Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-173/2025 21.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Mustafayeva (Fətiyeva) Xatirə Yaşar qıznın, Təqsirləndirilən şəxs və onun Müdafiəçi2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Saatlı rayonu, Sancalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinərək 11 (on bir) ay 27 (iyirmi yeddi gün) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinəəsasən cəzasının çəkilməmiş 02 (iki) ay 04 (dörd) gün müddətini vaxtından əvvəl şərti olaraq azad edilmiş və məhkumluğu ödənilməmiş, Sabirabad rayonu, Qalağayın kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, xx.xx.2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə verilən ittihama görə, o, xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində aliment tutularaq Mustafayeva (Fətiyeva) Xatirə Yaşar qızına ödənilməsinə dair Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-906/2021 saylı qətnaməsini, həmçinin Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1886/2022 saylı qətnaməsi əsasında verilmiş icra sənədində qeyd edilən 4873,00 manat dəyərində cehiz və şəxsi əşyaların, həmin əşyalar olmadıqda isə əşyaların dəyərinin Təqsirləndirilən şəxs tutularaq Xatirə (Fətiyeva) Mustafayeva ödənilməsinə dair qanuni qüvəyə minmiş məhkəmə aktlarını üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(056)- 68/2024 saylı və xx.xx.2025-ci il tarixli, 3(056)-531/2025 saylı qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək ayrı ayrılıqda 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024- cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixədək 3575,00 manat məbləğində aliment borcunu, habelə qaytarılmayan cehiz və şəxsi əşyaların dəyəri olan 1410,00 manat pul vəsaitini, cəmi 4985,00 manat borcunu zərərçəkmiş şəxs Mustafayeva (Fətiyeva) Xatirə Yaşar qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, Mustafayeva (Fətiyeva) Xatirə Yaşar qızı ilə 2019-cu ilin noyabr ayında el adəti ilə toy edərək ailə həyatı qurmuş, onların nikahı xx.xx.2020-ci il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2021-ci il tarixdə Tamara adlı 1 (bir) övladları dünyaya gəlmişdir. Xatirə (Fətiyeva) Mustafayeva ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamaqları qeyri-mümkün olduğundan Xatirə (Fətiyeva) Mustafayeva ondan faktiki olaraq ayrılaraq övladı ilə birlikdə anasının yaşadığı evə gedərək orada yaşamağa başlamışdır. Ayrı yaşadıqları gündən bir müddət keçdikdən sonra Xatirə (Fətiyeva) Mustafayeva aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində alimentin ondan tutularaq Mustafayeva (Fətiyeva) Xatirə Yaşar qızına verilməsi qət edilmişdir. Bundan əlavə Xatirə (Fətiyeva) Mustafayeva nikah dövründə alınmış qızıl-zinət əşyalarının və cehiz əşyalarının, həmin əşyalar olmadıqda həmin əşyalarının dəyərinin ondan alınaraq Xatirə (Fətiyeva) Mustafayevaya verilməsi barədə məhkəməyə müraciət etmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən icra sənədində qeyd edilən əmlaklar, qızıl-zinət əşyaları və digər əşyalar, həmin əşyalar olmadıqda isə əmlakların dəyəri ondan tutularaq Xatirə (Fətiyeva) Mustafayevaya verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş cehiz əmlaklarının bır qismi Xatirə (Fətiyeva) Mustafayevaya qaytarılmış, sonradan 260,00 manat dəyəri olan əmlaklar Xatirə (Fətiyeva) Mustafayevaya qaytarılmış, 1410,00 manat dəyərində olan əmlaklar isə qaytarılmamışdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamələri qanuni qüvvəsini aldıqdan sonraaidiyyəti üzrə icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə Sabirabad rayon icra və probasiya şöbəsinə göndərilmiş və və həmin qurumdan qeyd edilən məbləğdə alimentin və əmlakların, əmlaklar olmadıqda dəyərinin Xatirə (Fətiyeva) Mustafayevaya ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etmədiyi üçün, barəsində icra məmuru tərəfindən tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş və Sabirabad Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixli və həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərarları ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək ayrı ayrılıqda 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2025-ci il tarixədək Xatirə (Fətiyeva) Mustafayevaya yaranmış olan 3575,00 manat aliment borcunu və 1410,00 manat pul vəsaitini ödəməmişdir. Hazırda məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs dindirilmiş Mustafayeva (Fətiyeva) Xatirə Yaşar qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2019-cu ilin noyabr ayında el adəti ilə toy edərək ailə həyatı qurmuş, onların nikahı xx.xx.2020-ci il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2021-ci il tarixdə Tamara adlı 1 (bir) övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş, onların birlikdə yaşamaqları qeyri-mümkün olduğundan Təqsirləndirilən şəxs faktiki olaraq ayrılaraq övladı ilə birlikdə anasının yaşadığı evə gedərək orada yaşamağa başlamış və ayrı yaşadıqları gündən bir müddət keçdikdən sonra o, aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq ona verilməsi qət edilmişdir. Bundan əlavə o, nikah dövründə alınmış qızıl-zinət əşyalarının və cehiz əşyalarının, həmin əşyalar olmadıqda həmin əşyalarının dəyərinin Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə məhkəməyə müraciət etmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən icra sənədində qeyd edilən əmlaklar, qızıl-zinət əşyaları və digər əşyalar, həmin əşyalar olmadıqda isə əmlakların dəyərinin Təqsirləndirilən şəxs tutularaq ona verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş cehiz əmlaklarının bir qismi ona qaytarılmış 1410,00 manat dəyərində olan əmlaklar isə qaytarılmamışdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022- ci il tarixli qətnamələri qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Sabirabad rayon icra və probasiya şöbəsinəgöndərilmiş və və həmin qurumdan qeyd edilən məbləğdə alimentin və əmlakların, əmlaklar olmadıqda dəyərinin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etmədiyi üçün, barəsində icra məmuru tərəfindən tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş və Sabirabad Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixli və həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək ayrı ayrılıqda 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin bütün bu olanlara baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu və əmlakların dəyərini ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2025-ci il tarixədək ona yaranmış olan 3575,00 manat aliment borcunu və 1410,00 manat pul vəsaitini ödəməmişdir. Hazırda o, qeyd edilən ödənilməmiş aliment borcunun və əmlaklara dair müəyyən edilmiş məbləğin tam şəkildə ona ödənilməsini istəyir. Əks halda təqsirləndirilən şəxsin həbs edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-906/2021 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs hər ay 175,00 manat sabit pul məbləğində aliment tutulub X6 verilməsi qət edilmiş, göstərilən icra sənədi xx.xx.2021-ci il tarixdə Sabirabad rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildiriş qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak, gəlir və pul vəsaitləri müəyyən edilməmiş, həmçinin borclunun qeydiyyatda olduğu ünvanda akt tərtib edilərək borcluya məxsus tələbin yönəldilə bilinəcəyi hər hansı bir əmlakının olması müəyyən edilməmişdir. Borclu Təqsirləndirilən şəxs bir necə dəfə aliment borcunun ödənilməsi barədə rəsmi xəbərdarlıq göndərilmiş, lakin xəbərdarlıqlara baxmayaraq borclu icra və probasiya şöbəsinə gəlməmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində xx.xx.2021-ci il tarixli təqdimat ilə məhkəməyə müraciət olunmuş və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(056)-181/2021 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş və icra olunması üçün Sabirabad rayon polis şöbəsinə göndərilmişdir. Lakin qərardadın icrası təmin olunmadığı üçün borclu Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixli borclunun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Sabirabad rayon polis şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq icra və probasiya şöbəsinə gələrək izatından bildirmişdir ki, aliment borcunu ödəmiş, bu barədə qəbzlər təqdim etmiş və izahatında 175,00 manat aliment borcunun olduğunu, növbəti ay alimenti ödəyərkən borcuda ödəyəcəyini bildirmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(056)186/2021 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Sabirabad rayon İHBnın Qalağayın kənd ərazi dairəsi üzrə nümayəndəliyin 362 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Sabirabad rayonu, Qalağayın kəndində qeydiyyatda olmasına baxmayaraq hazırda nümayəndəliyin ərazisində yaşamadığını göstərmişdir. Müvafiq icra tədbirlərinin həyata keçirilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs yaşayış yerinin müəyyən edilməsi mümkün olmamışdır. xx.xx.2022-ci il tarixdə borclu Təqsirləndirilən şəxs axtarılması barədə qərar qəbul edilərək Sabirabad rayon polis şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə borclu Təqsirləndirilən şəxs könüllü olaraq icra və probasiya şöbəsinə gəlmiş, təkrar borclunun izahatı alınmış, borclu izahatında tələbkara olan aliment borcunu qısa müddət ərzində ödəyəcəyini bildirmiş və ona möhlət verilməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs möhlətin verilməsinə baxmayaraq icra sənədi üzrə tələbi təmin etməmişdir. Təqsirləndirilən şəxs təkrar çağırışlardan yayındığı və yaşayış yerini dəyişdiyi üçün borclu barəsində xx.xx.2022-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün Sabirabad rayon polis şöbəsinə göndərilmişdir. Daha sonra məlum olmuşdur ki, Sabirbad Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 1(056)178/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İcra sənədinin surəti cəzacəkmə müəssəsinə göndərilmişdir. Bundan əlavə Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1886/2022 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən qızıl- zinət əşyalarından- iddia ərizəsində 79 nömrə altında qeyd olunan üzüyün (olmadığı halda 120,00 manat dəyərinin) cavabdeh X1 alınıb iddiaçı X7 verilməsi, 80 nömrə altında qeyd olunan bilərziyin (olmadığı halda 200,00 manat dəyərinin) cavabdeh X5 alınıb iddiaçı X7 verilməsi, cehiz və şəxsi əşyalardan iddia ərizəsində siyahı üzrə 1 nömrə altında qeyd olunan döşək dəsti 1 ədəd- 60,00 manat, 2. Yorğan dəsti 1 ədəd-50,00 manat, 3. Xalça 4 ədəd-480,00 manat, 4. Yastıq dəsti 4 ədəd-80,00 manat,
5. Payız yorğanı 2 ədəd- 60,00 manat, 6. Qalın odeyal dəsti-50,00 manat 2 ədəd, 7. Taxt üstü pakrival 1 ədəd-50 manat, 9. əl-üz dəsmalı 12 ədəd-72,00 manat, 10. Çay dəsmalı dəsti 12 ədəd- 36,00 manat, 11. Süfrə dəsti 3 ədəd-45,00 manat, 12. Skater dəsti 2 ədəd 40,00 manat,
13. Qab altına sərmək ücün süfrə 1 ədəd-10,00 manat, 14. Mətbəxt dəsmal dəsti - 2 ədəd 30,00 manat, 16. Qazan dəsti 1 ədəd 55,00 manat, 17. Tək qazan qulplu 1 ədəd 20,00 manat,
18. Kauçuk vanna dəsti 1 dəst 10,00 manat, 19. İşlədilməmiş kauçuk qablar 5 ədəd 10,00 manat, 20. Kauçuk aşsüzən 1 ədəd 3,00 manat, 21.Qəhvədan dəsti 2 dəst 40,00 manat, 22.Gəlin lampası 1 ədəd 20,00 manat, 23.Lüstur 1 ədəd 50,00 manat, 24. Naçnik 1 ədəd 20,00 manat, 25.Rumkalı bogema dəsti 4 dəst 100,00 manat, 26. Çay servisi 1 dəst 80,00 manat, 27. Çaynik 1 ədəd 25,00 manat, 28. Qənd qabı dəsti 4 ədəd 20,00 manat, 29. Boşqab dəsti 6 ədəd 6,00 manat, 30.Salat qabı 12 ədəd 18,00 manat, 31.Xrustal stəkan 6 ədəd 12,00 manat, 32. Nəlbəki 6 ədəd 6,00 manat, 33. Qutuda qaşıq vilka-bıçaq dəsti 1 ədəd 10,00 manat, 34. Duzqabı 4 ədəd- 2,00 manat, 35. Şpilka 10 dəst 10,00 manat, 37. Pərdə 3 ədəd 150,00 manat,
38. Podnis qutu dəsti 4 ədəd 30,00 manat, 39. Meyvə süzgəci 3,00 manat, 43. Künc divanı 1 ədəd 400,00 manat, 44. Yataq dəsti perla 1200,00 manat, 46. Termo yataq otağı üçün 220,00 manat, 47.Şuba 1 ədəd 200,00 manat, 48.Kurtka 2 ədəd-150,00 manat, 54. Yay keti 1 ədəd 10,00 manat, 55. Yay ayaqqabı dəsti-kabluk 4 ədəd120,00 manat, 56. Qış ayaqqabı dəstikabluk 2 ədəd 70,00 manat, 57.Gecə paltarları 3 ədəd 240,00 manat, 61.Əl çantası 6 ədəd 120,00 manat, 62. Ev ayaqqabısı 6 ədəd 30,00 manat, 65. Hava feni 1 ədəd 30,00 manat, 66. Saçburan fen 1 ədəd 20,00 manat, 67. Uşağın yataq dəsti 110,00 manat, 68.Uşaq üçün kremlər şampunlar dəst 50,00 manat, 69. Uşağın paltar dəsti 70,00 manat, 70. Uşağın oyuncaqları 30,00 manat və ya onlar olmadığı halda qeyd olunan əşyalarhn dəyərinin cavabdeh Təqsirləndirilən şəxs alınıb iddiaçı X7 verilməsi və 1150,00 manat dəyərində, 585 əyarlı qızıldan komplekt (kolye, sırğa, üzük, bilərzik dəsti); 585 əyarlı, 10 qram çəkidə qızıl nişan üzüyü, həmin əşyalar olmadıqda onların dəyəri Təqsirləndirilən şəxs, 1 ədəd 70,00 manat dəyərində “Ceyran” qaz sobası, 1 ədəd 250,00 manat dəyərində Hoffman markalı mikrodalğalı soba, 1 ədəd 150,00 manat dəyərində manqal, 1 ədəd 50,00 manat dəyərində Philips markalı ütü, həmin əşyalar olmadıqda onların dəyəri X2 və Təqsirləndirilən şəxs alınıb Fətiyeva (Mustafayeva) Xatirə Yaşar qızına verilməsi qət edilmiş, göstərilən icra sənədi xx.xx.2023-ci il tarixdə Sabirabad rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Lakin tələb könüllü müddət ərzində icra edilməmişdir. xx.xx.2023- cü il tarixə işin icrası ilə bağlı təyinat verilmiş, icra sənədi üzrə göstərilən tələb X13, X12 və X8 dair hissədə tam olaraq təmin edilmişdir. Təqsirləndirilən şəxs dair hissədə əmlaklar olmamış və borcluTəqsirləndirilən şəxs həmin vaxt cəzaçəkmnə müəssisəsində cəza çəkdiyi üçün ona dair hissə icra olunmamışdır. 21.11,2023-cü il tarixdə əmlaklara dair borcludan izahat alınarrkən Təqsirləndirilən şəxs bildirmişdir ki, sözü gedən əmlaklar atasına məxsus evdə olmuş, borclu əmlaklar da, tələbkar tərəfindən götürülmüş, onun tələbkara heç bir borcunu olmadığını bildirmişdir. Dəfələrə əmlakların dəyəri olan 1410,00 manat borcu ödənilməsi ondan tələb olunsa da, icra sənədinin icrasını müxtəlif bəhanələr gətirərək təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs əmlak tələbi üzrə borcu və aliment borcunu ödəmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş, məhkəmə iclasında Təqsirləndirilən şəxs 1000,00 manat ödəmiş, tələbkar Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək aliment borcundan 1000,00 manat qəbul etmiş, borclunun həbs olunmamasını və hər ay 250,00-300,00 manat ödəməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə razılaşdıqlarını bildirmişdir. Bu səbəbdən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(056)- 1611/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan sonra borclu Təqsirləndirilən şəxs icra sənəndləri üzrə tələbi təmin etmədiyi üçün onun barəsində təkrar inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(056)-68/2024 saylı qərarına əsasən borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(056)- 531/2025 saylı qərarına əsasən borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib yenidən 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə borclarının ödənilməsi tələb edilmiş, əks halda cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Sabirabad rayon icra və probasiya şöbəsinin "Elektron İcra Xidməti" portalının borclu barədə sorğu məlumatında Təqsirləndirilən şəxs dair heç bir əmlak və gəlirinin olmadığı müəyyən olunmuşdur. Tələbkar Mustafayev (Fətiyeva) Xatirə Yaşar qızı xx.xx.2025-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək borclu Təqsirləndirilən şəxs ona iki icra sənədi üzrə ümumilikdə 5035,00 manat borcunun olduğunu, Təqsirləndirilən şəxs ona olan aliment borcunu və əmlakla bağlı olan pul vəsaitini qəsdən ödəmədiyini, inzibati məsuliyyətlərdən də nəticə çıxarmamaqla, qətnamənin icrasından qərəzli olaraq yayındığını, bu səbəbdən borclu barəsidə daha ciddi tədbir görülməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs aliment borcundan ümumilikdə 5175,00 manat ödəniş etmiş, nəticədə 2025-ci ilin iyul ayı daxil olmaqla 3575,00 manat aliment borcu və əmlakların dəyəri olan1410,00 manat borcu qalmışdır. Görülmüş bütün icra tədbirləri nəticə verməmiş, Təqsirləndirilən şəxs borcun ödənilməsi üçün heç bir cəhd göstərməmiş, əksinə hərəkətsizlik nümayiş etdirmiş və müxtəlif bəhanələr gətirməklə qərəzli olaraq Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnamələrinin icrasından qərəzli olaraq yayınmışdır. Dövlət adından çıxarılmış məhkəmə qətnamələri qərəzli olaraq Təqsirləndirilən şəxs tərəfindən icra edilmədiyindən borclunu cinayət məsuliyyətinə cəlb edilməsi üçün İcra xidməti vasitəsi ilə ƏN İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Sabirabad RİHB-nin Qalağayın kənd üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət məsuliyyəti yaradır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına aidddirlər. Təqsirləndirilən şəxs əməli birbaşa qəsdlə törətmişdir. Beləliklə Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, zərərçəkmiş şəxs və şahid ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nın 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal müəyyən edilmədi. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Göstərilənlərdən əlavə, iş materiallarında olan tələbnamədən görünür ki, Fətiyev X11 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı 2 ay 04 gün vaxtından şərti azad edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı cinayət əməli törədilən zaman təqsirləndirilən şəxsin azad olunduğu gündən 2 (iki) il müddət keçmədiyinə görə onun məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilməmiş hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsinin cinayətin residivini yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nın 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası CM-nın 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nın xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə-azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən ona təyin olunmuş cəzadan CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla şübhəli şəxs qismində tutulmuş olduğu müddət çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Belə olan halda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 noyabr – 27 noyabr 2025-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü bir gün azadlıqdan məhrumetməyə bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından 2 (iki) gün çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.