, həmçinin Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nın 177.2.3, 177.2.4 və 304.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 67 və 68.-ci maddələri əsasında qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə və 2700 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə azadlıqdan məhrumetmə cəzasının sonu ilə azad edilmiş, cəzanın 2700 manat cərimə hissəsi ödənilməmiş, həmin cərimə cəzasını ödəməkdən qəsdən boyun qaçırdığı üçün Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cərimə cəzası 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və hazırkı günədək həmin cəza çəkilməmiş, məhkumluğu ödənilməmiş, ünvan 7-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə xx.xx.2023-cü il tarixdən həbsdə olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair və xx.xx.1985-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Sabirabad şəhəri, H.Əliyev prospekti, döngə 4 ev 3-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri elan edilmiş ittihama görə o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, onunla bir evdə yaşayan qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə gecə saat 03 radələrində iki dəfə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olub, oradan birinin dəyəri 150 manat olmaqla ümumilikdə 450 manat dəyərində 3 ədəd böyük ölçülü xalça və birinin dəyəri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 2 ədəd kiçik ölçülü xalçaları, 50 manat dəyərində 1 ədəd təzə ədyalı, 250 manat dəyərində 1 ədəd ətçəkən maşını, 200 manat dəyərində 1 ədəd şirəçəkən maşını, 300 manat dəyərində 1 ədəd blenderi, 70 manat dəyərində 1 ədəd ütünü, 80 manat dəyərində 1 ədəd böyük ölçülü laqondanı və 40 manat dəyərində 1 ədəd kiçik ölçülü laqondanı, 60 manat dəyərində 1 ədəd böyük ölçülü direli və 35 manat dəyərində 1 ədəd kiçik ölçülü direli, 130 manat dəyərində 1 ədəd elektrik mişarını, 150 manat dəyərində 1 ədəd elektrofruqanı, birinin dəyəri 40 manat olmaqla 80 manat dəyərində 2 ədəd kiçik su matorunu, 60 manat dəyərində 200 metr işlənmiş mis kabeli, 100 manat dəyərində 200 metr təzə mis kabeli, birinin dəyəri 3 manat olmaqla 81 manat dəyərində 27 ədəd aliminium qapı bəzəyini, birinin dəyəri 20 manat olmaqla 100 manat dəyərində 5 ədəd BK-2500 markalı kondisionerin kiçik matorunu, birinin dəyəri 2 manat olmaqla 60 manat dəyərində 30 ədəd köhnə təkəraçan açarı, 10 manat dəyərində 1 ədəd baltanı, 5 manat dəyərində 1 ədəd çəkici, 10 manat dəyərində 1 ədəd mişarı və 20 manat dəyərində 1 ədəd köhnə ev telefonunu vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talamaqla, Zərərçəkmiş şəxs3, ümumilikdə 2441 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 iyul 2023-cü il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs2 Sabirabad şəhəri H.Əliyev prospektində müqavilə əsasında işlətdiyi “dokta Vitamin” adlı aptekə, plastik materialdan olan giriş qapısını əvvəlcədən özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb açmaqla qanunsuz daxil olaraq, oradan kassa aparatında saxlanılan 130 manat məbləğində nağd pulu oğurlayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 130 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 iyul 2023-cü il tarixdə saat 04 radələrində Sabirabad şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “Ümid” market ərzaq mağazasının arxa hissəsində olan pəncərəsinin dəmir barmaqlığını əvvəlcədən özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb içəri qanunsuz daxil olaraq, orada olan saxlanc yeri hesab edilən kassadan 399 manat 24 qəpik nağd pulu, ümumi dəyəri 605 manat olan 58 ədəd “Azercell”ə məxsus danışıq kartını, 150 ədəd “Bakcell”ə məxsus danışıq kartını, 27 ədəd “Narmobile”a məxsus danışıq kartını və mağazada olan vitrindən 1370 manat 14 qəpik dəyərində 507 qutu müxtəlif markalı siqaretləri gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 2374 manat 38 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 iyul 2023-cü il tarixdə saat 03 radələrində "xxxx" MMC-nin Sabirabad şəhəri 20 Yanvar küçəsində yerləşən 21 saylı filialının taxta materialdan olan giriş qapısını yaxınlıqda olan dəmir parçası armaturla sındırıb içəri qanunsuz daxil olaraq, mağazada olan kassa aparatının 120 manat dəyərində olan çəkməcəsini və 38 manat 50 qəpik dəyərində 7 qutu “Want Qara” markalı, 2 qutu “Pallmall boz nazik” markalı, 5 qutu “Viceroy boz nazik” markalı, 2 qutu “Winchester boz nazik” markalı və 2 qutu “Argo” markalı siqaretləri gizli yolla talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 158 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi - 15,67 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində daşımaqla 01 ədəd siqaret qutusu içərisində saxlamış, 11 iyul 2023-cü il tarixdə saat 23:00 dəqiqədə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri M.Xəlilov küçəsində piyada hərəkətdə olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Polis Şöbəsinə gətirilib, şöbənin inzibati binasında saat 23:25 dəqiqədə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunda təmiz çəkisi - 15,67 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri elan edilmiş ittihama görə o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, onunla bir evdə yaşayan qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə gecə saat 03 radələrində iki dəfə olmaqla Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 məxsus ünvan 1 ünvanında yerləşən evin qarşısına gəlmiş, aralarında olan rol bölgüsünə əsasən o, evin darvazasının qarşısında dayanıb ətrafı müşahidə etmiş, qardaşı Təqsirləndirilən şəxs1 isə yaşayış sahəsinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olub oradan birinin dəyəri 150 manat olmaqla 450 manat dəyərində 3 ədəd böyük ölçülü xalça və birinin dəyəri 50 manat olmaqla 100 manat dəyərində 2 ədəd kiçik ölçülü xalçaları, 50 manat dəyərində 1 ədəd təzə ədyalı, 250 manat dəyərində 1 ədəd ət çəkən maşını, 200 manat dəyərində 1 ədəd şirə çəkən maşını, 300 manat dəyərində 1 ədəd blenderi, 70 manat dəyərində 1 ədəd ütünü, 80 manat dəyərində 1 ədəd böyük ölçülü laqondanı və 40 manat dəyərində 1 ədəd kiçik ölçülü laqondanı, 60 manat dəyərində 1 ədəd böyük ölçülü direli və 35 manat dəyərində 1 ədəd kiçik ölçülü direli, 130 manat dəyərində 1 ədəd elektrik mişarını, 150 manat dəyərində 1 ədəd elektrofruqanı, birinin dəyəri 40 manat olmaqla 80 manat dəyərində 2 ədəd kiçik su matorunu, 60 manat dəyərində 200 metr işlənmiş mis kabeli, 100 manat dəyərində 200 metr təzə mis kabeli, birinin dəyəri 3 manat olmaqla 81 manat dəyərində 27 ədəd aliminium qapı bəzəyini, birinin dəyəri 20 manat olmaqla 100 manat dəyərində 5 ədəd BK-2500 markalı kondisionerin kiçik matorunu, birinin dəyəri 2 manat olmaqla 60 manat dəyərində 30 ədəd köhnə təkəraçan açarı, 10 manat dəyərində 1 ədəd baltanı, 5 manat dəyərində 1 ədəd çəkici, 10 manat dəyərində 1 ədəd mişarı və 20 manat dəyərində 1 ədəd köhnə ev telefonunu çıxarıb onunla birlikdə oradan daşıyıb apardığından o, vahid niyyətlə əhatə olunan qəsdlə özgə əmlakını gizli yolla talamaqla, Zərərçəkmiş şəxs3 ümumilikdə 2441 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə, ümumi çəkisi - 0,834 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində daşımaqla saxlamış, 05 iyul 2023-cü il tarixdə saat 12:00 dəqiqədə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri S.Vurğun küçəsində piyada hərəkətdə olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Polis Şöbəsinə gətirilib, şöbənin inzibati binasında saat 12:35 dəqiqədə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi - 0,834 qram olan maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad şəhəri H.Əliyev prospekti döngə 4 ev 3-də valideynləri ilə yaşayır. 2019-cu ildə Azərbaycan Respublikası CM-nın 177-ci maddəsi ilə, yəni oğurluqla məhkum olunmuş və xx.xx.2022-ci il tarixdə azadlığa çıxmışdır. Hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs3 tanımır. Onunla arasında heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə gecə saat 03 radələrində yaşadıqları evdən çıxaraq Sabirabad şəhərində gəzməyə başlamışdır. Biraz gəzdikdən sonra o, bir ev görmüş və evin işıqlarının yanmadığını, evdə heç kimin olmadığına əmin olub həmin evə oğurluq niyyətilə girmək qərarına gəlmişdir. O, evin darvazasının üstündən tullanaraq həyətə daxil olmuşdur. Həyətyanı sahəyə daxil olduqdan sonra həyətdə 02 mərtəbəli yaşayış evinin olduğunu görmüşdür. Evin işıqları sönülü vəziyyətdə olmuş və evdə həmin vaxt heç kəs olmamışdır. O, evin birinci mərtəbəsinin pəncərəsinə yaxınlaşmış və əvvəlcədən özü ilə gətirdiyi kəlbətinlə evin birinci mərtəbəsinin pəncərəsini çıxararaq yerə qoymuş və evə daxil olmuşdur. O, evə daxil olduqda evi axtarmağa başlamışdır. Bu zaman evin mətbəxindən 01 ədəd ətçəkən maşını, evin qonaq otağından 01 ədəd ütünü və evin zirzəmisindən təxminən 60 metr uzunluğunda mis şunurları oğurlamış və özü ilə götürərək, evdən çıxmışdır. O, həmin əmlakları çöldə qardaşına vermiş və birlikdə evə getmişdirlər. Ertəsi gün oğurladıqları həmin əmlakları özü ilə götürərək, Sabirabad şəhərində yerləşən bazara getmiş və bazarda tanımadığı şəxsə 01 ədəd ütünü 25 manata, 01 ədəd ətçəkən maşını isə 30 manata satmışdır. Bundan sonra Sabirabad şəhəri Vidadi küçəsinin solunda yerləşən metal qəbulu məntəqəsinə 60 metr uzunluğunda şunurları 25 manata satmışdır. Bundan sonra həmin pulları qardaşı ilə birlikdə evə xərcləmişdir. O, oğurluq edən zaman evdə olan əşyaların hamısını özü ilə götürə bilməmiş və qardaşı Tariyellə qərara gəlmişdirlər ki, bir neçə gün sonra yenidən gəlib evdə qalan digər əşyaları da oğurlasınlar. Bu səbəblə də evdə qalan digər əşyaları oğurlamaq məqsədilə xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində qardaşı Tariyellə birlikdə yaşadıqları evdən çıxaraq həmin oğurluq etdikləri evə tərəf getmişdirlər. Onlar evə çatdıqda, qardaşı yenidən həmin qaydada evin darvazasının qarşısında gözləmiş və o, evin darvazasının üzərindən tullanaraq evin həyətyanı sahəsinə daxil olmuşdur. Bundan sonra evin pəncərələrinin hələ də çıxarılmış və kənara qoyulmuş formada olduğunu görmüş və evə daxil olmuşdur. Bu zaman evin zirzəmisindən 01 ədəd mis qazan və 02 ədəd aliminium qazanları oğurlayaraq evdən çıxmışdır. O, oğurladığı həmin əmlakları qardaşına vermiş və birlikdə yaşadıqları evə getmişdirlər. Ertəsi gün o, oğurladığı həmin qazanları əzərək, Sabirabad şəhəri, Vidadi küçəsinin solunda yerləşən metal qəbulu məntəqəsinə ümumilikdə 25 manata satmış və həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bununla yanaşı bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 tanımır. xx.xx.2023-cü il tarixdə gecə saat 04 radələrində Sabirabad şəhəri H.Əliyev prospekti ilə piyada hərəkət edən zaman pulu olmadığı üçün “Dokta Vitamin” adlı aptekə daxil olaraq oradan oğurluq etmək qərarına gəlmişdir. Gecə olduğu üçün və ətrafda heç kim olmadığına görə aptekin giriş qapısına yaxınlaşaraq qapını içəriyə doğru möhkəm itələyərək sındırmış və içəri daxil olmuşdur. Aptekə daxil olan zaman kameranın olmasından xəbəri olmamışdır. İçəri girdikdən sonra kassanın yerləşdiyi yerə gəlmişdir. Orada yerləşən rəfdə olan qutunun içindən ümumilikdə 130 manat pul vəsaitini götürmüşdür. Həmin pullar 1 manatlıq, 5 manatlıq kağız pul əskinazları və qəpik formasında olmuşdur. 130 manat puldan əlavə aptekdən heç bir oğurluq etməmişdir. Pulları götürdükdən dərhal sonra aptekdən çıxaraq oradan uzaqlaşmışdır. Həmin pulları ertəsi gün Bakı şəhərində xərcləmişdir. Sonradan ona məlum olmuşdur ki, etdiyi oğurluq kamera görüntülərinə düşmüşdür və aptekin sahibi Zərərçəkmiş şəxs2 rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 tanımır. Onunla arasında hər hansı ədavət və ya düşmənçilik yoxdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 04:00 radələrində Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “Ümid” market ərzaq mağazasının yanından keçərkən pula ehtiyacı olduğuna görə oğurluq etmək fikrinə düşmüşdür. Marketin yanına gələrək içəri daxil olmanın yollarını axtarmışdır. Marketin arxa hissəsində pəncərə olduğunu görmüş və həmin pəncərədən içəri daxil olmağa qərar vermişdir. Bunun üçün özü ilə gətirdiyi dəmir parçası mantrofka ilə pəncərənin dəmir reşotkasını sındıraraq mağazaya daxil olmuşdur. Mağazada kassanın yanında yerləşən rəfdən təxminən 40 qutu “Argo” markalı siqaret, 50 qutu “Pallmall” markalı siqaret, kassanın içindən dəqiq sayını bilmədiyi “Narmobile”, “Azercell” və “Bakcell”ə məxsus 1 manatlıq, 2 manatlıq və 5 manatlıq olan, ümumilikdə 95 manat dəyərində danışıq kartlarını, kassanın yanında olan 50 ədəd manatlıq pul əskinazı və 10 ədəd 5 manatlıq pul əskinazlarını, ümumilikdə 100 manat pul oğurlayaraq mağazadan daxil olduğu pəncərədən çıxıb uzaqlaşmışdır. Səhər tezdən həmin oğurladığı danışıq kartlarını və siqaretləri satmaq məqsədilə Bakı şəhərinə getmişdir. Bakı şəhəri Əhmədli qəsəbəsində danışıq kartlarını və siqaretləri tanımadığı şəxslərə sataraq ümumilikdə 185 manat pul əldə etmişdir. Əldə etdiyi pulları Bakı şəhərində xərcləmişdir. xx.xx.2023cü il tarixdə isə Sabirabad rayonuna geri qayıtmışdır. Bundan başqa o, X3 tanımır. xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində Sabirabad şəhəri 20 Yanvar küçəsi ilə piyada hərəkət edən zaman pulu olmadığı üçün yolun kənarında olan "xxxx" ərzaq mağazasından oğurluq etmək qərarına gəlmişdir. İçəri pəncərədən daxil olmaq istəmişdir. Bu səbəblə də yerdən dəmir armatur götürərək mağazanın pəncərəsinin dəmir barmaqlığını sındırmışdır. Lakin pəncərədən içəri daxil ola bilməmişdir. Həmin zaman o, mağazanın giriş qapısına gəlmiş və dəmir armaturu qapının arasına salaraq geriyə burmuşdur. Qapını açaraq içəri daxil olmuşdur. Həmin zaman siqnalizasiya işə düşmüşdür. O, heç kimin eşitməməsi və onu görməməsi üçün tez kassaya tərəf getmişdir. Orada olan vitrindən ümumilikdə 5 qutu olmaqla 2 qutu “Pallmall” siqareti, 2 qutu “Want” siqareti və 1 qutu “Argo” siqareti götürmüşdür. Kassanın yerləşdiyi stolun çəkməcəsini özünə tərəf dartaraq çıxartmış və özü ilə götürərək mağazadan çıxıb oradan uzaqlaşmışdır. Mağazadan başqa heçnə oğurlamamışdır. Oğurladığı siqaretlərdən 2 qutu siqareti özü çəkib istifadə etmişdir. Çəkməcə və 3 qutu siqareti yaşadığı evin yaxınlığında yerləşən Rayponun idarəsi adlanan yerdə olan tikilinin damında gizlətmişdir. Sonradan ona məlum olmuşdur ki, etdiyi oğurluq əməli kamera görüntülərində əks olunmuşdur. Polis əməkdaşları ilə birlikdə Rayponun İdarəsi adlanan yerə gedərək oğurladığı çəkməcə və 3 qutu siqareti təqdim etmişdir. Bundan başqa o, 05 ildir ki, narkotik vasitə istifadə edir. Təxminən 3-4 gün əvvəl axşam saatlarında yaşadığı evin yaxınlığında gəzərkən yerdə siqaret qutusuna təpik vuran zaman siqaret qutusunun dolu olduğunu hiss etmişdir. Həmin siqaret qutusunu götürüb içinə baxdıqda onun içində 01 ədəd sellofan bükümün olduğunu görmüşdür. Həmin bükümü əlinə götürüb baxdıqda içindəkinin qurudulmuş marixuana olduğunu bilmişdir. Həmin kütlənin az bir hissəsini özü istifadə etmiş, qalan hissəsini isə daha sonra istifadə etmək məqsədilə həmin siqaret qutusunda saxlayaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. O, 11 iyul 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişdirlər. O da bununla razılaşmış və polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞ-yə gəlmişdir. Polis şöbəsində o, təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş, hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı bildiriş təqdim edilmişdir. Sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Təhqiqatçı ona təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim edərək masanın üzərinə qoysun. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd siqaret qutusunun içərisində qurudulmuş marixuana olduğunu bildirib, həmin kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı ona üzərində olan digər əşyaları da təqdim etməsini bildirən zaman o, üzərində heç bir əşyanın olmadığını bildirmişdir. Sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə əşya aşkar edilməmişdir. Təhqiqatçı onun təqdim etdiyi 01 ədəd siqaret qutusunun içərisində qurudulmuş marixuananı açaraq içinə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda o, həmin kütlələri təxminən 3-4 gün əvvəl axşam saatlarında yaşadığı evin yaxınlığında gəzərkən yerdən tapdığını bildirmişdir. Təhqiqatçı həmin kütləni nə üçün üzərində saxladığını soruşduqda isə öz istifadəsi üçün götürdüyünü və satış məqsədinin olmadığını demişdir. Şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşimançılıq hissi keçirdiyini qeyd edərək ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs3 tanımır. Onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə o, yaşadığı evdə olan zaman qardaşı Təqsirləndirilən şəxs1 ilə söhbət edərkən qardaşı ona pulunun olmadığını bildirərək, oğurluq etmək qərarına gəldiyini bildirmişdir. O da qardaşı ilə razılaşmış və beləliklə, onlar paltarlarını geyinib gecə saat 03 radələrində yaşadıqları evdən çıxaraq Sabirabad şəhərində gəzməyə başlamışdırlar. Biraz gəzdikdən sonra, Bəbək bir ev görmüş və ona həmin evə oğurluq niyyəti ilə girməli olduqlarını bildirmişdir. O, Bəbəklə razılaşmış və həmin evin darvazasının qarşısında dayanaraq, ətrafda kiminsə olub-olmadığına nəzarət etmişdir. Həmin zaman qardaşı Bəbək evin darvazasının üstündən tullanaraq həyətə daxil olmuşdur. Bəbək evin həyətyanı sahəsinə daxil olduqdan sonra evə daxil olmuş və bir müddət sonra evdən çıxaraq onun yanına gəlmişdir. Qardaşı Bəbək onun yanına gəldikdə, evdən 01 ədəd ətçəkən maşını, 01 ədəd ütünü və təxminən 60 metr uzunluğunda mis şunurları oğurladığını görmüşdür. O, həmin əmlakları qardaşından götürmüş və birlikdə evə getmişdirlər. Ertəsi gün oğurladıqları həmin əmlakları qardaşı Bəbək götürərək, Sabirabad şəhərində satmış və həmin pulla evə bir sıra ərzaq malları almışdırlar. Bundan başqa bildirmişdir ki, qardaşı Bəbəklə oğurluq edən zaman evdə olan əşyaların hamısını özləri ilə götürə bilmədikləri üçün qərara gəlmişdirlər ki, bir neçə gün sonra yenidən gəlib evdə qalan digər əşyaları da oğurlasınlar. Bu səbəblə də evdə qalan digər əşyaları oğurlamaq məqsədilə xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində qardaşı Bəbəklə birlikdə yaşadıqları evdən çıxaraq həmin oğurluq etdikləri evə tərəf getmişdirlər. Onlar evə çatdıqda, o, yenidən həmin qaydada evin darvazasının qarşısında gözləmiş və qardaşı Bəbək evin darvazasının üzərindən tullanaraq evin həyətyanı sahəsinə daxil olmuşdur. Bir müddət sonra Bəbək 01 ədəd mis qazan və 02 ədəd aliminium qazanları oğurlayaraq evdən çıxmışdır. O, qardaşına kömək edərək həmin əmlakları götürmüş və onlar birlikdə yaşadıqları evə getmişdirlər. Ertəsi gün qardaşı Bəbək oğurladığı həmin qazanları əzərək, Sabirabad şəhəri Vidadi küçəsinin solunda yerləşən metal qəbulu məntəqəsinə ümumilikdə 25 manata satmışdır. Bundan sonra həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdirlər. Bununla yanaşı bildirmişdir ki, o, narkotik vasitə istifadəçisidir. O, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş və 2 il olar ki, həbsdən azad olunmuşdur. O, azadlığa çıxdıqdan sonra narkotik aludəçisinə çevrilmişdir. O, metamfetamin adlanan narkotiki siqaret kimi çəkmək yolu ilə qəbul edir. Sonuncu dəfə isə tutulmamışdan əvvəl Sabirabad şəhəri RTS adlanan ərazidə piyada gəzən zaman kağız bükümdə psixotrop maddə metamfetamin tapmışdır. İstifadə etmək üçün də üzərində saxlamışdır. 05 iyul 2023-cü il tarixdə saat 12 radələrində Sabirabad şəhəri S.Vurğun küçəsində piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək onu Sabirabad rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişdirlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf bükümdə psixotrop maddə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 139 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. O, həmçinin ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs3 evindən yuxarıda qeyd edilən əşyalardan başqa heç bir digər əşya oğurlamadıqlarını və oğurluq edən zaman özünün həyətə daxil olmayaraq küçədə gözlədiyini bildirmişdir. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun Sabirabad şəhəri H.Əliyev prospektində özünə məxsus “Ümid” market adlı ərzaq mağazası vardır. Həmin mağaza təxminən 5 ilə yaxın müddətdir ki, fəaliyyət göstərir. O, hər səhər mağazaya gələrək saat 07:30 radələrində mağazanı açır. Hər gün axşam saat 24:00 radələrində isə mağazanı bağlayıb evə gedir. Ondan əlavə mağazada 5 nəfər işçi fəaliyyət göstərir. Həmin işçilərin hər biri əmək müqaviləsi ilə işləyirlər. xx.xx.2023-cü il tarixdə gecə saat 24 radələrində o, mağazanın arxa dəmir qapısını bağlayaraq mağazadan çıxmış və evə getmişdir. Ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində mağazaya gələrək arxa dəmir qapını açıb əvvəlcə kompüter otağına daxil olmuşdur. Oradan isə mağazanın içinə keçən zaman məhsulların yığıldığı rəflərin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Onunla birlikdə mağazada kassir işləyən İsmət də gəlmişdir. Onlar mağazaya baxış keçirən zaman vitrindən 507 qutu müxtəlif markalı siqaretlərin, kassadan 399 manat 24 qəpik pulun və 235 ədəd danışıq kartlarının oğurlandığını aşkar etmişdirlər. Oğurlanmış siqaretlər 2 qutu biri 1.80 manat dəyərində olan “Fine Compact”, 20 qutu biri 2.36 manat dəyərində olan “X11”, 14 qutu biri 2.36 manat dəyərində “X15”, 3 qutu biri 2.10 manat dəyərində “X16”, 3 qutu biri 2.10 manat dəyərində “X13”, 8 qutu biri 2.10 manat dəyərində “X12”, 10 qutu biri 2.19 manat dəyərində “Kingston compac red”, 19 qutu biri 2.10 manat dəyərində “Kingston nazik qırmızı”, 29 qutu biri 2.19 manat dəyərində olan “Kingston nazik göy”, 1 qutu 2.10 manat dəyərində “Magna nazik qara”, 2 qutu biri 2.19 manat dəyərində olan “Want ağ nazik”, 8 qutu biri 1.92 manat dəyərində olan “Argo qırmızı qalın”, 6 qutu biri 2.10 manat dəyərində “Argo compact qırmızı”, 20 qutu biri 1.80 manat dəyərində “Senate qalın gold”, 17 qutu biri 2 manat dəyərində olan “Argo qırmızı nazik”, 1 qutu 2.10 manat dəyərində “Magna nazik ağ”, 2 qutu biri 2.55 manat dəyərində “Rothmans kompas göy”, 2 qutu biri 2.55 manat dəyərində “Rothmans kompas boz”, 1 qutu 2.10 manat dəyərində “Pallmall qalın boz”, 3 qutu biri 3.54 manat dəyərində olan “Kent8 qalin”, 5 qutu biri 3.54 manat dəyərində “Kent1 nazik”, 7 qutu biri 2.55 manat dəyərində “Rothmans kompas demi clici”, 3 qutu biri 2.55 manat dəyərində “Pall mall nazik”, 10 qutu biri 2 manat dəyərində “Keno compact red”, 10 qutu biri 2.28 manat dəyərində “Line x compac göy”, 10 qutu biri 2.28 manat dəyərində “Line x compac qirmizi”, 3 qutu biri 3.25 manat dəyərində “Neo demi”, 3 qutu biri 2.10 manat dəyərində “Viceroy nazik boz”, 10 qutu biri 2.28 manat dəyərində olan “Want line compact blueber”, 10 qutu biri 2.28 manat dəyərində “Want line compact apple”, 10 qutu biri 2.28 manat dəyərində “Want line x blueberry nazik”, 10 qutu biri 2.28 manat dəyərində “Want line x capsule nazik”, 2 qutu biri 3.73 manat dəyərində “Dun hill golden”, 16 qutu biri 2.71 manat dəyərində “Kent sticks”, 38 qutu biri 3.72 manat dəyərində “Dun hill golden nazik”, 10 qutu biri 3.72 manat dəyərində “Dun hill blue nazik”, 11 qutu biri 3.81 manat dəyərində “Neo compack”, 1 qutu 3.80 manat dəyərində “Neo compack”, 5 qutu biri 1.99 manat dəyərində “Classic qara fisiyon”, 3 qutu biri 3.50 manat dəyərində “davidov ağ”, 1 qutu 2.55 manat dəyərində “Winchester compact blu”, 40 qutu biri 2.19 manat dəyərində “classic kompakt blue”, 2 qutu biri 1.99 manat dəyərində “classic imperial blue”, 1 qutu 2.28 manat dəyərində “classic compact silver”, 1 qutu 1.99 manat dəyərində “classic imperial silver”, 1 qutu 2.55 manat dəyərində “Winchester nazik göy”, 2 qutu biri 3.72 manat dəyərində “sobraniya compakt ağ”, 1 qutu 3.44 manat dəyərində “davidoff silver”, 5 qutu biri 2.82 manat dəyərində “ld compact göy”, 2 qutu biri 3 manat dəyərində “ld nazik göy”, 5 qutu biri 3.36 manat dəyərində “winston compact boz”, 1 qutu 3.36 manat dəyərində “winston compact dual”, 1 qutu 3.36 manat dəyərində “winston kompack caster”, 42 qutu biri 3.81 manat dəyərində “sobraniya nazik caster”, 1 qutu 3.81 manat dəyərində “sobraniya nazik qara”, 7 qutu biri 6.32 manat dəyərində “sobranie kitab ağ”, 4 qutu biri 3.25 manat dəyərində “neo rich”, 7 qutu biri 3.81 manat dəyərində “sobranie qara qalın”, 4 qutu biri 3.44 manat dəyərində “neo boost”, 1 qutu 3.81 manat dəyərində “sobranie göy qalın”, 1 qutu 3.81 manat dəyərində “sobranie ağ qalın”, 1 qutu 3.36 manat dəyərində “Winiston caster”, 2 qutu biri 3.36 manat dəyərində “Winiston qara ağ”, 2 qutu biri 2.55 manat dəyərində Winchester nazik silver”, 23 qutu biri 2.19 manat dəyərində “X14 White” siqaretlərindən ibarətdir. Oğurlanmış siqaretlərin qiyməti ümumilikdə 1369 manat 52 qəpik təşkil edir. Oğurlanmış simkartlar 26 ədəd 2 AZN-lik Sim kart, 4 ədəd 3 AZN-lik Sim kart, 26 ədəd 5 AZN-lik Sim kart, 65 ədəd 1 AZN-lik Cin kart, 28 ədəd 2 AZN-lik Cin kart, 8 ədəd 5 AZN-lik Cin kart, 9 ədəd 2 AZN-lik Nar kartı, 7 ədəd 5 AZN-lik Nar kartı, 3 ədəd 10 AZN-lik nar kartı, 2 ədəd 10 AZN-lik Sim kart, 17 ədəd 1 AZN-lik Cin kart, 28 ədəd 2 AZN-lik Cin kart, 1 ədəd 10 AZN-lik Cin kart, 5 ədəd 5 AZN-lik Nar kartı, 3 ədəd 10 AZN-lik Nar kart və 3 ədəd 3 AZN-lik Cin kartdan ibarətdir. Oğurlanmış simkartların dəyəri ümumilikdə 605 manat təşkil edir. Baş verən oğurluq nəticəsində ona ümumilikdə 2373 manat 76 qəpik ziyan dəymişdir. O, həmin gün oğurluqla bağlı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polislər tərəfindən mağazanın kamera görüntülərinə baxılan zaman oğurluq edən şəxsin Sabirabad rayon sakini Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 tanımır. Aralarında hər hansı ədavət və ya düşmənçilik, həmçinin qərəzli münasibət yoxdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinin sonunda Təqsirləndirilən şəxs1 ona vurduğu ziyanın əvəzini ödəmədiyini, lakin buna baxmayaraq onun maddi imkanının olmamasını nəzərə alaraq ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun Sabirabad şəhəri H.Əliyev prospektində “Dokta Vitamin” adlı apteki vardır. Həmin apeki o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilə əsasında işlədir. Aptekdə şirkət tərəfindən təyin edilmiş bir nəfər əczaçı fəaliyyət göstərir və satışla məşğul olur. O özü tez-tez işlə bağlı olaraq Bakı şəhərinə gedir. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olan zaman işçi ona zəng edərək aptekdə olan kassadan 130 manat pulun oğurlanması barədə məlumat vermişdir. O, işçiyə Bakı şəhərindən gəldikdən sonra həmin məsələ ilə məşğul olacağını və heç kimə məlumat verməməsini bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, Bakı şəhərindən rayona qayıtdıqdan sonra aptekin qarşısını göstərən kamera görüntülərinə baxmış və xx.xx.2023-cü il tarixdə gecə saat 04:30 radələrində aptekə girərək kassadan 130 manat pulu oğurlayan şəxsin rayon sakini Təqsirləndirilən şəxs1 olduğunu görmüşdür. Bəbək aptekin giriş qapısını dəmir parçası ilə sındıraraq içəri daxil olmuşdur. Sol tərəfdə yerləşən kassanın yanına gələrək oradan 130 manat pulu götürmüşdür. Həmin pullar 1 manatlıq və 5 manatlıq əskinazlar və qəpik formasında olmuşdur. Kassada həmin pullardan əlavə pul olmamışdır. Bəbək aptekdən sadəcə 130 manat pulu götürərək çıxmışdır. Əlavə heç bir oğurluq etməmişdir. Oğurluq edən zaman gecə saatları olduğu üçün aptek bağlı olmuş və işçi olmamışdır. O, Bəbək barəsində qanuni tədbir görülməsi məqsədilə xx.xx.2023-cü il tarixdə rayona gəldiyi gün polis şöbəsinə müraciət etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinin sonunda Təqsirləndirilən şəxs1 ona vurduğu ziyanın əvəzini ödəmədiyini, lakin buna baxmayaraq onun maddi imkanının olmamasını nəzərə alaraq ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Sabirabad şəhəri 20 Yanvar küçəsində yerləşən "xxxx" MMC-nin Sabirabad 21 filialının administratoru vəzifəsində işləyir. Mağazanı hər səhər saat 07 radələrində açır. Axşam saat 23 radələrində isə mağaza bağlanır. Mağazanın hər hansı oğurluq hadisəsinə qarşı siqnalizasiya sistemi mövcuddur. xx.xx.2023-cü il tarixdə gecə saat 04 radələrində mağaza bağlı olmuşdur və o, yaşadığı evdə olmuşdur. Həmin zaman Bəbək adlı rayon sakini mağazanın plastik materialdan olan giriş qapısını əvvəlcədən özü ilə gətirdiyi dəmir parçası ilə açaraq mağazanın içinə daxil olmuşdur. Həmin zaman mağazada olan siqnalizasiya işə düşmüşdür. Siqnalizasiyanın işə düşməsi ilə əlaqədar onun mobil telefonuna xəbərdarlıq mesajı gəlmişdir. Lakin o, mağazada siçan olduğunu, bu səbəblə də siqnalizasiyanın işə düşdüyünü düşünmüşdür. Lakin bir qədər müddət keçdikdən sonra polis əməkdaşları ona mağazadan oğurluq baş verməsi barədə məlumat vermişlər. O, mağazaya getdikdən sonra dəyəri 400 manat olan girişdən sol tərəfdə yerləşən kassa aparatının qoyulduğu stolun çəkməcəsinin oğurlandığını aşkar etmişdir. Həmin çəkməcənin qiyməti 160 manat təşkil edir. Daha sonra mağazaya baxış keçirən zaman kassa aparatının arxasında yerləşən vitrindən 18 qutu ümumi dəyəri 38.50 manat olan müxtəlif markalı siqaretlərin oğurlandığını görmüşdür. Həmin siqaretlər 7 qutu birinin dəyəri 2 manat olan “Want Qara”, 2 qutu birinin dəyəri 2.50 manat olan “Pallmall boz nazik”, 5 qutu birinin dəyəri 2.10 manat olan “Viceroy boz nazik”, 2 qutu birinin dəyəri 2.50 manat olan “Winchester boz nazik”, 2 qutu birinin dəyəri 2 manat olan “Argo” siqaretlərindən ibarətdir. Ümumilikdə oğurluq nəticəsində "xxxx" MMC-yə 198 manat 50 qəpik maddi ziyan dəymişdir. Bundan başqa oğurluq edən şəxs mağazaya daxil olmaq istəyən zaman əvvəlcə pəncərədən içəri daxil olmağa cəhd etmişdir. Bu səbəblə mağazanın pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə sındırmışdır. Lakin pəncərədən içəri daxil ola bilmədiyi üçün qapıdan daxil olmuşdur. Pəncərənin dəmir barmaqlığının sınması nəticəsində ona 50 manat ziyan dəymişdir. Lakin dəymiş həmin 50 manat ziyanla bağlı heç bir şikayət və tələbi yoxdur. O, mağazanın kamera görüntülərinə baxan zaman oğurluq edən şəxsin Sabirabad rayon sakini Təqsirləndirilən şəxs1 olduğunu aşkar etmişdir. Həmin şəxslə arasında hər hansı ədavət və ya düşmənçilik yoxdur. O, oğurluqla bağlı videogörüntüləri polis əməkdaşlarına təqdim etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi T.A.Seydiyev ifadəsinin sonunda Təqsirləndirilən şəxs1 ona vurduğu ziyanın əvəzini ödəmədiyini, lakin buna baxmayaraq onun maddi imkanının olmamasını nəzərə alaraq ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, ona vurulmuş zərərin əvəzi ödənilmədiyi üçün təqsirləndirilən şəxslərə qarşı şikayətçi olduğunu bildirərək, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, o, Bakı şəhərində yaşayır, lakin onun ünvan 1 ünvanında özünə məxsus yaşayış evi var. O, Bakı şəhərində yaşasa da, Sabirabad rayonunda qohum əqrəbalarının xeyir şərinə gedib-gəlir. Həmin vaxtlarda özünə məxsus evə baş çəkir. O, sonuncu dəfə 2023-cü ilin aprel ayında yaşadığı evə gəldikdə, evdə hər şeyin qaydasında olduğunu görmüşdür. xx.xx.2023-cü il tarixdə axşam saat 23 radələrində Sabirabad şəhərində yerləşən yaşadığı evə gəldikdə, evin qaz sayğacının açıq olmasını görmüşdür. Sonra o, evin həyətinə daxil olduqda, evin işiqlarının yanılı olduğunu görmüşdür. O, dərhal evə tərəf getmiş və evin birinci mərtəbəsinin pəncərəsinin çıxarılmış halda olduğunu görmüşdür. Bundan sonra evə daxil olmuş və evin ikinci mərtəbəsinə qalxmışdır. Həmin zaman evin ikinci mərtəbəsində pəncərələrin şüşələrinin çıxarıldığını görmüşdür. Bundan sonra evə nəzər salmış və evdən bır sıra əşyaların oğurlandığını görmüşdür. Belə ki, baş vermiş oğurluq hadisəsi zamanı yaşadığı evdən 03 ədəd böyük və 02 ədəd kiçik ölçüdə xalçalar, 01 ədəd işlənməmiş ədyal, 01 ədəd ət çəkən maşın, 01 ədəd şirə çəkən maşın, 01 ədəd blender, 01 ədəd ütü, 01 ədəd böyük və 01 ədəd kiçik laqonda, 01 ədəd böyük və 01 ədəd kiçik direl, 01 ədəd elektrik mişarı, 01 ədəd elektrofruqan, 02 ədəd kiçik su matoru, təxminən 200 metr uzunluğunda işlənmiş mis kabel, təxminən 200 metr uzunluğunda təzə mis kabel, 27 ədəd aliminium materialdan hazırlanmış qapı bəzəyi, 05 ədəd BK-2500 kondisionerin kiçik matoru, 30 ədəd qədim təkəraçan açar, 01 ədəd balta, 01 ədəd çəkic, 01 ədəd mişar, 01 ədəd antik ev telefonunun oğurlandığını aşkar etmişdir. Beləliklə, ona təxminən 12000 manat maddi ziyan dəymişdir. Bundan sonra o, Sabirabad RPŞ-nə gələrək bu barədə məlumat vermişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs1 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-nin sabiq baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 11 iyul 2023-cü il tarixdə ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 Sabirabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürmüşdür. Həmin gün Təqsirləndirilən şəxs1 Sabirabad şəhəri M.Xəlilov küçəsində müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək, birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 da razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs1 təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs1 özü könüllü şəkildə bildirmişdir ki, cibində narkotik maddə vardır. Sonra, əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Bakı” markalı siqaret qutusunda olan kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusu təhqiqatçı tərəfindən açılmış və içərisində olan kütləyə baxış keçirilən zaman, narkotik maddə olan marixuanaya oxşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik maddəni yaşadığı küçədə piyada gəzərkən yerdən tapdığını, öz istifadəsi üçün götürdüyünü və satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş kütləyə iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb “Zərflər üçün № 139” möhürü ilə möhürlənib, təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən bundan başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 05 iyul 2023-cü il tarixdə ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Sabirabad RPŞ-nin CAB-nin sabiq baş əməliyyat müvəkkili Şahid4 əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq Şahid4 raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra, raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Şahid4 həvalə olunmuşdur. Sonuncu tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Sabirabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Sabirabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşdürlər. Həmin gün Təqsirləndirilən şəxs2 Sabirabad şəhəri S.Vurğun küçəsində müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Sabirabad rayon Polis Şöbəsinə gəlməyi təklif etmişdirlər. Təqsirləndirilən şəxs2 da razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs2 təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs2 özü könüllü şəkildə bildirmişdir ki, cibində psixotrop maddə metamfetamin vardır və əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açılmış və baxış keçirilən zaman, içərisindəki maddənin ağ rəngli, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə oxşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 həmin psixotrop maddəni Sabirabad rayonu “RTS” adlanan ərazidə piyada gəzərkən yerdən tapdığını, öz istifadəsi üçün götürdüyünü və satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar kütləyə iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb “Zərflər üçün № 139” möhürü ilə möhürlənib, təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərindən bundan başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş Sabirabad rayon Kooperativ Cəmiyyətinin 10 sentyabr 2023-cü il tarixli rəyində göstərilmişdir ki, Sabirabad RPŞ-nin 10 sentyabr 2023-cü il tarixli məktubunda adları göstərilən əmtəə müasir bazar qiymətlərinə uyğun təqribən aşağıdakı kimi qiymətləndirilir: -“Fine Compact” siqareti - 2x1.80=3.60 manat; -“X11” siqareti - 20x2.36=47.2 manat; -“X15” siqareti - 14x2.36=33.04 manat; -“X16” siqareti - 3x2.10=6.3 manat; -“X13” siqareti - 3x2.10=6.3 manat; -“X12” siqareti - 8x2.10=16.8 manat; -“Kingston compac red” siqareti - 10x2.19=21.9 manat; -“Kingston nazik qırmızı” siqareti - 19x2.10=39.9 manat; -“Kingston nazik göy” siqareti - 29x2.19=63.51 manat; -“Magna nazik qara” siqareti - 1x2.10=2.10 manat; -“Want ağ nazik” siqareti - 2x2.19=4.38 manat; -“Argo qırmızı qalın” siqareti - 8x1.92=15.36 manat; -“Argo compact qirmizi” siqareti - 6x2.10=12.6 manat; -“Senate qalin gold” siqareti - 20x1.80=36 manat; -“Argo qırmızı nazik” siqareti - 17x2=34 manat; -“Magna nazik ağ” siqareti - 1x2.10=2.10 manat; -“Rothmans kompas göy” siqareti - 2x2.55=5.1 manat; -“Rothmans kompas boz” siqareti - 2x2.55=5.1 manat; -“Pallmall qalin boz” siqareti - 1x2.10=2.10 manat; -“Kent8 qalin” siqareti - 3x3.54=10.62 manat; -“Kent1 nazik” siqareti - 5x3.54=17.7 manat; -“Rothmans kompas demi clici” siqareti - 7x2.55=17.85 manat; -“Pallmall nazik” siqareti - 3x2.55=7.65 manat; -“Keno compact red” siqareti - 10x2=20 manat; -“Line x compac göy” siqareti - 10x2.28=22.8 manat; -“Line x compac qirmizi” siqareti - 10x2.28=22.8 manat; -“Neo demi” siqareti - 3x3.25=9.75 manat; -“Viceroy nazik boz” siqareti - 3x2.10=6.3 manat; -“Want line compact blueber” siqareti - 10x2.28=22.8 manat; -“Want line compact apple” siqareti - 10x2.28=22.8 manat; -“Want line x blueberry nazik” siqareti - 10x2.28=22.8 manat; -“Want line x capsule nazik” siqareti - 10x2.28=22.8 manat; -“Dun hill golden” siqareti - 2x3.73=7.46 manat; -“Kent sticks” siqareti - 16x2.71=43.36 manat; -“Dun hill golden nazik” siqareti - 38x3.72=141.36 manat; -“Dun hill blue nazik” siqareti - 10x3.72=37.2 manat; -“Neo compack” siqareti - 11x3.81=41.91 manat; -“Neo compack” siqareti - 1x3.80=3.80 manat; -“Classic qara fisiyon” siqareti - 5x1.99=9.95 manat; -“Davidov ağ” siqareti - 3x3.50=10.5 manat; -“Winchester compact blu” siqareti - 1x2.55=2.55 manat; -“Classic kompakt blue” siqareti - 40x2.19=87.6 manat; -“Classic imperial blue” siqareti - 2x1.99=3.98 manat; -“Classic compact silver” siqareti - 1x2.28=2.28 manat; -“Classic imperial silver” siqareti - 1x1.99=1.99 manat; -“Winchester nazik göy” siqareti - 1x2.55=2.55 manat; -“Sobraniya compakt ağ” siqareti - 2x3.72=7.44 manat; -“Davidoff silver” siqareti - 1x3.44=3.44 manat; -“Ld compact göy” siqareti - 5x2.82=14.1 manat; -“Ld nazik göy” siqareti - 2x3=6 manat; -“Winston compact boz” siqareti - 5x3.36=16.8 manat; -“Winston compact dual” siqareti - 1x3.36=3.36 manat; -“Winston kompack caster” siqareti - 1x3.36=3.36 manat; -“Sobraniya nazik caster” siqareti - 42x3.81=160.44 manat; -“Sobraniya nazik qara” siqareti - 1x3.81=3.81 manat; -“Sobranie kitab ağ” siqareti - 7x6.32=44.24 manat; -“Neo rich” siqareti - 4x3.25=13 manat; -“Sobranie qara qalın” siqareti - 7x3.81=26.67 manat; -“Neo boost” siqareti - 4x3.44=13.76 manat; -“Sobranie göy qalın” siqareti - 1x3.81=3.81 manat; -“Sobranie ağ qalın” siqareti - 1x3.81=3.81 manat; -“Winiston caster” siqareti - 1x3.36=3.36 manat; -“Winiston qara ağ” siqareti - 2x3.36=6.72 manat; -“Winchester nazik silver” siqareti - 2x2.55=5.1 manat; -“X14 White” siqareti - 23x2.19=50.37 manat; -“Azercell” danışıq kartı - 26x2=52 manat; -“Azercell” danışıq kartı - 4x3=12 manat; -“Azercell” danışıq kartı - 26x5=130 manat; -“Bakcell” danışıq kartı - 65x1=65 manat; -“Bakcell” danışıq kartı - 28x2=56 manat; -“Bakcell” danışıq kartı - 8x5=40 manat; -“Narmobile” danışıq kartı - 9x2=18 manat; -“Narmobile” danışıq kartı - 7x5=35 manat; -“Narmobile” danışıq kartı - 6x10=60 manat; -“Azercell” danışıq kartı - 2x10=20 manat; -“Bakcell” danışıq kartı - 17x1=17 manat; -“Bakcell” danışıq kartı - 28x2=56 manat; -“Bakcell” danışıq kartı - 1x10=10 manat; -“Narmobile” danışıq kartı - 5x5=25 manat; -“Bakcell” danışıq kartı - 3x3=9 manat -“Want Qara” siqareti - 7x2=14 manat; -“Pallmall boz nazik” siqareti - 2x2.50=5 manat; -“Viceroy boz nazik” siqareti - 5x2.10=10.5 manat; -“Winchester boz nazik” siqareti - 2x2.50=5 manat; -“Argo” siqareti - 2x2=4 manat; - Çəkməcə - 1x120=120 manat; - Böyük ölçülü xalça - 3x150=450 manat; - Kiçik ölçülü xalça - 2x50=100 manat; - Təzə ədyal - 1x50=50 manat; - Ət çəkən maşın - 1x250=250 manat; - Şirə çəkən maşın - 1x200=200 manat; - Blender - 1x300=300 manat; - Ütü - 1x70=70 manat; - Böyük ölçülü laqonda - 1x80=80 manat; - Kiçik ölçülü laqonda - 1x40=40 manat; - Böyük ölçülü direl - 1x60=60 manat; - Kiçik ölçülü direl - 1x35=35 manat; - Elektrik mişarı - 1x130=130 manat; - Elektrofruqan - 1x150=150 manat; -Kiçik su matoru - 2x40=80 manat; -200 metr işlənmiş mis kabel - 200x0.30=60 manat; -200 metr təzə mis kabel - 200x0.50=100 manat; -Aliminium qapı bəzəyi - 27x3=81 manat; -BK-2500 markalı kondisionerin kiçik matoru - 5x20=100 manat; -Köhnə təkəraçan açar - 30x2=60 manat; -Balta - 1x10=10 manat; -Çəkic - 1x5=5 manat; -Mişar - 1x10=10 manat; -Köhnə ev telefonu - 1x20=20 manat Cinayət işinə əlavə edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 06 iyul 2023-cü il tarixli, 18/705 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,834 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-bioloji ekspertizasının 12 iyul 2023-cü il tarixli, 18/720 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd siqaret qutusunda təmiz çəkisi 15,67 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinə əlavə edilmiş Məhkəmə-narkoloji ekspertizasının 07 sentyabr 2023-cü il tarixli, 5754 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Məhkəmə-narkoloji ekspertizasının 15 sentyabr 2023-cü il tarixli, 5925 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Bəşirov X4 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(056)-43/2017 saylı hökmü ilə CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nın 66.3-cü maddəsi əsasında qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə və 2700 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad olunmuş, 2700 manat cərimə cəzası icra edilməmiş, həmçinin Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə X7 CM-nın 177.2.2, 177.2.3 və 304.1-ci maddələri ilə təqsirli bilinib CM-nın 67 və 68.-ci maddələri əsasında qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə və 2700 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 cəzanın sonu ilə xx.xx.2023-cü il tarixdə azad edilmişdir, məhkumluğu ödənilməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu ödənilmişdir. Cinayət işinə əlavə edilmiş Sabirabad Rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 şəxsiyyəti yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Sabirabad Rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 şəxsiyyəti yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmə və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşımaqla saxlama cinayət əməlini törətməsi, həmçinin Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib, daşımaqla saxlama cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, maddi sübut, təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nın 177.2.1,177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, həmçinin Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən CM-nın 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun əməlindən peşmançılıq hissi keçirməsini təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun əməlindən peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, həmçinin zərərçəkmiş hüquqi şəxsin qanuni nümayəndəsi T.A.Seydiyevin ona qarşı şikayətinin olmadığını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs1 məhkumluğu ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Sabirabad rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(056)-43/2017 saylı hökmü ilə CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nın 66.3-cü maddəsi əsasında qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə və 2700 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad olunmuş, 2700 manat cərimə cəzası icra edilməmişdir. Həmçinin Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nın 177.2.2, 177.2.3 və 304.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 67 və 68.-ci maddələri əsasında qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə və 2700 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasının sonu ilə xx.xx.2023-cü il tarixdə azad edilsə də, lakin cəzanın 2700 manat cərimə hissəsini ödəməkdən qəsdən boyun qaçırdığı üçün Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cərimə cəzası 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir və hazırkı günədək həmin cəza çəkilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsi ilə bağlı” xx.xx.2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlanır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Sabirabad rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(056)-43/2017 saylı hökmü ilə CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə və 2700 manat məbləğində cərimə cəzasının azadlıqdan məhrum etmə hissəsindən xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad olunsa da, lakin həmin hökmlə təyin edilmiş 2700 manat cərimə cəzası icra edilməyərək ödənilməmiş qaldığından, həmin hökmə əsasən yaranmış məhkumluq hazırkı hökmlə istinad edilən cinayət əməlləri törədilən zaman ödənilməmiş qalmışdır. Eyni zamanda Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nın 177.2.2, 177.2.3 və 304.1-ci maddələri ilə təqsirli bilinib CM-nın 67 və 68-ci maddələri tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrumetmə və 2700 manat məbləğində cərimə cəzasının azadlıqdan məhrum etmə hissəsindən cəzanın sonu ilə xx.xx.2023-cü il tarixdə azad olunduğu gündən hazırkı hökmlə istinad edilən cinayət əməlləri törədilən zaman 2 (iki) il müddətinin keçmədiyinə görə və 2700 manat cərimə cəzası icra edilməyərək ödənilməmiş qaldığından, həmin hökmlərə, yəni xx.xx.2017-ci il tarixli və xx.xx.2021-ci il tarixli hökmlərə əsasən yaranmış məhkumluq CM-nın 83.3.3-cü maddəsinə əsasən ödənilməmişdir. Beləliklə məhkəmə CM-nın 18.2.1 və 83.3.3-cü maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə, yəni xx.xx.2017-ci il tarixli və xx.xx.2021-ci il tarixli hökmlər əsasında azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra, həmin hökmlərə əsasən yaranmış məhkumluq ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətdiyi üçün cinayətin təhlükəli residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nın 18.2.1 maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nın 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın ağırlaşdıran halı hesab olunur. Azərbaycan Respublikası CM-nın 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nın xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin üçdə ikisindən az olmamalıdır. İş materiallarına əlavə edilmiş Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 174303/2023 saylı məktubundan və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 2700 manat cərimə cəzasını ödəməkdən qəsdən boyun qaçırdığı üçün Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cərimə cəzası 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və hazırkı günədək həmin cəza çəkilməmişdir. Azərbaycan Respublikası CM-nın 66-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza illə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan mərhum etmə ilə toplandıqda, azadlığın məhdudlaşdırılmasının 02 gününə azadlıqdan məhrum etmənin 01 günü hesablıanır. Odur ki, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanın ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının, CM-nın 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-nın 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs1 Sabirabad rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmü ilə CM-nın 67 və 68.1.1- 1-ci maddələri əsasında təyin olunmuş 2700 manat məbləğində cərimə cəzasını qərəzli olaraq icra etmədiyinə görə Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilməklə təyin edilmiş və hazırkı günədək çəkilməmiş qalan 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü 1 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 3 (üç) ay azadlıqdan məhrumetmə cəzasının təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək onun üzərində qəti olaraq 4 (dörd) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanması qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsəazadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materialında olan cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən şübhəli şəxs qismində tutularaq qətimkan tədbiri qaydasında hal-hazıradək həbsdə saxlanılmışdır. Odur ki, onun cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi və CM-nın 177.2.1 və 177.2.3-cü maddəsi ilə ayrılıqda cəzalar təyin edilməli, CM-nın 66-cı maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmalı, 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu iki gün təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti cəza saxlanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində 2 gün tutulmuş, sonra Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilməklə o, həmin tarixdən həbsə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran hallarının olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasının, CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-nın 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması, CM-nın 69.3-cü maddəsinə əsasən onun 05-07 iyul 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 2 gün həbsdə saxlanmasının bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 2 gün ona təyin olunmuş cəzadan çıxılması və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanması və cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün, təqsirləndirilən Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını, onların barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək, ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını, iş üzrə ekspertiza xərclərinin təqsirləndirilən şəxslərin üzərinə qoyulmasını və iş üzrə maddi sübutların qiymətləndirilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 346, 347, 349, 351- 354-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 Sabirabad rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 2700 (iki min yeddi yüz) manat məbləğində cərimə cəzasını qərəzli olaraq icra etmədiyinə görə Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilməklə təyin edilmiş və hazırkı günədək çəkilməmiş qalan 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü 1 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 3 (üç) ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 4 (dörd) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına saxlansın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın və o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşadığı yer üzrə ərazi narkoloji dispanserdə qeydə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nın 234.1ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 05- 07 iyul 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün həbsdə saxlanmasının bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşadığı yer üzrə ərazi narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut olan - Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 15,65 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0,784 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış xx.xx.2023-cü il tarixli 18/720 saylı məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 manat Təqsirləndirilən şəxs1 və xx.xx.2023-cü il tarixli 18/705 saylı məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 manat Təqsirləndirilən şəxs2 tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar