Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-174/2023 16.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Xüsusi ittihamçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə X1 Azərbaycan Respublikası CM-nın 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətə, məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad rayon X3 rayonu, Qaraqaşlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müraciətləri əsasında toplanmış material xüsusi ittiham qaydasında, CMnin 147-ci maddəsi ilə baxılması üçün aidiyyəti üzrə Sabirabad rayon Məhkəməsinə göndərilmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X2, keçmiş qayınanası Zərərçəkmiş şəxs1 və onun gəlini Zərərçəkmiş şəxs2 fotoşəkillərinə əxlaqsız ifadəli səs əlavə edib TikTok sosial şəbəkəsində istifadə etdiyi “abbas_mirzeyev5493” adlı hesabda paylaşaraq, internet informasiya ehtiyyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir.. Bununla da Q.Baxışlının əməlində CM-nin 147-ci maddəsinin əlamətləri yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, CPM-nın 302.2.3-cü və 302.1.3-ci maddələrinə əsasən X1 barəsində xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilir. Həmin Məcəllənin 293.3 -cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1-ci maddə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3-cü maddə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4-cü maddə şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5-ci maddə cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6-ci maddə şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7-ci maddə şikayəti vermiş şəxsin imzası. 293.4-cü maddə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayət verən şəxsə bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyəti haqqında xəbərdarlıq edilir və bu barədə şikayətdə qeyd edilir. Şikayət şifahi verildikdə, bu izah protokola daxil edilərək şikayəti vermiş və protokolu tərtib etmiş şəxs tərəfindən imzalanır. Sabirabad RPŞ tərəfindən material baxılması üçün məhkəməyə göndərilsə də, xüsusi ittiham qaydasında şikayət məzmunu və formasına uyğun tərtib edərək verilməmiş, şikayət ərizəsinə Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsində nəzərdə tutulan cinayət qanuni ilə nəzərdə tutulmuş halları təsdiq edə biləcək sübutlar lavə edilməmişdir. Azərbaycan Respublikası CPM-nın 300.1.3-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-nin 293.3.3-cü maddəsinin tələblərinə uyğun tərtib edilmədiyindən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən və şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edlməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 298, 299, 300, 302 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası CM-nın 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xüsusi ittiham qaydasında şıikayətlərinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №1(056)-174/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-174/2023
16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver